Elanlar

Türkiyə Respublikasısının Çankırı Universitetinə Erasmus+ KA171 təqaüdü ilə mübadilə proqramı

Türkiyə Respublikasısının Çankırı Universitetinə Erasmus+ KA171 təqaüdü ilə mübadilə proqramı
  • 14 Dec 2024

Türkiyə Respublikasının Çankırı Universiteti 2024/2025-ci tədris ilinin yaz semestri üçün ERASMUS+ KA171 təqaüdü ilə akademik-inzibati heyət və tələbələr üçün mübadilə proqramına aşağıdakı şərtlərlə müsabiqə elan edir: 

Müsabiqənin adı: Təhsilalanların mobilliyi

Müsabiqədə seçiləcək akademik heyət sayı: 1 (bir) yer 

Müsabiqədə seçiləcək inzibati heyət sayı: 1 (bir) yer 

Müsabiqədə seçiləcək tələbə sayı: 1 (bir) yer 

Mübadilə müddəti (Tələbələr üçün):     1 (bir) semestr

Təqaüdə daxildir: Səfər, qalmaq və təhsil xərcləri qarşılanır

 

Müsabiqəyə müraciət üçün tələbələrə qoyulan tələblər:

  • Bakalavr tələbələrin ümumi orta balı (ÜOMG) – 71 baldan yuxarı olanlar;

  • Hər bir müraciət edən namizədin Türk dil biliyi – C1 səviyyəsində olanlar.

Tələb olunan sənədlər:

  • Akademik transcript (Tələbələr üçün);

  • Niyyət məktubu;

  • CV (türk və ya ingilis dilində)

  • Ümumvətəndaş pasportu;

  • Sertifikatlar.

Müraciət üçün son tarix: 

  • 15 yanvar 2025-ci il

 

Qeyd: Bütün sənədlər pdf formatda (namizədin adı ilə soyadını, həmçinin sənədin adını daxil etməklə) 15 yanvar 2025-ci il tarixinə kimi təqdim olunan [email protected]” elektron poçt ünvanına göndərilməlidir.

 

Digər Elanlar