Daxili keyfiyyət təminatı sektoru

Daxili keyfiyyət təminatı sektoru

Daxili keyfiyyət təminatı və audit sektoru 10.09.2021-ci il tarixində fəaliyyətə başlamış və Universitetin struktur bölməsi olmaqla təhsilin keyfiyyətinin təşkili və təmin edilməsini həyata keçirir.

Daxili keyfiyyət təminatı və audit sektoru öz fəaliyyətində Azərbaycan Respublikasının qanunları, o cümlədən “Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu”nu, təhsillə bağlı qanunvericilik aktlarını, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı, “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ni, “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı Standartları və Təlimatları”nı, təhsillə bağlı digər normativ-hüquqi aktlar və Bakı Avrasiya Universitetinin müvafiq hüquqi sənədlərini rəhbər tutur.

Daxili keyfiyyət təminatı və audit sektoru Bakı Avrasiya Universitetinin Nizamnaməsini və müvafiq normativ hüquqi sənədlərini rəhbər tutaraq, ölkəmizdə təhsilin inkişafı üzrə dövlət strategiyasının icrasını təmin etmək məqsədilə təhsildə məzmun keyfiyyət dəyişikliyi etməklə tədrisin təşkili və idarə edilməsinin beynəlxalq standartlar səviyyəsində qurulmasını təmin etməyə, təhsilalanlara dəstək verməklə onların biliyinin qiymətləndirilməsində ən müasir metodlardan istifadə etmək və obyektivliyə nəzarət edir.