- 20 Oct 2025
“Tədqiqatçıların 1-ci daxili qrant müsabiqəsi”nin nəticələri elan olunub !
Hörmətli professor-müəllim heyəti və təhsilalanlar !
Bakı Avrasiya Universiteti (BAAU) tərəfindən elan olunmuş “Tədqiqatçıların 1-ci daxili qrant müsabiqəsi” üzrə sənəd qəbulu və qiymətləndirmə mərhələsi yekunlaşmışdır.
Ekspert komissiyasının rəyinə əsasən 1 (bir) layihə müsabiqənin qalibi elan edilib.
Qalib layihənin maliyyələşdirilməsi BAAU tərəfindən müsabiqənin şərtlərinə və müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək.
Layihə rəhbəri: Elmira Kekeç-Məmmədova
Layihənin adı: Dəstəgird: bir qəsəbənin etnoqrafik portreti
Kafedra: Azərbaycan və dünya ədəbiyyatı kafedrası
Fakültə: Filologiya fakültəsi
BAAU qalib layihənin rəhbərini təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayır.
Əlavə məlumat və əlaqə: BAAU Elm, innovasiya və doktorantura sektoru (EİDS), 212-ci otaq.
E-poçt: [email protected]




