XƏBƏRLƏR

BAAU 2026/2027-ci tədris ili üçün ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə tələbə qəbulu aparır

BAAU 2026/2027-ci tədris ili üçün ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə tələbə qəbulu aparır
  • 24 Jul 2026

Bakı Avrasiya Universiteti (BAAU) 2026/2027-ci tədris ili üçün ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə təsdiqlənmiş qəbul planı əsasında tələbə qəbulu aparır. Qəbul planı əmək bazarının tələbləri, ali təhsil sisteminin inkişaf prioritetləri və universitetin akademik potensialı nəzərə alınmaqla formalaşdırılıb. Qəbul 6 ixtisas, 16 ixtisaslaşma, MBA proqramının 5 istiqaməti üzrə aparılır və ümumilikdə 169 plan yeri ayrılıb. Bütün ixtisaslaşmalarda təhsil əyani təhsilalma forması üzrə aparılır və dövlət sifarişi əsasında qəbul mümkündür.

Universitetin magistr proqramları müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması, elmi-tədqiqat fəaliyyətinə qoşulmaq və peşəkar inkişaf imkanlarından faydalanmaq üçün müasir akademik mühit təqdim edir. Təhsil müddətində mübadilə proqramları və universitetlərarası müqavilələr çərçivəsində Avropa və Türkiyənin tərəfdaş universitetlərində təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır.

BAAU müasir çağırışları nəzərə alaraq tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, innovativ yanaşmaların təşviqi və əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. Universitetimiz son illərdə həm milli, həm də beynəlxalq elmi-təhsil məkanında mövqeyini daha da gücləndirmişdir. BAAU dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education tərəfindən açıqlanan “THE Sustainability Impact Ratings 2026” reytinqində dünya universitetləri arasında 801–1000 aralığında yer almışdır. Universitetimiz “Keyfiyyətli təhsil” istiqaməti üzrə dünya universitetləri sırasında top 300-lükdə qərarlaşmışdır. Bu nəticə universitetimizin keyfiyyətli təhsil, dayanıqlı inkişaf, sosial məsuliyyət, inklüzivlik və beynəlxalq tərəfdaşlıq sahələrində həyata keçirdiyi ardıcıl işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsinin mühüm göstəricisidir.

BAAU-nun təklif etdiyi müasir və əmək bazarının tələblərinə cavab verən ixtisasları, ixtisaslaşmaları və MBA proqramları haqqında ətraflı məlumatı təqdim olunan linkdən əldə etmək olar: https://baau.edu.az/az/page/magistratura-ve-mba-333 

DİGƏR XƏBƏRLƏR