İcra aparatı
Həsənova Nərgiz Surxay qızı
Rektorun müşaviri-İcra aparatının rəhbəri İcra aparatı rektorun 14.09.2011-ci il tarixli K-85 saylı əmri əsasında mərkəzi struktur bölmə kimi Universitetin kadr, kargüzarlıq, arxiv işi sahəsində fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin etmək, struktur bölmələrin fəaliyyətini əlaqələndirmək və icra mexanizminə nəzarət məqsədilə yaradılmışdır. İnsan resurslarının idarə edilməsi sahəsində:
- Universitetin məqsədlərinə və strateji inkişaf tələblərinə uyğun olaraq kadr siyasəti və kadr strategiyasını işləyib hazırlayır və həyata keçirilməsini təmin edir;
- əmək qanunvericiliyini rəhbər tutaraq heyətin idarə edilməsi işini təşkil edir və həyata keçirir;
- işçilərin xidməti fəaliyyətinin nəticələrinin təhlili və kompleks qiymətləndirmə sistemini, həmçinin əməyin stimullaşdırılması və motivasiyası sistemini işləyib hazırlayır, struktur bölmələrinin rəhbərlərinin təqdimatı və özünün şəxsi rəyi əsasında işçilərin mükafatlandırma sənədlərini hazırlayıb xidmətlərinə görə mükafatlandırmaq üçün rəhbərlik qarşısında vəsatət qaldırır;
- struktur bölmə rəhbərlərinin verdikləri məlumat əsasında Universitetin kadrlara olan tələbatını ödəmək məqsədilə mənbələri müəyyənləşdirir, müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları bazarının araşdırılması və müvafiq kadrların cəlb edilməsi üzrə fəaliyyət göstərir,
- insan resurslarının planlaşdırılmasını təmin edir, Universitetə insan resurslarının cəlb edilməsi, seçilməsi, işə qəbulu və işdən azad edilməsi üzrə prosedurları həyata keçirir, vakant vəzifələrə namizədlərin seçimini və yerləşdirilməsini sorgu və müsabiqələrlə müəyyənləşdirir;
- Universitetin strateji məqsədlərinə uyğun olaraq insan kapitalını formalaşdırmaq və onların mütəmadi inkişafına nail olmaq məqsədilə treyninqlər və digər tədris formalarını təşkil edir;
- Universitet əməkdaşlarının karyera planlaşdırılması üzrə prosedurları həyata keçirir;
- kadr axınının qarşısını almaq üçün tədbirlər hazırlayır və onların həyata keçməsini təmin edir;
- əməkdaşların vəzifə təlimatlarının işlənib hazırlanması işini təşkil edir;
- tələb edilən meyarlar əsasında işçilər haqqında məlumat bazasını formalaşdırır və məlumat bazasının müvafiq elektron proqram vasitəsi ilə avtomatlaşdırılması üzrə fəaliyyəti həyata keçirir, insan resursları üzrə avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasına dair proqram və layihələrin həyata keçirilməsini təmin edir, kadrların keyfiyyət və kəmiyyət tərkibi haqqında informasiya bankını yaradır və onun aparılmasını təmin edir.
Kargüzarlıq işinin təşkili sahəsində:
- Universitetdə kargüzarlıq işini təşkil edir və həyata keçirir, sənəd dövriyyəsini tənzimləyir, daxil olan sənədlərin qəbulu, qeydiyyatı, verilməsi və aidiyyəti üzrə icraya yönəldilməsi işini təmin edir;
- sənədlərin icra müddətinə nəzarət edir, icra edilmiş sənədlərin struktur bölmələrindən alınması, sənədlərin işlər üzrə formalaşdırılması və arxivə verilməsi işini təmin edir;
- struktur bölmələrdə kargüzarlığın aparılması işini təşkil edir, kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə təşkilati, əməli-metodiki rəhbərliyi və cari nəzarəti həyata keçirir;
- Universitetin elektron kargüzarlıq, elektron sənəd dövriyyəsi və elektron arxiv layihəsini reallaşdırır;
- vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını, məktub və sorğuların aidiyyəti üzrə cavablandırılmasını təmin edir;
Struktur bölmələrin fəaliyyətinin əlaqələndirilməsi və icra mexanizminə nəzarət sahəsində:
- rəhbərliyin sərəncam, göstəriş və tapşırıqlarının vaxtında keyfiyyətlə yerinə yetirilməsi üçün struktur bölmələrin səmərəli fəaliyyətini təmin edir və rəhbərlik qarşısında vaxtaşırı hesabatlar verir;
- struktur bölmələrin fəaliyyətini tənzimləyən təşkilati-sərəncamverici və lokal tənzimləyici sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;
- struktur bölmələrin fəaliyyəti prosesində qanunvericiliyin tələblərinə əməl olunması nəzarət edir, struktur bölmələr tərəfindən hazırlanmış sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlayır və rəy verir;
- struktur bölmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirir, təhlil edir və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər verir;
- struktur bölmələri normativ hüquqi sənədlərlə təmin edir, əməkdaşların mövcud normativ-hüquqi aktları, təşkilati-sərəncamverici sənədləri öyrənməklə fəaliyyətlərinə tətbiqi işini təşkil edir;
- struktur bölmələrinin əsasnaməsinin və əməkdaşların vəzifə təlimatlarının hazırlanmasını təşkil və təmin edir;
- struktur bölmələrin fəaliyyətlərinin onların Əsasnaməsinə uyğunluğunun monitorinqini keçirir və qiymətləndirir.
- struktur bölmələrdən operativ informasiyanın alınması, alınmış informasiyanın işlənib hazırlanması və ötürülməsi mexanizmini təmin edir.
- İcra aparatının strukturuna daxildir:
- rektorun müşaviri-İcra aparatının rəhbəri
- baş mütəxəssis (kargüzarlıq üzrə)
- mütəxəssis (kargüzarlıq üzrə)
- baş mütəxəssis (insan resurslarının idarə edilməsi üzrə)
- mütəxəssis (insan resurslarının idarə edilməsi üzrə)
- mütəxəssis (arxiv işi üzrə)
İcra aparatına rektorun müşaviri dosent Nərgiz Surxay qızı Həsənova rəhbərlik edir.