- 17 Mar 2026
Bakı Avrasiya Universitetinin (BAAU) də tərəfdaşlardan biri olduğu və Özbəkistanın Cizzax Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə 29–30 aprel 2026-cı il tarixlərində Özbəkistanın Cizzax şəhərində təşkil olunacaq “Xarici dillərin tədrisi və tətbiqi dilçilik üzrə 16-cı Beynəlxalq Konfransı” keçiriləcək.
Konfransın mövzusu: “Dillərarası ünsiyyət və dil pedaqogikası: çoxdilli təhsildə maneələrin aradan qaldırılması”
Konfrans çərçivəsində tətbiqi dilçilik, çoxdillilik, dil təhsili, dilin mənimsənilməsi, tədris metodologiyası, qiymətləndirmə, sosiolinqvistika, tərcümə tədqiqatları və digər əlaqəli istiqamətlər üzrə elmi məqalələrin qəbulu nəzərdə tutulur.
Tədbirdə ABŞ və Böyük Britaniyanın nüfuzlu universitetlərini təmsil edən beynəlxalq ekspertlərin plenar çıxışları planlaşdırılır. Maraqlanan tədqiqatçılar və mütəxəssislər konfransda iştirak etməyə dəvət olunur.
Mühüm tarixlər:
Xülasələrin təqdim edilməsi üçün son tarix: 6 aprel 2026-cı il
Xülasələrin qəbulu haqqında bildirişin göndərilməsi: 10 aprel 2026-cı il
Konfransın keçirilmə tarixləri: 29–30 aprel 2026-cı il
Konfransda təqdimatın həcmi: 250–350 sözlük xülasənizi (Word formatında) təqdim olunan e-poçt ünvanına göndərilməlidir: [email protected]




