- 15 Aug 2023
Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş
“Türkiyə Cümhuriyyəti və Azərbaycan Filologiyası”
Respublika Konfransı
19 oktyabr 2023-cü il, Bakı
Bakı Avrasiya Universiteti
Müraciət və qeydiyyat prosesi
Konfransın təqvimi
• Xülasə təqdim etmək üçün son tarix: 15 sentyabr 2023-cü il
• Proqramın elanı: 02 oktyabr 2023-cü il
• Konfransın keçirilməsi: 19 oktyabr 2023-cü il
• Tam mətnin göndərilməsi üçün son tarix: 01 noyabr 2023-ci il
Konfransda iştirak
• Konfrans Bakı Avrasiya Universitetində keçiriləcəkdir.
Konfransın əhatə dairəsi və mövzuları
Hörmətli alimlər, doktorantlar, dissertantlar, magistrantlar,
Sizi 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində 15 oktyabr 2023-cü il tarixində Bakı Avrasiya Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı” və “Nəzəri dilçilik və türk dilləri” kafedralarının birgə təşkilatçılığı ilə keçiriləcək konfransda qurucu lider Mustafa Kamal Atatürkün və onun rəhbərliyi altında Türkiyədə filoloji fikrin yeni inkişaf mərhələlərinin tədqiq olunması, Cümhuriyyət dövründə qələmə alınmış əsərlərin təhlil edilməsi, həmin dövrdə Azərbaycandan mühacirətə getmiş görkəmli ədiblərimizin yaradıcılığına yenidən nəzər salınması, türk dillərinin tədqiqi və tədrisi problemlərinin öyrənilməsi məqsədilə konfransda iştirak etməyə dəvət edirik.
Tədqiqat sahələri/ Konfrans əhatə dairəsi
Konfrans Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur və aşağıdakı mövzular üzrə tədqiqatların nəticələrinin təqdim olunması nəzərdə tutulur:
• Mustafa Kamal Atatürkün ictimai-siyasi, elmi, mədəni fəaliyyəti;
• Ümummilli liderlər: Mustafa Kamal Atatürk və Heydər Əliyev;
• Atatürk və Türk Dünyası;
• Cümhuriyyət dövrü nəsri;
• Cümhuriyyət dövrü poeziyası;
• Cümhuriyyət dövrü dramaturgiyası;
• Türkiyədə Azərbaycan mühacirləri və mühacir ədəbiyyatı;
• Türk xalqlarının ədəbiyyatı;
• Cümhuriyyət dövrünün məşhur dilçi, ədəbiyyatşünas və folklorşünasları;
• Mustafa Kamal Atatürkün dil siyasəti;
• Dünya türklərinin ortaq əlifbası, ortaq dili və ortaq gələcəyi;
• Türk dillərinin əcnəbilərə tədrisi problemləri;
• Türk dillərinin koqnitiv baxımdan tədqiqi potensialı;
• Türk dilləri regional və qlobal dil kimi;
• Bir millət, altı dövlət və gələcək Turan
Xülasə və yazı qaydaları:
Xülasə 250-400 söz arası 12 şrift 1 aralıqla Azərbaycan, türk, ingilis və rus dillərindən birində göndərilməlidir. Xülasənin sonunda açar sözlər göstərilməlidir.
Qeyd: Azərbaycan dilində təqdim olunan məruzə mətnlərinə ingilis, digər dillərdə tərtib edilən mətnlərə isə Azərbaycan dilində xülasə əlavə olunmalıdır.
Tam mətn 5-10 səhifə, 12 şrift 1 aralıqla xülasə də daxil olmaqla Azərbaycan, türk, ingilis və rus dillərindən birində göndərilməlidir.
Müraciət forması
•Word formatında yazılmış xülasənizi 15 sentyabr 2023-cü il tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz.
• Xülasə qəbul edildikdən sonra sizə qəbul məktubu (pdf) göndəriləcək.
• Konfrans 19 oktyabr 2023-cü il tarixində keçiriləcəkdir.
• Tam mətnləri 01 noyabr 2023-cü il tarixinədək [email protected] ünvanına göndərə bilərsiniz.
Məruzə mətnləri aşağıdakı qaydada tərtib edilməlidir:
• MS Word redaktoru
• A4 formatı
• 12 ölçülü Times New Roman şrifti
• Sətirlərarası interval – 1
• Mətnin kənar boşluqları – 2 sm
• Mətnin əvvəlində müəllifin ORCİD nömrəsi, adı və soyadı, iş yeri (təhsil aldığı müəssisə), elmi dərəcəsi, elmi adı, elektron ünvanı göstərilməlidir.
• İstinadlar və ədəbiyyatlar APA Stilində olmalıdır.
Qeyd: Tərtibata və nümunəyə uyğun olmayan, eləcə də konfransda iştirak etməyən müəlliflərin məruzə mətnləri çap edilməyəcəkdir.
Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 135 A
Tel: (+994 12) 564-63-67
E-mail: [email protected]