ELANLAR

BAAU 2026/2027-ci tədris ilində kafedralarda professor-müəllim vəzifələrinin tutulması üçün müsabiqə elan edir

BAAU 2026/2027-ci tədris ilində kafedralarda professor-müəllim vəzifələrinin tutulması üçün müsabiqə elan edir
  • 26 Jun 2026

BAAU 2026/2027-ci tədris ilində kafedralarda professor-müəllim vəzifələrinin tutulması üçün müsabiqə elan edir. Müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə” və  “Bakı Avrasiya Universitetində professor-müəllim vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq aparılır.

Müsabiqədə iştirak etmək üçün müraciətlər vacancies.baau.info internet saytı vasitəsilə qəbul edilir. Namizədlər həmin saytda qeydiyyatdan keçməklə, professor-müəllim vəzifələri üzrə elan edilmiş uyğun vakansiyalarda iştirak edə bilərlər. Müraciətin göndərilməsi üçün tələb olunan anket məlumatları doldurulmalı və tələb olunan sənədlər müvafiq xanalara yüklənməlidir. 

Sənədlərin qəbulu 26 iyul 2026-cı il tarixədək aparılır. 

Tədris olunacaq fənlər, müsabiqənin keçirilməsi qaydaları ilə bağlı əlavə məlumatları vacancies.baau.info internet saytından əldə etmək mümkündür.

Ünvan: AZ-1110, Bakı şəhəri, İsa Bulağı küç., 18 (əvvəlki akademik Həsən Əliyev küç.,135 A)

Əlaqə: +994125646367 (daxili nömrə: 129) 

BAAU 2026/2027-ci tədris ilində kafedralarda professor-müəllim vəzifələrinin tutulması üçün müsabiqə elan edir

DİGƏR ELANLAR