- 20 Oct 2025
Türkiyə Respublikasının Sakarya Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün ERASMUS+ mübadilə proqramına qəbul elan edir.
Aşağıdakı yerlər üzrə müsabiqə keçirilir:
Təhsilalanların mobilliyi – 1 (bir) yer;
Təhsil müddəti - 1 (bir) semestr.
Təhsilalanların Erasmus+ proqramı çərçivəsində mobillik proqramında iştirakı üçün tələb olunan şərtlər:
• İxtisas – Filologiya (Türk dilləri);
• Tələbələrin ümumi orta balı (ÜOMG) – 65 baldan yuxarı olmalı;
• Türk dili C1 səviyyəsində olmalı.
Tələb olunan sənədlər:
• Akademik transkript;
• Niyyət məktubu;
• CV (türk və ya ingilis dilində);
• Xarici pasportun surəti;
• 3x4-ə ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında);
• Sertifikatlar (əgər varsa).
Müraciət üçün son tarix: 30 noyabr 2025-ci il
Təqaüd nələri əhatə edir?
- Aylıq təqaüd: 800 (səkkiz yüz) avro;
- Səyahət xərci: 309 (üç yüz doqquz) avro;
- Qəbul edən universitetdə təhsil haqqından azadolma.
Qeyd 1: Yaşayış xərcləri tələbənin özü tərəfindən qarşılanmalıdır.
Qeyd 2: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.
Qeyd 3: Erasmus+ proqramında heç iştirak etməyən tələbələrə üstünlük veriləcək.
Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:
Mob./Votsap: (+994) 50 357 51 78 (müraciət üçün hər gün saat 09:00-dan 20:00-a kimi)
E-poçt: [email protected]




