A PHP Error was encountered

Severity: Warning

Message: fopen(/tmp/ci_sessionffbd1046cc68771c306b2572ce8316cb3506f9be): Failed to open stream: No space left on device

Filename: drivers/Session_files_driver.php

Line Number: 174

Backtrace:

File: /home/baaueduaz/public_html/application/core/BAU_Controller.php
Line: 20
Function: __construct

File: /home/baaueduaz/public_html/application/controllers/Announcement.php
Line: 8
Function: __construct

File: /home/baaueduaz/public_html/index.php
Line: 315
Function: require_once

A PHP Error was encountered

Severity: Warning

Message: session_start(): Failed to read session data: user (path: /tmp)

Filename: Session/Session.php

Line Number: 143

Backtrace:

File: /home/baaueduaz/public_html/application/core/BAU_Controller.php
Line: 20
Function: __construct

File: /home/baaueduaz/public_html/application/controllers/Announcement.php
Line: 8
Function: __construct

File: /home/baaueduaz/public_html/index.php
Line: 315
Function: require_once

Bakı Avrasiya Universiteti

Elanlar

“Humanitar elmlərdə yaşıl dünya: ekolinqvistika, ekotənqid, ekotərcümə” mövzusunda Respublika Konfransı keçiriləcək

“Humanitar elmlərdə yaşıl dünya: ekolinqvistika, ekotənqid, ekotərcümə” mövzusunda Respublika Konfransı keçiriləcək
  • 09 Jan 2024

“Humanitar elmlərdə yaşıl dünya: ekolinqvistika, ekotənqid, ekotərcümə” mövzusunda Respublika Konfransı

 

23 fevral 2024-cü il, Bakı

Bakı Avrasiya Universiteti

 

Müraciət və qeydiyyat prosesi

Konfransın təqvimi

• Xülasə təqdim etmək üçün son tarix: 30 yanvar 2024-cü il

• Proqramın elanı: 05 fevral 2024-cü il

• Konfransın keçirilməsi: 23 fevral 2024-cü il

• Tam mətnin göndərilməsi üçün son tarix: 10 mart 2024-cü il

 

Konfransda iştirak

• Konfrans Bakı Avrasiya Universitetində keçiriləcəkdir

Konfransın əhatə dairəsi və mövzuları

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. XX əsrdən başlayaraq ekoloji problemlərin artması və hal-hazırda ciddi iqlim dəyişmələrinə səbəb olması humanitar sahənin mütəxəssislərini də düşündürmüş, bununla bağlı yeni elm sahələri yaranmışdır. Dilçilik, ədəbiyyatşünaslıq, tərcüməşünaslıq kimi elmlərin ekolinqvistika, ekotənqid və ekotərcümə adlı prioritet istiqamətləri daima dəyişən və yenilənən dünyaya paralel olaraq bədii mətnlərin ortaya çıxması, dilçilikdə və ədəbiyyatşünaslıqda bu kimi yeni reallıqların şərhi və tərcüməsi ilə bağlıdır. Buna görə də sərəncamdan irəli gələn bir vəzifə kimi Sizi Bakı Avrasiya Universitetinin “Nəzəri dilçilik və türk dilləri”, “Azərbaycan və dünya ədəbiyyatı”, “Tərcümə”, “Xarici dillər və ədəbiyyat” kafedralarının birgə təşkilatçılığı ilə keçiriləcək konfransda uşaq və gənclərin inkişaf xəttində ekosistem məfhumunun çox vacib olduğunu vurğulamaq, ekoloji şüur anlayışını mənimsətmək, eləcə də müvafiq mövzu üzrə bədii və elmi mətnlərin təhlilinin aparılması məqsədilə iştirak etməyə dəvət edirik.

Tədqiqat sahələri/ Konfransın əhatə dairəsi

Konfransda aşağıdakı mövzular üzrə tədqiqatların nəticələrinin təqdim olunması nəzərdə tutulur:

· Ekolinqvistika – mahiyyəti, tarixi, əhatə dairəsi və problemləri;

- Yaşıl dünya: Regional, kontinental və planetar dil əlaqələrinin ekologiyası;

- Qloballaşma dilin ekoloji mühitini formalaşdıran faktor kimi;

- Azərbaycan dil mühiti: Azərbaycanda yaşayan xalqların dil əlaqələri və bu əlaqələrə ekolinqvistik yanaşma;

- Müxtəlif elm sahələri prizmasından dilin ekoloji analizi; fəlsəfi, məntiqi, riyazi dilçilik, kompüter dilçiliyi, psixolinqvistika, etnolinqvistika, koqnitiv dilçilik

· Ekomətnlərin tədrisi problemləri;

· Ekopoetika və ekotənqid:

- Tənqidin yeni sahəsi: ekotənqid;

- Ekofolklor; qədim və çağdaş xalq düşüncəsində “yaşıl dünya”;

- Ekoloji problemlərin bədii mətnlərdə təzahür şəkilləri;

- Poeziyada təbiətə müraciət: klassik yanaşma və ekopoetika;

- Uşaq ədəbiyyatı nümunələrində ekoloji şüurun aşılanması: problemlər və bədii yozumlar

· Ekotranslatologiya

 

- Tərcümənin yeni paradiqması: ekotərcümə;

- Ekotərcümənin dil, təbiət və mədəniyyətlə qarşılıqlı əlaqəsi;

- Ekotərcüməşünaslıq və Qərb tərcümə nəzəriyyələri: oxşarlıqları və fərqlilikləri

 

Qeyd: Yuxarıda müəyyən edilmiş istiqamətlərə aid olmayan mövzular qəbul edilməyəcəkdir.

Xülasə və yazı qaydaları:

Xülasə 250-400 söz arası 12 şrift 1 aralıqla Azərbaycan, ingilis və rus dillərində göndərilməlidir. Xülasənin sonunda açar sözlər göstərilməlidir

Məruzə mətninin yazı qaydaları:

Tam mətn 5-10 səhifə, 12 şrift 1 aralıqla xülasələr də daxil olmaqla Azərbaycan, ingilis və ya rus dillərindən birində göndərilməlidir

Müraciət forması

· Word formatında yazılmış xülasə 30 yanvar 2024-cü il tarixinədək yashil.dunya@baau.edu.az ünvanına göndərilməldir

· Xülasə qəbul edildikdən sonra qəbul məktubu göndəriləcək

· Konfrans 23 fevral 2024-cü il tarixində keçiriləcəkdir

· Məruzənin tam mətnləri 10 mart 2024-cü il tarixinədək

yashil.dunya@baau.edu.az ünvanına göndərilməlidir

Məruzə mətnləri aşağıdakı qaydada tərtib edilməlidir:

• MS Word redaktoru

• A4 formatı

• 12 ölçülü Times New Roman şrifti

• Sətirlərarası interval – 1

• Mətnin kənar boşluqları – 2 sm

• Mətnin əvvəlində müəllifin ORCİD nömrəsi, adı və soyadı, iş yeri (təhsil aldığı müəssisə), elmi dərəcəsi, elmi adı, elektron ünvanı göstərilməlidir

• İstinadlar və ədəbiyyatlar APA stilində olmalıdır

Qeyd: Tərtibata və mövzuya uyğun olmayan, eləcə də konfransda iştirak etməyən müəlliflərin məruzə mətnlərinə konfrans materiallarında yer verilməyəcəkdir

Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 135 A

Tel: (+994 12) 564-63-67 E-mail: yashil.dunya@baau.edu.az

“Humanitar elmlərdə yaşıl dünya: ekolinqvistika, ekotənqid, ekotərcümə” mövzusunda Respublika Konfransı keçiriləcək

Digər Elanlar