- 02 Jun 2025
Türkiyə Respublikasının Çankırı Karatekin Universiteti 21 – 25 iyul 2025-ci il tarixlərində ERASMUS+ KA171 təqaüdü ilə inzibati heyət üçün mübadilə proqramına aşağıdakı şərtlərlə müsabiqə elan edir:
Müsabiqədə seçiləcək inzibati heyət sayı: 2 (iki)
Tarix: 21 – 25 iyul 2025-ci il
Tələb olunan sənədlər:
· Niyyət məktubu;
· CV (türk və ya ingilis dilində)
· Ümumvətəndaş pasportu.
Müraciət üçün son tarix: 16 iyun 2025-ci il
Təqaüdə daxildir (bir nəfər üçün):
Səfər xərci – 275 EUR
Beş iş günü üçün – 700 EUR
Qeyd: Bütün sənədlər pdf formatında (namizədin adı ilə soyadını, həmçinin sənədin adını daxil etməklə) 16 iyun 2025-ci il tarixinə kimi təqdim olunan “[email protected]” elektron poçt ünvanına göndərilməlidir.