Abituriyent və subbakalavrların qəbulu

Bakı Avrasiya Universiteti

2022/2023-cü tədris ilində bakalavriat səviyyəsinə qəbul olmuş abituriyent və subbakalavrların qeydiyyatı

Qeydiyyat 02 sentyabr 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək aparılır. 

Qeydiyyat üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Tələbə şəxsi işlərinin formalaşdırılması üçün aşağıdakı sənədlər 15 sentyabr 2022-ci il tarixində Universitetin Qeydiyyat ofisinə verilməlidir.  Göstərilən  siyahı üzrə yalnız  01, 05, 07-ci  nömrəlilər (tam orta təhsil haqqında attestat, orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom; hərbi bilet, yaxud çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqəsi;  təhsil haqqı ödənişi qəbzi) https://portal.edu.az/ platformasında  qeydiyyatdan keçərkən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” sistemində yüklənməlidir..

SƏNƏDLƏRIN  SİYAHISI

01 Tam orta təhsil haqqında attestatın (orta ixtisas və ya ali təhsil müəssisələrini bitirənlər üçün diplom) əsli
02 Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər: şəxsi pasport və ya icazə vəsiqəsi; vətəndaşlığı olmayan şəxslər: şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)
03 Anket
04 3×4 ölçüdə 4 ədəd fotoşəkil
05 Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti
06 Sağlamlıq haqqında arayış
07 Təhsil haqqı ödənişi qəbzi

İllik təhsil haqqı qeydiyyat zamanı tam ödənilməlidir. Ödənişlə bağlı çətinlikləri olanlara ödəniş möhləti verilir, bu halda illik təhsil haqqının 50 (əlli) %-i qeydiyyat müddətində ödənilməlidir, qalan 50 (əlli) %-nin ödənişinə 2022-ci il dekabrın 25-dək vaxt verilir. 

Təhsil haqqı ödənişi üçün Universitetin bank hesab nömrəsi
Bakı Avrasiya Universiteti
Ünvan: Akademik H.Əliyev 135 A
VÖEN: 1500008331
Kapital Bank ASC-in Cəfər Cabbarlı filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200048
H/H :AZ22AIIB38030019441100326104
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BİK AIIBAZ2X

Qeyd 2. : Təhsil haqqı ödənilərkən ödənişin təyinatında tələbənin soyadı, adı və ata adı, qəbul olduğu ixtisas hökmən göstərilməlidir..


Əlavə suallarla bağlı Universitetin Qəbul Komissiyasına müraciət edə bilərsiniz:
Ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küç. 135 A
Əlaqə tel.:  +994 12 564 62 66, +994 12 564 63 67, daxili nömrə 109; mob.: +994 51 429 48 29; +994 55 429 48 29 (Nicat İsmayılov)



Təhsil haqqından azadolmalar və güzəştlər

1. Dövlət büdcəsi hesabına:
1.1. Valideyn himayəsindən məhrum olanlar;
1.2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr;
1.3. I və II dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar sırasından tələbələr;

2. Universitet hesabına
2.1. Müsabiqənin ilk mərhələsində Universiteti seçən, 500 və daha yuxarı bal toplayanlar I kurs üçün illik təhsil haqqından tam azad olunur;
2.2.Müsabiqənin ilk mərhələsində Universiteti seçən, 400-499 bal toplayanlara I kurs üçün illik təhsil haqqından 30%məbləğində güzəşt olunur;
2.3. Bir ailənin 2 və daha çox övladı Universitetə qəbul olunduqda, qəbul olanların hər birinə illik təhsil haqqından 200 (iki yüz) manat məbləğində güzəşt olunur (bu imtiyaz qəbul olanların eyni müddətdə təhsil aldıqları növbəti tədris illərinə də şamil olunur)

Qeyd. Dövlət büdcəsi hesabına təhsil almaq hüququnu təsdiq edən sənədlər Universitetin [email protected] elektron ünvanına göndərilməlidir.