ELANLAR

Uşak Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına müsabiqə elan edir

Uşak Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına müsabiqə elan edir
  • 19 Oct 2026

Uşak Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün Filologiya (Türk dili və ədəbiyyatı) ixtisası üzrə ERASMUS+ KA171 təqaüdü ilə tələbə mübadilə proqramına aşağıdakı şərtlərlə müsabiqə elan edir:

 

Müsabiqədə seçiləcək tələbə sayı: 2 (iki) yer

 

Müraciət üçün tələblər:

·       Bakalavriat səviyyəsində Türk dili və ədəbiyyatı ixtisasında təhsil alanlar: minimum ÜOMG 71/100;

·       Hər bir müraciət edən namizədin Türk dil biliyi – C1 səviyyəsində olanlar.

 

Tələb olunan sənədlər:

· Akademik transkript;

· Niyyət məktubu;

· CV (türk və ya ingilis dilində);

· Ümumvətəndaş pasportu;

· Sertifikatlar (əgər varsa)

· 3x4-ə ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında).

 

Qeyd 1: Yaşayış xərcləri tələbənin özü tərəfindən qarşılanmalıdır.

Qeyd 2: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.

Qeyd 3: Erasmus+ proqramında heç iştirak etməyən tələbələrə üstünlük veriləcək.

Müraciət üçün son tarix:  12 noyabr 2026-ci il

Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:

Mob./Votsap: (+994) 50 357 51 78

Uşak Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına müsabiqə elan edir

DİGƏR ELANLAR