Konfranslar

Beynəlxalq Konfrans və Simpoziumlar 

BEYNƏLXALQ TÜRK DÜNYASI ARAŞDIRMALARI SİMPOZİUMU

III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu Bakı Avrasiya Universiteti, Niğde Ömər Halisdəmir Universiteti, Qazax Qızlar Dövlət Pedaqoji Universiteti, M. Akmulla Başqırd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı və Yunus Əmrə İnstitutunun dəstəyi ilə 25-27 may 2016-ci il tarixlərində Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə Bakıda keçirilmişdir. Simpoziumda 13 ölkədən 100-ə yaxın universitet və qurumdan 700 nəfər məruzə etmək üçün müraciət etmiş, 413 məruzə Simpoziumda çıxış etmək üçün qəbul edilmişdir.

IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu Bakı Avrasiya Universiteti, Niğde Ömər Halisdəmir Universiteti, Qazax Qızlar Dövlət Pedaqoji Universiteti və M. Akmulla Başqırd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə Niğde Ömər Halisdəmir Universitetinin ev sahibliyində 26-28 aprel 2017-ci il tarixlərində Niğdedə keçirilmiş və 15 ölkədən 450 məruzə təqdim olunmuşdur.

V Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu Bakı Avrasiya Universiteti, Niğde Ömər Halisdəmir Universiteti, Qazax Qızlar Dövlət Pedaqoji Universiteti və M. Akmulla Başqırd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin ev sahibliyində 11-13 oktyabr 2018-ci il tarixlərində Almatıda keçirilmiş və 8 ölkədən 345 məruzə təqdim olunmuşdur. 

VI Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu Bakı Avrasiya Universiteti, Niğde Ömər Halisdəmir Universiteti, Qazax Qızlar Dövlət Pedaqoji Universiteti, M. Akmulla Başqırd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə 2019-cu ilin 13-15 iyununda Bakı Avrasiya Universitetinin ev sahibliyi ilə Bakıda keçirilmişdir. 6 ölkədən 211 məqalə qəbul olunaraq Simpoziumda təqdim olunmuşdur.

VII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu Bakı Avrasiya Universiteti, Niğde Ömər Halisdəmir Universiteti, Qazax Qızlar Dövlət Pedaqoji Universiteti, M. Akmulla Başqırd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə Niğde Ömer Halisdemir Universitetinin ev sahibliyi ilə Covid-19 pandemiyasına qarşı görülən tədbirlərə görə 20-23 oktyabr 2020-ci il tarixlərində uzaqdan və onlayn rejimdə keçirilmişdir. Simpoziumda 6 fərqli ölkədən ümumilikdə 165 məruzə qəbul edilərək təqdim olunmuşdur.

 VIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu Covid-19 pandemiyasına qarşı görülən tədbirlərlə əlaqədar olaraq 2-5 iyun 2021-ci il tarixlərində Niğde Ömer Halisdemir Universiteti, Qazax Milli Qızlar Pedaqoji Universiteti və Bakı Avrasiya Universitetinin iştirakı ilə Niğde Ömer Halisdemir Universitetinin ev sahibliyi ilə uzaqdan və onlayn rejimdə keçirilmişdir. Simpoziumda 11 müxtəlif ölkədən ümumilikdə 188 məruzə təqdim olunmuşdur.

BEYNƏLXALQ DİL VƏ ƏDƏBİYYATDA MÜASIRLƏŞMƏ VƏ ƏNƏNƏ SİMPOZIUMU

1-ci Beynəlxalq Dil və Ədəbiyyatda Müasirləşmə və Ənənə Simpoziumu  4-6 oktyabr 2017-ci ildə Karabük Universiteti və Beynəlxalq Sarayevo Universiteti, Beynəlxalq Balkan Universiteti, Bakı Avrasiya Universiteti, Avrasiya Humanitar Elmlər İnstitutunun tərəfdaşlığı ilə Karabük Universitetinin ev sahibliyi ilə  keçirilmişdir.

SOSİAL ELMLƏRİN ARAŞDIRILMASI BEYNƏLXALQ KONFRANSI

İkinci Sosial Elmlərin Araşdırılması Beynəlxalq Konfransı Bakı Avrasiya Universiteti, Türkiyənin Pamukkale Universiteti və Anadolu Mədəni Araşdırmalar Jurnalının birgə təşkilatçılığı ilə 2017-ci il oktyabr ayının 19-da Bakı Avrasiya Universitetində keçirilmişdir

AZƏRBAYCAN-TÜRKIYƏ DİL VƏ MƏDƏNİYYƏT ƏLAQƏLƏRİ SİMPOZİUMU

Azərbaycan Xalq Cumhuriyyətin 100 illiyinə həsr olunmuş “Azərbaycan-Türkiyə Dil və Mədəniyyət Əlaqələri Simpoziumu” 22-24 noyabr 2018-ci il tarixində Bakı Avrasiya Universitetində Bakı Avrasiya Universiteti, Hacettepe Universiteti və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə  keçirilmişdir. 

AZƏRBAYCAN VƏ ORTA ASİYADA ƏRƏB DİLİ

Azərbaycan və Orta Asiyada ərəb dili Beynəlxalq Konfransı 11-12 iyul 2019-cu ildə Səudiyyə Ərəbistanının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Dr.Hamad bin Abdulla bin Səud bin Xudeyr in və Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan gəlmiş tanınmış ərəbşünas alimlərin iştirakı ilə Bakı Avrasiya Universitetində keçirilmişdir.

FİLOLOGİYANIN AKTUAL PROBLEMLƏRİ

3-4 dekabr 2019-cu il tarixində İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş Filologiyanın Aktual Problemləri Beynəlxalq Konfransı Bakı Avrasiya Universitetində keçirilmişdir.

AVRASİYA ZİRVƏSI ELMİ ARAŞDIRMALAR VƏ AKTUAL PROBLEMLƏR KONFRANSI

6-cı Avrasiya zirvəsi Elmi Araşdırmalar və Aktual Problemlər Konfransı Bakı Avrasiya Universitetitinin və Türkiyənin İqtisadi İnkişaf ve Sosial Araşdırmalar İnstitunun (İKSAD) birgə təşkilatçılığı ilə Covid-19 epidemiyasına qarşı görülən tədbirlərə görə 18-20 May oktyabr 2020-ci il tarixlərində Bakı Avrasiya Universitetində uzaqdan və onlayn rejimdə keçirilmişdir. Konfransda 7 fərqli ölkədən ümumilikdə 300 məruzə qəbul edilərək təqdim olunmuşdur.

7-cı Avrasiya zirvəsi Elmi Araşdırmalar və Aktual Problemlər Konfransı Bakı Avrasiya Universitetitinin və Türkiyənin İqtisadi İnkişaf ve Sosial Araşdırmalar İnstitunun (İKSAD) birgə təşkilatçılığı ilə  47 xarici ölkədən Covid-19 epidemiyasına qarşı görülən tədbirlərə görə 7-9 dekabr 2020-ci il tarixlərində Bakı Avrasiya Universitetində uzaqdan və onlayn rejimdə keçirilmişdir. Konfransda 47 fərqli ölkədən ümumilikdə 470 məruzə qəbul edilərək təqdim olunmuşdur.

DÜNYA SOYQIRIM ARAŞDIRMALARI KONFRANSI

Dünya Soyqırım Araşdırmaları Konfransı Bakı Avrasiya Universitetitinin və Türkiyənin İqtisadi İnkişaf ve Sosial Araşdırmalar İnstitunun (İKSAD) birgə təşkilatçılığı ilə 20-22 noyabr 2020-ci il tarixlərində Bakı Avrasiya Universitetində uzaqdan və onlayn rejimdə keçirilmişdir. Konfransda 11 fərqli ölkədən ümumilikdə 46 məruzə qəbul edilərək təqdim olunmuşdur.

BEYNƏLXALQ BAKI ELMİ ARAŞDIRMALAR KONFRANSI

Nazim Hüseynli -65 Beynəlxalq Bakı Elmi Araşdırmalar Konfransı Bakı Avrasiya Universitetitinin və Türkiyənin İqtisadi İnkişaf ve Sosial Araşdırmalar İnstitunun (İKSAD) birgə təşkilatçılığı ilə 29-30 aprel 2021 -ci il tarixlərində Bakı Avrasiya Universitetində uzaqdan onlayn və üz-üzə rejimdə keçirilmişdir. Konfransda 9 fərqli ölkədən ümumilikdə 59 məruzə qəbul edilərək təqdim olunmuşdur.

3-cü Beynəlxalq Bakı Elmi Araşdırmalar Konfransı Bakı Avrasiya Universitetitinin və Türkiyənin İqtisadi İnkişaf ve Sosial Araşdırmalar İnstitunun (İKSAD) birgə təşkilatçılığı ilə 15-16 Oktyabr 2021 -ci il tarixlərində Bakı Avrasiya Universitetində uzaqdan onlayn və üz-üzə rejimdə keçirilmişdir. Konfransda 38 fərqli ölkədən ümumilikdə 314 məruzə qəbul edilərək təqdim olunmuşdur.

Respublika Konfransları 2021
QARABAĞDA İQTISADİYYATIN GƏLƏCƏK PRESPEKTİVLƏRİ 

Qarabağda iqtisadiyyatın gələcək prespektivləri Respublika Elmi Konfransı 30 mart  2021-ci ildə Bakı Avrasiya Universitetində keçirilmişdir.

DÜNYA MƏDƏNİYYƏTİNƏ VƏ ƏDƏBIYYATINA BÖYÜK TÖHFƏLƏR VERMİŞ DAHİ ŞAIR NİZAMİ GƏNCƏVİ

Dünya mədəniyyətinə və ədəbiyyatina böyük töhfələr vermiş dahi şair Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş Respublika Konfransı 26 aprel 2021ci ildə Bakı Avrasiya Universitetində keçirilmişdir.

TARİXİ TƏCRÜBƏ, DÖVLƏTÇİLİYİN SİYASİ, İQTİSADİ, SOSİAL-MƏDƏNİ İNKİŞAFININ ƏSAS MEYİLLƏRİ VƏ PERSPEKTİVLƏRİ

Tarixi təcrübə, dövlətçiliyin siyasi, iqtisadi, sosial-mədəni inkişafının əsas meyilləri və perspektivləri  Respublika Elmi Konfransı  19 may 2021-ci ildə Bakı Avrasiya Universitetində keçirilmişdir.