- 25 Sep 2026
Hörmətli professor-müəllim heyəti və təhsilalanlar !
Bakı Avrasiya Universiteti (BAAU) tərəfindən elan olunmuş “Tədqiqatçıların 2-ci daxili qrant müsabiqəsi” üzrə sənəd qəbulu və qiymətləndirmə mərhələsi yekunlaşmışdır.
Ekspert komissiyasının rəyinə əsasən 1 layihə müsabiqənin qalibi elan edilib.
Qalib layihənin maliyyələşdirilməsi BAAU tərəfindən müsabiqənin şərtlərinə və müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək.
Layihə rəhbəri: Gülzar İsaxan qızı İbrahimova
Layihənin adı: Əmək bazarında gender bərabərliyi: Azərbaycanda əmək haqqı fərqinin empirik tədqiqi
Kafedra: Sosial və siyasi elmlər kafedrası
Fakültə: Regionşünaslıq və iqtisadiyyat fakültəsi
Bakı Avrasiya Universiteti qalib layihənin rəhbərini təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayır.
Əlavə məlumat və əlaqə: BAAU Elm, innovasiya və doktorantura sektoru (EİDS), 212-ci otaq.
E-poçt: [email protected]




