Tələbə dünyası
Bakı Avrasiya Universiteti hər il olduğu kimi 2022-ci ilədə də təhsil ocaqları içərisində yeni bir ilkə imza atıb.Tam müasir statdartlara cavab verən 5 mərtəbəli qızlar yataqxanasını tələbələrin ixtiyarına verib. Bakı Avrasiya Universitetinin son iki ildə tikdirdiyi yataqxana yalnız tələbə qızlar üçün nəzərdə tutulub. Yataqxana xüsusən Azərbaycanın bölgələrindən gələn qız tələbələrin təhsil almasını təşviq etmək məqsədi daşıyır. Tələbə qızlar üçün olan yataqxana bütün müasir standartlara cavab verir. Yataqxana tələbələri təhsillərinə diqqət yetirməyə və vaxtında universitetdən məzun olaraq bu nisbəti artırmağa həvəsləndirmək məqsədilə qız tələbələri pulsuz və sürətli internetə çıxış, kondisioner, rahat yataq otaqları, yeməkxana, rahat kitabxana kimi bir sıra zəruri imkanlarla təmin edir.
"Tələbə dünyası" adlı yataqxana:
2, 4 və 6 nəfər üçün dizayn olunub;
yataq və yataq dəsti;
yazı masası və stulu;
şəxsi əşyalarının yığılması üçün dolablar;
mərkəzləşmiş istilik sistemi, kondisoner;
TV və yüksək sürətli internet;
tələbə yeməkxanası;
Otaqlarda hamam və sanitar qovşağı ;
Oxu zalları;
Camaşırxana;
24 saat isti və soyuq su;
24/7 təhlükəsizlik xidməti ilə təmin olunub.
BAAU Tələbə Gənclər Təşkilatı (TGT)
Bakı Avrasiya Universitetində (BAAU) Tələbə Gənclər Təşkilatı 2007-ci ildən fəaliyyət göstərir.
Tələbə Gənclər Təşkilatı təhsil alan gənclərin ümumi maraqlarını və könüllülük prinsiplərini rəhbər tutaraq, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, hüquqlarının müdafiəsini, maraqlarını, asudə vaxtının səmərəli təşkilini, maraq və meyllərini, intellektual inkişaflarını təmin etmək, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilib.
BAAU Tələbə Elmi Cəmiyyəti (TEC)
BAAU Tələbə Elmi Cəmiyyəti (TEC) tələbələrin elmi-tədqiqat və praktiki işini alim və müəllimlərin iştirakı ilə təşkil və koordinasiya edən tələbə birliyidir.
Tələbə Elmi Cəmiyyəti (TEC) tələbələrin elmi fəaliyyətini dəstəkləyən və onların tədqiqat bacarıqlarını inkişaf etdirməyə yönəlmiş bir qurumdur. Cəmiyyət elmi seminarlar, konfranslar və layihələr təşkil edərək tələbələrin elmi araşdırmalara marağını artırır. TEC gənc tədqiqatçılar üçün innovativ mühit yaradaraq, onların bilik və təcrübə mübadiləsini təşviq edir. Məqsədimiz tələbələrin akademik inkişafına töhfə vermək və elmi düşüncəni təşviq etməkdir.