Bakı Avrasiya Universitetinin rektoru

Image

1956-cı il, aprelin 30-da Gədəbəy rayonunda anadan olmuşdur.

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

1974-cü ildən əmək fəalliyyətinə başlamışdır.

1974-1985-ci illərdə Azərbaycan Dövlət Universiteti nəzdində Elmi-Tədqiqat Hesablama Mərkəzində, 1985-ci ildə Azərittifaq İdarə Heyətində hesablama texnikasının tətbiqi şöbəsində, 1985-1989-cu illərdə SSRİ Sənaye-Tikinti Bankında işləmişdir.

1989-cu ildə fəlsəfə elmləri namizədi, 2005-ci ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır.

1994-cü ildən Azərbaycan Dövlət Pedaqoji İnstitunun Fəlsəfə kafedrasının dosenti elmi adını almış, 1996-cı ildən Ali Diplomatiya Kollecinin (hazırda Bakı Avrasiya Universiteti) professoru vəzifəsinə seçilmişdir. 1

984-cü ildən SSRİ Fəlsəfə Cəmiyyətinin, 1986-cı ildən SSRİ Elmlər Akademiyası Sovet Sosioloji Assosiasiyasının üzvü seçilmişdir.

1996-cı ildən Rusiya Federasiyası Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. “Məntiq” və “Dialektika və idrak nəzəriyyəsi” sahəsində ilk elmlər doktorudur.

Təhsil, elmi fəaliyyət və beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinə görə 2007-ci ildə “Qızıl Buta”, 2008-ci ildə “Qızıl qələm”, 2012-ci ildə “Dədə Qorqud” mükafatlarına layiq görülmüşdür, 2012-ci ildə isə “Vətən övladı” Qızıl medalı ilə təltif olunmuşdur.

Elmi-pedaqoji fəaliyyəti dövründə 100-ə yaxın elmi məqaləsi çap olunmuşdur. Azərbaycanda və bir sıra ölkələrdə elmi konfrans və simpoziumlarda iştirak etmişdir.

Bakı Avrasiya Universitetində 1998-ci ildən fəaliyyət göstərən Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəridir. Türkoloji Araşdırmalar Mərkəzi ölkəmizdə bu sahədə fundamental elmi araşdırmalar aparan ilk elmi-tədqiqat mərkəzidir və şumer tədqiqatları aparmaqla şumerologiya və şərqşünaslıq elminə ciddi elmi töhvələr vermişdir.

Nazim Hüseynlinin 7 əsəri Azərbaycan Respublikasının Əqli Mülkiyyətlər Agentliyində qeydiyyatdan keçməklə müəlliflik şəhadətnaməsi almışdır.

Nazim Hüseynlinin “Təfəkkürün anlayış-kateqorial aparatı: qnoseoloji və metodoloji təhlil” monoqrafiyası 2003-cü ildə Azərbaycanda nəşr edilmiş və 2012-ci ildə Azərbaycan Respublikasının Əqli Mülkiyyətlər Agentliyi tərəfindən ona müəlliflik şəhadətnaməsi verilmişdir.

Nazim Hüseynlinin rəhbərliyi ilə Azərbaycan tarixində ilk dəfə olaraq “Diplomatiya ensiklopedik lüğəti” hazırlanmış, Azərbaycan tarixinin mənbəşünaslığı baxımından ciddi elmi əhəmiyyət kəsb edən “Qalakənd” kitabı alman dilindən ana dilimizə tərcümə olunaraq nəşr edilmişdir.

“Gələcək” və “İdrak” qəzetlərinin, “Azərbaycan diplomatiyası”, “Azərbaycanın xarici siyasət arxivi”, “Dünyaya baxış” və “Sivilizasiya” elmi jurnallarının təsisçisi və baş redaktorudur.

Nazim Hüseynli təfəkkürün anlayış-kateqorial aparatının qnoseoloji və metodoloji təhlili sahəsində elmi araşdırmalar aparmışdır. Məntiq, idrak nəzəriyyəsi, riyaziyyat və kibernetikanın fəlsəfi problemləri və təhsilin fəlsəfəsi sahəsində 100-ə yaxın elmi məqalənin müəllifidir.

1992-ci ildən etibarən və hazırda da özünün təsis etdiyi Bakı Avrasiya Universitetinin (əvvəlki Ali Diplomatiya Kolleci) rektoru vəzifəsində çalışır.