AZ EN RU Events News Pages
242Diqqət:tələbə adını qazanmış abituriyentlər hansı sənədləri təqdim etməlidir?

Diqqət:tələbə adını qazanmış abituriyentlər hansı sənədləri təqdim etməlidir?

Bakı Avrasiya Universitetinə qəbul olan abituriyentlər 15.08.2019-cu il tarixdən 27.08.2019-cu il tarixədək aşağıda qeyd olunan sənədləri təqdim etməklə universitetdən qeydiyyatdan keçməlidir:

1. Təhsil haqqında sənədin (tam orta təhsil haqqında attestat, orta ixtisas və ali təhsil müəssisələrini bitirənlər diplom) əsli;
2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);
3. Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün);
4. Yaşayış yerindən arayış;
5. Sağlamlıq haqqında arayış;
6. 6 ədəd 3x4 ölçüsündə fotoşəkil (son 6 ayda çəkilmiş);
7. Təhsil haqqı ödəniş qəbzi
8. DİM şəxsi kabinet: fin kod və şifrə;
9. DİM müsabiqənin nəticəsi;

QEYD: 1. 18 yaşı tamam olmamış abituriyentin valideyni qeydiyyatda iştirak etməlidir

             2. Təhsil haqqı Universitetin aşağıdakı bank hesabına köçürülməlidir.

      BAKI AVRASİYA UNİVERSİTETİ

       AZ1100 Bakı şəh., H.Əliyev küç. 135A

       VÖEN:  1500008331

       Kapital Bank  ASC-in Cəfər Cabbarlı filialı

       Bankın VÖEN-i: 9900003611

       Kod: 200048

       H/H :AZ22AIIB38030019441100326104

       M/H: AZ37NABZ01350100000000001944

       S.W.İ.F.T. BİK AIIBAZ2X

t.jpgAZ81
218Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya QƏBUL İMTAHAN PROQRAMI

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya QƏBUL İMTAHAN PROQRAMI

Azərbaycan dili 2018

Azərbaycan ədəbiyyatı 2018

Beynəlxalq münasibətlər 2018

Dil nəzəriyyəsi 2018

Ekonometriya 2018

Fəlsəfə 2018

Folklorşünaslıq 2018

German dilləri 2018

Sahə iqtisadiyyatı 2018

Siyasi nəzəriyyə 2018

Siyasi institutlar və sistemlər 2018

Ümumi iqtisadiyyat 2018

Xarici dil 2018

img.jpegAZ73
245Bakı Avrasiya Universiteti Erasmus+KA107 proqramı çərçivəsində 2019-cu il dekabr ayının 02-06-da Pozeqa Politexnik İnstitutunda təşkil olunacaq “Beynəlxalq təhsil həftəsi”ndə işitrak etmək üçün müəllimlər arasında müsabiqə elan edir

Bakı Avrasiya Universiteti Erasmus+KA107 proqramı çərçivəsində  2019-cu il dekabr ayının 02-06-da Pozeqa Politexnik İnstitutunda təşkil olunacaq “Beynəlxalq təhsil həftəsi”ndə işitrak etmək üçün müəllimlər arasında müsabiqə elan edir

Bakı Avrasiya Universiteti Erasmus+KA107 proqramı çərçivəsində  2019-cu il dekabr ayının 02-06-da Pozeqa Politexnik İnstitutunda təşkil olunacaq “Beynəlxalq təhsil həftəsi”ndə işitrak etmək üçün müəllimlər arasında müsabiqə elan edir.

Tələb olunan ingilis dili səviyyəsi: C1

Müraciət üçün son tarix: 07.10.2019

images (1).pngAZ82
257Bakı Avrasiya Universiteti 2019-cu il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə QƏBUL ELAN EDİR

Bakı Avrasiya Universiteti 2019-cu il fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə QƏBUL ELAN EDİR

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Qəbul planı

Doktorantura üzrə

Dissertantura

 üzrə

Cəmi

Əyani

Qiyabi

5704.01

Dil nəzəriyyəsi

2

 1

1

1

5706.01

Azərbaycan dili

1

 

1

1

5708.01

German dilləri

2

1

1

5716.01

Azərbaycan ədəbiyyatı

1

 

1

1

5719.01

Folklorşünaslıq

1

 

1

 1

 

    1.Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Təhsil ödənişlidir, təhsil haqqı doktorant və dissertantla bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.

    2. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

    3. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyənləşdirilir.

    4. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

    5. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

    6. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst

və ya ixtisasa uyğun olmalıdır) qəbul imtahanı verirlər.

    7. Doktorantura və dissertanturaya sənədlərin qəbulu 12 dekabr 2019-cu il tarixdən 28 dekabr 2019-cu il tarixədək keçirilir.

    8. Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

         - rektorun adına ərizə;

         - kadrların şəxsi-qeydiyyat vərəqi;

         - tərcümeyi-hal;

         - 2 ədəd fotoşəkil (3x4 sm ölcüdə);

         - iş yerindən xasiyyətnamə;

         - əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün);

         - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

         - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

       - xarici dil səviyyəsi üzrə beynəlxalq sertifikat (varsa); 

         - şəxsiyyəti təsdiq edən sənədin surəti.

    Sənədlər Bakı Avrasiya Universitetinin Elm, magistratura və doktorantura sektorunda (II mərtəbə, 218-ci otaq) hər gün (şənbə və

bazar günləri istisna olmaqla) saat 9 00 -dan 16 00 -dək qəbul olunur.

     Ünvan: Akademik Həsən Əliyev küç.135A

     Əlavə məlumat üçün: www.baau.edu.az; əlaqə telefonları: 5646367; 5646365 (daxili nömrə 118)

 

 

 

 

                                                                                                                                                                   Rektorluq

img1.jpgAZ86
254İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş Beynəlxalq Konfrans 3-4 dekabr 2019 Azərbaycan, Bakı Avrasiya Universiteti

İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş Beynəlxalq Konfrans

3-4 dekabr 2019

Azərbaycan, Bakı Avrasiya Universiteti

Müraciətlər və xülasələrin göndərilməsi üçün son tarix

10 noyabr 2019

Konfrans proqramının elanı

15 noyabr 2019

Məruzə mətnlərinin göndərilməsi üçün son tarix

1 dekabr 2019

Konfransın tam mətin kitabının nəşri

20 dekabr 2019

 

Konfransın  mövzuları

 

Konfransın mövzuları İsmayıl Şıxlı yaradıcılığı ilə bağlı olmaqla yanaşı, aşağıdakı mövzulardan birini əhatə edə bilər:

  1. Dil
  2. Ədəbiyyat
  3. Folklor
  4. Tarix

 

  1. Konfransda iştirak forması  

         Konfransda məruzə edərək və ya dinləyici kimi iştirak etmək mümkündür. 

 

  1. Müraciət

Konfransda iştirak etmək üçün 10 noyabr 2019-cu  ilə qədər, 200 sözdən az olmamaq şərti ilə xülasə

         simpozium.2019@gmail.com     

 

         e-mailinə “məruzəçinin adı və soyadı” başlığı ilə göndərilməlidir.

Qeyd: Müraciət edən şəxsin adı, soyadı, təhsil aldığı müəssisə, fakültə, kafedra, əlaqə vasitələri, telefon, e-mail göstərilməlidir.

 

3.Məruzə mətni

         Xülasə qəbul edildikdə məruzənin tam mətni 1 dekabr 2019-cu il tarixinə qədər:

         simpozium.2019@gmail.com     

 

         e-mailinə məruzəçinin “Ad və soyadı” başlığı ilə göndərilməlidir.

         Məruzələr MS Word formatında, Times New Roman 12 şriftlə hazırlanmalıdır.

 

4.Təşkilat komitəsi:

F.e.d., prof.  Nazim HÜSEYNLİ (Bakı Avrasiya Universitetinin rektoru)

Günhan HÜSEYNLİ (Ümumi işlər üzrə prorektor)

Fil.ü.f.d., dos. Elmira MƏMMƏDOVA-KEKEÇ (Ümumi filologiya kafedrasının müdiri)

Fil.ü.f.d., dos.Salman SÜLEYMANOV (Filologiya fakültəsinin dekanı)

F.ü.f.d., dos. Mütəllim RƏHİMOV (Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı)

 

5.Elmi heyət:        

Fil.ü.f.d., dos.Nigar HÜSEYNOVA (Ümumi filologiya kafedrasının dosenti) 

S.e.d., prof. Gülzar İBRAHİMOVA (Humanitar fənlər və regionşünaslıq kafedrasının professoru)

S.e.ü.f.d. Səyavuş Qasımov (Humanitar fənlər və regionşünaslıq kafedrasının dosenti)

Fil.e.d., prof. Mahmud ALLAHMANOV (professor)

Fil.e.d., dos.  Mayıl ƏSGƏROV (Ümumi filologiya kafedrasının professoru)

Fil.ü.f.d., dos. Ədalət TAHİRZADƏ (Ümumi filologiya kafedrasının professoru)

Fil.ü.f.d. Seyfəddin ALTAYLI (Ümumi filologiya kafedrasının dosenti)

Fil.ü.f.d., dos. Səadət ŞIXIYEVA (Ümumi filologiya kafedrasının dosenti)

Fil.ü.f.d., dos. Ruslan ABDULLAYEV (Ümumi filologiya kafedrasının dosenti)

img.jpgAZ85
1942018/2019-cu tədris ilində magistraturaya qəbul olmuş bakalavrların təqdim etdiyi sənədlərin siyahısı

2018/2019-cu tədris ilində magistraturaya qəbul olmuş bakalavrların  təqdim etdiyi sənədlərin  siyahısı

406A2873.jpgAZ65
260Doktorant və dissertant olmaq istəyənlərin nəzərinə

Doktorant və dissertant olmaq istəyənlərin nəzərinə

Bakı Avrasiya Universiteti, doktoranturaya qəbul - xarici dillər üzrə proqram

Bakı Avrasiya Universiteti, doktoranturaya qəbul - fəlsəfə üzrə proqram  

img.jpgAZ87
227Bakı Avrasiya Universiteti 2019/2020-ci tədris ili üçün Mövlanə Mübadilə Proqramı üzrə qəbul elan edir.

Bakı Avrasiya Universiteti 2019/2020-ci tədris ili üçün Mövlanə Mübadilə Proqramı üzrə qəbul elan edir.

Ümumi məlumat

 

“Mövlana Mübadilə Proqramı” Türkiyə Ali Təhsil Qurumu (YÖK) tərəfindən yaradılan, Türkiyə Respublikasının maliyyələşdirdiyi proqramdır. Bu proqram çərçivəsində Türkiyə ali təhsil müəssisələrinin müəllim və tələbə heyətinin dünyanın müxtəlif qitələrində yerləşən universitetlərdə və eyni zamanda həmin universitetlərdə fəaliyyət göstərən akademik heyətin və təhsil alan tələbələrin Türkiyənin müxtəlif universitetlərində təcrübə görməsi və təhsilini davam etdirməsi mümkündür. Proqramın məqsədi universitetlər arasında tələbə və professor-müəllim heyətinin sərbəst təhsil alması və akademik fəaliyyət göstərməsini təmin etmək, mədəniyyətlərarası dialoqun genişlənməsinə töhfə verməkdir.

Müraciət qaydaları

Bakı Avrasiya Universitetində çalışan professor-müəllim heyəti və bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində təhsil alan tələbələri proqrama müraciət edə bilər. Ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrinin ümumi orta müvəfəqiyyət göstəricisi minimum 65 bal, magistratura və doktranturada təhsilalanlar üçün isə 75 bal olmalıdır. Tələbələr proqramın təklif etdiyi imkanlardan bir semestr və ya iki semestr, akademik heyət isə ən az bir həftə, ən çox üç ay müdddətinə faydalana bilərlər.

Tələb olunan sənədlər:

  1. Akademik transkript
  2. Müraciət blankı (imzalanmış)
  3. Dil sertifikatı (əgər varsa)

 

Tərəfdaş universitetlər

  1. Akdeniz Universiteti
  2. Artvin Coruh Universiteti
  3. Bayburt Universiteti
  4. Beykent Universiteti
  5. Bitlis Eren Universiteti
  6. Bozok Universiteti
  7. Çankaya Universiteti
  8. Cümhuriyyət Universiteti
  9. Düzce Universiteti
  10. Erzincan Universiteti
  11. Fırat Universiteti
  12. Giresun Universiteti
  13. Kafkaz Universiteti
  14. Karabuk Universiteti
  15. Kastamonu Universiteti
  16. Kilis 7 Aralık Universiteti
  17. Muş Alp Arslan Universiteti
  18. Nevşehir Universiteti
  19. Niğde Ömer Halisdemir Universiteti
  20. Ordu Universiteti
  21. Səlcuq Universiteti
  22. Siirt Universiteti
  23. Uşak Universiteti

 

Sənədlərin qəbulu üçün son tarixi: 22.02.2019

Beynəlxalq əlaqələr departamenti

Tel:+994125646242

 

9-.jpg-1.pngAZ76
2392019/2020-ci tədris ilində Universitetin kafedralarında aşağıdakı ixtisas sahələri üzrə professor-müəllim vəzifələrini tutmaq üçün MÜSABİQƏ ELAN EDİR :

2019/2020-ci tədris ilində Universitetin kafedralarında aşağıdakı ixtisas sahələri üzrə professor-müəllim vəzifələrini tutmaq üçün

MÜSABİQƏ ELAN EDİR :

İxtisaslar üzrə

İqtisadiyyat  (Azərbaycan dilində tədris etmək üçün)

Marketinq (tədris Azərbaycan və rus dillərində aparılır)

Biznesin idarə olunması (tədris Azərbaycan və rus dillərində aparılır)

Regionşünaslıq (ABŞ və Kanada ölkələri; Avropa ölkələri; Yaxın və Orta Şərq ölkələri; Qafqaz regionu) (rus dilində tədris etmək üçün)

Sosial iş (Azərbaycan dilində tədris etmək üçün)

Riyaziyyat fənləri üzrə

 

       Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

-          rektorun adına ərizə;

-          kadrların şəxsi uçot vərəqi;

-          tərcümeyi-hal;

-          ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti;

-          elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (elmi dərəcə və elmi adı olanlar);

-          dərc olunmuş elmi və tədris-metodik işlərin müvafiq qaydada təsdiq edilmiş siyahısı;

-          əmək kitabçasının surəti

Professor, dosent, baş müəllim  vəzifəsini tutmaq üçün elan olunmuş müsabiqədə müvafiq ixtisas üzrə  elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər. Müəllim vəzifəsini tutmaq üçün müsabiqədə elmi dərəcəsi olmayanlar, həmçinin doktorantura və dissertanturada təhsil alanlar da iştirak edə bilər. Bu halda müvafiq arayış təqdim edilməlidir.

İddiaçıların elmi-pedaqoji fəaliyyəti, tədris prosesində yeni pedaqoji və informasiya-kommunikasiya texnologiyalarının, innovativ  təlim üsullarının  tətbiqi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri, ixtisasının artırılması ilə bağlı digər sənədlər onların istəyi ilə əlavə olaraq təqdim edilə bilər.

Ali təhsil və elmi dərəcə haqqında sənədlər başqa ölkədə verildiyi halda ekvivalentlik haqqında müvafiq sənəd təqdim edilməlidir.

Sənədlərin qəbulu elanın dərc edildiyi tarixdən 1 (bir) ay müddətinə aparılır.

Sənədlər Universitetdə yaradılmış Müsabiqə Komissiyasına təqdim edilir (məsul katib N.S.Həsənova, 210-cü otaq).

 

Ünvan: AZ 1110, Bakı şəhəri, akademik Həsən Əliyev küç.,135 A

            Əlaqə: (+994 12) 564 63 67; (+99412) 564 63 65, daxili nömrə 108, www.baau.edu.az, info@baau.edu.az

 

                                                                                                                                   REKTORLUQ

img23.jpgAZ80
263Magistraturaya qəbul olanların qeydiyyatı üçün tələblər

Magistraturaya qəbul olanların qeydiyyatı üçün tələblər

 

 

 

 

 

 

 

Magistraturaya qəbul olanların qeydiyyatı üçün

SƏNƏDLƏRİN SİYAHISI

  1. Ali təhsil haqqında sənədin və ona əlavənin əsli
  2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 ədəd)
  3. 3×4 ölçüdə 4 ədəd fotoşəkil
  4. Hərbi biletin surəti (hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti)
  5. Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən magistraturaya qəbul olunmasına dair müsabiqə nəticəsi
  6. Elektron ərizənin iş nömrəsi, şəxsi kabinetin istifadəçi adı və parolu
  7. İllik təhsil haqqı ödənişi haqqında qəbzin surəti (təhsil haqqı Universitetin aşağıda göstərilmiş bank hesabına ödənilməlidir)

 

Universitetin bank hesab nömrəsi

Bakı Avrasiya Universiteti

Ünvan: Akademik H.Əliyev 135 A

VÖEN: 1500008331

Kapital Bank ASC-in Cəfər Cabbarlı filialı

Bankın VÖEN-i: 9900003611

Kod: 200048

H/H :AZ22AIIB38030019441100326104

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. BİK AIIBAZ2X

1. Təqdim olunan sənədlərdə ad, soyad və ya ata adı fərqlənərsə, tələb olunan sənədlərlə birlikdə ad, soyad və ya ata adının dəyişdirilməsini təsdiq edən sənədi və ya sənədlər təqdim edilir.

2. Sağlamlıq haqqında arayış sentyabr ayının 15-dək təqdim edilməlidir.

3. İllik təhsil haqqının ödənilməsində çətinlikləri olanlara müraciət etdikləri halda hissə-hissə ödəniş üçün (2 dəfəyə) icazə verilir.

Sənədlər  6 iyul 2020-ci il tarixdən 15 iyul 2020-ci il tarixədək hər həftənin I-V günləri saat 10.00-dan 17.00-dək qəbul edilir .

Ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küç. 135 A

Əlaqə tel.: +994 12 564 42 72, mob.: +994 55 429 48 29 (Nicat İsmayılov)

img.jpgAZ88
266Bakı Avrasiya Universiteti Magistratura 2020/2021 qəbul planı

Bakı Avrasiya Universiteti Magistratura 2020/2021 qəbul planı 

 

 

 

 

 

Sıra â„–-si

İxtisasın şifri

İxtisas və ixtisaslaşmaların adı

Cəmi

Təhsil müəssisəsinin təklif etdiyi yerlər

Ödənişli əsaslarla təhsil alanların illik təhsil haqlarının məbləği (manatla)

dövlət sifarişi və ödənişli

Azərbaycan bölməsi

ingilis bölməsi

əyani

qiyabi

əyani

qiyabi

əyani

1.

060201

Filologiya

33

 

 

 

1000

 

 

 

Azərbaycan dili

 

6

 

 

 

 

 

 

Ədəbiyyatşünaslıq (Avropa ədəbiyyatı)

 

5

 

 

 

 

 

 

Ədəbiyyatşünaslıq  (türk xalqlarının ədəbiyyatı)

 

5

 

 

 

 

 

 

Ədəbiyyatşünaslıq (dünya ədəbiyyatı)

 

5

 

 

 

 

 

 

Azərbaycan ədəbiyyatı

 

6

 

 

 

 

 

 

Dilşünaslıq (ümumi dilçilik)

 

3

 

 

 

 

 

 

Dilşünaslıq (ingilis dili)

 

3

 

 

 

 

2.

060203

Tərcümə

3

 

 

 

1000

 

 

 

Tərcümə (ingilis)

 

3

 

 

 

 

3.

060211

Regionşünaslıq

6

 

 

 

1000

 

 

 

Regionşünaslıq (ABŞ və Kanada)

 

3

 

 

 

 

 

 

Regionşünaslıq (Avropa ölkələri)

 

3

 

 

 

 

4.

060213

Beynəlxalq münasibətlər

3

 

 

 

1000

 

 

 

Beynəlxalq münasibətlər və diplomatiya

 

3

 

 

 

 

5.

060404

İqtisadiyyat

17

 

 

 

1000

 

 

 

İqtisadi  kibernetika

 

3

 

 

 

 

 

 

Turizmin iqtisadiyyatı (İtaliya Respublikasının Genuya Universiteti ilə birgə proqram əsasında ikili diplom layihəsi)

 

5

 

 

2000

 

 

 

İqtisadiyyatın hüquqi tənzimlənməsi

 

6

 

 

 

 

 

 

Makroiqtisadi siyasət

 

3

 

 

 

 

6.

060409

Biznesin idarə edilməsi

6

 

 

 

1000

 

 

 

Biznes inzibatçılığı

 

6

 

 

 

 

 Cəmi

68

68

 

 

 

 

 

MBA proqramı üzrə


7.

060409

Biznesin idarə edilməsi

15

 

 

 

2000

 

 

 

Biznesin təşkili və  idarə edilməsi (maliyyə üzrə)

 

3

 

 

 

 

 

 

Biznesin təşkili və  idarə edilməsi  (audit üzrə)

 

6

 

 

 

 

 

 

Biznesin təşkili və  idarə edilməsi (mühasibat uçotu üzrə)

 

6

 

 

 

 

Cəmi

83

83

 

 

 

 

 


img.jpgAZ89
2692020/2021-ci tədris ili üçün Bakı Avrasiya Universitetinin magistratura səviyyəsinə qəbul olunan şəxslərin nəzərinə!

2020/2021-ci tədris ili üçün Bakı Avrasiya Universitetinin magistratura səviyyəsinə qəbul olunan şəxslərin nəzərinə!

Koronovirus infeksiyası ilə bağlı ölkəmizdə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat prosesi onlayn formada keçiriləcək.Qəbul olunan şəxslər 2020-ci il iyulun 6-dan 15-dək tələb olunan sənədləri  Avrasiya Universitetinin  info@baau.edu.az  e-mail ünvanına göndərə bilərlər. (Sənədlər skan və ya mobil telofonla effekli çəkilmiş formada göndərilə bilər)

Magistraturaya qəbul olanların qeydiyyatı üçün

SƏNƏDLƏRİN SİYAHISINI BİR DAHA TƏQDİM EDİRİK.

  1. Ali təhsil haqqında sənədin və ona əlavənin əsli
  2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 ədəd)
  3. 3×4 ölçüdə 4 ədəd fotoşəkil
  4. Hərbi biletin surəti (hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti)
  5. Dövlət İmtahan Mərkəzinin internet səhifəsindən magistraturaya qəbul olunmasına dair müsabiqə nəticəsi
  6. Elektron ərizənin iş nömrəsi, şəxsi kabinetin istifadəçi adı və parolu
  7. İllik təhsil haqqı ödənişi haqqında qəbzin surəti 
img.jpgAZ90
272Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Avrasiya Universiteti 2020-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya (əyani və qiyabi) QƏBUL ELAN EDİR

Azərbaycan Respublikasının Təhsil NazirliyiBakı Avrasiya Universiteti
2020-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya (əyani və qiyabi)
QƏBUL ELAN EDİR

Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin

25 avqust 2020-ci il tarixli 493 s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının

ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant

hazırlığı üzrə qəbul planları”na əsasən aşağıdakı ixtisaslar üzrə  aparılır.  

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Qəbul planı

Doktorantura üzrə

Dissertantura üzrə

Cəmi

Əyani

Qiyabi

5302.01

Ekonometriya:iqtisadi statistika

2

1

1

 

5308.01

Ümumi iqtisadiyyat

1

 

1

1

5312.01

Sahə iqtisadiyyatı

1

 

1

1

5704.01

Dil nəzəriyyəsi

1

 

1

1

5706.01

Azərbaycan dili

1

 

1

1

5708.01

German dilləri

1

 

1

1

5716.01

Azərbaycan ədəbiyyatı

1

 

1

1

5718.01

Dünya ədəbiyyatı (ingilis, rus)

1

 

1

1

5719.01

Folklorşünaslıq

 

 

 

1

5901.01

Beynəlxalq münasibətlər

1

1

 

1

5904.01

Siyasi institutlar və sistemlər

 

 

 

1

5908.01

Siyasi nəzəriyyə

 

 

 

1

 

Cəmi:

10

2

8

11

 

    1.Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini

bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və

vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar. Fəlsəfə doktoru proqramı üzrə

doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Təhsil ödənişlidir,

təhsil haqqı doktorant və dissertantla bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.

    2. Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

    3. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəy­yənləşdirilir.

    4. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

    5. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

    6. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst

və ya ixtisasa uyğun olmalıdır) qəbul imtahanı verirlər.

    7. Doktorantura və dissertanturaya sənədlərin qəbulu üçü son tarix: 25 sentyabr 2020-ci il.

    8. Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir: 

         - rektorun adına ərizə;

         - kadrların şəxsi-qeydiyyat vərəqi;

         - tərcümeyi-hal;

         - 2 ədəd fotoşəkil (3x4 sm ölcüdə);

         - iş stajı olanlar üçün əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş çıxarış və xasiyyətnamə;

         - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

         - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

       - xarici dil səviyyəsi üzrə beynəlxalq sertifikat (varsa); 

         - şəxsiyyəti təsdiq edən sənədin surəti.

    Sənədlər Bakı Avrasiya Universitetinin Elm, magistratura və doktorantura sektorunda (II mərtəbə, 218-ci otaq)

hər gün (şənbəbə və bazar günləri istisna olmaqla) saat 10 00 -dan 16 00 -dək qəbul olunur.

     Ünvan: Akademik Həsən Əliyev küç.135A 

     Əlavə məlumat üçün: www.baau.edu.az; əlaqə telefonları: 5646367; 5646365 (daxili nömrə 118)

 

 

                                                                                                                                                                   Rektorluq

img.jpegAZ91
275VII Türk Dünyası Araşdırmaları Simpoziumu

VII Türk Dünyası Araşdırmaları Simpoziumu

İlk dəfə Niğde Universitetinin ev sahibliyi ilə həyata keçirilən Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu müxtəlif vaxtlarda Niğde (2014; 2017), Almatı (2015; 2018 Qazax Dövlət Qızlar Pedaqoji Universiteti) və Bakıda (2016; 2019 Bakı Avrasiya Universiteti) gerçəkləşmişdir. Növbəti VII Türk Dünyası Araşdırmaları Simpoziumu Niğde Ömər Halisdəmir Universitetinin ev sahibliyi ilə 20-23 oktyabr 2020-ci il tarixində Zoom proqramı vasitəsilə onlayn keçiriləcəkdir.

Türk Dünyası ilə bağlı araşdırma aparan elm adamlarını bir yerə toplamaqla mövcud problemlər və onların həlli yollarının araşdırılması istiqamətindən yola çıxan simpoziumun əsas məqsədi dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, iqtisadiyyat, fəlsəfə, turizm və dəqiq elmlər kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirə edil­məsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsinin aparılmasıdır. Ənənəvi olaraq simpozium müddətində keçirilən “Kökümüz bir, türkük” festivalı bu coğrafiyada tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndiril­məsinə xidmət edir.

Simpozium haqqında ətraflı məlumatı aşağıdakı saytdan əldə edə bilərsiniz.

http://www.utudas.org/

 

Qeyd: Simpoziumda iştirak ödənişsizdir.

img.jpegAZ92
303Azərbaycanda ərəb dili günü qeyd olunub

Azərbaycanda ərəb dili günü qeyd olunub

 

Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru,  Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin ərəb dili üzrə mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə "Beynəlxalq Ərəb Dili Günü" münasibəti ilə onlayn tədbir keçirilib.Onlayn formatda keçirilən tədbirdə 80-ə yaxın dinləyici iştirak edib.

Tədbirin ikinci hissəsində müxtəlif universitetlərdə ərəb dili ixtisasında və eyni zamanda Səudiyyə Ərəbistanı mərkəzində təhsil alan tələbələr iştirak edərək ərəb dilində xütbə, hekayə, şeir, mahnı və Qurani-Kərimdən surələr səsləndiriblər. Tədbirdə Mərkəzin 5-9 yaşlı ən kiçik tələbələri də iştirak edərək öz ərəb dili bilikləri ilə hər kəsi təəccübləndiriblər.

Tədbirdə Misirdən və Rusiyadan olan qonaqlar da iştirak edərək, təbrik və ürək sözlərini ifadə ediblər.

Misirdən tədbirə qoşulan tədqiqatçı alim Ahmed Abdo Tarabik, Misirin Ayn Şəms universitetinin müəllimi, Misir mədəniyyəti mərkəzinin sabiq müdiri Ahmed Sami Elaydi, Bakı Avrasiya Universiteti, Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanov, Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Mütəllim Rəhimov, Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun dosenti Lalə Əliquliyeva, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı Aygün Mirzəyeva, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, Bakı Avrasiya Universitetinin ərəb dili müəlliməsi və Ərəbşünaslıq mərkəzinin mütəxəssisi Günay Xalıqova, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının əməkdaşı Dəmir Süleymanov və  Rusiyanın Sankt Peterburq şəhərindən qoşulan Elvira Əliyeva cıxış edərək bütün ərəbşünasları Beynəlxalq ərəb dili günü münasibətilə təbrik ediblər.

 

modern.az_20201224063033-82715-17_799.jpgAZ102
2977-ci BEYNƏLXALQ AVRASİYA ZİRVƏSİ ELMİ ARAŞDIRMALAR VƏ AKTUAL PROBLEMLƏR

7-ci BEYNƏLXALQ AVRASİYA ZİRVƏSİ ELMİ ARAŞDIRMALAR VƏ AKTUAL PROBLEMLƏR

7-8 dekabr 2020-ci il tarixlərində BAKI AVRASİYA UNİVERSİTETİ ilə birgə 7-ci BEYNƏLXALQ AVRASİYA ZİRVƏSİ 7-ci ELMİ ARAŞDIRMALAR VƏ AKTUAL PROBLEMLƏR konfransı keçiriləcək.

Tel: +994 77 331 98 24


Qeydiyyat üçün son tarix 18 Noyabr 2020

email - avrasyazirvesi@gmail.com

Dil: Türk (Türk diləri-Azərbaycan) Rus, İngilis, Ərəb dilləri.


ANA MÖVZULAR
- Humanitar elmlərin bütün sahələri.- Riyaziyyat - Mühəndislik- Bütün fənlər – Tibb - Təhlükəsizlik – İdman – Baytarlıq – Əczaçılıq - Sənətkarlıq – Memarlıq - Kənd təsərrüfatı - Etika və sair bir çox elmlərə açıqdır.

img.jpegAZ100
300VII Türk Dünyası Araşdırmaları Simpoziumu

VII Türk Dünyası Araşdırmaları Simpoziumu

 

İlk dəfə Niğde Universitetinin ev sahibliyi ilə həyata keçirilən Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu müxtəlif vaxtlarda Niğde (2014; 2017), Almatı (2015; 2018 Qazax Dövlət Qızlar Pedaqoji Universiteti) və Bakıda (2016; 2019 Bakı Avrasiya Universiteti) gerçəkləşmişdir. Növbəti VII Türk Dünyası Araşdırmaları Simpoziumu Niğde Ömər Halisdəmir Universitetinin ev sahibliyi ilə 20-23 oktyabr 2020-ci il tarixində Zoom proqramı vasitəsilə onlayn keçiriləcəkdir.

Türk Dünyası ilə bağlı araşdırma aparan elm adamlarını bir yerə toplamaqla mövcud problemlər və onların həlli yollarının araşdırılması istiqamətindən yola çıxan simpoziumun əsas məqsədi dil, ədəbiyyat, tarix, təhsil, mədəniyyət, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, iqtisadiyyat, fəlsəfə, turizm və dəqiq elmlər kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirə edil­məsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsinin aparılmasıdır. Ənənəvi olaraq simpozium müddətində keçirilən “Kökümüz bir, türkük” festivalı bu coğrafiyada tarixi, dili, mədəniyyəti və kökü bir olan türk xalqlarının bir-biri ilə əlaqələrinin və əməkdaşlıqlarının gücləndiril­məsinə xidmət edir.

Simpozium haqqında ətraflı məlumatı aşağıdakı saytdan əldə edə bilərsiniz.

http://www.utudas.org/

       Qeyd: Simpoziumda iştirak ödənişsizdir.

img.jpegAZ101
291DÜNYA SOYQIRIM ARAŞDIRMALARI KONFRANSI

DÜNYA SOYQIRIM ARAŞDIRMALARI KONFRANSI


20-22 NOYABR 2020
Bakı, Azərbaycan
Bakı Avrasiya Universiteti


Hörmətli akademiklər, tədqiqatçılar, elm adamları, QHT nümayəndələri, Sizləri Azərbaycanda keçiriləcək Dünya Soyqırımı Araşdırmaları Konfransına dəvət edirik.
Afrika, Amerika, Avrasiya - Azərbaycan, Qərbi Azərbaycan, Balkanlar, Kamboca və digər bölgələrdə baş vermiş soyqırımlarla əlaqədar aşağıdakı mövzularda yazılmış araşdırmalarla konfransa müraciət edə bilərsiniz.


Türkiyəyə və Türk dünyası tarixinə qarşı yalan iddiaları əhatə edən araşdırmalar nəzərə alınacaqdır.
- Soyqırımla bağlı Akademik Tədqiqatlar
- Beynəlxalq insan hüquqları - beynəlxalq cinayət hüququ perspektivi.
- Sosial Psixologiya
- Tarix
- Siyasi Elmlər
- Nifrət dili və propaqanda
- Müəyyən qruplara qarşı şiddət
- Qanun çərçivələrinin yaradılması
- Soyqırımların qarşısının alınması
- Vətəndaş cəmiyyətinin rolu
- Milli Müdafiə
- Qlobal informasiya cəmiyyəti
- Təhsil proqramları
- Təhsil vasitələrinin inkişafı
- Milli və institusional fikirlər
- Kütləvi qətl cinayətlərinin, xüsusən soyqırımların qarşısının alınması üçün vasitələrin hazırlanması.
- Birləşmiş Millətlər Təşkilatı sistemi
-  Sənət, Film
- Dil, Ədəbiyyat
- Coğrafiya


Xahiş edirik tezisinizi 1 Noyabr 2020-ci il tarixinədək info@genocideconference.org elektron poçt ünvanına göndərəsiniz


Tezis və Tam mətn yazma Qaydaları:
- Times new roman
- 11 şrift Tezis
- 12 şrift Tam mətn
- Bütün müəlliflərin adı və soyadı, İşlədiyi müəssisə, Elektron poçt ünvanları, ORCID nömrələri və mobil telefon nömrələri (doğrulama kodu üçün tələb olunur. Telefon nömrələri tezis kitabında göstərilməyəcək)

- Ən azı 3 açar söz
- Azərbaycan və İngilis dilində yazılmalıdır.

- ədəbiyyat siyahısı daxil edilməməlidir.
- Tezis ən azı 200 söz olmalıdır
- Tam mətn ən azı 600 söz olmalıdır
- Tam mətndə ədəbiyyat siyahısı: APA Stili

Nəşr prosesi
5 dekabr 2020-ci il tarixində 2 ayrı ISBN-lə Tezislər Kitabı və Tam Mətnlər Kitabları konfrans e-kitabları olaraq nəşr olunacaqdır. Kitablara əlavə olaraq, soyqırım tarixlərinə aid bir soyqırım ensiklopediyası hazırlanacaqdır. Fərqləndirilmiş tam mətnlər soyqırım ensiklopediyasının bir hissəsi olaraq seçilərək çap ediləcəkdir.

KONFRANSIN DİLLƏRİ
-Azərbaycan, Türk, Rus, İngilis, Fransız, Ərəb


Əlaqə nömrəsi: (Vatsapp) +994 77 331 98 24

img.jpegAZ98