ELANLAR

Universitetimiz Ali Təhsil Müəssisələrinin Sərgəsində təmsil olunacaq

Universitetimiz Ali Təhsil Müəssisələrinin Sərgəsində təmsil olunacaq
  • 27 Jul 2026

İxtisas seçimi gələcəyinizə verilən ən vacib qərarlardan biridir. Bu qərarı verməzdən əvvəl Bakı Avrasiya Universitetini (BAAU) yaxından tanıyın !

Sizi 29–31 iyul tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda keçiriləcək Ali Təhsil Müəssisələrinin Sərgəsində BAAU-nun stendini ziyarət etməyə dəvət edirik.

- Universitetimizdə tədris olunan ixtisaslar;

- Təqaüd və güzəşt imkanları;

- Beynəlxalq əməkdaşlıq proqramları;

- Tələbə həyatı və universitet mühiti;

- Karyera, təcrübə və məşğulluq imkanları;

Qəbul prosesi və digər vacib mövzular barədə nümayəndələrimizdən ətraflı məlumat ala, sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.

Sərgi çərçivəsində keçiriləcək təqdimat sessiyamızda iştirak edərək BAAU-nun təhsil modeli, tələbələrə təqdim etdiyi imkanlar və gələcək inkişaf perspektivləri ilə daha yaxından tanış ola bilərsiniz.

Sərgidə iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməyiniz tövsiyə olunur. Qeydiyyat linki: https://portal.dim.gov.az/sergi/

Məkan: Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusu (Bakı şəh., Binəqədi r-nu, S.S.Axundov küç., 50)

Tarix: 29–31 iyul 2026-cı il

Sizi BAAU-nun stendində görməkdən məmnun olarıq !

Universitetimiz Ali Təhsil Müəssisələrinin Sərgəsində təmsil olunacaq

DİGƏR ELANLAR