Ömürboyu Təhsil Mərkəzi haqqında

Bakı Avrasiya Universitetinin Ömürboyu Təhsil Mərkəzi haqqında

Bakı Avrasiya Universitetinin Ömürboyu Təhsil Mərkəzi

Ömürboyu Təhsil Mərkəzi, yaşından və təhsil səviyyəsindən asılı olmayaraq, yeni biliklər və bacarıqlar öyrənmək, peşəkar inkişafı davam etdirmək və müxtəlif sahələrdə ixtisaslaşmaq istəyən şəxslər üçün kurslar təşkil edir. Təlimlər, universitetin təcrübəli müəllimləri və dəvət edilmiş mütəxəssislər tərəfindən həm onlayn, həm də ənənəvi formatda keçirilir. Kursları uğurla tamamlayan iştirakçılara Bakı Avrasiya Universiteti tərəfindən sertifikat təqdim edilir.

Ömürboyu Təhsil Nədir?

- Peşəkar inkişaf

- Fərdi bacarıqların təkmilləşdirilməsi

- Zehni potensialın artırılması

- Maraq dairəsinin genişləndirilməsi

- Praktik və aktual biliklərin əldə olunması

- İş imkanlarının artırılması

- Sosial mühitin inkişaf etdirilməsi

Vizyonumuz

Vizyonumuz, ölkə və dünya miqyasında sürətli inkişaf prosesini izləyərək, cəmiyyətin ehtiyaclarını qarşılamaq üçün yüksək keyfiyyətli tədris metodlarını təqdim etməkdir. Hədəfimiz, ixtisaslı işçi qüvvəsinin formalaşdırılmasına dəstək olmaqla, hər təhsil səviyyəsindən şəxslərin ömürboyu inkişafına töhfə verən müasir və qabaqcıl təhsil mərkəzi kimi tanınmaqdır.

Missiyamız

Mərkəzimiz, cəmiyyətin tələbləri və insanların dəyişən ehtiyaclarını müəyyənləşdirərək, bu ehtiyaclara cavab verən innovativ və keyfiyyətli öyrənmə imkanları təqdim etməyi qarşısına məqsəd qoyub. Biz, fərdlərdən tutmuş universitet tələbələrinə, məktəb şagirdlərinə, dövlət və özəl sektor nümayəndələrinə qədər hər kəs üçün təlimlər keçirərək, cəmiyyətin və ölkənin davamlı inkişafına xidmət etmək üçün fəaliyyət göstəririk.