- 01 Jun 2026
Bakı Avrasiya Universiteti (BAAU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunmuş “Məzun günü 2026” tədbirini “Baku Events Hall” konsert zalında (Ünvan: “Nizami Kino Mərkəzi” (Nizami kinoteatrın 5-ci mərtəbəsi) Bülbül pr., 34, Nəsimi r-nu, Bakı ş., AZ-1000) keçirəcək.
Tədbir 29 iyun 2026-cı il tarixində saat 17:00-da universitetdə təşkil olunacaq. Ənənəvi olaraq təşkil olunan tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və qonaqlar iştirak edəcəklər.
“Məzun günü 2026” tədbiri çərçivəsində təbrik nitqləri, məzunların çıxışları, eləcə də musiqili və bədii proqramlar olacaq. Tədbirin sonunda təhsilində yüksək nəticələr göstərmiş və ictimai fəallıqları ilə seçilmiş məzunlar təltif olunacaqlar.
Gəlin bu Məzun gününü unudulmaz edək !




