Elanlar

XI Türk Dünyası Araşdırmaları Simpoziumu Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə 11-13 iyun 2024-cü il tarixində Bakı şəhərində keçiriləcəkdir.

XI Türk Dünyası Araşdırmaları Simpoziumu Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə 11-13 iyun 2024-cü il tarixində Bakı şəhərində keçiriləcəkdir.
  • 20 Feb 2024

İlk dəfə Niğde Ömər Halisdemir Universitetinin ev sahibliyi ilə təşkil olunan Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu müxtəlif vaxtlarda Niğde (2014; 2017; 2020; 2021; 2022), Almatı (2015; 2018; 2023 Qazax Dövlət Qızlar Pedaqoji Universiteti) və Bakıda (2016; 2019 Bakı Avrasiya Universiteti) gerçəkləşmişdir. Növbəti XI Türk Dünyası Araşdırmaları Simpoziumu Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə 11-13 iyun 2024-cü il tarixində Bakı şəhərində keçiriləcəkdir.

XI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun əsas mövzusu “Türk Dünyasının 2040-cı il üçün hədəfləri və Türk Dövlətləri Təşkilatı” olaraq müəyyən edilib. Türk Dünyası ilə bağlı araşdırma aparan elm adamlarını bir yerə toplamaqla mövcud problemlər və onların həlli yollarının araşdırılması istiqamətindən yola çıxan simpoziumun əsas məqsədi dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, incə­sənət, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarə­et­mə, iqtisadiyyat, din, fəlsəfə, sosiologiya, turizm, gender problemləri və dəqiq elmlər kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirə edil­məsi, qarşılıqlı təcrübə mübadiləsi, inkişafa təkan verən yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsinin aparılması və gələcəkdə Türk Dün­yasında keçiriləcək müştərək layihələrə zəmin hazırlanması kimi müxtəlif çeşidli işlərin aparılmasıdır. Ənənəvi olaraq simpozium müddətində keçirilən “Kökümüz bir, türkük” festivalı bu coğrafiyada tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndiril­məsinə xidmət edir.

Simpozium haqqında ətraflı məlumatı aşağıdakı saytdan əldə edə bilərsiniz.

http://www.utudas.org/

Digər Elanlar