Qəbul qaydaları

Qəbul qaydaları

Əcnəbi tələbələrin qəbulu Universitetdə yaradılan Qəbul komissiyası tərəfindən həyata keçirilir. Namizədlərin müraicətləri elektron formada Təhsil Portalı səhifəsindən qəbul olunur.

Qəbul üçün tələb olunan sənədlər:
  • Seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, BAAU-nun rektorunun adına ərizə;
  • Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
  • Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
  • Xarici pasport
  • 3x4 ölçüdə 6 ədəd fotoşəkil;
  • Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
  • Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).
  • Müraicətlər Qəbul komissiyası tərəfindən yoxlanıldıqan sonra nəticəsi barədə namizədlərə məlumat verilir və qəbul olunan tələbələrə qəbul məktubu göndərilir. Müraciəti qəbul olunan tələbələr Bakı Avrasiya Universitetində qeydiyyatdan keçmək üçün sənədlərin əslini təqdim etməlidirlər.