- 20 Feb 2026
Bakı Avrasiya Universitetində (BAAU) Karyera və təlim mərkəzinin təşkilatçılığı ilə “Müasir dövrdə Red Team, Blue Team və White Team-in rolu və tətbiqi” mövzusunda seminar keçirilib. Seminar zamanı müasir kibertəhlükəsizlik yanaşmaları, təşkilatlarda təhlükəsizlik strategiyalarının formalaşdırılması və komanda modellərinin praktik tətbiqi ilə bağlı aktual məsələlər geniş şəkildə müzakirə olunub.
Seminarda “MilliSec” MMC-nin təlim üzrə direktoru Fəxrim Səfərov və “Capital Partners” şirkətinin departament müdiri Kənan İsmayılov çıxış ediblər. Çıxış edənlər əsasən Red Team, Blue Team və White Team yanaşmalarının mahiyyəti, onların təşkilati mühitdə funksional rolu, qarşılıqlı fəaliyyət mexanizmləri və real insidentlər zamanı tətbiqi prinsiplərini ətraflı izah ediblər. Çıxışlar zamanı real təcrübəyə əsaslanan nümunələr təqdim olunub, iştirakçılarla interaktiv müzakirələr aparılıb və mövzu ilə bağlı ünvanlanan suallar cavablandırılıb.
Seminar, iştirakçıların nəzəri biliklərinin artırılmasına, praktiki yanaşmalar barədə məlumatlılığının genişlənməsinə və sahə üzrə peşəkarlarla birbaşa ünsiyyət qurmasına imkan yaradıb.
Seminar, kibertəhlükəsizlik sahəsinə maraq göstərən BAAU-nun tələbələri tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran suallar şirkət nümayəndələri tərəfindən cavablandırılıb.




