- 19 May 2026
Bakı Avrasiya Universiteti (BAAU) 2026/2027-cı tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsilin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə etməklə), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.
Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.
Sənəd qəbulu üçün başlanğıc tarix: 19.05.2026
Sənəd qəbulu üçün son tarix: 09.06.2026
PLAN YERLƏRİ:
53 -“İqtisad elmləri”
5302.01 - Ekonometriya: iqtisadi statistika (1 əyani yer)
5308.01 - Ümumi iqtisadiyyat (1 əyani yer)
5312.01 – Sahə iqtisadiyyatı (1 əyani yer)
57 -“Filologiya elmləri”
5704.01 - Dil nəzəriyyəsi (2 yer - 1 əyani, 1 qiyabi)
5706.01 - Azərbaycan dili (2 yer - 1 əyani, 1 qiyabi)
5708.01 - German dilləri (2 yer - 1 əyani, 1 qiyabi)
5716.01 - Azərbaycan ədəbiyyatı (1 əyani yer)
5719.01 - Folklorşünaslıq (1 əyani yer)
BAAU-da Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil 3 (üç) il, qiyabi təhsil 4 (dörd) il, təhsil haqqı isə 1700 (bir min yeddi yüz) manatdır.
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf
Elektron sənəd qəbulu üzrə video təlimat: https://www.youtube.com/watch?v=0AcrbKhVdYU
Daha ətraflı məlumat əldə edə bilərsiniz: https://e-qanun.az/framework/19800
Qəbul qaydaları haqqında əlavə məlumat almaq istəyənlər BAAU-nun "Elm, innovasiya və doktorantura sektoruna" təqdim olunan əlaqə nömrəsi ilə müraciət edə bilərlər.
Əlaqə tel.: (+994 12) 564-63-67 (daxili: 118)




