- 26 May 2022
Bakı Avrasiya Universiteti Türkoloji Araşdırmalar Mərkəzi 25-26 may 2022-ci il tarixlərində müstəqillik günü münasibətilə “Müstəqil Azərbaycan: gerçəklik işığında” adlı Respublika Konfransına start verib. İki gün davam edəcək konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə Azərbaycanda keçiriləcək bu və ya oxşar layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyır.
Konfransı açıq elan edən universitetin elmi işlər üzrə prorektoru,professor Gülzar İbarahimova iştirakçıları salamladıqdan sonra tarixi müstəqilliyimizin yenidən bərpasının ildönümü ərəfəsində belə bir konfransın keçirilməsinin əhəmiyyətindən danışdı.
“Müstəqil Azərbaycan -azad Şuşa”, “Şairlər şəhəri Şuşa”, “Qarabağın döyünən ürəyi Şuşa,sən azadsan!” kimi bölmələrdə elm adamları konfrans materialları ilə çıxış ediblər.
Konfransa 26 may 2022-ci il tarixində yekun vurulacaq.