- 04 Mar 2023
İlk dəfə Niğde Universitetinin ev sahibliyi ilə həyata keçirilən Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu müxtəlif vaxtlarda Niğde (2014; 2017;2020, 2021, 2022), Almatı (2015; 2018 Qazax Dövlət Qızlar Pedaqoji Universiteti) və Bakıda (2016; 2019 Bakı Avrasiya Universiteti) gerçəkləşmişdir. Növbəti X Türk Dünyası Araşdırmaları Simpoziumu Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin ev sahibliyi ilə 2023-cü il 14-16 iyunda Almatıda keçiriləcəkdir.
Türk Dünyası ilə bağlı araşdırma aparan elm adamlarını bir yerə toplamaqla mövcud problemlər və onların həlli yollarının araşdırılması istiqamətindən yola çıxan simpoziumun əsas məqsədi dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, incəsənət, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, iqtisadiyyat, din, fəlsəfə, sosiologiya, turizm, gender problemləri və dəqiq elmlər kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirə edilməsi, qarşılıqlı təcrübə mübadiləsi, inkişafa təkan verən yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsinin aparılması və gələcəkdə Türk Dünyasında keçiriləcək müştərək layihələrə zəmin hazırlanması kimi müxtəlif çeşidli işlərin aparılmasıdır. Ənənəvi olaraq simpozium müddətində keçirilən “Kökümüz bir, türkük” festivalı bu coğrafiyada tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndirilməsinə xidmət edir.
Simpozium haqqında ətraflı məlumatı aşağıdakı saytdan əldə edə bilərsiniz.