- 06 Mar 2026
Bakı Avrasiya Universitetində (BAAU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda universitetin fəaliyyətinə dair mühüm məsələlər müzakirə olunub və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclas 2025-ci ilin yekunlarına dair hesabatın dinlənilməsi ilə başlayıb. Hesabatı universitetin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov təqdim edib. Rektor ötən il ərzində universitetdə əsas fəaliyyət sahələri üzrə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Daha sonra 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları müzakirə olunub. Tədris işləri üzrə prorektor, dosent Nigar Hüseynova sessiyanın nəticələri və tədris prosesinin təşkili ilə bağlı geniş təqdimatla çıxış edib.
İclasda Tədrisin təşkili departamentinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Natella Quliyevanın ixtisas təcrübələrinin təşkili və bu sahədə qarşıda duran vəzifələr barədə məlumatı dinlənilib, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimovun fakültənin tələbələrinə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə görə təqaüdlərin təyin olunması barədə təqdimatına baxılıb.
Müzakirə olunan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul olunub, universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyyələr verilib.




