- 29 Jun 2026
Yunanıstanın Aristotel Saloniki Universiteti ilə 2026/2027-ci tədris ilinin payız semestri üçün Erasmus+ mübadilə proqramı çərçivəsində aşağıdakı yerlər üzrə müsabiqə elan edir.
Yerlər
Akademik heyətin mobilliyi — 2 yer
İnzibati heyətin mobilliyi — 2 yer
Mobilliyin şərtləri
Müddət: 1 həftə
Mobillik dövrü: 01.11.2026 – 29.01.2027
Dil tələbi: İngilis dili minimum B2 səviyyəsində
Tələb olunan sənədlər:
CV (ingilis dilində)
Ümumvətəndaş pasportunun surəti
Sertifikatlar (əgər varsa)
Son müraciət tarixi
21 iyul 2026-cı il
Qeyd: Namizədliyi irəli sürülmüş əməkdaşlara müraciət müddəti başa çatdıqdan sonra (21 iyuldan sonra) tələb olunan sənədlərlə bağlı Aristotel Saloniki Universiteti tərəfindən əlavə təlimatlar göndəriləcək.
Tələb olunan bütün sənəd və məlumatlar aşağıdakı keçiddə əlçatandır:
a) Teaching: eurep.auth.gr/en/staff/international/teaching/general_information
b) Training: eurep.auth.gr/en/staff/international/training/general_information
Əlavə qeyd: Mobilliyin başlama tarixi seçilmiş əməkdaş ilə Aristotel Saloniki Universitetinin müvafiq fakültə/kafedrası arasında əldə olunan razılaşmadan asılıdır. Namizədlərə tövsiyə olunur ki, müraciət etməzdən əvvəl rəsmi tətil və imtahan dövrləri kimi uyğun olmayan tarixlərə təsadüf etməmək üçün Universitet Təqvimi (University Calendar) ilə tanış olsunlar.
Əlaqə: Əlavə məlumat və dəstək üçün Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:
Telefon: 050 357 51 78
E-poçt: [email protected]




