- 21 Jan 2025
Aşağıdakı yerlər üzrə müsabiqə keçirilir:
Akademik heyətin mobilliyi -1 yer (müddət - beş gün tədris və iki gün səyahət)
İnzibati heyətin mobilliyi – 1 yer (müddət - beş gün təcrübə və iki gün səyahət)
Akademik və inzibati heyətin Erasmus+ proqramı çərçivəsində mobillik proqramında iştirakı üçün tələb olunan şərtlər:
• Bakı Avrasiya Universitetinin tam ştatlı işçisi olmaq;
• İngilis dilini B2 səviyyəsində bilmək
• Mövzu üzrə biliklər (yalnız akademik heyət üçün)
Sənədlər:
1. Fənnin sillabusu (tədris mobilliyi üçün);
2. Ingilis dili biliyini (B2) sübut edən beynəlxalq sertifikat;
3. Niyyət məktubu;
4. CV (Europass formatı).
Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 31 yanvar 2025-ci il