Elanlar

Yunanıstanın Aristotel Saloniki Universiteti 2025/2026-ci tədris ilinin payız semestri üçün Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir

Yunanıstanın Aristotel Saloniki Universiteti 2025/2026-ci tədris ilinin payız semestri üçün Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir
  • 01 Jul 2025

Yunanıstanın Aristotel Saloniki Universiteti 2025/2026-ci tədris ilinin payız semestri üçün Erasmus+ mübadilə proqramı çərçivəsində aşağıdakı yerlər üzrə müsabiqə keçirilir:

Akademik heyətin mobilliyi – 1 (bir) yer

İnzibati heyətin mobilliyi – 1 (bir) yer

Müddət – 1 (bir) həftə 

İngilis dili biliyinin ən azı B2 səviyyəsində olması vacib şərtdir.

Bakı Avrasiya Universiteti (BAAU) tərəfindən tələb olunan sənədlər:

• CV (ingilis dilində);

• Ümumvətəndaş pasportunun surəti;

• Sertifikatlar (əgər varsa).

Akademik və inzibati heyət tərəfindən namizədliyini təqdim etmək üçün son tarix: 21 iyul 2025-ci il.

Namizədliyi irəli sürülmüş əməkdaşlara namizədlik müddəti başa çatdıqdan sonra (yəni 21 iyuldan) tələb olunan sənədlərlə bağlı Aristotel Saloniki Universiteti tərəfindən təlimatlar göndəriləcək. 

Aristotel Saloniki Universiteti tərəfindən tələb olunan sənədlər: 

Mobillik Razılaşması (Mobility Agreement)

Tələb olunan bütün formalar və məlumatlar aşağıdakı keçiddə əlçatandır:

Teaching: https://eurep.auth.gr/en/staff/international/teaching/general_information Training: https://eurep.auth.gr/en/staff/international/training/general_information  

• CV (Europass formatında);

• Maraqlı olduqları Fakültədən DƏSTƏK MƏKTUBU. Namizədlər müraciət etmək istədikləri Fakültənin ECTS koordinatori ilə əlaqə saxlayaraq, tələb olunan Dəstək Məktubunu verə biləcək fakültə üzvü barədə əlavə məlumat əldə edə bilərlər.

Erasmus+ Beynəlxalq proqramı üzrə ECTS koordinatorlarının siyahısı aşağıdakı keçiddə əlçatandır: https://eurep.auth.gr/en/coordinators/international 

Tələb olunan sənədlərin göndərilmə müddəti: 27 avqust – 19 sentyabr 2025-ci il

Mobillik 03.11.2025 – 30.01.2026 tarixləri arasında baş tutacaq.

Mobilliyin başlama tarixi seçilmiş əməkdaş ilə Aristotel Saloniki Universitetinin müvafiq fakültə/kafedra  arasında aparılan razılaşmalardan asılıdır.

Ancaq namizədlərə tövsiyə olunur ki, müraciət etməzdən əvvəl rəsmi tətil və imtahan dövrləri kimi uyğun olmayan tarixlərə təsadüf etməmək üçün Universitet Təqviminə (University Calendar) nəzər yetirsinlər.

Əlavə məlumat və dəstək üçün Layihələrin idarə edilməsi və akademik mobillik sektoruna müraciət edə bilərsiniz. 

Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Yunanıstanın Aristotel Saloniki Universiteti 2025/2026-ci tədris ilinin payız semestri üçün Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir

Digər Elanlar