AZ EN RU Events News Pages
472BAAU tələbəsi İbrahim Nemanoğlunun təklifləri Milli Məclisdə qəbul olundu

BAAU tələbəsi İbrahim Nemanoğlunun təklifləri Milli Məclisdə qəbul olundu

Xəbər verdiyimiz kimi, bugünlərdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilib. Milli Məclisdə müzakirəyə çıxarılan məsələ üçüncü oxunuşdan səs çoxluğu ilə keçib. Bununla da artıq bəzi ictimai yerlərdə siqaret çəkənlər cərimələnəcəklər. Qanunun qəbul edilməsində əsas məqsəd siqaretin ətrafdakı insanlara verdiyi zərərli təsirlərin qarşısını almaqdır. Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində,hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.

Milli Məclisə təqdim olunan və müzakirə edilərək qəbul edilən bu qanunun hazırlanmasında böyük əməyi olanlardan biri də Bakı Avrasiya Universitetinin tələbəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və ASAN Xidmətin bilikdə lahiyəsi olan “Könüllülər Parlamenti 2017″nin komitə sədri İbrahim Nemanoğludur. Belə ki, “Könüllülər Parlamenti 2017” bu il Şamaxı rayonunda yerləşən Vergilər Nazirliyinin Təlim-tədris mərkəzində keçirilib. Tədbirdə 49 gənc deputat təmsil olunub. “Könüllülər Parlamenti 2017” də 7 komitə iştirak edib. Hər gün bütün komitələrin öz sessiyaları keçirilib. Yekun plenar iclas oktyabr ayının 29-u təşkil olunub. Komitələrin qəbul etdiyi qanun lahiyələri və onlara əlavə və dəyişikliklər oxunaraq səsverməyə çıxarılıb. Səsvermə nəticəsində 7 komitədən yalnız 4-ü yekdilliklə səs yığaraq qəbul edilib. Qalib komitələrdən biri də “Regional Məsələlər Komitəsi” olub. Bu komitənin qanun layihəsi “Tütün və tütün məmulatları haqqında Azərbaycan Respublikası qanununua əlavə və dəyişikliklər” idi.

Komitə sədri, Universitetimizin tələbəsi İbrahim Nemanoğlunun qanun layihəsinə etdiyi əlavə və dəyişikliklər qəbul olunaraq Azərbaycan Respublikası Milli Məclisinə göndərilib. Milli Məclisin payız sessiyasının iclasında Regional Məsələlər Komitəsi də iştirak ederək, “Tütün və Tütün məmulatları haqqında Azərbaycan Respublikası qanunu”na əlavə və dəyişikliklər müzakirə olunub. Könüllülər Parlamentində qəbul olunmuş “Tütün və Tütün məmulatları haqqında qanun”a edilmiş əlavələrdən iki maddə qəbul olunaraq Milli Məclisdə təsdiq edilib.

 

 

 

upload.phpAZ159
469İtaliyalı professor Bakı Avrasiya Universitetində bir həftə mühazirə oxuyacaq

İtaliyalı professor Bakı Avrasiya Universitetində bir həftə mühazirə oxuyacaq

Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi kontekstində müxtəlif ölkələrin universitetləri, təhsil müəssisələri və nüfuzlu elm xadimləri ilə əməkdaşlığın yeni perspektivləri yaranır. Bu baxımdan, əcnəbi elm adamlarının, professorların ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlığa maraq göstərməsi xüsusi vurğulanmalıdır.

Son illərdə Bakı Avrasiya Universiteti də xarici əlaqələrini genişləndirir və bu ali təhsil müəssisəsi daxilində yeni yaranan ab-havadan da açıq-aşkar hiss edilir. Növbəti belə nümunə İtaliyanın nüfuzlu Genuya Universitetinin professoru, siyasi elmlər doktoru Aleksandro Fiqosun bir həftə ərzində Bakı Avrasiya Universitetinin qonağı olmasıdır.

Noyabrın 27-dən dekabrın 1-dək italiyalı professor BAAU-nın “Regionşünaslıq və iqtisadiyyat” fakultəsində regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələr qarşısında ingilis dilində mühazirə oxuyacaq. Mühazirələr Avropa, ABŞ və Kanada regionu üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Mühazirənin ilk günü qonağı auditoriyaya təqdim edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov bildirib ki, “artıq universitetimiz dünyanın bir çox ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq edir, müəllim və tələbə mübadiləsi həyata keçirir, tanınmış alimlər universitetimizə gəlir, müxtəlif mövzularda mühazirələr oxuyurlar. Bu baxımdan İtaliya universitetlərinin önəmli yer tutduğunu xüsusi vurğulamaq lazımdır”.

Daha sonra Aleksandro Fiqos müasir beynəlxalq münasibətlərin əsas aktorları və onun dünya düzəninə təsirləri ilə bağlı tələbələr qarşısında çıxış edib. Professorun beynəlxalq münasibətlərə təsir edən əsas faktorların slaydlar və video görüntülər vasitəsilə müşayiət olunan mühazirəsi, tədris zamanı Avropa meyarlarını tətbiq etməsi tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Hər bir mühazirənin sonunda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, Aleksandro Fiqos indiyədək dünyanın bir çox nüfuzlu universitetlərində mühazirələr oxuyub. Bu sıraya Portuqaliya, Almaniya, Fransa, Ukrayna, Belorusiya, Yunanıstan, Macarıstan, Polşa, Malta və digər ölkələrin ali təhsil ocaqları daxildir. 

 

 

 

 


20171128_123719.JPGAZ158
35Türkiyənin Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günselə Bakı Avrasiya Universitetinin Fəxri doktoru adı verilib

Türkiyənin Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günselə Bakı Avrasiya Universitetinin Fəxri doktoru adı verilib

Türkiyənin Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günselə Bakı Avrasiya Universitetinin Fəxri doktoru adı verilib
Dünən Bakı Avrasiya Universitetinin dəvəti ilə Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günsel Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını, həmçinin, Şəhidlər xiyabanını və şəhid türk hərbçilərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Daha sonra Bakı Avrasiya Universitetində keçirilən mərasimdə Türk dövlətləri arasında elm, təhsil və mədəni əlaqələrin genişlənməsi, inteqrasiyası və Bakı Avrasiya Universiteti ilə əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətindəki xidmətlərinə görə S.Günselə universitetin Fəxri doktoru adı verilib. Bu iki ali təhsil ocaqları arasında əməkdaşlığa dair müqavilənin də imzalandığı tədbirdə professor Nazim Hüseynli, Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu, Azərbaycan Atatürk mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, Yaxın Doğu Universitetinin prorektoru Fəxrəddin Məmmədov, Yunus Emre Türk Kültür Mərkəzinin müdiri Səriyyə Gündoğdu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və Bakı Avrasiya Universitetinin profesor-müəllim heyəti iştirak edib.
Tədbiri açıq elan edən Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli qonaqları salamladıqdan sonra universitet haqqında çəkilmiş qısametrajlı film nümayiş olunub. Bakı Avrasiya Universitetinin 20 illik tarixinə həsr olunmuş film qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.
Tədbirdə çıxış edən Yaxın Doğu Universitetinin rektoru Suat İrfan Günsel ona göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib, universitetlər arasındakı əməkdaşlığı iki qardaş ölkənin dostluq, qardaşlıq münasibətlərinin nümunəsi kimi dəyərləndirib. Qonaq qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağının qapıları Bakı Avrasiya Universitetinin tələbələri üçün hər zaman açıqdır.
Tədbirin digər çıxışçıları da universitetlər arasındakı mövcud əlaqələri yüksək qiymətləndiriblər.
Onu da qeyd edək ki, S.Günsel 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq ordeni” ilə təltif olunub.

20131122_132905.JPGAZ12
38Bakı Avrasiya Universitetində ümummilli lider Heydər Əliyevin xatırəsi anılmışdır

Bakı Avrasiya Universitetində ümummilli lider Heydər Əliyevin xatırəsi anılmışdır

Dekabrın 12-də Bakı Avrasiya Universitetində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatırəsinə həsr olunmuş anma tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli ulu öndər Heydər Əliyevin nəsillərə örnək ola biləcək şərəfli ömür yolundan, dahi şəxsiyyətin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyasətindən söhbət açmışdır. Bildirmişdir ki, Ulu Öndər həmişə gənc nəslin yüksək vətənpərvərlik və milli mənəvi ümumbəşəri dəyərlərə məhəbbət ruhunda tərbiyəsinə ciddi fİkir vermiş, onların problemlərinin həllini daim diqqətdə saxlamışdır.
Universitetin prorektoru, professor Nazim Cəfərli də dahi şəxsiyyətin müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən söz açaraq, Azərbaycan xalqının əbədiyaşar liderinin siyasi aləmdəki nüfuzundan danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan xalqı ona görə xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi dahi liderə sahibdir.
Digər çıxış edənlər də Ümummilli Liderin kamil idarəetmə siyasəti nəticəsində həyata keçirdiyi islahatlardan, dövlət quruculuğu prosesində əldə olunmuş nailiyyətlərdən danışmışlar.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş edilmişdir.

20131212_100728.JPGAZ13
41 Bakı Avrasiya Universiteti 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünü qeyd etdi

18 yanvar tarixində universitetin akt zlında “Azərbaycan tarixinin qan yaddaşı,milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tariximiz” adlı tədbir keçirilmişdir

18 yanvar tarixində universitetin akt zlında “Azərbaycan tarixinin qan yaddaşı,milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tariximiz” adlı tədbir keçirilmişdir. Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sinra giriş sözü ilə tədbiri açan universitetin rektoru,professor Nazim Hüseynli Azərbaycanın qan yaddaşında azadlıq şəhidləri kimi şanlı tariximizdə xüsusi yer tutan 20 yanvar hadisəsi heç vaxt unudulmayacağını qeyd etdi.Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş ovladlarımızın əziz xatirəsi daim yaddaşlardan silinməyəcək. Daha sonra universitetin prorektoru , professor  Nazim Cəfərli də 20 yanvar hadisələrinin mahiyyətindən danışaraq bu tarixi şanlı səhifəmiz adlandıraraq tələbələrimizə müstəqillik yollarımızın ən müdhiş və möhtəşəm günü olduğunu söylədi. Daha sonra çıxış edən universitetin müəllimi Nazim Nağıyev hadisələrin canlı şahidi kimi bir neçə epizod üzərində  dayanaraq   Bakı küçələrində xalqımıza  divan tutan azğınlaşmış rus əsgərlərinin vəhşiliyindən danışdı.Tədbir 20 yanvar hadisələrini əks etdirən videoroliklə davam etdi. Tədbirlər planına əsasən  Universitet  rəhbərliyi daha sonra kollektiv şəkildə Şəhidlər Xiyabanına əklil qoyaraq xalqımızın azadlığı uğrunda canlarından keçən oğullarımızın xatirəsini yad etdilər.       

sehidler xiy.jpgAZ14
44Leyla Əliyeva“Xocalıya ədalət”(Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)

Vasif Səmədov və Rövşən Vəlizadənin müəllifi olduğu üç cildlik kitab nəşr olunub

 

Kitab “Xocalıya Ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə həsr edilmişdir.

“Xocalıya Ədalət!” kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il 8 may tarixində, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.

Üç cildlik b kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son ilərində Ermənistan və onların havadarlarının köməyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən, Xocalı yaşayış məntəqəsində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımlardan bəhs edilir. Kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaqdır.

Kitabın xüsusi rəy və ön söz müəllifi  Milli Məclisin deputatı,AŞPA –dakı Azərbaycan nümayəndə heyətinin üzvü  Rəfael Hüseynov,Baş elmi məsləhətçisi Millət vəkili,AMEA-nın İnsan Hüquqları İnstitunun  direktoru Aytən Mustafayeva,Elmi məsləhətçiləri  Millət vəkili,Hüquq üzrə fəlsəfə doktoru Ziyəfət Əsgərov,Bakı Avrasiya Universitetinin  rektoru,fəlsəfə  elmləri doktoru,professor Nazim Hüseynli və Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magistratura şöbəsinin dekanı,tarix elmləri doktoru,professor namiq Axundovdur.

 

xocali.jpgAZ15
47BAAU ilə Türkiyənin Yunus Emre İnstitutu arasında “Türkoloji Layihəsi” İşbirliyi Protokolu imzalanmışdır-

BAAU ilə Türkiyənin Yunus Emre İnstitutu arasında “Türkoloji Layihəsi” İşbirliyi Protokolu imzalanmışdır- 

. Fevralın 27-də Bakı Avrasiya Universitetində (BAU) bu ali təhsil ocağı ilə Türkiyənin Yunus Emre İnstitutu (YEİ) arasında “Türkoloji Layihəsi” İşbirliyi Protokolunun imzalanma mərasimi keçirilmişdir.
Universitetin  professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri  tədbirdə BAAU-nun rektoru, professor  Nazim Hüseynli iki ali təhsil ocağı arasında  müntəzəm əlaqələrin olduğunu vurğulayaraq, bu layihənin imzalanmasını tarixi bir hadisə kimi dəyərləndirmişdir.
YEİ-nin başkan yardımçısı Şaban Çobanoğlu, YEİ Bakı Türk Kültür Mərkəzinin müdiri Ali Cura, BAU-nun professoru Ədalət Tahirzadə, türk dili və ədəbiyyatı bölümünün rəhbəri İslam Sadıqlı və YEİ-nin əlaqələndiricisi Halil İbrahim Elsikma çıxış edərək imzalanacaq sənədin hər iki təhsil ocağı üçün əhəmiyyətindən danışmış, uğurlu olmasını arzulamışlar.
Sonra BAU ilə Türkiyənin Yunus Emre İnstitutu arasında “Türkoloji Layihəsi” İşbirliyi Protokolu imzalanmışdır.
Sənədi BAU-nun rektoru N.Hüseynli və YEİ-nin başkan yardımçısı Ş.Çobanoğlu imzalamışlar.
Protokolda BAU-nun türkoloji bölümünün inkişaf etdirilməsi və bu prosesə Yunus Emre İnstitutunun professor-müəllim heyətinin cəlb olunması nəzərdə tutulur.
   

20140227_152111.JPGAZ16
50"Avrasiya" futbol klubu oyunları dayandırdı

Ümummillim Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş universitetlərarası futbol çempionatına start verən Avrasiya Universitetinin eyniadlı komandası son oyunda Bakı Slavyan Universiteti ilə gərgin keçən oyunda bərabərə  qalması komandanı mərhələni keçməsinə mane olub

Avrasiya futbol klubu ilk oyununu qələbə ilə başlasada Bakı Dövlət Universiteti ilə qarçılaşmada 0:1 hesabı ilə məğlub olması,qrupda Bakı Slavyan Universitetinə qalib gəlmələri halda oyun heç-heçə nəticələndi.Beləliklə gərgin keçən oyunlarda Avrasiya Futbol komandasının nəticələri aşağıdakı kimi olmuşdur.

Avrasiya- Qərb universiteti  2:0
BDU-        Avrasiya                0:1
Avrasiya -Slavyan Universiteti 1:1
1452239_226848770822982_394417112_n.jpgAZ17
53Yaxın Doğu Universitetinin rektoru professor Suat Günsel Bakı Avrasiya Universitetində oldu

Yaxın Döğu Universitetinin rektoru professor Suat Günsel Bakı Avrasiya Universitetinin rektoru professor Nazim Hüseynli ilə görüş keçirmişdir.

Aprelin 23-də Bakıda səfərdə olan Yaxın Doğu Universitetinin rektoru professor Suat Günsel Bakı Avrasiya Universitetində oldu.İkitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edən növbəti görüş zamanı qonaq  yeni əlaqələri yüksək qiymətləndirərək bundan sonrada təhsilin inkişafında ikitərəfli əlaqələrin müntəzəmliyinin vacibliyini ifadə etdi.

20140422_112935.JPGAZ18
56Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş dəyirmi masa - See more at: http://www.dysbaku.az/umummilli-lider-heyder-eliyevin-91-ci-ildonumune-hesr-olunmus-deyirmi-masa/#sthash.xLYgxwZn.dpuf

 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Avrasiya Universitetinin  birgə təşkilatçılığı ilə  Ümummilli Lider Heydər Əliyevin  91-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. 

Tədbirdə universitetin  prorektoru Pünhan Hüseynli, BŞGİBİ-nin rəisi Raqif Abbasov, AzDBTİA-nın prorektoru Yusif Babanlı, NRGİİ-nin rəisi Nəcəf  Novruzov, ali təhsil müəssisələri TGT-nın sədrləri və Avrasiya Universitetinin fəal tələbələri iştirak etmişdir.

  Tədbiri giriş sözü ilə açan universitetin prorektoru G. Hüseynli və Nərimanov RGİİ-nın rəisi N.Novruzov Umummilli Lider Heydər Əliyevin ildönümünə həsr olunmuş silsilə tədbirlər haqqında geniş məlumat vermişlər.

  Daha sonra BŞGİBİ-nin rəisi Raqif Abbasov “Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” mövzusunda çıxış etmiş, Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığndan danışmışdır. R.Abbasov bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev gənclərin problemləri ilə daim maraqlanmış, onların sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir çox fərman və sərəncamlar imzalamışdır. Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasının ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu diqqətə çatdıran BŞGİBİ-nin rəisi Raqif Abbasov vurğulamışdır ki, bu siyasət sahəsində normativ hüquqi aktlar, habelə gənclərin forumlarının keçirilməsi, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bu istiqamətdə atılmış mühüm addımlardır. Hazırda ölkəmizdə dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət müstəqilliyimizin layiqincə qorunub saxlanılmasında mühüm xidmətləri olan gənclərin sosial problemləri həll olunur.

   Çıxışlardan sonra tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılmış və təhsil və ictimai işlərdə fərqlənmiş bir qrup tələbəyə fəxri fərman təqdim edilmişdir.

-

SAM_1347.jpgAZ19
59Bakı Avrasiya Üniversiteti İlə İşbirliyi və Çalışma toplantısı

İki günlük Bakı səfərində  proqram çərçivəsində Giresun Universitetinin rektoru  Prof. Dr. Aygün ATTAR Bakı Avrasya Üniversitetinin idarə heyəti ilə   bir toplantı keçirərək, hər iki üniversitetin gələcək planları barədə müzakirələr  apardılar.

Ortak master programının  həyata keçirilməsi  görüş alışverişinde bulunulan toplantıda, Prof. Dr. Aygün ATTAR,  master və doktora proqramlarıyla Üniversitetə dəstək verəcəyini ifadə etdi

 Rektör Prof. Dr. Nazim HÜSEYİNLİ,  gerçəkləşəcək bu projelerin; ortak Türk Dili, ortak ədəbiyyat, mədəniyətimizin ortak dəyər ve zənginliklərinə önməmli katkılar sağlayacağını ifade etdi. 

images.jpgAZ20
62Fələstinin Azərbaycandakı səfiri universitetdə tələbələrlə görüşdü

Bü gün Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Bakı Avrasiya Universitetində oldu

Ərəb dili ixtisasının tələbələri ilə görüşən səfir Nasir Əbdül Kərim bir çox sualları cavablandıraraq gələcək əlaqələrin inkişafından danışdı.

CAM00285.jpgAZ21
65Bu gün Bakı Avrasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 –ci ildönümünə həsr edilmiş konfrans keçirildi

“Heydər Əliyev  və Azərbaycan gəncliyi” adlı konfransada  Ümummmilli Liderin adgününə həsr edilmiş şahmat və tarix olimpiadalarının qalibləridə mükafatlandırıldı.

Bu gün Bakı Avrasiya Universitetinin kollektivi  fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin  abidəsinə əklil qoyduqdan sonra konfrans zalında tədbiri davam etdirdilər.Giriş sözü ilə çıxış edən universitetin rektoru, professor  Nazim Hüseynli - Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən danışdı.O ümummilli Liderin həyat fəaliyyətini ,böyük siyasi xadimin xalqımız üçün  əvəzolunmaz xidmətlərindən danışdı. Nazim Hüseynli qeyd etdi ki,“Tarixi təcrübə sübut edir ki,müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Hər bir dövlətin müstəqilliyini şərtləndirən-ədəbiləşdirən amillər,ilk növbədə,konkret şəxiyyətlərin əməllərində praktik olaraq təcəssümünü tapır. Heydər Əliyev hakimiyyətə gəldikdə onun qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dururdu  o vəzifələr ki,onu ancaq böyük siyasətçi Heydər Əliyev edə bilərdi . Və  biz bu gün Ulu öndərin bizə qoyub getdiyi müstəqil dayaqları olan bir dövlətin vətandaşlarıyıq......

Daha sonra çıxış edən prorektor,professor Nazim Cəfərlidə tələbələrə Ulu Öndərin siyasi fəaliyyətində Azərbaycanın daima gələcəyə aparan amilləri xüsusi vurğuladı və qeyd etdi ki,bu gün məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki,artıq Azərbaycan dünyada öz yerini layiqlə təmsil edir.

Tədbir  Ulu Öndərin ad gününə həsr edilmiş tarix və şahmat olimpiadalarının qaliblərinin mükafatlandırılması ilə başa çatdı.

IMAG0487.jpgAZ22
682014/2015-ci tədris ilində bakalavriat səviyyəsində qəbul elan edilmiş ixtisaslar (illik təhsil haqqı AZN-lə göstərilmişdir)

Abituriyentlərin nəzərinə!

 

20142015-ci tədris ilinin qəbul planı

20142015-ci tədris ilində bakalavriat səviyyəsində qəbul edilmiş ixtisaslar

(İllik təhsil haqqı AZN-lə)

Ixisaslar

I qrup

Riyaziyyat-2000AZN

II qrup

Regionşünaslıq(ABŞ Kanada,Avropa ölkələri,Yaxın və Orta şərq,Qafqaz ölkələri)-2000AZN

III qrup

Filologiya(Azərbaycan dili və ədəbiyyatı)-2000AZN

Filologiya(Türk dili və ədəbiyyatı)-2000AZN

Tərcümə(İngilis,alman,fransız,ərəb)-2000AZN

IMG_9011.JPGAZ23
71-2014/2015-ci tədris ili üçün tələbə qəbulu elan edilmiş ixtisaslar üzrə ən sərfəli təhsil haqqı məbləği və ödəniş qaydaları

Universitetdə  təhsil almaq istəyən abituriyentlər üçün imkanlar:

Yüksək bal toplayan abituriyentlərin nəzərinə!

I kurs üçün illik təhsil haqqından güzəştlər: 600 və daha yuxarı bal toplayan tələbələrə 100%; 550-600 bal bal toplayan tələbələrə 75%; 500-550 bal toplayan tələbələrə 50 %, 400-500 bal toplayan tələbələrə  25%.

Universitetdə təhsil müddətində illik təhsil haqqından güzəştlər: tədris ilini tam əla qiymətlərlə başa vuran və təhsildə qazandığı xüsusi nailiyyətlərinə görə fərqlənən tələbələrə  Universitetdə daimi fəaliyyət göstərən komissiyanın təklifləri əsasında müxtəlif 

məbləğlərdə təhsil haqqı  güzəştləri tətbiq edilir.

 

 

Əziz abituriyentlər! Gələcəyinizin uğurlu təminatı  olan Bakı Avrasiya Universitetini seçməklə sizlər müasir standartlara uyğun təhsil, yüksək səviyyəli  professor-müəllim heyətindən dərs almaq, peşələrin sirlərinə dərindən bələd olmaq və ixtisasa dərindən yiyələnmək, xarici ölkə ali təhsil müəssisələrində təhsilini davam etdirmək və yeni ixtisas qazanmaq və  uğurlu karyera imkanı əldə edə  bilərsiniz. Seçim etməyə tələsin!

Abituriyentlər və valideynlər! Qəbulla əlaqədar Sizi maraqlandıran suallarla bağlı həftənin şənbə və bazar günlərindən başqa hər gün saat 1400-dan etibarən Universitetin rəhbərliyi ilə görüşə bilərsiniz. 

Ünvan: Bakı şəhəri, N.Nərimanov rayonu, akademik Həsən Əliyev küç. 135 A (5 â„–-li xəstəxananın arxası)

Telefonlar: (012) 5646367(daxili nömrə 142); (012) 5646365; 012 (5644272), (012) 5646266

 

 

DSC_0111.JPGAZ24
74Pakistanın ölkəmizdəki səfiri universitetdə oldu

 

Bu gün Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli  səfiri Xalid Usman Qaiser Bakı Avrasiya Universitetində olmuşdur.

Rektor  professor Nazim Hüseynli  səfirə universitetdə  olmasından  məmnunluğunu bildirdi. O,səfirin diqqətinə çatdırdı ki, hər il ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin səlahiyyətli rəhbərləri və əməkdaşları ilə universitetimizdə  görüş keçirmək artıq ənənə halını almışdır. Azərbaycan _Pakistan qardaşlıq əlaqələrindən danışan rektor,  Pakistanla təhsil  sahəsində qarşılıqlı əməkdaşlığın vacibliyini vurğuladı və ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan  Nazim Hüseynli  Azərbaycan prezidenti  cənab İlham Əliyevin  uğurlu siyasi  fəaliyyəti nəticəsində  bu münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib. Daha sonra səfir Xalid Usman Qaiser universitet rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi.Görüş zamanı səfir universitetdə bəlli zamanlarda tələbələr qarşısında mühazirə deyə biləcəyini də məmunluqla qarşıladı.Görüşdən sonra səfirə Azərbaycan Xalçaçılığı, adət ənənələrimizlə bağlı məlumatlar verildi.Azərbaycanda ilk dəfə  nəşr olunan “Diplomatiya Ensiklopedik Lüğət” və  “Azərbaycan Xalçaları” kitabı səfirə hədiyyə edildi. 

pakistan sefiri.JPGAZ25
77Bakı Avrasiya Universitetində Respublika Günü qeyd olunub

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. 

Tədbir  Azərbaycanın dövlət himni səsləndirilməklə başlayıb. Universitetin prorektoru Nazim Cəfərli məruzə ilə çıxış edərək 1918-ci ildə Azərbaycanın yaradılmasından, fəaliyyətindən, o dövrdə baş verən siyasi proseslərdən Azərbaycanın yenidən müstəqillik əldə etməsindən və bu proseslərdə ümummilli lider Heydər Əliyevin rolundan söz açıb. 

Daha sonra “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə ilk Respublika quruluşlu dövlət olduğunu bildirib.  

Tədbirdə digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin liderləri haqqında o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında Prezidenti İlham Əliyevin Sərəncamı haqqında danışıblar.

 

copy_tedbir.jpgAZ26
80Bakı Avrasiya Universitetinin rektoru,prof.Dr.Nazim Hüseynli Qafqaz Universitetləri Birliyinin Konqressinə qatıldı (KÜNİB)

Qafqaz Universitetləri Birliyinə üzv olan 17 universitetlə əməkdaşlıq müqavilələri imzalandı

28-30 mayda düzənlənən növbəti konqressə qatılan BAU-nun rektoru,prof.Nazim Hüseynli bir neçə əməkdaşlıq müqavilələrinə imza atdı.Qafqaz Universitetləri Birliyinə üzv ölkələrin bir çoxunun qatıldığı bu törən 2 gün çəkməsinə baxmayaraq Bakı Avrasiya Universiteti 17 universitetlə əməkdaşlıq müqavilələri imzaladı.Daha üç universitetə isə Mevlane protokolu imzalandı və növbəti münsibətlərin detalları müzakirə edildi.

Toplantıda ayrıca, Enerji ve Tabii Kaynaklar Bakanı Taner Yıldız da, “Küreselleşen Dünyada Enerjinin Rolü: Kafkasya Örneği” başlıklı bir konuşma gerçekleştirdi. Taner Yıldız, Kafkasya Üniversiteler Birliği’nin gerçekleştirdiği faaliyetlerinin önemine değinerek, üniversiteler arasında akademisyen ve öğrenci değişiminin önemli olduğunu ifade etti.
1401360100809.jpgAZ27
83İyunun 9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfrans keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin mətbuat əlaqələndiriciləri, media qurumlarının rəhbərləri, jurnalistlər iştirak ediblər.

 

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin mətbuat əlaqələndiriciləri, media qurumlarının rəhbərləri, jurnalistlər iştirak ediblər.
Konfrans 2 panelə bölünüb. “Təhsildə media təfsilatı” mövzusunda keçirilən birinci panel Bakı Dövlət Universitetində baş tutub. Burada Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və informasiya texnologiyaları üzrə mütəxəssis Mehman Şəfaqətov “Təhsil əcrübəsi” mövzusunda təqdimatla çıxış ediblər. Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın “Krizis kommunikasiyada media”  mövzusunda məruzəsi də iştirakçılarda böyük maraq doğurub. Birinci panel müzakirələrdən sonra başa çatıb.
Konfransın ikinci paneli Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. Burada “APA Holdinq” MMC-nin prezidenti Vüsalə Mahirqızı “Sosial mediada təhsil mövzusu” adlı məruzə ilə çıxış edib. Tədbir “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün “Sosial mediada PR texnologiyaları” və Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərovun “Mediada qeyri-peşəkarlıq problemi” mövzularında məruzələri ilə davam etdirilib. Qeyd olunan mövzular üzrə müzakirələrə qoşulan Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, təhsil eksperti Etibar Əliyev konfransın böyük önəm daşıdığını, təhsil qurumları ilə media arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliklərini vurğulayıblar.
Konfrans “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatıb.
10274104_293172700844628_5208423594709921799_n.jpgAZ28
86Magistratura səviyyəsinə qəbul olan bakalavrların nəzərinə!

Magistratura səviyyəsinə qəbul olan bakalavrlarların qeydiyyatı universitetin 2-ci mərtəbəsi 218 saylı otaqda aparılacaq.

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI AVRASİYA UNİVERSİTETİ

2014/2015-ci tədris ilində  qəbul olmuş bakalavrların  təqdim etdiyi sənədlərin alınması haqqında

QƏBZ

AZE___________seriya və â„–-li şəxsiyyət vəsiqəsinin surəti

 

Şəxsi pasport və ya icazə vəsiqəsi, (əcnəbilər üçün: götürülən sənədin altından xətt çəkməli)

 

Şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi (vətəndaşlığı olmayan şəxslər  üçün: götürülən sənədin altından xətt çəkməli)

 

3×4 ölçüdə 4 ədəd fotoşəkil

 

___________seriya və â„–-li bakalavr diplomunun əsli

 

___________seriya və â„–-li  bakalavr diplomunun əlavəsinin əsli

 

Bakalvriat səviyyəsini bitirməsi haqqınnda arayış (cari ildə məzun olanlar üçün)

 

Bitirdikləri ixtisasın şifri, orta balı, ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilmiş arayış (TQDK tərəfindən müəyyənləşdirilmiş formada)

 

 Hərbi komissarlıqdan arayış (hərbi xidmətə çağrılanlar üçün)

 

Rektorun adına akademik məzuniyyət haqqında ərizə (hərbi xidmətə çağrılanlar üçün )

 

Hərbi biletin surəti (hərbi xidmətini başa vuranlar üçün)

 

Təhsil haqqının ödənişi barədə qəbzin surəti

 

Təhsil xidməti haqqında müqavilə

 

Tibbi  arayış

 

   

 

 

 

 

 

 

 

 

20140421_095113.JPGAZ29
892014/2015-ci tədris ilində Bakı Avrasiya Universitetinə qəbul olmuş abituriyentlərin nəzərinə!

 

     Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:

     2014/2015-ci  tədris ilində Bakı Avrasiya Universitetinə qəbul olmuş  abituriyentlərin nəzərinə!

 

 

 

 

 

 

 

 

 

 

        Qeydiyyat  2014-cü il avqustun 08-dən 18-dək  (şənbə və bazar günləri istisna edilməklə) aparılacaqdır.

                     Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:

1.

Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilər üçün şəxsi pasport və ya icazə vəsiqəsi, vətəndaşlığı olmayan şəxslər  üçün şəxsiyyət vəsiqəsi və ya icazə vəsiqəsi)

2.

3×4 ölçüdə 6 ədəd fotoşəkil

3.

Tam orta təhsil haqqında attestatın əsli (orta ixtisas və ali təhsil müəssisələrini bitirənlər üçün diplomun əsli) (xarici dövlətlərin ali təhsil müəssisələrini bitirənlər  üçün həmçinin diplomun  nostrifikasiyası)

4.

Hərbi bilet və ya çağı­rışçı şəhadətnaməsi (oğlanlar üçün)

5.

Təhsil haqqının ödənişi barədə qəbzin surəti (təhsil haqqı Universitetin kassasına nəqd ödəniş  yolu ilə ödənilir).

6.

7.

8.     

Sağlamlıq haqqında  arayış

Yaşayış yerindən arayış

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, məcburi köçkün ailələrindən olan  abituriyentlər üçün müvafiq vəsiqənin əsli

9.

10.

TQDK ödəmə kartı (iş nömrəsi və şifri barədə məlumat)

Müsabiqənin nəticələri

 

Qeyd:

1. Əcnəbilər  və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olunan sənədlərlə birlikdə onların Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsini də təqdim edirlər

(8-ci sənəd istisna edilməklə)

2.Sənədlər  106-cı  otaqda  saat 9.00-dan 17.00-dək qəbul edilir.

3.Təhsil haqqı ödəməklə qeydiyyatdan keçmiş hər bir magistrantla təhsil  xidməti haqqında müqavilə bağlanılır.

 

 

 

 

 

 

 

QƏBUL KOMİSSİYASI

                     

                                                  Əlaqə telefonu: 564-42-72; 564-62-42; 564-62-66

      564-63-67 (daxili nömrə: 108; 142;128;134)

20140421_095113.JPGAZ30
92Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Avrasiya Universiteti 2014-cü il fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslar üzrə QƏBUL ELAN EDİR

Bakı   Avrasiya  Universiteti 2014-cü il fəlsəfə doktoru  proqramı üzrə  doktorantura  və  dissertanturaya  

Doktorantura

Əyani  şöbə

5704.01  Dil nəzəriyyəsi    - 1 yer

5706.01  Azərbaycan dili    -1 yer

5708.01  German  dilləri         -1 yer

57016  Azərbaycan ədəbiyyatı -1 yer

 

Qiyabi  şöbə

5704.01  Dil nəzəriyyəsi    - 1 yer

5708.01  German  dilləri     -1 yer

5719.01  Folklorşünaslıq    -1  yer

 

Dissertantura

5706.01 Azərbaycan dili – 1 yer

5716.01 Azərbaycan ədəbiyyatı- 1 yer

5719.01 Folklorşünaslıq- 1 yer

 

1. Doktorantura və dissertanturaya ali təhsil olan( ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müsabiqə əsasında qəbul olunurlar.

2. Doktoranturaya qəbul olunmaq istəyənlər ixtisas, xarici dil ( rus dili istisna olmaqla seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) və fəlsəfə fənlərindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir.

3. Dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün elmi və elmi-pedaqoji iş stajı tələb olunur.

4. Doktorantura və dissertanturaya sənədlərin qəbulu  01 oktyabr -31 oktyabr 2014-cü il, qəbul imtahanları və dissertant olmaq istəyən şəxslərlə müsahibələr     10 noyabr- 25 noyabr  2014-cü il müddətlərində keçirilir.

5. Doktorantura əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.

6. Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- rektorun adına ərizə;

- kadırların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 4 ədəd fotoşəkil (3x4 sm ölcüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün)

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üşün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) ;

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

7. Təhsil ödənişlidir, təhsil haqqı doktorant və dissertantla bağlanmış müqavilə əsasında müəyyənləşdirilir.

Sənədlər Bakı Avrasiya Universitetinin Elm, magistratura və doktorantura şöbəsində (II mərtəbə, 218-ci otaq) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9 00 –dan 17 00 –dək qəbul olunur. Ünvan: Akademik Həsən Əliyev küç.135A

Əlavə məlumat üçün: www.baau.edu.az; əlaqə telefonları: 5646367; 5646365 (daxili nömrə 108,118)

 

Rektorluq

20140421_095113.JPGAZ31
104BAAU-nun tələbələri "Bakı olimpiadası 2014"lahiyəsinin qalibləri sırasında

BAAU-nun tələbələri "Bakı olimpiadası 2014"lahiyəsinin qalibləri sırasında

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən "Bakı Olimpiadası 2014" lahiyəsi çərçivəsində "Təbiət elmləri", "Tarix və Coğrafiya", "Siyasi Biliklər" və "İnforimatika" Olimpiadalarının təşkil olunmasında fəal iştirak etdiklərinə görə Bakı Avrasiya Universitetinin bir qrup tələbələri müxtəlif nominasiyalar üzrə qaliblər sırasında yer almışlar.Onu da qeyd edək ki, sözügedən olimpiadanın keçirilməsində Baau-nun Tələbə Gənclər Təşkilatının xüsusi əməyi olmuşdur.

 K.Məhəmmədli
TGT-nin sədri

kamiltgt1.jpgAZ35
95Azərbaycan universitetləri dünya təhsil reytinqində neçənci yerdədir?

Dünyanın nüfuzlu elm və təhsil mərkəzlərinin dünya reytiqini hər il işləyib açıqlayan “Times Higher Education” bu ildə eyni hesabatını açıqlayıb. 

Dünyanın 110-dan artıq ölkəsinin 20.000-dən yuxarı universitetinin bur sıra meyarlar üzrə hesabalanan reytinqinin nəticələri hər il dünyada maraqla gözlənilir. Onu da qeyd edək ki, reytinqin işlənməsində İngiltərənin tanınmış “Tomson Röyters” xəbər agentliyi də “Tayms”a informasiya dəstəyini göstərir. Bunlar öz yerində, keçək əsas mətləbə, dünya universitetlərinin reytinqində builki duruma.

 

Məşhur Harvard bu il 1 pillə gerilədi

Dünya universitetinin reytinqinə 2014-cü ilə qədər başçılıq edən ABŞ-ın nüfuzlu Harvard Universitetit bu 1 pillə geriləyərək 93.3 reytinq balı ilə 2-ci yerdə qərarlaşıb. Onu isə bu il ilk dəfə olaraq 94.3 balla Kaliforniya Texniki Universiteti əvəz edib. Üçüncü yerdə isə 93.2 balla İngiltərənin məşhur universiteti Oksford gəlir. İlk üçlüyün ardınca dünyanın ən nüfuzlu universitetlərinin reytinqində ilk onluq belə tamamlanır:

 

Builki reytinq ilk ikiyüzlüyə ABŞ-dan 74, Böyük Britaniyandan 29, Almaniyanın 12 təhsil müəssisəsi olmaqla Avropadan 80, Asiya qitəsindən 24, Şimali Amerikadan 80, Okeaniyadan 15 və Afrikadan 1 universitet daxil ola bilib.

Ümumilikdə isə 207 ölkənin 22123 universiteti üzrə cari durum aşağıdakı cədvəldən daha aydın müşahidə edə bilərsiniz.

 

Mənbə: http://www.webometrics.info/en/node/54

 

. Beləliklə, şimal qonşumuz Rusiya 28-ci, Türkiyə və İran müvafiq olaraq 45 və 47-ci yerlərdə, Cənubi Qafqazda yerləşən Gürcüstan və işğalçı Ermənistan isə müvafiq olaraq 80 və 102-ci yerlərdə qərarlaşıb. Azərbaycandan sonra isə 139-cu yerdə Özbəkistan gəlir. Orta Asiyanın digər ölkəsi Qazaxıstan isə daha irəlidə, 78-ci yerdədir. Baltikyanı ölkələr Estoniya, Litva və Latviya isə müvafiq olaraq 41, 54 və 58-ci yerləri bölüşürlər

Reytinqə düşən Azərbaycan universitetləri və pillələri

Reytinqdən göründüyü kimi, Azərbaycanın 20 minliyə ümumən 41 universiteti, dünya universitetlərinin 10 minliyinə isə cəmi 5 universitetimiz daxil ola bilib. Analoji göstərici Gürcüstanda 8, Ermənistanda isə 5-dir. Eyni zamanda Azərbaycan və Ermənistandan fərqli olaraq, Gürcüstanın daha 3 universiteti ilk 5000-liyə daxil ola bilib.

 

İlk 10.000-likdəki universitetlərimiz isə bunlardır:

  1. Xəzər Universiteti
  2. Qafqaz Universiteti
  3. Bakı Dövlət Universiteti
  4. Azərbaycan Diplomatik Akademiyası
  5. Baki Avrasiya Universiteti
uni1.pngAZ32
116Ayın tələbə gənclər təşkilatı

Universitetin Tələbə Gənclər Təşkilatı birinci oldu

Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatı son aylarda göstərdiyi fəallıq onun noyabr ayının TGT-si seçilməsinə şərait yaratdı. Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Kamil Məhəmmədlidir. ATGTİ olaraq BAAU TGT-yə gələcək fəaliyyətində uğurlar arzulayırıq. 

baautgt1.jpgAZ39
119Təhsil Nazirliyinin elektron resurslarının təqdimatı keçirilib.

Təhsil Nazirliyinin elektron resurslarının təqdimatı keçirilib.

Təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin üzvləri, müvafiq dövlət qurumlarının rəsmiləri, elektron təhsil resursları ilə məşğul olan ekspertlər, məktəb direktorları və fənn müəllimləri iştirak ediblər.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək Təhsil Nazirliyinin "Elektron hökumət" istiqamətində aparılan işləri diqqət mərkəzində saxladığını bildirib. Təhsil Nazirliyinin şəbəkə əsaslı təhsilin coğrafiyasını daha da genişləndirəcəyini qeyd edən nazir müxtəlif növ elektron təhsil resurslarının hazırlanması istiqamətində müvafiq layihələrin həyata keçirildiyini söyləyib. Təhsil naziri bu gün ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində uğurla icra olunan müasirləşmə siyasətinin təməlində ölkə Prezidentinin irəli sürdüyü aşağıdakı konsepsiyanın durduğunu vurğulayıb: “Ölkəmizi müasirləşdirməliyik, zənginləşdirməliyik. Çünki müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirsək, görərik ki, burada tərəqqini müəyyən edən neft-qaz yox, məhz bilik, texnologiyalar, təhsildir. Ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik”.
Elektron resursların böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirdiyini deyən nazir bildirib ki, qeyd olunan resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu tipli təhsil resurslarına çıxış əldə edə bilər. Nazir qeyd edib ki, Təhsil Nazirliyinin ötən ildən dərsliklər üzərində müəlliflik hüququnu əldə etməsi elektron resursların yaradılması işinə böyük təkan verib: “Müəlliflik hüququ bizə imkan verir ki, dərslikləri tam açıq şəkildə internetə yerləşdirək və hər bir istifadəçiyə pulsuz olaraq təqdim edək” .
Milli Məclisin üzvü Bəxtiyar Əliyev elektron tədris resurslarının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Millət vəkili yeni resursların ölkədə təhsilin müasir standartlara uyğunlaşdırılması işinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini vurğulayıb.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev elektron resursları təqdim edib.
Böyük istifadəçi kütləsini əhatə edən www.e-derslik.edu.az portalında II, III, VI və VII siniflər üzrə dərsliklər yerləşdirilib. Bu günə qədər 25 000-dən artıq istifadəçi portalda qeydiyyatdan keçərək elektron dərsliklərdən istifadə edir. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etməyə, onların öyrənmə prosesini fərdiləşdirməyə şərait yaradır. Elektron dərslikləri kompüter, planşet və ya mobil telefon üzərindən onlayn və oflayn formatlarda istifadə etmək mümkündür. Bu resurslar dərslərdə müəllimlər tərəfindən də istifadə oluna bilər.
Mərasimdə təqdimatı keçirilən digər bir elektron resurs  www.e-test.edu.az müsabiqə portalı olub. Bu portal riyaziyyat və oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək istəyən, həmyaşıdları ilə bilik yarışması keçirmək arzusunda olan məktəblilər üçün böyük maraq doğurub. Portalda riyaziyyat və Azərbaycan dili fənləri üzrə IV, V, VI, VII, VIII və IX sinifləri əhatə edən 30 000-ə yaxın sual yerləşdirilib.
Növbəti elektron resurs  www.video.edu.az videodərslərdən ibarətdir. Tədris prosesini daha yaradıcı edən və şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslər fizika, kimya, ədəbiyyat, Azərbaycan dili, həyat bilgisi, biologiya üzrə məktəb proqramını və ibtidai siniflərin seçilmiş mövzularını əhatə edir. Portala 100-ə qədər videodərs yüklənib.
Digər bir yeni resurs “Elektron tapşırıqlar”dır. Burada dərsliklərə uyğun tərtib olunmuş interaktiv suallar və test tapşırıqları yerləşdirilib. Elektron tapşırıqlar əsasında onlayn formada şagirdlərin biliklərini qiymətləndirmək, nəticələrin monitorinqi aparmaq və müvafiq reytinqlər hazırlamaq mümkündür.
Təhsil Nazirliyinin mütəxəssisləri tədbir iştirakçılarına “Xarici elektron resurslar”ı da təqdim ediblər. Bildirilib ki, müxtəlif xarici şirkətlərın hazırladığı resurslar Azərbaycan dilinə tərcümə edilib və “Xarici elektron resurslar”da toplanıb. Resurslar fizika, kimya, biologiya və riyaziyyat fənlərini əhatə edir. Hazırda portalda 30 xarici elektron resurs mövcuddur.
Məktəblilərin bilik və bacarıqlarını artıran vasitələrindən biri də məqsədyönlü hazırlanmış elektron oyunlardır. Şagirdlərin fərdi və ya qrup şəklində əyləncəli formada biliklərinin artırılması üçün tarix və coğrafiya fənləri üzrə 50 oyun hazırlanıb. Tarix fənni üzrə hazırlanmış oyunlar Azıx mağarası, daş, tunc, dəmir dövrləri, eləcə də XIV - XVI əsrə aid döyüşləri, Səfəvilər dövləti kimi mövzuları, coğrafiya fənni üzrə hazırlanmış oyunlar Azərbaycan çaylarını, dağları, gölləri və digər mövzuları əhatə edir.
Təhsil Nazirliyinin hazırladığı daha bir elektron resurs - www.e-telim.edu.az müəllimlərin və idarəedicilərin təkmilləşdirilməsi ilə bağlıdır. Portalda peşəkar təlimçilərin iştirakı ilə hazırlanmış video dərslər yerləşdirilib. Dərsləri izləməklə yanaşı, istifadəçilər elektron qaydada müzakirələr aparmaq, fikirlərini bölüşmək, suallar vermək və şərhlər yazmaq imkanı əldə edirlər.
Təhsildə innovativ yanaşmaları genişləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən elektron sinif portalı - www.e-sinif.edu.az yaradılıb. Portal hər bir vətəndaşa geniş öyrənmə imkanları verir. Müəllim kimi qeydiyyatdan keçənlər virtual dərslər yaratmaq imkanı əldə edir, ayrı-ayrı video, audio, təqdimat və mətn formatında olan resursları bölüşür, imtahanlar keçirir, öyrənənlərlə müzakirələr aparır və onların biliklərini qiymətləndirirlər. Şagird kimi qeydiyyatdan keçənlər isə müxtəlif elektron siniflərə daxil olmaqla dərslərdə iştirak edir, məhdudiyyətsiz öyrənmə imkanları qazanırlar.
Tədbirdə bildirilib ki, Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələ təhsilin keyfiyyətinin yüksəldilməsi, modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Müasir texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların təhsildə uğurlu tətbiqi Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi işlərin bir hissəsidir.
mika2.jpgAZ40
107BAAU-nun TGT sədri fəxri fərmanla təltif edildi

BAAU-nun TGT sədri fəxri fərmanla təltif edildi

Yeni Azərbaycan Partiyasının 22-ci ildönümü  münasibəilə YAP Nərimanov rayon Təşkilatı Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Kamil Məhəmmədlini  fəxri fərmanla təltif edib.Bu təltif Kamil Məhəmmədlinin universitetin və ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətinə görə təqdim edilib.

TGT

kama1.jpgAZ36
110Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı

“İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi”

Bu gün "Aysberq" otelin konfrans zalında Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN BEYNƏLXALQ Elmİ KONFRANSI öz işinə başlayır.Konfrasda İtaliya,Türkiyə,Qazaxstan,Qırğızıstan və digər xarici ölkə universitetlərinin gənc alim və mütəxəssiləri  "İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi"mövzusu ətrafında çıxışları gözlənilir.Konfrans iki gün davam edəcək.

20140421_095113.JPGAZ37
113Bu gün BAAU-da Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi

Bu gün BAAU-da Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirildi

Bu gün Bakı Avrasiya Universitetinin kollektivi Ümummilli Lider Heydır Əliyevin anım mərasimini qeyd etdi.Anım mərasimi universitetin 1-ci mərtəbəsində Ulu Öndərin büstünün üzərinə gül dəstələri qoymaqla davam etdi.Daha sonra universitet rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edərək böyük siyasətçi,xalqımızın xilaskarını bir daha yad etdilər.

heyder12.jpgAZ38
101BAKI AVRASIYA UNIVERSTETINDE BAYRAQ GUNU

Bakı Avrasiya Universitetində bayraq günü

Bakı Avrasiya Universiteti “Bayrağımız-dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda “dəyirmi masa” keçirib.Tədbir dövlət himn ilə başlayıb.Sonra Koroglu averturasi sədaları altinda dövlət bayra konfrans zalına gətirilib. Bakı Avrasiya Universitetinin prorektoru Məsim Məmmədov çalışdığı təhsil ocağında gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərdən danışıb. M.Məmmədov bildirib ki, təqvimdəki əlamətdar günlər Bakı Avrasiya Universitetinin kollektivi tərəfindən həmişə yüksək əhval-ruhiyyə ilə qeyd olunur.TUMİB sədri Çingiz Bayramov öz çıxışında Azərbaycanın müstəqillik tarixinə nəzər salıb. Ç.Bayramov deyib ki, Azərbaycan Respublikasının üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilib:.Sovet hökumətinin qurulması Azərbaycanın müstəqilliyini itirməsi ilə nəticələndi Amma SSRİ süqut edəndən sonra tarixi ədalətsizliyi bərpa etmək mümkün oldu. Belə ki, üçrəngli bayrağımız 1990-cı il noyabr ayının 17-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Bundan bir müddət sonra, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti ay-ulduzlu bayrağımızın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsinə qarar verdi. 2009-cu il noyabr ayının 17-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Azərbaycanda Dövlət Bayrağı günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin tarixdən etibarən hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin təbirincə desək, bayrağımızı dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Onu göz-bəbəyimiz kimi qorumaq hər birimizin borcudur Qonaq qismində iştirak edən Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin ikinci katibi Murad Yalçın iki qardaş ölkə arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu dilə gətirib. Türkiyəli diplomat Azərbaycanın ay-ulduzlu bayrağını öz ölkəsinin bayrağı qədər sevdiyini deyib. M.Yalçın tələbə-gəncləri dövlət atributlarını sevməyə və təbliğ etməyə səsləyib.Tanınmış jurnalsit Seymur Verdizadə dövlət müstəqilliyinin qorunmasında gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. S.Verdizadə tələbələri milli-mənəvi dəyərlərimizin keşiyində dayanmağa çağırıb. Tədbirdə həmçinin Bakı Avrasiya Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Kamil Məhəmmədli cıxış edərək bayragimızın tarıxı haqqinda qonaqlara məıruzə edib.Sonda qonaqlarala birlikdə xatirə şəkilləri cəkilib.

cingiz1.jpgAZ34
122Bakı Ali Neft Məktəbində “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilib.

Bakı Ali Neft Məktəbində “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilib.

Dekabrın 22-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Ali Neft Məktəbində “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilib.

Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və  media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri,  jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü iləAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açaraq qonaqları salamlayıb.
“PR texnologiyaları” adlı I paneldə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov “Press relizlərin hazırlanması və yayılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda  KİV-lə səmərəli və uğurlu münasibətlərin qurulması, press-relizin məzmunu və strukturu, xəbərlərdə nəyin əks etdirilməsinin vacibliyi, ictimaiyyətlə əlaqələrin qurulması məsələlərinə toxunulub.
Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətov “Universitet saytları: hörümçək torunda haradasınız?” mövzusundakı təqdimatında ali məktəblərin veb resursları və virtual aləmdəkil fəaliyyəti ilə bağlı aparılan monitorinqi  iştirakçıların diqqətinə çatdırıb.
“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının vitse-prezidenti Məqsəd Nurun “Televiziyanın təhsil gözlüyü” mövsuzundakı təqdimatından sonra ali məktəblərin ən fəal media təmsilçiləri Təhsil Nazirliyinin diplomu ilə təltif edilib.
Sonra təqdimatlarla bağlı geniş müzakirələr aparılıb və çoxsaylı   suallar cavablandırılıb. 
Praktik konfrans Bakı Ali Neft Məktəbində davam etdirilib. “Sosial mediada necə təqdim olunmalı?” mövzusundakı II paneldə ilk çıxışı “Sosial media “mediadırmı?”” mövzusundakı təqdimatla Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova edib.
“APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə onlayn medianın üstünlükləri, problemləri və inkişafı barədə danışıb. V.Mahirqızı “Onlayn media: tezbazar, yoxsa...?” adlı təqdimatında onlayn media nümayəndələrindən daha böyük məsuliyyət və peşəkarlıq tələb olunduğunu vurğulayıb.
Sonra Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov 90 illik yubileyi münasibətilə Bakı Ali Neft Məktəbi tərəfindən təbrik edilib.
Təhsil eksperti, professor Şahlar Əsgərov, Almaniyada yaşayan məşhur  azərbaycanlı alim Məsud Əfəndiyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
"Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda  media və təhsil dialoqunun daha da yaxşılaşdırılması  ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.  
Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin informasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov professor,mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovü Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamə ilə "Şərəf" ordeni alması münasibətilə tədbir adından təbrik etdi və ona Təhsil Nazirliyinin xüsusi mükafatını təqdim etdi.
konfrans1.jpgAZ41
125Bakı Avrasiya Universitetinin tələbələri körpələr evində Yeni İl şənliyi keçirdi

Bakı Avrasiya Universitetinin tələbələri körpələr evində Yeni İl şənliyi keçirdi

Avrasiya Universitetinin tələbələri  1 saylı "Təbbəssüm" üşaq sanatoriyasında uşaqlarla yeni il şənliyinə qatılıblar.Hər il olduğu kimi  bu ildə balacaları sevindirən Universitet rəhbərliyinin təşkilarçılığı ilə bu dəfə fərqli çeşidli hədiyyələrlə körpə balaların üzlərini güldürmüşdür. Universitetin Tələbə Gənclər Təşkilatının bir qrup gəncləri   baş tutan bu xeyiryə tədbirində uşaqlar üçün konsert proqramı ilə çıxış ediblər. Daha sonra uşaqlara yeni il hədiyyələri paylanılıb. .

körpeler1.jpgAZ42
128Tələbə Gənclər Təşkilatı yekun hesabat konfransı keçrildi
  • Tələbə Gənclər Təşkilatı yekun hesabat konfransı keçrilib

Tədbirdə hesabat konfransını açılış sözü ilə başlayan Prorektor Mənsim Məmmədov BAAU TGT nın işlərini yüksək qiymətləndirdi və gələcək işlərdə ugurlar arzu etdi.Qonaq qismində iştirak edən Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov dövlətin gənclərə göstərdiyi diqqət və qaygıdan söhbət acdı,həmçının BAAU TGT nın göstərdiyi xidmətləri yüksək qiymətləndir.Bakı Avrasiya Universitetin rektoru professor Nazim Hüseynli  universitetin TGT 10 il müddətindəki fəaliyyətini dövlət gənclər siyasətində göstərdiyi xidmətlərini nəzərə alaraq qabaqcıl tələbələri FƏXRİ FƏRMANLA təltif etdi.Çıxış edən  TGT-nin sədri Kamil Məhəmmədli  dövlətə və dövlətciliyə laiqli ola biləcək nəsillərin yetişdirilməsindən söhbət açdi və son 3 ayda görlən işlər haqda məlumat verdi.Hər bir qrup sədrinin valideyinlərinə TGT tərəfindən təbrik məktubları göndərildi.Sonda xatirə şəkilləri çəkildi

prorektor1.jpgAZ43
131Təhsil naziri Mikayıl Cabbarov “20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb.

Təhsil naziri Mikayıl Cabbarov “20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən, 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub. Tədbirlər planına müvafiq olaraq, 6-20 yanvar tarixlərində ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 
20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

mika2.jpgAZ44
134Bakı Avrasiya Universitetinin tələbələrinin aksiyası sosial şəbəkələrdə rezonanas yaratdı

Bakı Avrasiya Universitetinin tələbələrinin aksiyası sosial şəbəkələrdə rezonanas yaratdı

Bakıda Bakı Avrasiya Universitetinin tələbələrinin  Fransada terror aktından sonra məscidlərə hücuma etiraz olaraq keçirdikləri unikal aksiya  sosial şəbəkələrdə böyük marağa səbəb olub.Dünyanın bir çox yerlərindən tələbələrin bu aksiyasına səs veriblər.. Xatırladırıq ki,onlar həzrəti Məhəmmədin (s) mövlud günü münasibəti ilə qarlı havada, sübh tezdən Bakıda yerləşən kilsələrdən birinə gedərək, insanların kilsəyə rahat gəlmələri üçün yolları qar və buzdan təmizləyiblər.

aga1.jpgAZ45
14020 yanvar şəhidlərinin xatirəsi yad edildi-FOTO

Baau-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi

Bu gün Bakı Avrasiya Universitetinin kollektivi ,Tələbə Gənclər və Həmkarlar İttifaqı ilə birlikdə 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət etdilər.FOTO

20н4.jpgAZ47
143Bakı Avrasiya Universitetindən daha bir uğur…

Bakı Avrasiya Universitetindən daha bir uğur…

Azərbaycanda ilk özəl təhsil müəssisələrindən Olan Bakı Avrasiya Universiteti yeni bir uğura imza atıb. Beləki ilk dəfə olaraq Bakı Avrasiya Universitetində Gənc yazarlar və oxucular klubu açılıb.Qrupun sədri Bakı Avrasiya Universitetin tələbəsi tanınmış gənc yazıçı Cavanşir Muradov seçilib.Yeni yaradılmış qrupun məqsədi tələbələri mütaliə yolu ilə təkmilləşdirməkdirmək, və pis vərdişlərdən çəkindirməkdir..

uni1.jpgAZ48
146Avrasiya Liderlik Akademiyası keçrildi

Bakı Avrasiaya Universitetində "Avrasiya Liderlik Akademiyası" adlı layihənin açılışı oldu

 "Bakı Avrasiya" Universitetində "Avrasiya Liderlik Akademiyası" təşkil edildi.

20 fevral 2015-ci il tarixdə  "Bakı Avrasiya" Universitetinin Tələbə - Gənclər Təşkilatının təşkilatçılığı ilə “Avrasiya Liderlik Akademiyası"nın açılış mərasimi keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan "Bakı Avrasiya" Univeristetinin Tələbə - Gənclər Təşkilatının sədri Kamil Məhəmmədli “Avrasiya Liderlik Akademiyası"nın əhəmiyyətındən danışdı. "Avrasiya Liderlik Akademiyası"nın Xocalı faciəsinin şəhidlərinin xatirısinə həsr olunduğunu qeyd edərək bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. 
Açılış mərasimində iştirak edən universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Şəfayət Əliyev, Filologiya fakultəsinin dekan müavini Sima Əliyeva və  qonaqlar bu layihənin vacibliyindən söhbət açaraq Akademiyanının işinə uğurlar arzu etdilər. 
İlk təlimi " Liderlik yolunda uğur" Ağaəhməd Göyüşov tərəfindən keçirmişdir. Təlimın sonunda fərqlənən təlimçilər sertifikatlarla tətlif edilmişlər. 
Qeyd edək ki, təlimlər iki gün ərzində davam edəcək.

Seymur Məmmədov

Avrasiya Liderılik.jpgAZ49
152Bakı Avrasiya Universitetində 8 mart Beynəlxalq Qadınlar Günü qeyd edildi

Bu gün Bakı Avrasiya Universitetinin rəhbərliyi 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə universitetin qadın kollektivini təbrik etdi.

Bu gün Bakı Avrasiya Universitetinin rəhbərliyi 8 Mart  Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin qadın kollektivini təbrik etdi. Tədbiri giriş sözü ilə açan universitetin I prorektoru prof. Ədalət Tahirzadə çıxışında “Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir” deyərək universitetin qadın kollektivini səmimi-qəlbdən təbrik etdi.Tədbirdə çıxış edən elmi işlər üzrə prorektor Mənsim Məmmədov da “Bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevrilməsindən, eləcə də elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etməsindən danışdı. Daha sonr regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı Əjdər Yunis Rza çıxış edərək Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar olan qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışdı. Tədbirin sonunda bir sıra qadın müəllim və əməkdaşlar universitet rəhbərliyi adından fəxri fərmanlarla mükafatlandırıldılar və tədbirin bütün iştirakçı xanımlarına qızılgüllər təqdim edildi.

 

İnformasiya şöbəsi

20150306_141717.jpgAZ51
158Universitet Elmi Şurasının növbəti iclası keçirilib

    Universitet Elmi Şurasının növbəti iclası keçirilib

            Bu gün Bakı Avrasiya Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. İclasda  Elmi Şuranın 2014/15-ci tədris ili üçün iş planına uyğun olaraq “İşçilərin attestasiyasının təşkili və keçirilməsi ilə bağlı tədbirlər haqqında”  I prorektor prof. Ədalət Tahirzadənin və “"BBA" və "MBA" proqramları ilə bağlı fəaliyyətin təşkili  haqqında” beynəlxalq əlaqələr üzrə prorektor Səyavuş Qasımovun  məlumatları dinlənilib və uyğun qərarlar qəbul edilib.

          Bundan başqa, iclasın gündəliyinə daxil edilmiş cari məsələlər üzrə “Elmi Şuranın 2014/15-ci tədris ili üçün iş planında dəyişikliklər edilməsi haqqında”, “Struktur  bölmələrin əsasnamələrinin və vəzifə təlimatlarının təsdiqi haqqında”, “Universitetin rəsmi veb səhifəsinin (saytının) informasiya təminatının vəziyyəti haqqında” məsələlərin müzakirəsi keçirilib.

          Elmi Şura riyaziyyat və iqtisadiyyat kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Oruc İsaq oğlu İsgəndərova kafedra üzrə dosent elmi adının verilməsi haqqında məsələyə baxılıb və mövcud əsasnaməyə uyğun olaraq ona həmin adın  verilməsi haqqında seçki keçirilməklə qərar qəbul edib.

 

1.JPGAZ53
164Ərdahan Universitetinin rəhbərliyi Bakı Avrasiya Universitetinin qonağı oldu

Ərdahan Universitetinin rəhbərliyi Bakı Avrasiya Universitetinin qonağı oldu

Bu gün qardaş Türkiyənin Ərdahan Universitetinin rektoru Prof. Dr. Ramazan QORXMAZ və prorektoru Prof. Dr. Gürkan DOÄžAN Bakı Avrasiya Universitetinin (BAAU) qonağı oldular. Hörmətli qonaqları BAAU rektoru Prof. Dr. Nazim HÜSEYNLİ, I prorektor Prof. Dr. Ədalət TAHİRZADƏ və xarici əlaqələr üzrə prorektor Səyavuş QASIMOV qarşıladılar.

Öncə BAAU rektoru öz həmkarına bu gəlişdən xatirə olaraq qiymətli hədiyyələr ərməğan etdi. Sonra çay süfrəsi arxasında səmimi söhbət aparıldı.

Prof. Dr. Ramazan Qorxmaz həm də Qafqaz Universitetləri Birliyinin (QUNİB) başqanıdır. QUNİB məhz Ərdahan Üniversitetinin rektoru Ramazan bəyin təşəbbüsü ilə Türkiyədən Ərdahan, Artvin Çoruh, Atatürk, Qars Qafqaz, İğdır Universitetləri ilə Gürcüstandan Axaltsıx (Axıska) Dövlət Universiteti və Naxçıvandan Naxçıvan Dövlət Universiteti rektorlarının 11 noyabr 2009-cu ildə Ərdahanda imzaladıqları bir protokolla qurulub. Bu gün 14 ölkədən 82 universitet həmin nüfuzlu qurumun üzvüdür ki, onlardan biri də Bakı Avrasiya Universitetidir. Universitetimiz QUNİB-in tədbirlərində fəal iştirak edir.

Prof. Dr. Nazim Hüseynli türklərin dünya mədəniyyətinə verdiyi töhfələrdən söz açdı, ancaq əski türk tarixinin daim yad alimlər tərəfindən yazıldığına görə xeyli təhriflərə uğradığını bildirdi. Rektor 13 ildir müntəzəm məşğul olduğu şumerologiya sahəsindəki çalışmalardan əldə etdiyi nəticələrdən danışarkən ixtisasca filoloq olan Ramazan bəy onun Şumer və türk dillərində 2 mindən artıq ortaq sözü müəyyənləşdirməsini böyük maraqla qarşıladı.

Çağdaş türk topluluqları arasında tarixi köklərin bərpa edilməsinə və onlar arasında sıx mənəvi bağların yaradılması problemlərinə də diqqət yönəldildi. Özəlliklə mövcud türk dillərində etimoloji araşdırmaların çox zəif aparılması müzakirə edildi. Sonda tərəflər belə bir ortaq fikrə gəldilər ki, onların yaxından iştirakı ilə Qafqaz Universitetləri Birliyi xəttiylə Ankarada türk dillərinin etimologiyası problemlərinə həsr olunmuş elmi yığıncaq keçirilsin və oraya türk cümhuriyyətlərindən bu sahənin görkəmli araşdırıcıları dəvət edilsin.

Günorta BAAU rektoru hörmətli qonaqların şərəfinə ziyafət verdi. Ziyafət Türkiyə və Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi ruhunda keçdi.    

Şəkildə (soldan): Prof. Dr. Ə.Tahirzadə, Prof. Dr. N.Hüseynli, Prof. Dr. R.Qorxmaz, Prof. Dr. G.Doğan, S.Qasımov.

 

 


1 (kichik).JPGAZ55
161Tələbələrimiz Çin dili üzrə Ümumdünya müsabiqəsinin Azərbaycan üzrə birinci seçmə mərhələsində.

Tələbələrimiz Çin dili üzrə Ümumdünya müsabiqəsinin Azərbaycan üzrə birinci seçmə mərhələsində

       Bu gün Bakı Avrasiya Universitetinin (BAAU) tələbələri Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutunda təşkil edilmiş Çin dili üzrə 14-cü Ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsinin Azərbaycan üzrə birinci seçmə mərhələsində ilk dəfə iştirak ediblər. Tədbirə Universitetimizlə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və başqa ali məktəblərin də tələbələri qatılıb.
      Mayın 2-də keçiriləcək ikinci mərhələdə müsabiqə iştirakçıları Çin dilində müxtəlif çıxışlar edəcək və mahnılar oxuyacaq, Çin rəqsləri oynayacaq. İkinci mərhələnin qalibi olan tələbə Asiya üzrə müsabiqədə iştirak etmək hüququ qazanacaq.

      Birinci mərhələdə iştirakçılar Çin haqqında biliklərə dair yazılı imtahan verəcəklər. Bu mərhələni uğurla başa vuran iştirakçılar ikinci mərhələyə keçəcəklər. İkinci mərhələnin nəticələrinə əsasən müxtəlif mükafatlar veriləcək. Qaliblər Çinin paytaxtı Pekində keçiriləcək 14-cü Ümumdünya “Çin dili körpüsü” müsabiqəsinin final mərhələsində Azərbaycan tələbələrini təmsil etmək hüququ, yaxud final mərhələsini seyr etmək imkanı qazanacaqlar. Bundan əlavə, Konfutsi İnstitutu başqa qaliblərə Çin dilini ödənişsiz öyrənmək imkanı verəcək.
     Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, dosent Oqtay Cəlilbəyli bildirib ki, İnstitutun təşkil etdiyi müsabiqənin əsas məqsədi gənc azərbaycanlılara Çin dilində bilik və bacarıqlarını göstərməyə şərait yaratmaq, onlarda Çin dilinə maraq və sevgini artırmaq, eləcə də Çin dili və mədəniyyətini mənimsəməyə imkan yaratmaqdır. 

20150411_153617.jpgAZ54
190Bakı Avrasiya Universitetinin tələbələri Qobustanda

Bakı Avrasiya Universitetinin tələbələri Qobustanda

       Bu gün Bakı Avrasiya Universiteti  tələbələri öz müəllimləri Ülkər Musayeva, Çiçək Hüseynova, Səkinə Qaybalıyeva, Sabir Tağıyev və İslam Sadıqla birlikdə Qobustanda ekskursiyaya gediblər. Onlar öncə Qobustan qoruğunun müzeyində olaraq arxeloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələrinə, mütəxəssislərin bərpa etdikləri eksponatlara baxıblar, Qobustanın tarixi haqqında məlumatlarla tanış olublar. Sonra onlar Qoruğa gələrək həm mağaralar, qəbir daşları və kurqanlarla tanış olublar, həm də qayalar üzərindəki rəsmlərə və yazılara diqqət yetiriblər, Qavaldaşda musiqi çalıblar.

    Müəllimlərdən Sabir Tağıyev və İslam Sadıq Qobustan mədəniyyətinin tarixindən, onun tədqiqi tarixçəsindən, Qobustanın tarixi abidə sayılaraq məhv olmaqdan xilas edilməsində Səməd Vurğunun rolundan və s. geniş bilgi veriblər. Müəllimlər Qobustan haqqında auditoriyalarda öyrətdiklərini tələbələrə burada əyani şəkildə göstəriblər, onlara canlı dərs keçiblər.

      Müəllim və tələbələrimiz Qobustana səyahətdən çox razı qalıblar.

 

 

 

 

 

0.JPGAZ65
187Universitetimiz şanlı Çanaqqala Zəfərinin 100 illiyini təntənə ilə bayram etdi

Universitetimiz şanlı Çanaqqala Zəfərinin 100 illiyini təntənə ilə bayram etdi

Bu gün saat 12.00-da Bakı Avrasiya Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin nümayəndələri qardaş Türkiyənin tarixində ən şanlı və şərəfli səhifələrdən biri olan Çanaqqala Zəfərinin 100 illiyini təntənə ilə bayram etdi. Tədbirə hörmətli qonaqlar – Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinin ikinci katibi Tansu TUNA və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Əli CURA da qatılmışdılar.

 

 

Bütövlükdə Azərbaycan-Türkiyə qardaşlığının, bir-birinə ət və dırnaq kimi qovuşmuş iki dövlətin bir millətinin sarsılmaz ruh bağlarının əyani göstəricisi olan bu bayram tədbiri Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlandı.

 

 

BAAU-nin I prorektoru Prof. Dr. Ədalət TAHİRZADƏ məclisi giriş sözü ilə açaraq iştirakçıları və hörmətli qonaqları salamladıqdan sonra bu gün Türk tarixinin ən unudulmaz və şanlı hadisələrindən olan Çanaqqala Zəfərinin 100 illiyinin bütün dünya türklərinin ümumi bayramı kimi qeyd edildiyini bildirdi.

Bayram tədbirini aparmaq Universitetin Gənclər Təşkilatının sədri Kamil MƏHƏMMƏDLİyə həvalə edildi.

Öncə BAAU nümayəndələrinin dünən Çanaqqala Zəfəri ilə bağlı Mustafa Kamal ATATÜRKün abidəsi önünə və Türk Şəhidliyinə gül dəstələri qoymasını əks etdirən fotolardan ibarət videoçarx göstərildi.

Çıxış üçün ilk söz elmi işlər üzrə prorektor, dosent Mənsim MƏMMƏDOVa verildi. O, qısa nitqində Çanaqqala Zəfərinin Azərbaycan tarixi üçün də önəmli olması üzərində dayandı.

Regionşünaslıq kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Arif ƏLİZADƏ Çanaqqala hadisələrinin tarixi haqqında geniş elmi məruzə etdi. 250 min türkün şəhid olduğu bu qanlı savaşdan qalib çıxan qan qardaşlarımızın şücaətindən çoxlu tarixi faktlarla söz açan Arif müəllim Azərbaycan türklərinin də Çanaqqala döyüşlərində yaxından  iştirakına toxundu.

Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Əli CURA öncə Mərkəzin Azərbaycanda gördüyü işlərdən, sonra isə Çanaqqala savaşında türklərin barışcıllığından söz açdı, bu gün də Türkiyə dövlətinin bu hadisəni düşmənə nifrət yox, barış ruhunda qeyd etdiyini  bildirdi və yubileyin Azərbaycanda da bayram edilməsinin mənəvi birliyimizin möhkəmləndirilməsində rolundan bəhs etdi.

Regionşünaslıq fakültəsinin müəllimi Oğuztoğrul TAHİRLİ ötən ay Yunus Əmrə İnstitutu xətti ilə on gün Türkiyədə olub, Çanaqqala Zəfəri ilə bağlı Türkiyə dövlətinin keçirdiyi tədbirdə iştirak edib. O, on gün boyunca gördüyü şəhərlər və tarixi yerlər haqqında özünün təəssürat və düşüncələrini bayram tədbiri iştirakçıları ilə bölüşdü.

Türk xalqları filologiyası kafedrasının müdiri, dosent İslam SADIQ Türk əsgərinin qəhrəmanlığına həsr etdiyi şeirini böyük coşqu ilə oxudu.

 

Universitetin filologiya fakültəsinin tələbələri Vəfa NƏHMƏTOVA və Aytac QARAYEVA Çanaqqala döyüşlərinə həsr edilmiş şeirlər söylədilər.  

 

 

0Ç.JPGAZ64
170Atatürkün abidəsi önünə və Türk Şəhidliyinə gül dəstələri qoyuldu

Atatürkün abidəsi önünə və Türk Şəhidliyinə gül dəstələri qoyuldu

        Türk tarixinin ən şanlı səhifələrindən olan möhtəşəm Çanaqqala Zəfərinin 100 illiyi bütün Azərbaycanda olduğu kimi, Bakı Avrasiya Universitetində də təntənə ilə qeyd ediləcək. Bu məqsədlə BAAU-da 24 aprel tarixdə təntənəli bayram tədbiri keçiriləcək.

        BAAU rəhbərliyi, professor-müəllim heyəti və tələbələrinin nümayəndələri bu gün tədbir öncəsi Müstafa Kamal Atatürkün Bakıdakı abidəsi önünə və Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş Türk qardaşlarımızın əbədi uyuduğu məkana – Türk Şəhidliyinə gül dəstələri qoydular.




12521.JPGAZ57
193Aynur Əlizadənin açıq dərsi

Aynur Əlizadənin açıq dərsi

 

BAAU “Tərcümə, xarici dillər və xarici ölkələr ədəbiyyatı” kafedrasının müəllimi Aynur Əlizadə tərcümə (ingilis dili) ixtisası üzrə oxuyan III kurs tələbələrinə “Xarici dildə ünsiyyətdə nitq mədəniyyəti” fənni üzrə  bu gün açıq dərs verdi. Dərsdə Univeristetimizin I prorektoru, fiilologiya fakültəsinin dekanı, kafedra müdiri, həmin kafedranın müəllimləri və akademik məsləhətçilər  iştirak etdilər.

A.Əlizadə açıq dərsi tədrisə verilən müasir tələblərə tam uyğun şəkildə qurmuşdu. O, çağdaş informasiya texnologiyalarından bacarıqla istifadə edirdi. Müəllim dərsi elə təşkil etdi ki, tələbələrin fəallığı müəllimin fəallığından qat-qat artıq oldu. Əslində Bolonya sisteminin dərsə verdiyi metodik tələblərdən biri də elə budur.

Açıq dərsin mövzusu nitqlə bağlı idi. Müəllimin verdiyi tapşırıqlar qrup halında yerinə yetirilirdi. Dərs boyunca tələbələr ingilis dilinin həm fonetikası, həm qrammatikası, həm də leksikası üzrə işləyirdilər.

Dərs müddətində müəllim müxtəlif videoçarxlar göstərdi. Hər videoçarxdan sonra tələbələr gördüklərini qızğın müzakirə edirdi. Videoçarxlarda əyləncəli məqamlara da yetərincə yer verilməsi tələbələrin fikrinin yayınmamasına və yorğunluğun götürülməsinə müsbət təsir göstərirdi. 

Aynur xanım bütün tələbələri fəal işlətməyi bacardı.

Dərs bitdikdən sonra I prorektorun yanında onun müzakirəsi keçirildi və iştirakçıların hamısı onu yüksək qiymətləndirdi.

 

 

 

 

21513.JPGAZ66
196Universitetin Elmi seminarının növbəti məşğələsi

Universitetin Elmi seminarının növbəti məşğələsi

Bakı Avrasiya Universitetində daimi fəaliyyət göstərən Elmi seminarın növbəti məşğələsi bu gün keçirildi. Rektor prof. Nazim Hüseynli dövlət tədbirində iştirak etdiyinə görə seminarı I prorektor prof. Ədalət Tahirzadə açdı. O, Universitetdə hazırlanmaqda olan yeni islahatlardan ümumi şəkildə məlumat verərək indiyədək yaradılmış vəzifə təlimatları və Universitetin struktur bölmələrinin əsasnamələri haqqında danışdı. I prorektor bildirdi ki, Azərbaycan ali məktəbləri 2005-ci ildən Bolonya prosesinə qoşulsa da, təəssüf ki, onların əksərində bu sistemin tələblərinə cavab verəcək yeni əsasnamələr və vəzifə təlimatları, demək olar ki, yox dərəcəsindədir. Bu üzdən BAAU öncəliklə Rusiya, Qazaxıstan və Türkiyə  universitetlərinin təcrübəsindən yararlanmaqla özünün əsasnamə və təlimatlarını yaratmaqdadır. Bu təlimatların bir qismi artıq Universitet Elmi Şurasında müzakirə edilərək qəbul olunub. Ancaq həm vəzifə təlimatlarının, həm də əsasnamələrin Elmi seminarda müzakirə edilməsi çox vacib və faydalıdır. Bu məqsədlə 40-dan artıq yeni təlimat və əsasnamənin elektron versiyası tanışlıq üçün struktur bölmələrə təqdim edilib.

 

Prorektorların, dekanların, kafedra müdirlərinin və başqa qurum rəhbərlərinin qatıldığı seminarda çıxışlardan sonra qərara alındı ki, gələn həftə növbəti məşğələdə təlimat və əsasnamələr ayrı-ayrılıqda ciddi şəkildə müzakirə edilərək Universitet Elmi Şurasının təsdiqinə verilsin.        

 

 

 

 

 

elmi seminar.JPGAZ67
199Giresun Universitetinin müəllimi tələbələrimizə dərs keçdi

Giresun Universitetinin müəllimi tələbələrimizə dərs keçdi

Qardaş Türkiyənin, rektoru Azərbaycan kökənli prof. Aygün Əttar olan Giresun Universiteti ilə Bakı Avrasiya Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq  həmin universitetin müəllimi Gülsüm Düşək  bu gün universitetimizin qonağı idi.

 

Gülsüm xanım dil və ədəbiyyat müəllimliyi (Azərbaycan dili) ixtisası üzrə təhsil alan II kurs tələbələrimizə interaktiv üsulla dərs keçdi. BAAU-nin Türkiyə ali məktəblərində yetərincə dərs demiş pedaqoqika müəllimi prof. Rüfət Hüseynzadə ilə birgə aparılan bu maraqlı dərs çox canlı kecdi. Öncə Türkiyə və Azərbaycan təhsil sistemlərinin oxşar və fərqli cəhətləri incələndi, sonra  özəlliklə pedaqogika fənninin tədrisi ilə bağlı problemlər üzərində geniş dayanıldı.

 

Gülsüm xanım tələbələrin çoxsaylı suallarını ətraflı cavablandırdı. Dərsdən çox razı qalmış tələbələr qardaş ölkənin pedaqogika üzrə bu dəyərli mütəxəssisinə öz təşəkkürlərini bildirdilər.

 

Dərsdə filologiya fakültəsinin  dekanı Sveta Nəsibova və “Türk xalqlarının filologiyası” kafedrasının müdiri İslam Sadıq da iştirak edirdilər.

 

 

 

Gulsum.JPGAZ68
202“Müstəqil Azərbaycan Respublikası” mövzusunda açıq dərs

“Müstəqil Azərbaycan Respublikası” mövzusunda açıq dərs

Bu gün tarix üzrə fəlsəfə doktoru Arif Əlizadənin I kursda “Regionşünaslıq (Qafqaz ölkələri)” və “Regionşünaslıq (Yaxın və Orta Şərq ölkələri)” ixtisasları üzrə oxuyan tələbələrə “Azərbaycan tarixi”  fənni üzrə “Müstəqil Azərbaycan Respublikası” mövzusunda açıq dərsi oldu. Fakültə dekanı, dosent Əjdər Yunusovun, kafedra müdiri, dosent Kamil Abdullayevin, baş müəllim Rəcəb İsmayılovun iştirak etdiyi açıq dərsin gedişi dekanlıqda müzakirə edildi və göstərildi ki, müəllim qarşıya qoyulan məqsədə elmi, metodik və nəzəri cəhətdən nail olub. Buna görə də dərs qənaətbəxş sayıldı.

 

Şəkillərdə açıq dərsin müzakirəsi anları əksini tapıb.

 

 

ejder.JPGAZ69
211Dekanımızın Atatürk haqqında şeiri Türkiyədə 3-cü yer tutub

Dekanımızın Atatürk haqqında şeiri Türkiyədə 3-cü yer tutub

Qardaş Türkiyənin Bafra şəhərində qurulmuş “Kültür və Sənət Etkinliklərini Dəstəkləmə Dərnəyi”nin (KÜSADER) Yönətim Kurulu adından Gülseren Akbaş Bakı Avrasiya Universiteti  regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, tarix elmləri namizədi, dosent Əjdər Yunusova (Əjdər Yunus Rza) xoş xəbər göndərərək onun “ATATÜRK” adlı şeirinin “100-cü ildə 100 qələm” Atatürk və Çanaqqala şeir yarışmasında 3-cü yer tutduğunu və həmin şeirin “Atatürk və Çanaqqala” adlı şeirlər toplusunda nəşr edildiyini bildirib, bu münasibətlə şair-alimi təbrik edərək ona başarılarının davamını diləyib.

 

Biz də BAAU-nin müəllim və tələbələri adından hörmətli Əjdər müəllimi bu uğuruna görə təbrik edir, ona yaradıcılıqda yeni-yeni uğurlar arzulayırıq!  

 

 

EY.jpgAZ72
214Çay süfrəsi arxasında... ingilis dili!

Çay süfrəsi arxasında... ingilis dili!

Bakı Avrasiya Universitetində tələbələrin xarici dilə mükəmməl yiyələnməsi üçün ən müxtəlif üsullardan istifadə edilir. Onlardan biri bu gün gerçəkləşdirildi.

 

BAAU-də tərcümə ixtisası üzrə oxuyan III kurs tələbəri öz müəllimləri ilə birgə “English tea” adlı çay süfrəsi təşkil etmişdilər. Süfrə arxasında fakültə dekanı, “Tərcümə, xarici dillər və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, fənn müəllimi, akademik məsləhətçi və Universitet imtahan qərargahının rəhbəri də tələbələrə qaynayıb-qarışmışdılar.

Əyləncə xarakterli bu çay süfrəsi tədbirində tələbə və müəllimlər yalnız ingilis dilində danışırdılar. Söhbət əsasən dünyanın müxtəlif ölkələrinin təbii şəraiti və siyasi quruluşu, ən fərqli xalqların milli adət-ənənələri, mədəniyyəti,  mətbəxi və b. haqqında gedirdi. Süfrədəki bişintiləri tələbələr öz əlləri ilə hazırladığına görə hərə öz “məhsulu”, onun bişirilmə üsulu, başqa xalqlarda da olub-olmaması haqqında ingilis dilində geniş bilgi verirdi.

 

Çay süfrəsinin təşkil edilməsində başlıca məqsəd tələbələrdə ingilis dilində nitq bacarığını gücləndirmək, Universitetdə ingilis dilli mühit yaratmaq olsa da, əlbəttə, tələbələrlə müəllimlər arasında səmimi ünsiyyət qurmaq istəyi də mühüm rol oynayıb.

 

Tədbirdən müəllimlər də, tələbələr də çox razı qaldılar. 

 

 

 

 

 

 

 

tea.JPGAZ73
208Universitetimiz Ulu öndərin anadan olmasının 92-ci ildönümünü təntənə ilə qeyd etdi

Universitetimiz Ulu öndərin anadan olmasının 92-ci ildönümünü təntənə ilə qeyd etdi 

Bu gün Bakı Avrasiya Universitetində Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü təntənə ilə qeyd edildi.

 

Öncə Universitetin rəhbərliyi, professor- müəllim və tələbə heyəti Fəxri Xiyabana gedərək Ümummilli liderin abidəsi önünə əklil qoymaqla onun xatirəsini yad etdilər.

 

Fəxri Xiyabana ziyarətdən sonra Universitetin konfrans zalında şanlı ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirildi.

 

Konfransı giriş sözü ilə açan Universitetin rektoru, professor Nazim Hüseynli Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən danışdı .O, Ümummilli liderin həyat və fəaliyyətindən, böyük siyasi xadim kimi xalqımiza əvəzolunmaz xidmətlərindən , uzaqgörən daxili və xarici siyasətindən söz açdı. Rektor qeyd etdi ki, bu uğurlu siyasət sayəsində Azərbaycan artıq dünya miqyasında nüfuzlu dövlətlər sırasında möhkəm yer tutub . İllər, qərinələr keçdikcə biz Ulu öndər Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqına, Vətəninə sevgisinin dərinliyini daha çox anlayır, daha çox dərk edirik. Bu siyasət nəhənginin fəaliyyəti bütünlüklə xalqımızın xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunub.

 

Universitetin elmi işlər üzrə prorektoru, dosent Mənsim Məmmədov “Heydər Əliyev və Azərbaycan təhsilinin dönüş mərhələsi” mövzusunda geniş məruzə etdi. Məruzə maraqla qarşılandı.

 

Prorektorun çıxışının ardınca H.Əliyevin həyat və yaradıcılığına həsr edilmiş sənədli film göstərildi.

 

“Regionşünaslıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Arif Əlizadənin “Heydər Əliyev fenomenal tarixi şəxsiyyət kimi” adlı məruzəsində diqqət daha çox Ülu öndərin siyasi fəaliyyətindəki ən maraqlı məqamlara yönəldildi.

 

Daha sonra söz tələbələrə verildi. 1-ci kurs tələbələri Elməddin Məmmədov və Sənan Abbasov Ümummilli liderin həyatının bugünkü gəncliyimizə örnək olduğunu bildirdilər.

 

Xatırladırıq ki, bu elmi-praktik konfransın materialları ayrıca kitab şəklində nəşr olunacaq.

 

 

 

 

 

 

 

 

 

 

ekil.JPGAZ71
217“Qloballaşan dünyada mənəvi dəyərlərimizin təbliği” mövzusunda “dəyirmi masa

“Qloballaşan dünyada mənəvi dəyərlərimizin təbliği” mövzusunda “dəyirmi masa”

Bu gün Bakı Avrasiya Universitetinin akt zalında BAAU Avrasiya Gənclər Təşkilatının dəstəyi ilə “Qloballaşan dünyada mənəvi dəyərlərimizin təbliği” mövzusunda dəyirmi masa keçirildi.

 

Yığıncaq iştirakçıları öncə bugünkü tarixdə Şuşa şəhərinin işğal olunduğunu xatırladaraq Şuşa uğrunda döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

 

Sonra “dəyirmi masa”da əxlaqın yaranması və inkişafı, islam dinində əxlaq məsələləri, “Avesta”da əxlaq anlayışı, Nəsrəddin Tusinin əxlaqi görüşləri və Azərbaycan marifçilərinin yaradıcılığında milli-mənəvi dəyərlərə münasibət mövzuları ətrafında qızğın və maraqlı diskussiya getdi.

 

Tədbirdə BAAU-nin müəllimi Mütəllim RƏHİMLİ, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlar Biriliyinin üzvü,  yazıçı Xanım AYDIN, Dünya Gənc Türk Yazarlar Biriliyinin üzvü, şair Emin RASİMOÄžLU, həmin Biriliyin üzvü, yazıçı  Şahanə MÜŞFİQ və Monera.az  xəbər portalının əməkdaşı Safura HƏSƏNZADƏ iştirak edirdilər.

 

Tədbirin sonunda tələbələrlə xatirə şəkli çəkdirən qonaqlar aparılan diskussiyadan çox razı qaldıqlarını bildirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

menevi.JPGAZ74
220Giresun Universitetinin müəlliminə təşəkkürnamə verildi

Giresun Universitetinin müəlliminə təşəkkürnamə verildi

 

Mevlana Dəyişim Layihəsi çərçivəsində Giresun Universitetinin müəllimi Gülsüm DÜŞƏK Bakı Avrasiya Universitetində tələbələrlə interaktiv metodlarla mühazirələrdə fəal iştirak etdiyi üçün təşəkkürnaməyə layiq görülüb.

 

Bu gün təşəkkürnaməni BAAU rektoru prof. Nazim HÜSEYNLİnin adından I prorektor prof. Ədalət TAHİRZADƏ  Gülsüm xanıma təqdim etdi. Təqdimetmə mərasimində filologiya fakültəsinin dekanı Sveta NƏSİBOVA və türk dili müəllimi Zəminə RÜSTƏMBƏYLİ də iştirak edirdilər. 

 

 

Gulsum tesekkur.JPGAZ75
223Tələbə Gənclər Təşkilatımızın sədri Bolqarıstan sərgisində

Tələbə Gənclər Təşkilatımızın sədri Bolqarıstan sərgisində

Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Kamil MƏHƏMMƏDLİ 7-10 may 2015-ci il tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Gənclər Təşkilatlarının Beynəlxalq Əməkdaşlıq Sərgisində iştirak edir. Sərginin əsas məqsədi müxtəlif ölkələrin gənclər təşkilatları arasında əlaqə yaratmaq, onların birgə fəaliyyətini və gələcək layihələrdə birgə iştirakını təmin etmək perspektivlərini araşdırmaqdır.

 

Kamil MƏHƏMMƏDLİ BAAU Tələbə Gənclər Təşkilatının fəaliyyəti ilə sərgi iştirakçılarını tanış edib. O, Sofiyada “ Bakı-2015” Avropa Oyunlarının sərgisini də təşkil edərək qonaqlara və iştirakçılara ilk dəfə Azərbaycanda keçirilən bu Oyunlar haqqında geniş bilgi verib.

 

kamil sofiya.JPGAZ76
226Futbol komandamız 4:1 hesabla qalib gəldi!

Futbol komandamız 4:1 hesabla qalib gəldi!

Bakı Avrasiya Universitetinin futbol komandası AR Təhsil Naziliyinin təşkilatçılığı ilə keçirilən Universitetlərarası futbol turnirində ilk oyunu qələbə ilə başa vurub. “Təhsil kuboku” uğrunda ilk yarışda Fövqəladə Hallar Nazirliyi Akademiyasının komandası ilə qarşılaşan futbolçularımız gərgin keçən oyunda 4:1 hesabı ilə parlaq qələbə qazandılar.

 

 

Növbəti oyun Binə arenada Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ilə olacaq. Tələbələrimizə uğurlar diləyirik!

 

 

 

 

 

 

baauhfn.JPGAZ77
229Magistrant işlərinin müdafiədən öncəki ilkin müzakirələri keçirilib

Magistrant işlərinin müdafiədən öncəki ilkin müzakirələri keçirilib

Bakı Avrasiya Universitetinin  “Regionşünaslıq”  və  “Tərcümə , xarici dillər və xarici ölkələr ədəbiyyatı” kafedralarında 2-ci kurs magistrantlarının  dissertasiya işlərinin, rəylərinin və referatlarının müdafiədən öncəki ilkin müzakirələri  keçirilib. “Regionşünaslıq” kafedrasının  müdiri Arif  Əlizadənin  və magistrantların  elmi rəhbərlərinin  iştirakı ilə keçirilən ilkin müzakirədə  elmi  rəhbərlər  dissertasiya işlərini  dəyərləndirərək müdafiəyə ciddi hazırlıq üçün tövsiyə və tapşırıqlarını veriblər.

 

“Tərcümə , xarici dillər və xarici ölkələr ədəbiyyatı” kafedrasında da kafedra müdiri  Ulcay Qiyasi və  magistrantların elmi rəhbərləri birlikdə ilkin müzakirə keçiriblər. Burada da müdafiəyə hazırlıq işləri uğurla yekunlaşdırılıb.  

 

mag mud.jpgAZ78
232Nurlanə SƏFƏRLİ diplomla təltif edildi

Nurlanə SƏFƏRLİ diplomla təltif edildi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı 1 may 2015-ci ildə Azərbaycan Dillər Universitetində keçirilmiş Universitetlərarası I şeir festivalında BAAU filologiya fakültəsinin I kurs tələbəsi Nurlanə SƏFƏRLİ şair-alim Əjdər Yunus RZAnın “Otaylı-butaylı Azərbaycan” adlı şeiri ilə  çıxış edib və 2-ci yer tutub.

 

Şeir festivalında Universitetimizi layiqincə təmsil etdiyinə görə rəhbərlik N.Səfərlini diplomla təltif edib. Rektor, prof. Nazim HÜSEYNLİnin imzaladığı həmin diplomu bu gün prorektor, fizika-riyaziyyat elmləri namizədi Mənsim MƏMMƏDOV qalibə təqdim edib. 

 

 

Nseferli.jpgAZ79
235Qalib Nuri təltif edildi

Qalib Nuri təltif edildi

İraqın Bəsrə şəhərindən gələrək Azərbaycan Dövlət Tibb Universitetinin doktoranturasında təhsil alan və onkoloji xəstəliklər üzrə araşdırmalar aparan Qalib NURİ artıq ikinci ildir ki, Bakı Avrasiya Universitetində tələbələrə həvəslə canlı ərəb dili öyrədir və bu işi tam təmənnasız –əməyinin əvəzində heç bir qarşılıq ummadan görür.

 

Qalib Nurinin Universitetimizdə ərəb dili tədrisinin inkişafına göstərdiyi əvəzsiz xidməti və təmənnasız yardımı yüksək qiymətləndirən rektorluq onu təşəkkürnamə ilə təltif etməyi qərara alıb.

 

Bu gün BAAU-nin I prorektoru, prof. Ədalət TAHİRZADƏ təşəkkürnaməni rektor, prof. Nazim HÜSEYNLİnin adından Q.Nuriyə təqdim etdi. Təqdimetmə mərasimində Universitetimizin ərəb dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə HÜSEYNLİ də iştirak edirdi.

 

Qalib Nuri.JPGAZ80
238Regionşünas magistrlər dissertasiya müdafiə etdilər

Regionşünas magistrlər dissertasiya müdafiə etdilər

Bu gün Bakı Avrasiya Universitetində magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın iclasında “Regionşünaslıq” ixtisası üzrə magistrantların  dissertasiya işlərinin müdafiəsi keçirilib.

 

İxtisaslaşdırılmış Elmi Şuranın sədri, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, prof. Musa QASIMLI, sədr müavini, AR MTN-in əməkdaşı, prof. Məmməd CƏFƏRLİ, Elmi Şuranın elmi katibi, BAAU “Regionşünaslıq” kafedrasının dosenti Mahibə ƏLİYEVA, Elmi Şura üzvləri: həmin kafedranın professoru Səyavuş TALIŞLI, regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dos. Əjdər YUNUSOV, “Regionşünaslıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Arif  ƏIİZADƏ, BDU “Gender  və tətbiqi psixologiya” kafedrasının dosenti Rövşən CAVADOVun iştirakı ilə üç magistr dissertasiya işi müdafə edildi. “Regionşünaslıq (ABŞ və Kanada)” ixtisası üzrə Aynurə ƏSGƏROVAnın və “Regionşünaslıq (Avropa ölkələri)” ixtisası üzrə Ülkər DADAŞZADƏ və Şəfəq ƏLİYEVAnın magistrlik dissertasiyalarının elmi səviyyəsi və magistrantların mövzu ətrafında verilmiş suallara cavabları İxtisaslaşdırılmış Elmi Şuranın   üzvlərini razı saldı. Özəlliklə Aynurə Əsgərovanın elmi işi və hazırlıq səviyyəsi yüksək dəyərləndirildi. 

 

 

 

 

 

 

 


RegMag.JPGAZ81
241Mətbuat xidmətinin rəhbəri Şəfayət Əliyev sertifikata layiq görüldü.

Mətbuat xidmətinin rəhbəri Şəfayət Əliyev sertifikata layiq görüldü.

Mayın 19-da Təhsil Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan" Universitetində "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirilib.
Təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri, jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.
Konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatlar dinlənilib və təlimlər keçirilib. İştirakçılar informasiya kampaniyaların keçirilməsi, press relizlərin yazılması, sosial qruplarla iş və digər mövzularda bilik və bacarıqlarını artırıblar.
“Azərtac” dövlət informasiya agentliyi, "Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov belə konfransların keçirilməsinin təhsil-media dialoqunda mühüm əhəmiyyət kəsb etdiyini deyib. “Azad Azərbaycan” televiziyasının prezidenti Vüqar Qaradağlı təhsil-media dialoqu sahəsində mövcud vəziyyət barədə danışıb.
Sonra təhsil eksperti Şahlar Əsgərov, Təhsil Şurasının sədri Əjdər Ağayev çıxış edərək təhsil-media sahəsində belə konfransların keçirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər. Onların fikrincə, mətbuat və media təlim-tərbiyədə mühüm rol oynayır və bu prosesin dialoq çərçivəsində öyrənilməsi vacib məsələdir.
Tədbirin davamında "APA Holdinq"in prezident Vüsalə Mahirqızının, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində iİnstitusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri Aynur Kərimovanın, PR üzrə ekspert Aynur Rəşidovanın məruzələri dinlənilib.
Konfransda uğur qazanmış iştirakçılara sertifikatlar verilib.Qeyd edək mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfayət Əliyevdə sertifikata layiq görülənlər siyahısındadır.
Günün ikinci yarısında təlim-konfrans iştirakçılarının "Bakı-2015" I Avropa Oyunlarının Mətbuat Kəndinə və Milli Gimnastika Arenasına səfəri təşkil olunub.
Qeyd edək ki, bu təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.

11335822_474315592744736_1256712241_n.jpgAZ82
244Magistrlik dissertasiyalarının müdafiəsi davam edi

Magistrlik dissertasiyalarının müdafiəsi davam edir

Bakı Avrasiya Universitetində magistrlik dissertasiyalarının müdafiəsi davam etməkdədir. 

Tərkibinə sədr Bakı Slavyan Universitetinin professoru İkram QASIMOV, sədr müavini  BAAU-nin kafedra,  dosent  İslam SADIQ,  elmi katib BAAU-nin dosenti Ədalət ABBASOV və üzvlər: AMEA Folklor İnstutunun aparıcı elmi işçisi, professor  Mahmud ALLAHMANLI, həmin institutun şöbə müdirləri, professor Kamran ƏLİYEV və dosent Seyfəddin RZAYEV, Azərbaycan Müəllimlər İnistitutunun prorektoru, professor Ramil ƏLİYEVin daxil olduğu “Azərbaycan  dili və ədəbiyyat  müəllimliyi”  ixtisası üzrə  İxtisaslaşdırılmış  Elmi Şurada 3 dissertasiya işi müdafiə edilib. Magistrantlar Vüsalə  BABAYEVA “Azərbaycan dilindən fənn kurikulumunun  mahiyyəti və məzmunu”,  Aytəkin QAFAROVA “Azərbaycan orta məktəblərində  leksika və söz yaradıcılığının tədrisi” və Aytən SALAMOVA “Orta məktəbdə  Nizami ədəbi irsinin yeni təlim üsulları ilə tədrisi” adlı dissertasiya işlərinin müdafiəsi uğurla keçdi. 

 

 

 

 

Sədri  BDU-nun “ Beynəlxalq  jurnalistika” kafedrasının professoru Nəsir ƏHMƏDLİ, sədr müavini BDU-nun professoru  Qulu  MƏHƏRRƏMLİ, elmi katibi BAAU-nin dosenti Mütəllim RƏHİMLİ, üzvləri AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent  Dilarə MƏMMƏDOVA, BDU-nun dekan müavini, dosent  Sevinc ƏLİYEVA, AMEA Folklor  İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru  Qalib SAYILOV olan “Jurnalistika”  ixtisası  üzrə  İxtisaslaşdırılmış  Elmi Şurada da iki magistrlik dissertasiyası müdafiəyə təqdim edilmişdi. Magistrantlar Sevinc QULUYEVAnın “Azərbaycan mətbuatında  Qarabağ  mövzusu” və Aynur HÜSEYNOVAnın “«Euronews» telekanalı: yaranması, quruluşu və iş xüsusiyyətləri” adlı dissertasiya işlərini Elmi Şura üzvləri yüksək dəyərləndirdilər.

 

 

 

 

ms1.jpgAZ83
247Bakı Avrasiya Universiteti Səlcuq Universiteti ilə Memorandum və Mövlana Mübadilə Protokolu imzaladı

Bakı Avrasiya Universiteti  Səlcuq Universiteti ilə Memorandum və Mövlana Mübadilə Protokolu imzaladı

Bu gün qardaş Türkiyənin Konya şəhərində yerləşən, 80 min tələbəsi olan məşhur Səlcuq Universitetinin rəhbərliyi - rektor Prof. Dr. Hakkı GÖKBEL və prorektor Prof. Dr. M. Musa ÖZCAN Bakı Avrasiya Universitetinə işgüzar görüşə gəlmişdilər. Onları Qafqaz Universitetinin prorektoru, Prof. Dr. Cihan BULUT müşayiət edirdi. Hörmətli qonaqları Bakı Avrasiya Universitetinin rektoru, Prof. Dr. Nazim HÜSEYNLİ, birinci prorektor, Prof. Dr. Ədalət TAHİRZADƏ və beynəlxalq əlaqələr üzrə prorektor Səyavuş QASIMOV qarşıladılar.

 

BAAU-nin rektoru Nazim müəllim qonaqları salamlayaraq Bakı Avrasiya Universiteti haqqında ümumi bilgi verdikdən sonra Səlcuq Universiteti ilə əməkdaşlığın yaradılmasının Universitetimiz üçün önəmli olduğunu bildirdi.

 

Səlcuq Universitetinin rektoru Hakkı bəy də öz növbəsində başçılıq etdiyi ali məktəbin Türkiyə Cümhuriyyətinin ali təhsil sistemindəki mühüm yerindən,  eləcə də Azərbaycan universitetləri, o sıradan BAAU ilə ikitərəfli əməkdaşlığın yaradılması,  birgə layihələrin hazırlanması və həyata keçirilməsi vacibliyindən söz açdı.

 

Daha sonra rektorlar Bakı Avrasiya Universiteti ilə Səlcuq Universiteti arasında Əməkdaşığa dair Memorandum və Mövlana Mübadilə Protokolunu imzaladılar. Protokolda universitetlərarası tələbə və professor-müəllim heyətinin mübadiləsi və ikitərəfli əməkdaşlığa dair bir sıra önəmli məsələlər öz əksini tapıb.

 

 

 

 

 

 

 

 

 

 

SelcuqBaau.JPGAZ84
25018 Oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş bilik yarışı keçirilib

Bakı Avrasiya Universitetində 18 Oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş  bilik yarışı keçirilib.

Bakı Avrasiya Universitetində 18 Oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş "breyn-rinq" bilik yarışı keçirilib. Yarışda 6 nəfərdən ibarət 15 komanda iştirak edib. Komandalar arasında yüksək nəticə gösdərənlər növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.


oaooca.jpgAZ85
253Bakı Avrasiya Universiteti Tempus proqramı çərçivəsində yaşlı nəslin təhsilinə başlamışdır.

Bakı Avrasiya Universiteti Tempus proqramı çərçivəsində yaşlı nəslin təhsilinə başlamışdır.

 

Bu barədə Universitetin Elm və beynəlxalq əlaqələr üzrə prorektoru Qasımov Səyavuş məlumat verib. O qeyd edib ki, Koordinatoru Genuya Universiteti olan “Üçüncü nəslin təhsil mərkəzi” Tempus layihəsinə (544517 – TEMPUS -1 – 2013 - 1- IT – TEMPUSJPHES « CTAE ») Bakı Avrasiya Universiteti tərəfdaş kimi qoşulmuşdur. Layihədə Rusiya, Ukrayna, Malta, İtaliya, İspaniya, Portuqaliya və Böyük Britaniyanın bir sıra ali məktəbləri də iştirak edirlər.

“Üçüncü nəslin təhsil mərkəzi” Tempus layihəsinin məqsədi Azərbaycan, Rusiya və Ukraynada üçüncü nəslin təhsilə cəlb edilməsi, yaşlı və gənc nəsil arasında təcrübə mübadiləsinin aparılması, yaşlı nəslin cəmiyyətdə tam iştirakına imkan yaradacaq səviyyədə təhsilin verilməsini təmin etməkdir.

Yaşlıların təhsil tələbatlarının ödənilməsi, onların professional biliklərə yiyələnməsi, istehsalat üçün bilik, bacarıq və vərdişlər əldə etməsi layihənin qarşısında duran əsas məsələlərdəndir. Layihə çərçivəsində cəmiyyətin yaşlı nəslinə dünya haqqında elmi təsəvvürlərin mənimsənilməsi, xarici dillərin və müasir informasiya-kommunikasiya sistemlərinin öyrənilməsinə istiqamətlənmiş təhsilin verilməsi nəzərdə tutulur.

S. Qasımov sonda bildirdi ki, yaşı 55-dən yuxarı olan hər bir kəs Üçüncü nəslin təhsil mərkəzində təhsil almaq üçün bizə müraciət edə bilərlər. Təhsil tam ödənişsizdir.

Əlaqə telefonları: +994125646242

+994125646367

 

 

 

02.jpgAZ86
259Bu gün Bakı Avrasiya Universitetində Dövlət Bayrağı Günü qeyd edildi

Bakı Avrasiya Universitetində Dövlət Bayrağı Günü qeyd edildi

Bu gün Bakı Avrasiya Universitetində Dövlət Bayrağı Günü qeyd edildi

Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan iki hissədən ibarət olan möhtəşəm tədbirin rəsmi hissəni Regionşunaslıq və İqtisadiyyat fakültəsinin dekanı dosent Əjdər Yunusov açaraq tələbələrimizi və proqramda iştirak edən qonaqlarımızı Dövlət Bayrağı günü münasibəti ilə təbrik edib. Bayrağımızın yaranma tarixindən, qüdrətindən söz açan Əjdər Yunusov hər bir gəncin bayrağımızı qarışılıqsız sevməsi lazım olduğunu qeyd etdi. Daha sonra tələbələr önündə çıxış edən Filologiya fakültəsinin dekanı Fərəh Cəlilova bayrağa olan sevginin qədim zamanlardan yarandığını və şanlı tarixə malik olan dövlət bayraqlarından bəhs etdi. 
Tələbə Gənclər Təşkilatının sədri Əlviyyə Qurbanova bayraq meydanının yaranmasından və bu məkanın gənclərimizin daim qürürla ziyarət edəcəyi məkan olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Avrasiya Gənclər Təşkilatının sədri Seymur Məmmədov gənclərimizin üçrəngli bayrağımızı daim uca tutmağı və bu yolda vətənpərlik nümayiş etdirmələrini və hər an vətənin müdafiəsənə hazır olmaqlarını bir daha bəyan etdi.
Tədbirin rəsmi hissənin yekununda Tələbə Gənclər Təşkilatının aktiv tələbələri bayrağa həsr olunmuş şeirlər söylədilər. Proqramın qeyri rəsmi hissəsi isə universitetin akt zalında keçirilib. Burada tələbələr öz məharətləri ilə qonaqlara maraqlı səhnələr nümayiş etdirərək gözəl anlar yaşadıblar. Yekunda universitetin ictimai həyatında aktivlik göstərən tələbələrimiz rəhbərlik tərəfindən mükafatlandırılıb.

 


20151106_141132.jpgAZ88
262LINK CAMPUS universiteti ilə əməkdaşlıq yüksək səviyyədədir .

Bu gün Bakı Avrasiya Universitetində Link Campus universitetinin professoru Alessandr Figusa universitetin Fəxri professoru diplomunun təqdimetmə mərasimi keçirildi.

Bu gün Bakı Avrasiya Universitetində Link Campus universitetinin professoru Alessandro Figusa universitetin Fəxri professoru diplomunun təqdimetmə mərasimi keçirildi.Tədbiri giriş sözü ilə açan rektor, professor Nazim Hüseynli qonaqları salamladıqdan sonra İtaliya və Azərbaycan dövlətlərarası dostluq münasibətlərindən danışaraq bu günkü tədbirində bu münasibətlərin bir təzahürü olduğunu diqqətə çatdırdı.Hər iki universitet arasındakı isti əməkdaşlıq münasibətlərinin dərin köklərinin olduğunu vurğulayan Nazim Hüseynli Link Campus universitetinin professoru Alessandr Figusu ölkəmizdə görməkdəm məmnunluğunu ifadə edərək, ona Bakı Avrasiya Universitetinin Fəxri professoru adının veriməsindən də danışdı.Tədbirdə çıxış edən tədris işləri üzrə prorektor,dosent Mənsim Məmmədov da İtaliya və Azərbaycan dostluq münasibətlərindən və universitetlərarası munasibətlərin gələcək perespektivlərindən bəhs edərək tələbələrə məlumat verdi.Görüşdə daha sonra çıxış edən BAAU-nun xarici əlaqələr üzrə prorektoru Səyavuş Qasımovda İtaliya və Azərbaycan universitetlərinin əlaqələrindən və şəxsən Bakı Avrasiya Universitetinin bu sahədə ki,uğurlarından və gələcəkdə birgə həyata keçirəcəkləri layihələrdən danışdı.Tədbirdə Böyük Britaniyanın Strathclyde universitetinin əməkdaşı Mark Robin və İtaliyanın Genuya universitetinin əməkdaşı Paola Alongi da iştirak edirdi.

 

 

 

 

 

 

 

 

 

 

 

C1.JPGAZ89
265“Tarixi araşdırmalarda metodlar” adlı elmi seminar

Bu gün Bakı Avrasiya Universitetinin akt zalında “Tarixi araşdırmalarda metodlar” adlı elmi seminar keçirildi.

Bu gün Bakı Avrasiya Universitetinin akt zalında “Tarixi araşdırmalarda metodlar” adlı elmi seminar keçirildi.Türkoloq alim,professor Firudin Cəlilov seminarda “Azərbaycan türklərinin islamaqədər tarixi” əsərinin yaranma tarixindən bəhs etdikdən sonra, Türk xalqlarının tarixini gündəmə gətirdiyi “Urmu” nəzəriyəsilə Ön Asiya türk etnosunun yarandığı ilkin coğrafi məkan kimi müyyənləşməsindən danışdı. Seminarda əyani vəsaitlərdən və tarixi sübutlardan istifadə edən Firudin Cəlilov tarixi qaynaqlar,tarixi cöğrafiya,Azərbaycanda qurulan qədim dövlətlər,tarixi onomastika,tarixi etnoqrafiya,azər türkcəsinin tarixia və azər türklərinin soykökü haqqında inkarolunmaz faktları açıqladı. Seminarda milli və yabançı qaynaqlara yeni baxış və konsepsiyanın metodları ,eləcə də Azər türklərinin tarixinə aydınlıq gətirən,antropoloji ,arxeoloji və daş bəlğələr,qayaüstü rəsmlər,yazıöncəsi işarələr,damğalar və yazının digər türk xalqlarının tarixiilə əlaqəli şəkildə türk etnosunun formalaşma tarixindən başlayaraq İslamaqədərki 10 minillik bir dövrü əhatə edən tarixi səlnamə şərh edildi. Seminarda çıxış edən Bakı Avrasiya Universitetinin rektoru,professor Nazim Hüseynli professor -müəllim və tələbə kollektivinə bu cür elmi seminarların davam edəcəyini bildirərək növbəti seminarlarda aktiv iştirak etmələrinin vacibliyini ifadə etdi. Növbəti elmi seminarda “Azərbaycanda yaranan qədim dövlətlər” silsiləsi araşdırılacaq

 

 

 

 

 

 

 

20151117_133610.jpgAZ90
268Bakı Avrasiya Universitetindən yeni layihə

Bakı Avrasiya Universitetindən yeni layihə

Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı yeni layihəyə start verib.Layihə çərçivəsində bir qrup tələbə heyəti müəyyən olunmuş tarixlərdə regionlarda yerləşən Ali Təhsil müəsisələri,eləcə də orta məktəblərdə görüşlər keçirərək qarşılıqlı təcrübələrdən yararlanacaqlar.Məhz bu məqsədlə Gəncə və Samux şəhərlərində görüşlər keçirən tələbələrimiz, ilk öncə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının dəstəyi ilə bir neçə görüşlər keçirmişlər.Tələbələr Gəncə Dövlət Universitetinin tədris korpusları,laboratoriyaları ilə tanış olduqdan sonra,Samux rayonundakı Heydər Əliyev Mərkəzində olmuşlar.Daha sonra Universitetin eyniadlı komandası Samuxda yoldaşlıq görüşü keçirib.Layihə növbəti bölgələrdə də davam etdiriləcək

 

 

 


11012492_171090209907485_4642745433983316964_n.jpgAZ91
271Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

 

Bu gün Bakı Avrasiya Universitetində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Avrasiyaçılıq: tarixdə mədəniyyətdə, ədəbiyyatda” mövzusunda seminar keçirildi. Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, dosent Mənsim Məmmədov mövzunun aktuallığı barəsində məlumat verdi. Seminarda filologiya fakültəsinin tələbələri ilə yanaşı Azərbaycan Pedaqoji Universitetinin və Bakı Slavyan Univetrsitetinin magistrantları “Avrasiyaçılıq: tarixdə, mədəniyyətdə, ədəbiyyatda” məsələlərinə həsr olunmuş müxtəlif səpkidə mövzu ətrafında çıxış etdilər. Daha sonra seminarda filologiya fakültəsinin dekanı Fərəh Cəlilin türk və skandinavyalılarınların tarixinə həsr olunmuş “Mif və gerçək” adlı sənədli filmi də nümayiş olundu. Sonda Yunus Əmrə İnstitunun derektoru İbrahim Yıldırım çıxış etdərək mövzunun aktuallığına toxundu

 

 


IMG_2555.JPGAZ92
274Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anım gününə  həsr olunmuş tədbir keçirilib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on iki il keçir. Ulu öndər Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaqdır.Bu sözlər bu gün  Bakı Avrasiya Universitetində Ümummilli lider Heydər Əliyevin anım gününə  həsr olunmuş  tədbirdə səsləndirildi. Tədbir fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarına əklil qoyduqdan sonra universitetin akt zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan rektor, professor Nazim Hüseynli  ümummilli liderin xalqımız qarşısında sonzuz xidmətlərindən danışaraq qeyd etdi ki,  Heydər Əliyev fenomeni heç vaxt qədirbilən xalqımızın yaddaşından silinməyək. O,2003-cü ilin məhz bu ayında  Azərbaycanın son dərəcə ağır, üzüntülü,  bir itki ilə üzləşdiyini qeyd edərək, ümummilli liderimiz, xalqımızın böyük oğlu Heydər Əliyevin matəm günlərində xalqımızın gecə-gündüz Fəxri xiyabana axışıb öz böyük oğluna sevgisini gül-çiçəklə, göz yaşları ilə ifadə etməsini Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə münasibətini, sonsuz sevgisini əyani şəkildə göstərdiyini vurğulayaraq bu gündə bu ehtiramın sonsuz olduğunu bildirdi.

Tədbirdə çıxış edən digər məruzəçilərdə xalqımızın tarixi səlnaməsinə qızıl hərflərlə adını əbədi olaraq həkk etmiş siyasi xadim,ümummilli lider Heydər Əliyevin  bu gün gənclər qarşısında qoyduğu  tələb və tövsiyyələr öz bəhrəsini verməsindən və müasir gəncliyin Heydər Əliyev irsinin davamçıları olduğunu qeyd etdilər.

Tədbirin sonunda Bakı Avrasiya Universitetinin Avrasiya Gənclər Təşkilatının ümummilli liderin həyat yoluna həsr olunmuş film nümayiş etdirildi.

 

 

 

20151211_134645.JPGAZ93
277Sima Cəfərovanın 70 illik yubileyi qeyd olundu.

Sima Cəfərovanın 70 illik yubileyi qeyd olundu.

Bu gün Bakı Avrasiya Universitetinin Türk və xarici ölkə ədəbiyyatı kafedrasının müəllimi Sima Cəfərovanın 70 illik yübuliyi münasibəilə və pedoqoji fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə çıxış edən professor-müəllim heyəti Sima xanımın uzun illər pedoqoji fəaliyyətindəki uğurlardan söhbət açaraq yubilyarın 70 yaşının tamam olması münasibəilə təbrik etdilər.Tədbirin sonunda Sima Cəfərova pedoqoji sahədə səmərəli fəaliyyətinə və gənc nəslin təlim tərbiyyəsində qazandığı uğurlara görə universitet rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olundu.

12404148_1081683555187293_1094276525_n.jpgAZ94
28020 yanvar şəhidlərinin xatirəsi qeyd olundu.

20 yanvar şəhidlərinin xatirəsi qeyd olundu.

Bu gün Bakı Avrasiya Universitetinin professor –müəllim kollektivi 20 yanvar şəhidlərinin əziz xatirəsnini yad edərək,müstəqillik tariximizdə müstəsna rol oynayan bu qəhrəmanlıq tarixinin əsl mahiyyətini siyasi səbəbləri və nəticələri barədə ətraflı məlumat vermişdir. Baş vermiş hadisədən dərhal sonra ürəyi hər zaman xalqının yanında olan Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Uzun illər bu hadisəyə siyasi qiymət verilməmiş, bəzi maraqlı qüvvələr bu qanlı cinayətin unudulmasına çalışmışlar. Lakin ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır. Daha sonra universitet rəhbərliyi Şəhidlər Xiyabanında müstəqillik tariximizə öz adlarını əbədi həkk etmiş qəhrəman şəhidlərimizin məzarı üstünə tər qərənfillər düzmuşlər..

 

 

 

 

 

 

 


1618561_1520793521547952_250461590920046439_n.jpgAZ95
283Bakı Avrasiya Universitetində 25-27 May 2016-cı il tarixləri arasında III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçiriləcəkdir.

Bakı Avrasiya Universitetində 25-27 May 2016-cı il tarixləri arasında  III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçiriləcəkdir.

Niğde Universiteti (Niğde, Türkiyə), Qazax Dövlət Qızlar Pedaqoji Universiteti (Almatı, Qazaxıstan), M. Akmulla Başqırd Dövlət Pedaqoji Universiteti (Ufa, Rusiya), Bakı Avrasiya Universiteti (Bakı, Azərbaycan), Şərq / Mahmud Kaşğari- Barskani Universiteti (Bişkek, Qırğızıstan) və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu 25-27 May 2016-cı il tarixləri arasında Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir.

 

Simpoziumda Türk Dünyasını maraqlandıran dil, ədəbiyyat, din, təhsil, tarix, sosiologiya, incəsənət, ətraf mühit, arxeologiya, sənət tarixi,beynəlxalq münasibətlər, Türk Dünyası münasibətləri,sahibkarlıq, idarəetmə ve iqtisadiyyat, gender problemləri kimi mövzular və elmi araşdırmaların gələcək perspektivləri üzrə müzakirələr keçiriləcəkdir. Gələcəkdə Türk Dünyasında ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərə zəmin hazırlanması da planlaşdırılır.

 

Mövzu ilə maraqlanan mütəxəssis və araşdırıcıların bir araya gəlməsində rol oynayacaq bu simpozium yeni tədqiqatlara rəvac verməklə yanaşı, fərqli nöqteyi-nəzərdən araşdırma aparılmasında da əhəmiyyət kəsb edəcəkdir.

 

 

  Ətraflı

Anasayfa.pngAZ96
286Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş " Xocalı soqrımı-beynəlxalq aləmdə" adlı tədbir keçirilmişdir

Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş " Xocalı soqrımı-beynəlxalq aləmdə" adlı tədbir keçirilmişdir

Bu gün Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatı və Universitetin professor-müəllim kollektivi Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş " Xocalı soqrımı-beynəlxalq aləmdə" adlı tədbir keçirilmişdir. Tədbirdə iştirak edən universitetin Tərcümə və praktik dillər kafedrasının müəllimləri ərəbşünas Ülviyyə Hüseynova və Rəsmiyyə Əbdüləhədova tələbələr qarşısında çıxış edərək soyqrımın dünyaya çatdırılması istiqamətində gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü və bu istiqamətdə daha səmərəli fəaliyyət göstərməyin vacibliyini vurğuladılar.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kompaniyası sayəsində 2008-ci ildən təbliğat istiqamətində bir dönüş yaranıb. Vurğulanıb ki, artıq Xocalı soyqırımı bir çox ölkələr, o cümlədən ABŞ-ın 20 ştatı tərəfindən tanınır.2008-ci ildən başlanılan təbliğat nəticəsində artıq Xocalı soyqırımının bir çox ölkələrdə tanınması, eləcə də ABŞ-ın 20 ştatı tərəfindən tanınınması diqqətə çatdırılıb.Tədbirdə Avropada.o cümlədən ərəb dünyasında bu istiqamətdə səyləri gücləndirməyin vacibliyi vurğulanaraq bildirilib ki, bu faciəni beynəlxalq hüquq müstəvisində də təsdiq etmək üçün işlərə başlanılıb.Tədbirdə bu istiqamətdə daha səmərəli fəaliyyətin vacibliyi bir daha vurğulanıb.Tədbirin sonunda xocalıya aid foto-sərgi və videorolik nümayiş etdirilib.

 

 

24.02.2016

 

 

 

 


12788582_216936915322814_182062037_o.jpgAZ97
289“Xocalı qan yaddaşımız” adlı respublika elmi-praktik konfrans keçirilib

“Xocalı qan yaddaşımız” adlı respublika elmi-praktik konfrans keçirilib 

“Xocalı qan yaddaşımız” adlı respublika elmi-praktik konfrans keçirilib Bu gün Bakı Avrasiya Universitetinin akt zalında Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımız” adlı respublika elmi-praktik konfrans keçirilib.Konfrans, Xocalı soyqrımının hüquqi,siyasi və ictimai yönlərinin beynəlxalq,regional və milli hüquqi sənədlər çərçivəsində dəyərləndirilməsi ilə bağlı yetişməkdə olan gənc nəslin maarifləndirilməsi məqsədi ilə keçirilib. Mərasimdə universitetin prorektoru, professor Gülzar İbrahimova Xocalı soyqırımının dünyada tanınması yolunda dövlətimizin başçısının sərəncamlarını xatırlatmış və bu istiqamətdə gənclərin üzərinə düşən vacib məqamlara toxunmuşdur. Konfrasda BDU-nun professor Anar İsgəndərov tələbələr qarşısında çıxış edərək soyqrımın dünyaya çatdırılması istiqamətində gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü və bu istiqamətdə daha səmərəli fəaliyyət göstərməyin vacibliyini vurğuladı.O ,Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kompaniyası sayəsində 2008-ci ildən təbliğat istiqamətində bir dönüş yarandığını vurğulayaraq ,artıq Xocalı soyqırımı bir çox ölkələr, o cümlədən ABŞ-ın 20 ştatı tərəfindən tanındığını və bundan sonrakı istiqamətdə səyləri gücləndirməyin vacibliyi önə çəkdi.Professor Xocalı soyqrımının birdən birə baş verməməsini diqqətə çatdıraraq , XX əsrin əvvəllərindən xalqımıza qarşı bu cür soqrımların törədildiyini və Xocalı faciəsinin də bu proseslərin tərkib hissəsi olduğunu söylədi. Tədbirdə iştirak edən Prof.Dr Əhməd Sami Elaydi Misirdə çalışdığı 200 min tələbəsi olan universitetdə apardığı təbliğat işlərindən danışdı.O, 2012-ci ildə “Xocalıya ədalət” kompaniyası istiqamətində başladığı təbliğat sahəsində gördüyü işlər barədə tələbələrə məlumat verərək 2012-ci ildə Xocalıya həsr olunmuş ərəb dilində yayımlanan məqalənin capından sonara,ona qarşı edilən təziqləri diqqətə çatdıraraq,dünyada baş verən ikilistandartlardan danışdı.Daha sonar şıxış edən məruzəçi, hüquq elmləri doktoru İsaxan Nəbiyev qətliam,soyqrım,genosid anlayışları və onları yaradan səbəblər barəsində danışaraq, Xocalı soyqrımının beynəlxalq hüquq müstəvisində həllinə nail olmağın vacibliyini,indiyə qədər soyqrımın tanınmasına maneə olan səbəbləri izah etdi.Konfrasda məruzəçilər Qarabağ savaşında Xocalı şəhərinin strateji əhəmiyyətinə də toxunaraq,ermənilərin məhz Xocalıda belə vəhşiliklərin törədilmələrinin səbəblərini açıqladılar. Konfrans Xocalı faciəsinin təşkilatçıları və icraçıları layiq olduqları cəzanı almalıdırlar şüarları ilə,eləcə də Xocalı faciəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqda gənc nəslin səfərbər olunması üçün ali təhsil ocağı rəhbərliyinin Xocalı faciəsinin ildönümü haqqında tələbələrə müraciətin oxumunması ilə yekunlaşdı.

 

 

25.02.2016

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


esas.JPGAZ98
292“XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında VIII Azərbaycan Çempionatının Nərimanov rayon mərhələsi keçirilib.

“XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında 
VIII Azərbaycan Çempionatının Nərimanov rayon mərhələsi keçirilib.

 

9 mart 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon Gənclər və İdman İdarəsi tərəfindən “XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında VIII Azərbaycan Çempionatının Nərimanov rayon mərhələsi keçirilmişdir. 
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Keçirilən oyunda rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələrindən ibarət 9 komanda iştirak etmişdir. Onlardan I yeri Azərbaycan Turizm və Menecment Universitetinin “Turistlər” komandası, II yerə Azərbaycan Turizm və Menecment Universitetinin “Ravenklou” komandası, III yerə isə “Bakı Avrasiya” Universitetinin “Region Avropa” komandası tutmuşdur. Qalib gələn komandalar İdarə tərəfindən diplomlar ilə təltif olunmuşlar.

xemse nerimanov 09.03.2016.jpgAZ99
295Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 98 il ötür.

Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 98 il ötür. 

31 mart soyqrımı ilə bağlı Bakı Avrasiya Universitetində keçirilən tədbirdə çıxış edən Tədris və elmi işlər üzrə prorektor professor Gülzar Həsənova Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçildiyini, lakin Azərbaycanın müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldığını və Prezident Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edildiyini diqqətə çatdırdı.. Daha sonra tədbirdə çıxış edən professor Ədalət Tahirzadə Azərbaycanlıların mart soyqırımının 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirildiyini və bu tarixi hadisələrin xalqımızın ən ağrılı səhifəsi olduğunu diqqətə çatdırdı.Çıxışçılardan universitetin müəllimi Ənvər Kapaqan 20-ci əsrin əvvəlində Osmanlı İmperiyasında baş vermiş hadisələrindən, Qafqaz İslam Ordusunun 1918-ci il sentyabrın 15-də Bakıya daxil olmasından, daşnak-bolşevik qoşunlarının darmadağın edilməsindən danışaraq tarixi reallıqları unutmamağı bir daha vurğuladı.Tədbirin sonunda soyqrım qurbanlarının xatirəsi bir qəqiqəlik sükütla yad edildi.

12939662_1145803145442000_1515342731_n.jpgAZ100
298Türkoloji işbirliyi layihəsi istiqamətində Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkunla görüş keçirilmişdir

Türkoloji işbirliyi layihəsi istiqamətində Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkunla görüş keçirilmişdir

Bugün Bakı Avrasiya Unversitetinin prorektoru Səyavuş Qasımov və Türkoloji işbirliyi layihəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən YRD dosent dr.Enver Kapağanın Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Alper Coşkunla görüşü olmuşdur. Səfirlikdə baş tutan görüşdə 25-27 may 2016-cı il tarixləri arasında Bakı Avrasiya Universiteti (Bakı, Azərbaycan), Niğde Universiteti (Niğde, Türkiyə), Kazak Dövlət Qızlar Pedaqoji Universiteti (Almatı, Qazaxıstan), M. Akmulla Başqırd Dövlət Pedaqoji Universiteti (Ufa, Rusiya), Şərq/Mahmud Kaşğari- Barskani Universiteti (Bişkek, Qırğızıstan) və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu ilə bağlı danışıqlar aparılmışdır. Həmçinin Bakı Avrasiya Universiteti ilə Türkiyə universitetləri arasında əlaqələrin daha da güclənməsi, tələbə mübadiləsi, Türkoloji işbirliyi layihəsi istiqamətində görüləcək məsələlər müzakirə olunmuşdur. Görüşün sonunda Bakı Avrasiya Universitetinin rektoru prof. Nazim Hüseynlinin cənab Alper Coşkuna kitab hədiyyəsi təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.

 


12935241_603733716469589_2104810188_n.jpgAZ101
301BAAU-da tələbələr Yaxın və Orta Şərqdəki münaqişəni araşdırırlar

BAAU-da tələbələr Yaxın və Orta Şərqdəki münaqişəni araşdırırlar 

Aprelin 5-də Bakı Avrasiya Universitetində “Yaxın və Orta Şərq: zorakılıqdan təhlükəsizliyə aparan uzun yol” mövzusunda tələbələr arasında elmi-praktik konfrans keçirilib.Tədbiri giriş sözü ilə açan universitetin rektoru,prof.Nazim Hüseynli cəbhədə uğurlu əmiliyyatlar zamanı şəhid olmuş Silahlı Qüvvələrimizin əsgərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.Daha sonra çıxışına davam edən rektor Yaxın və orta şərq regionunun həm beynəlxalq əhəmiyyətini,həm də su, quru və hava yolları buradan keçməsinə diqqət yönəldərək,dünyanın üç aparıcı dinlərinin – iudaizmin, xristianlığın və islamın müqəddəs məkanları burada yerləşini konfrans iştirakçılarının diqqətinə çatdırdı. Konfransda çıxış edən “Humanitar fənlər və regionşünaslıq” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, konfransın Təşkilat Komitəsinin sədri Mahibə Əliyeva isə konfrans iştirakçılarına və tələbələrə Yaxın və Orta Şərq regionunda gedən prosesləri təhlil edərək, problemin həllində öz fikir və baxışlarını təklif etdi. Konfransın Təşkilat Komitəsinin sədri Mahibə Əliyeva çıxışında apardıqları elmi araşdırmalara əsasən əldə etdikləri nəzəri və praktik mülahizələri ortaya qoyduqlarını və nəticədə çox maraqlı və indiyədək söylənməmiş yeni yanaşmalar elmi müstəviyə gətirildiyini bildirdi. Elmi-praktiki konfransda məruzə ilə Milli Məclisin deputatı, siyasi elmlər doktoru professor Elman Nəsirov və BAAU-nun “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimov və Siyasi elmlər doktoru,universitetin prorektoru Gülzar Həsənova çıxış edib

 

 

 

 

 

 

 

 

 


IMG_1534.JPGAZ102
304BAAU TGT-nin Azərbaycan xalqının tarix boyu yaşadığı soyqrımlarına müxtəlif dillərdə hazırlanmış qısa video çarx

BAAU TGT-nin Azərbaycan xalqının tarix boyu yaşadığı soyqrımlarına müxtəlif dillərdə hazırlanmış qısa video çarx

Безымянный.pngAZ103
307Sudan Respublikasının Şendi Dövlət Universiteti ilə Bakı Avrasiya Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Sudan Respublikasının Şendi Dövlət Universiteti ilə Bakı Avrasiya Universiteti arasında

 əməkdaşlıq müqaviləsi imzalanmışdır.

   Sudan Respublikasının Şendi Dövlət Universitetinin rektoru Prof.Tagelsir H. Mohamed Ahmed  rektor Prof. N.Z.Hüseynlinin dəvəti ilə  Bakı Avrasiya Universitetində göruş keçirmişlər. Görüşdə həmçinin Sudan Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi  Abu Elgasim Omar D.Ali də iştirak etmişdir. Prof.Tagelsir H. Mohamed Ahmed  rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verərək bildirmişdir ki, 10000-ə yaxın tələbəsi olan Şendi Universiteti Sudanın qabaqcıl dövlət universitetlərindən biridir. 11 fakultəsi olan universitetin həmçinin 3 klinikası da fəaliyyət göstərir. Prof. Nazim Hüseynli isə həmkarına Bakı Avrasiya Universitetinin tarixi və bu günü haqqında ətraflı məlumat verdikdən sonra Sudanlı tələbələrin Azərbaycanın Dövlət universitetlərində təhsil almalarını xatırladaraq Azərbaycan ilə Sudan respublikası arasında təhsil sahəsində əməkdaşlığın köklərinin hələ Sovet İttifaqı dövrlərinə gedib çıxdığına diqqəti çəkmişdir. Hər iki rektor universitetlərimiz arasında qurulan əməkdaşlığın hər iki dövlətin universitetləri arasında əlaqələrin qurulmasında bir cığır rolunu oynayacağına inandıqlarını bildirmişlər.

     Sonda  tələbə və müəllim mübadiləsini, qarşılıqlı yay məktəblərinin təşkilini nəzərdə tutan müqavilə rektorlar tərəfindən imzalanmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

esas.jpgAZ104
310Universitet Günü təsis edildi

"Universitet Günü" təsis edildi

Bu gün Bakı Avrasiya Universitetinin növbəti Elmi Şurasının toplantısı keçirilib. Gündəlikdə duran məsələlərin müzakirəsindən sonra, elmi şuranın yekdil qərarı ilə hər il 30 aprel tarixi universitetin yaranma tarixi kimi qeyd edilməsi qərara alındı. Qərarda Bakı Avrasiya Universitetinin yaranma tarixi - bundan sonra “Universitet Günü” kimi hər il qeyd edilməsi və bununla bağlı tədbirlər planının hazırlanması da müzakirə edildi.Elmi şurada çıxış edən Tədris və elmi işlər üzrə prorektor, prof. Gülzar İbrahimova Bakı Avrasiya universitetinin yaranma tarixindən və universitetin keçdiyi şərəfli yoldan danışaraq, universitetin yaranmasında böyük və əzmkar əmək sərf etmiş, rektor, prof Nazim Hüseynlinin bu təhsil ocağında minlərlə, dövlətimizə və millətimizə xidmət edən ziyalı ordusu yetişdirdiyini önə çəkdi.Tədbirdə qonaq qismində iştirak edən ictimai-siyasi xadim ,professor İzzət Rüstəmov və digərləri Ali Diplomatiya Kollecinin,eləcədə onun varisi olan Bakı Avrasiya Universitetinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan dövlətinin və dövlətçiliyinin tarixindəki xidmətlərindən danışaraq bu Ali təhsil ocağının uğurlarının daha da zirvələrdən gələcəyinə əminliklərini ifadə etdilər

 

 

 

 

 

 


uni gunu.JPGAZ105
313REKTOR PROF. N.Z.HÜSEYNLİ ARDAHAN UNİVERSİTETİNDÓ˜ ŞUMERLƏR VÓ˜ ŞUMER MÓ˜DÓ˜NİYYÓ˜Tİ İLÓ˜ BAÄžLI KONFRANSDA İŞTİRAK ETMİŞDİR

REKTOR PROF. N.Z.HÜSEYNLİ ARDAHAN UNİVERSİTETİNDÓ˜ ŞUMERLƏR VÓ˜ ŞUMER MÓ˜DÓ˜NİYYÓ˜Tİ İLÓ˜ BAÄžLI KONFRANSDA İŞTİRAK ETMİŞDİR

18-21 aprel tarixlərində Ardahan Universiteti Humanitar ElmlÓ™r vÓ™ Ó˜dÓ™biyyat fakültÓ™si Tarix kafedrası tÓ™rÓ™findÓ™n Şumerler vÓ™ Şumer mÓ™dÓ™niyyÓ™ti ilÓ™ bağlı konfrans keçirilmişdir. TÓ™dbir universitetin Əhməd YəsÓ™vi adına konfrans salonunda gerçÓ™klÓ™şdirildi. Yığıncaqda Ardahan Universitetinin rektoru Prof. Dr. Ramazan Korkmaz, MühÓ™ndislik fakültÓ™sinin dekanı Prof. Dr. ŞÓ™rÓ™f Kılıç, Sosial ElmlÓ™r Ali PeşÓ™ MÓ™ktÓ™binin müdiri Prof. Dr. Əhməd Ó˜vrÓ™n Ó˜rginal, bir çox müÓ™llimlÓ™r vÓ™  tÓ™lÓ™bÓ™lər iştirak edirdilər.

Yığıncaqda Bakı Avrasiya Universitetinin rektoru Prof. Dr. Nazim Hüseynli, Ardahan Universitetinin Humanitar ElmlÓ™r vÓ™ Ó˜dÓ™biyyat fakültÓ™sinin dekanı Prof. Dr. Alparslan Ceylan, Ankara Universiteti Dil vÓ™ Tarix Coğrafiya fakültÓ™sinin Şumerologiya kafedrasının müÓ™llimlÓ™ri Prof. Dr. Salih Çeçen vÓ™ Prof. Dr. İrfan Albayrak məruzə etdilər.  Onlar tÓ™dbir iştirakçılarına Şumer xalqı vÓ™ Şumer mÓ™dÓ™niyyÓ™ti ilÓ™ bağlı mÓ™lumat verdilər.

Yığıncağı açıq elan edÓ™n Ardahan Universiteti Humanitar ElmlÓ™r vÓ™ Ó˜dÓ™biyyat fakültÓ™sinin dekanı Prof. Dr. Alparslan Ceylan ŞumerlÓ™rin şÓ™hÓ™rlÓ™şmÓ™ mÓ™dÓ™niyyÓ™tini başlatdığını bildirdi. DigÓ™r tÓ™rÓ™fdÓ™n ŞumerlÓ™rlÓ™ bağlı araşdırmaların TürkiyÓ™ CümhuriyyÓ™tinin yarandığı dönÓ™mlÓ™rdÓ™ başladığını vurğuladı.

Bakı Avrasiya Universitetinin rektoru Prof. Dr. Nazim Hüseynli isÓ™ öz növbÓ™sindÓ™ Şumer-Türk mÓ™dÓ™niyyÓ™ti arasındakı Ó™laqÓ™yÓ™ toxunaraq dünya dillÓ™rinin flektiv, bitişkÓ™n vÓ™ tÓ™khecalı olmaqla üç qrupa ayrıldığına işarÓ™ etdi, Şumer dilinin bitişkÓ™n dil qrupuna aid olduğunu vurğuladı. Prof. Dr. Hüseynli hÓ™mçinin, bitişkÓ™n dil qrupunun yalnızca Türk dillÓ™rindÓ™n ibarÓ™t olduğuna toxunaraq Şumer vÓ™ Türk dillÓ™rinin oxşarlığındakı paralelliyi vuğuladı.Şumer vÓ™ türk dillÓ™rindÓ™ki quruluşu, dilin lüğÓ™t tÓ™rkibindÓ™ki sözlÓ™rin tÓ™snifi ilÓ™ leksik paralelliyini nümunÓ™lÓ™rlÓ™ izah edÓ™n Prof. Dr. Nazim Hüseynli ŞumerlÓ™rin işlÓ™tdiyi bÓ™zi sözlÓ™rin bugün belÓ™ TürkiyÓ™dÓ™, Anadoluda, AzÓ™rbaycanda, Naxçıvanda, AzÓ™rbaycanın Güney coğrafiyasında, İraqda vÓ™ TürkmÓ™nistanda coğrafi yer adlarında, soy adlarında yaşadığına işarÓ™ etdi. O, bu gerçÓ™klikdÓ™n hÓ™rÓ™kÓ™t edÓ™rÓ™k ŞumerlÓ™rin dÓ™ türk soylu olduğunu vurğuladı.

 Ankara Universiteti Dil vÓ™ Tarix Coğrafiya fakültÓ™sinin müÓ™llimlÓ™ri Prof. Dr. Salih Çeçen ŞumerlÓ™rin Anadoluda siyasi yöndÓ™n davamlarının olmadığını bildirdi. Ancaq onların iqtisadi yöndÓ™n varlıqlarını bu bölgÓ™dÓ™ davam etdirmÓ™si mÓ™sÓ™lÓ™sinin o dövrün sÓ™nÓ™dlÓ™rindÓ™ qeyd olunduğuna işarÓ™ etdi. Prof. Dr. Çeçen Mesopotamiya bölgÓ™sindÓ™ öz varlıqlarını davam etdirÓ™n ŞumerlÓ™rin burada nüfuz sahibi olduqlarını da vurğuladı.

Prof. Dr. İrfan Albayrak isÓ™ ŞumerlÓ™rin Mesopotamiyaya eradan əvvəl 4-cü yüzillikdÓ™ gÓ™ldiklÓ™rini, bÓ™zi qaynaqlar isÓ™ onların buranın yerli xalqı olduğunu irÓ™li sürdüyünü bildirÓ™rÓ™k hÓ™r iki fikrin hÓ™rtÓ™rÓ™fli incÓ™lÓ™nmÓ™sinin vÓ™ araşdırılmasının vacib bir mÓ™sÓ™lÓ™ olduğunu vurğuladı. Prof. Dr. Albayraq ŞumerlÓ™rin o torpaqlarda Ó™kin-biçin işlÓ™ri ilÓ™ mÓ™şğul olaraq buranı cazibÓ™ mÓ™rkÓ™zi halına gÓ™tirdiklÓ™rini vÓ™ bu sÓ™bÓ™blÓ™ müxtÓ™lif yadelli basqınlara mÓ™ruz qaldıqlarına toxundu.

Yığıncağın sonunda çıxışçılar iştirakçıların suallarını cavablandırdı, ardınca da çıxışçılara tÓ™şÓ™kkürnamÓ™ tÓ™qdim olundu. 

 

 

 

 

 


ardahan-universitesi-logosu.jpgAZ106
316Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Əbədiyyət zirvəsi”adlı elmi-praktik konfras keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Əbədiyyət zirvəsi”adlı elmi-praktik konfras keçirildi

 Bu gün Bakı Avrasiya universitetinin akt zalında Azərbaycan xalqımızın dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümə həsr olunmuş “Əbədiyyət zirvəsi” adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sösü ilə açan universitetin rektoru professor, Nazim Hüseynli Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və siyasi fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini diqqətə çatdırdı və bildirdi ki, bu gün hər birimiz dahi rəhbərin qurub yaratdığı, beynəlxalq aləmdə tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. O qeyd etdi ki,Heydər Əliyev vətənpərvərliyi, mərdliyi,xalqımızın rifahı naminə aprdığı məqsədyönlü siyasi mübarizliyi ilə həmişə hər birimiz üçün nümunədir və Azərbaycan xalqının əbədiyaşar lideri kimi daim qəlblərimizdə yaşayacaq. Rektor daha sonra çıxışında, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğunda təhsilin inkişafı istiqamətində apardığı uğurlu konsepsiyadan danışdı və yenicə yaranmış müstəqil Azərbaycanın kadr potensialının artırılmasında,eləcədə yeni universitetlərin yaradılmasında ulu öndərin yorulmaz fəaliyyətini önə çəkərək, bu gün ulu öndər tərəfindən əsası qoyulmuş təməlin öz bəhrəsini verdiyini diqqətə çatdırdı. Azərbaycan təhsilinin, elminin, eləcədə digər sahələrin ardıcıl inkişafı texniki-peşə, orta ixtisas, ali eləcədə əlavə təhsil müəssələrinin geniş şəbəkəsi, güclü elmi-pedoqoji kadr korpusu öz mənbəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoymuşdur. Bu gün fəxarətlə qeyd edə bilərik ki,məhz həmin fəaliyyətin nəticəsidir ki,müstəqil Azərbaycanın müasir məktəbləri,beynəlxalq əməkdaşlıqlarla zəngin universitetlərinin səsi dünyanın bir çox ölkələrindən gəlir. Daha sonra konfranda çıxş edənlər, o cümlədən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ulu öndərin Azərbaycançılıq idealarının,milli konsepsiyanın yaradılmasındakı əvəzsiz xidmətlərindən danışdı. Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini İradə Hüseynova və universitetin Tədris və elmi işlər üzrə prorektor,professor Gülzar İbrahimova ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın dinamik inkişaf yoluna qədəm qoyduğunu, beynəlxalq ictimaiyyət arasında dərin hörmət və nüfuz qazandığını ifadə etdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


20160506_151021.JPGAZ107
319Avrasiya universitetinin futbol klubu 2-ci oldu

Avrasiya universitetinin futbol klubu 2-ci oldu

 

10 may 2016-cı il tarixdə Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə “Tələbə Kuboku” mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilmişdir. Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır. Qeyd edək ki, turnirdə 12 komanda iştirak etmiş: Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “ADA” Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Kompüter Kollecin, Bakı Sosial Pedaqoji Kollecin, Bakı İdarəetmə və Texnologiya Kollecin və Bakı Kooperasiya Kollecin komandaları. Turnirdə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası, II yeri “Bakı Avrasiya” Universitetinin komandası, III yeri isə Azərbaycan Kooperasiya Universitetinin komandası tutmuşdur. Turnirin bağlanış mərasimində Azərbaycan Respublikası Təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərliyi, tələbə-gənclər təşkilatlarının sədrləri və KİV nümayəndələri iştirak etmişdir. Turnirin mükafatlandırma mərasiminindən öncə Ulu Öndərimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qaliblərin mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışlar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişlər. Qalib komandalar İdarə tərəfindən diplom, kubok və medallar ilə təltif edilmişlər.

 

 

 

 

 

esas.jpgAZ108
322Türkiyənin Azərbaycandakı səfiri Alper İsmail Coşqun BAAU-da tələbələrlə görüşüb

Türkiyənin Azərbaycandakı səfiri Alper İsmail Coşqun BAAU-da tələbələrlə görüşüb 

Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper İsmail Coşqun Bakı Avrasiya Universitetinin tələbələri ilə 3 saatdan artıq görüş keçirib. Görüşdə Türkiyə- Azərbaycan əlaqələri, strateji əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.Tələbələrin çoxsaylı suallarına cavab verən səfir Dağlıq Qarabağdakı son hadisələrə toxunaraq, təmas xəttində yerləşən rayonlarımıza səfəri barədə sualları cavablandırdı. Səfir bir daha Türkiyənin hər zaman Azərbaycanın yanında olacağına, qardaş Azərbaycanın haqq mücadiləsində yanında yer alacağını ifadə etdi.

 

 

 

 

 

 

 

 



20160512_162522kljutfvghnh.JPGAZ109
325Bakıda III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib

Bakıda III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib

 

Mayın 25-də “Hilton” otelində III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib. 
Türk dövlətlərində ildə bir dəfə keçirilən və çox nüfuzlu universitetlərin təşkilatçısı olduğu Simpozium bu il Azərbaycanda Baki Avrasiya Universitetinin ev sahibliyi ilə təşkil olunub. 
Tədbirin təşkilində əsas məqsəd türk dünyasında ortaq elmi araşdırmaların və elmi baxışların formalaşmasına dəstək vermək, ümumi baxışlar sisteminin formalaşmasına köməklik göstərməkdir. Onu da qeyd edək ki, bu il iştirakçıların sayı daha da çoxalıb. Simpoziuma 13 ölkədən 500-dən artıq elmi məqalə təqdim olunub və redaksiya heyəti tərəfindən bəyənildikdən sonra 412-si çap edilib. 
Simpozimu giriş sözü ilə açan Bakı Avrasiya Universitrtinin rektoru, professor Nazim Hüseynli bu tədbiri türk dünyasının yaxınlaşması baxımından mühüm addım kimi qiymətləndirərək deyib ki, elm ictimaiyyətinin birgə fəaliyyətə yönəldilməsi çox böyük uğurdur. Onun dediyinə görə, Simpozium  üç gün davam edəcək. Bu müddət ərzində tədqiqatçı alimlər təşkil ediləcək sektorlarda öz elmi məqalələri ilə çıxış edəcək, müzakirələr aparacaqlar. 
Simpoziumda türk dövlətlərindən gələn universitet rektorları, alimlər, tədqiqatçılar, tələbələr, Azərbaycanın bir çox alim məktəb rəhbərləri, millət vəkilləri və s. iştirak ediblər. 
Açılış mərasimində “Kökümüz Bir Türkük” festivalı da təşkil olunub. Festivalda türk dünyasından gələn universitet tələbələri yerli mədəniyyətlərini nümayiş etdirən müxtəlif səhnələr təqdim ediblər.

 

 

 

 

 

 

 

esas.JPGAZ110
328Bakı Avrasiya Universitetində məzun günü qeyd edildi

Bakı Avrasiya Universitetində məzun günü qeyd edildi 

31 may 2016-cı il tarixdə Bakı Avrasiya Universitetinin I tədris korpusunun qarşısında “Məzun günü” qeyd edilmişdir. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru professor Nazim Hüseynli açaraq bu il öz təhsillərini müvəffəqiyətlə başa vuran tələbələri “Məzun günü” münasibətilə təbrik etdib. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükütla yad edildikdən sonra, rektor çıxışında, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğunda təhsilin inkişafı istiqamətində apardığı uğurlu konsepsiyadan danışdı və yenicə yaranmış müstəqil Azərbaycanın kadr potensialının artırılmasında, eləcə də yeni universitetlərin yaradılmasında ulu öndərin yorulmaz fəaliyyətini önə çəkərək, bu gün ulu öndər tərəfindən əsası qoyulmuş təməlin ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən davam etdirməsindən,eləcədə cənab prezidentin bu istiqamətdəki yorulmaz islahatlarından, elm və təhsilə, gənclərin inkişafına diqqət və qayğısı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirə qatılan professor Nazim Cəfərli, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, eləcə də millət vəkilləri Adil Əliyev, Hikmət Babaoğlu,Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağızadə, Nərimanov rayon İdman İdarəsinin rəisi Nəcəf Novruzov məzunlara öz xeyir –dualarını verərək bu Ali Təhsil ocağının məzunlarının adlarının həmişə yüksəkdən gəlməsini arzu etdilər. Tədbirdə söz alan Nərimanov Rayon İcar Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev Bakı Avrasiya Universitetinin məzunu olduğunu qeyd edərək bu adla fəxr etdiyini qeyd etdi. Məzun törəninə qatılan Fələstinin Azərbaycandakı səfiri Nasser A.Karen,İordaniya səfirliyinin Bakıdakı konsulu Saad Gazal eləcədə Liviya səfirinin müavini Mühammed Muara Bakı Avrasiya Universitetinin məzun törənində iştirak ediblər. Tədbir tələbələrin çıxışları,Azərbaycanın milli rəqsləri, müğənni Sevda Yəhyayevanın gözəl ifaları ilə davam etdirildi.

 

 


 


DSC_0640_.JPGAZ111
334BAAU-da “Gələcək naminə erkən nikaha son!” mövzusunda tədbir keçirilib

BAAU-da “Gələcək naminə erkən nikaha son!” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gələcək naminə erkən nikaha son!” mövzusunda tədbir keçirilib. Bakı Avrasiya Universitetində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ekspertlər, jurnalistlər, ali təhsil ocağının müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə və digərləri müvafiq mövzunun aktuallığına toxunaraq gənclər arasında təbliğat işlərinin aparılması üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. 

Layihənin rəhbəri, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev tədbiri giriş sözü ilə açaraq erkən nikahların yaratdığı fəsadlardan danışıb, bu cür mənfi halların qarşısının alınması üçün dövlət qurumları tərəfindən aidiyyəti üzrə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, müvafiq istiqamətdə uğurlu layihələrin sayı artdıqca gənclərin bu kimi problemlərin həlli yolları ilə bağlı maarifləndirilməsi də müsbət nəticələr verir.

Milli Məclisinin deputatı Qənirə Paşayeva çıxışında tədbirdə iştirak edən tələbələri sağlam həyat tərzinə maraq göstərməyə, elmi biliklərə dərindən yiyələnməyə, savadlı olmağa və mənfi vərdişlərdən yayınmağa çağırıb. Qeyd edib ki, hər bir gənc gələcəyini sağlam əsaslar üzərində qurmaq, nailiyyət əldə etmək üçün ilk növbədə sağlam düşüncəyə malik olmalı, mənfi və müsbət məqamlarlı ayırd etməyi bacarmalıdır.

Daha sonra tədbir iştirakçılarına “Gələcək naminə erkən nikaha son!” mövzusunun mahiyyətini əks etdirən buklet və broşuralar paylanıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

 

 

 


IMG_5777.JPGAZ113
346Azərbaycan dəyərlərinin təbliğində Bakı Avrasiya Universiteti tələbələrinin rolu müzakirə olunub

Azərbaycan dəyərlərinin təbliğində Bakı Avrasiya Universiteti tələbələrinin rolu müzakirə olunub

 

BAAU-da “Azərbaycan dəyərlərinin təbliğində Bakı Avrasiya Universiteti tələbələrinin rolu” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyinin ingilis dilində tərtib etdiyi “Avropa Gənclər Paytaxtı Gəncə” adlı kitabın təqdimatı da olub.

GEAD İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi səkkizinci qrant müsabiqəsində “Gəncə keçmişin mirası, gələcəyin mədəniyyət nümunəsi kimi” adlı layihə ilə iştirak edərək qalib olub və sözügedən kitab bu layihə çərçivəsində hazırlanıb.

Tədbirdə ilk olaraq Gəncə şəhərinin 2016-cı il “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə bağlı video-çarx nümayiş edilib.

Tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin Elm və Tərbiyə işləri üzrə prorektoru Gülzar İbrahimova ölkəmizin zəngin mədəni irsinin, milli dəyərlərimizin təbliğində, dünyaya tanıdılımasında gənclərin xüsusi fəallıq göstərmələrinin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, müvafiq istiqamətdə BAAU-nun tələbələri hər zaman aktiv olub, müxtəlif təşəbbüslər irəli sürərək, layihələrə qoşularaq mədəni zənginliklərimizin geniş kütlələrə çatdırılmasına töhvə veriblər.

G.İbrahimova “Avropa Gənclər Paytaxtı Gəncə” adlı kitabının nəşrini yüksək qiymətləndirərək əcnəbilərin Gəncə şəhərini daha yaxından tanıması istiqamətində belə bir vəsaitin hazırlanmasının mühüm addım olduğunu bildirib.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə Gəncə şəhərinin tarixi ilə bağlı geniş məruzə ilə çıxış edərək, layihənin əhəmiyyətindən danışıb.

Filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, BAAU-nun müəllimləri Elmira Məmmədova Kekeç, Nazilə Abdulazadə, Sveta Nəsibova öz çıxışlarında bu kitab vasitəsi ilə Gəncə şəhərinin tarixi-memarlıq abidələri, muzey və digər turistik məkanları ilə xaricilərin yaxından tanış olacağı, gəncəlilərin adət-ənənə və mədəniyyətləri haqqında məlumat əldə edəcəklərini vurğulayıblar.

GEAD İB-nin sədr müavini Ruslan Abdullayev qurumun fəaliyyəti, icra etdiyi layihələr və kitabla bağlı məlumat verib. Diqqətə çatdırıb ki, bu nəşr qədim şəhərlərimizdən biri olan Gəncənin Avropada tanınması, şəhərin tarixi, memarlığı, abidələri, mətbəx nümunələri, ümumilikdə mədəniyyəti haqqında məlumatların ingilisdilli oxuculara çatdırılması üçün əvəzsiz vəsaitdir.

Qeyd etmək lazımdır ki, sözügedən kitabın təqdimatı Romada və Berlində də keçirilib.

 

 

 

 

 


DSC_5720.JPGAZ117
361Bakı Avrasiya Universitetində Yeni il bayramı münasibətilə tədbir keçirilib

Bakı Avrasiya Universitetində Yeni il bayramı münasibətilə tədbir keçirilib

Bakı Avrasiya Universitetinin “Tərcümə və praktik dillər” kafedrası Yeni il bayramı münasibətilə tədbir keçirib. Ali təhsil ocağının professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə təşkil olunan tədbirdə maraqlı proqram təqdim edilib.

Əvvəlcə BAAU-nun müəlliməsi Ulcay Qiyasi qonaqları salamlayaraq yeni il münasibəti ilə təbriklərini çatdırıb. Vurğulanıb ki, proqramına əsasən ingilis dilində mahnı və əsərlərin daxil edildiyi tədbirin əsas məqsədi yeni il münasibəti ilə Universitetdə yüksək əhval-ruhiyyə yaratmaq, eyni zamanda tələbələrin ingilis dilində bilik və bacarıqlarını yoxlamaqdır. Bununla yanaşı, BAAU-nun tələbələri Azərbaycan xalq rəqslərini də nümayiş etdiriblər, ingilis və Azərbaycan dillərində mahnılar oxuyublar, müxtəlif musiqi alətlərində ifa edərək qonaqlara milli musiqimizin ən gözəl nümunələrini təqdim ediblər.

Çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə iştirakçıları təbrik edib, BAAU-nun tələbələrini ölkəmizin parlaq gələcəyi naminə hər zaman fəal olmağa, milli dəyərlərimizi qorumağa və savadlı, yüksək intellektual potensiala malik şəxs kimi formalaşmaq üçün səy göstərməyə çağırıblar.  

Sonda fəal tələbələr xüsusi Fəxri Fərmanlarla təltif ediliblər.  

 

 


4.jpgAZ122
355Bakı Avrasiya Universitetində misirli yazıçı-publisist, “Əxbar əl-Ədəb” qəzetinin baş redaktoru ilə görüş

Bakı Avrasiya Universitetində misirli yazıçı-publisist, “Əxbar əl-Ədəb” qəzetinin baş redaktoru ilə görüş

Noyabrın 24-də Bakı Avrasiya Universitetində Misirin geniş oxucu kütləsinə malik “Əxbar əl-Ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru, yazıçı-publisist Tarıq ət-Tahir ilə görüş keçirilib. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nəzdindəki Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydinin də qatıldığı tədbirdə ölkələrimiz arasında ədəbi əlaqələrin genişlənməsi və birgə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Azərbaycana səfərini xoş təəssüratlarla ifadə edən Tarıq ət-Tahir ölkəmizin zəngin mədəniyyəti və qədim tarixi haqqında məlumatlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, Bakıda qədim və tarixi elementləri özündə birləşdirən abidələrin çoxluğu, memarlıq üslubunun Şərq arxitekturası ilə oxşarlıq təşkil etməsi onu valeh edib.

Yazıçı Azərbaycanın zəngin ədəbiyyatı ilə tanış olduqdan sonra ədiblərimizin xalqın ruhunu əks etdirən, vətənpərvər hissləri ön plana çıxaran mövzulara geniş yer verdiklərini müşahidə etdiyini və bu məqamın Misir ədəbiyyatında da aktual olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda mədəniyyətin müxtəlif sahələri üzrə görkəmli şəxsiyyətlər var və onlar bu ölkənin zəngin tarixini, mədəni dəyərlərini yüksək səviyyədə təbliğ edirlər.

Misir ziyalılarının, elmi cəmiyyətlərin və ədəbi dairələrin nümayəndələrinin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiyini deyən Tarıq ət-Tahir bu istiqamətdə birgə layihələrin reallaşması üçün geniş potensialın olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən BAAU-nun müəllimələri, filologiya üzrə fəlsəfə doktorları Ülviyyə Hüseynova və Lalə Əliquliyeva xüsusilə ərəb dilinin tədrisi istiqamətində Misirin ali məktəbləri və elmi institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Onlar ərəb dilini öyrənməyin nəzəri və praktiki incəliklərinə bələd olmaq istəyən BAAU tələbələri üçün Misirin ali təhsil müəssisələrində mövcud olan imkanlar barədə qonaqların fikirlərini tələbələrlə bölüşüblər.  

Əhməd Sami Elaydin tələbə mübadiləsi haqqında suala cavab olaraq dil biliklərini daha da təkmilləşdirmək üçün BAAU tələbələrinin Misirdə təhsillərini davam etdirmək imkanlarının olduğunu bildirib və onları bu istiqmətdə həyata keçirilən təşəbbüslərə qoşulmağa çağırıb.

Qonaqlar Bakı Avrasiya Universitetində ərəb dilinin tədris olunmasını, azərbaycanlı gənclərin bu dili öyrənməyə böyük maraq göstərməsini yüksək qiymətləndiriblər.

 

 

 


20161124_134001.JPGAZ120
358Bakı Avrasiya Universitetində Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı Avrasiya Universitetində Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

 

Dekabrın 9-da Bakı Avrasiya Universitetinin rəhbərliyi və professor-müəllim kollektivi Fəxri xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül-çiçək dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.

Daha sonra Bakı Avrasiya Universitetində Ulu Öndərin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Universitetin Tədris işləri üzrə prorektoru Nigar Hüseynova ümummilli lider Heydər Əliyevin nəsillərə örnək ola biləcək şərəfli ömür yolundan, dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilmiş gənclər siyasətindən söhbət açıb. Vurğulayıb ki, Ulu Öndər hər zaman gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, milli-mənəvi dəyərlərə məhəbbətlə yanaşmaşına, gənclərin problemlərinin həllinə böyük diqqət ayırıb.

Daha sonra BAAU-nın Elm və tərbiyə işləri üzrə prorektoru Gülzar İbrahimova ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən söz açaraq, Azərbaycan xalqının əbədiyaşar liderinin siyasi aləmdəki nüfuzundan danışıb. O qeyd edib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dahi bir rəhbəri olub.

Mili Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar institutu”nun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirli tədbirdə çıxış edərək Ulu Öndərin Azərbaycan  xalqı və dövləti qarşısında  əvəzolunmaz  xidmətlərindən, onun siyasi irsinin təbliğinin əhəmiyyətindən, Ümummilli Liderin siyasi-iqtisadi və sosial  kursunun  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  uğurla davam etdirilməsindən söz açıb.

Daha sonra Ulu Öndərin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

20161209 esas.JPGAZ121
3642017-ci ildə dünyada təhsil sisteminin universal inkişaf meylləri

2017-ci ildə dünyada təhsil sisteminin universal inkişaf meylləri

Son illərdə təhsil sisteminin innovativ xarakterinin araşdırılması və milli potensiala uyğun tətbiqi gündəmdədir. Sürətlə inkişaf edən dünyanın dinamikasına ayaq uydurmaq və yeniliklərdən geridə qalmamaq üçün gənclər bütün imkanlardan istifadə etməyə çalışırlar. Bu baxımdan, 2017-ci ildə müasir təhsil sisteminin əsas inkişaf meyllərini təhlil edən onlayn təhsil üzrə mütəxəssis Cordan Fridmanın fikirlərini bilmək maraqlı olardı:

Ötən illərdə formalaşan təhsilin ənənəvi pillələrində tədris prosesinin təkmilləşdirilməsindən əlavə tədbirlərin həyata keçirilməsi cari ildə də aktual olacaq. Bu baxımdan dərslərdən əlavə keçirilən seminarlar, ixtisasartırma kursları, tələbələrin öz istəkləri ilə müəllim və professorlarla əlavə görüşlərinin təşkili, onlayn sertifikat proqramları xüsusilə diqqət mərkəzində olacaq. Ekspertlər bu il təhsilin qeyri-ənənəvi mexanizminin tətbiqində əsas 5 meylin aktual olacağını deyirlər:

1.  Onlayn sertifikat proqramları. Artıq bir çox şirkətlər gəncləri işə götürən zaman ali təhsillə bağlı diplomla yanaşı, xüsusi istiqamət üzrə qabiliyyət və bacarıqları ön plana çıxaran onlayn sertifikat proqramlarının iştirakçılarına üstünlük verirlər. Onlar hesab edirlər ki, bu cür proqramlar gənclərə ali təhsil müəssisələrində əldə olunan nəzəri biliklərdən təcrübədə maksimum yararlanmaq imkanı yaradır. Bu səbəbdən, 2017-ci ildə bir çox universitetlər “microcredentials” adlandırılan və fərdin xüsusi bilik və bacarığını vurğulayan etimadnamə proqramlarında iştiraka xüsusi maraq göstərəcəklər.

2. Tələbə fəallığının ölçülməsi üçün internet resurslarından istifadənin artması. Onlayn kursların iştirakçıları tədris prosesini və imtahanı virtual olaraq keçdikləri üçün, kurs təşkilatçıları və universitetlər tələbələrin real bacarıqlarını ölçmək üçün xüsusi görüşlərin təşkilinə və ya internet vasitəsilə lazımi informasiyanın toplanmasına üstünlük verirlər. Bu üsulla onlar iştirakçının həftə ərzində onlayn dərslərdə iştirak edib-etmədiyinə də nəzarət edə bilirlər.

3. Dərslər zamanı süni intellektin imkanlarından maksimum yararlanmaq. Tədris prosesində fərqli bir universitetin müəlliminin internet vasitəsilə canlı bağlantı yaradaraq tələbələrə mühazirə deməsi artıq böyük maraq yaradan üsula çevrilib. Tələbələr bu yolla təşkil olunan mühazirə və seminarlara qatılmağa həvəs göstərirlər.

4. Qeyri-kommersiya xarakterli treyninqlərin artması. Tələbələrin istəkləri və imkanları nəzərə alınaraq məhz dəstək xarakterli treyninqlərin təşkili tendensiyası da sürətlə genişlənməkdədir.

5. Yeni və maraqlı istiqamətlərə, layihə və tədqiqat işlərinə marağın artması. Gənclər xüsusilə onlayn sertifikat proqramlarında iştirak zamanı qeyri-ənənəvi və yeni istiqamətlərə daha çox maraq göstərirlər. Bu sırada kibertəhlükəsizlik, data analizi, daşınmaz əmlak və bu kimi digər fərqli istiqamətləri xüsusi vurğulamaq lazımdır. Digər tərəfdən, müasir gənclər kitablardan öyrəndiklərini real olaraq tətbiq edərək sərbəst şəkildə layihələr hazırlamağa, müstəqil tədqiqat işləri aparmağa həvəs göstərirlər. Bunun üçün ali təhsil müəssisələrində layihə və tədqiqat yönümlü tədbirlərin artması da gözlənilir. 

Distance-Online-Learning.pngAZ123
367Bakı Avrasiya Universitetinin kollektivi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad etdilər

Bakı Avrasiya Universitetinin kollektivi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad etdilər

Yanvarın 19-u Bakı Avrasiya Universitetinin professor–müəllim  kollektivi və tələbələri Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının - 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad edib, məzarlarına tər güllər düzüblər.

XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi iz buraxıb. Bu hadisələr həm də Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılıb, xalqımızın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya yeridilərək xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Bu qanlı akt Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq üçün ölkəmizə qarşı törədilən hərbi təcavüzün göstəricisi idi. Həmin gecə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və itkin düşüb. Bu misilsiz qəddarlığa ilk dəfə siyasi və hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib.

20 Yanvar faciəsinin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması, günahkarların cəzalandırılması istiqamətində bugün də mühüm işlər görülür. Xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq.

 

 

 

 


 


 

 

 


20170119_131002.JPGAZ124
370Bakı Avrasiya Universiteti ilə Karaqanda İqtisad Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Bakı Avrasiya Universiteti ilə Karaqanda İqtisad Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

Bakı Avrasiya Universiteti ilə Karaqanda İqtisad Universiteti (Qazaxıstan) arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Sənəddə müəllim və tələbə, eyni zamanda təcrübə mübadiləsinin həyata keçirilməsi, seminar, simpozium və konfransların təşkili və əlaqələrin genişləndirilməsi istiqamətində digər tədbirlərin keçirilməsinə dair məqamlar öz əksini tapıb.

Görüş zamanı Bakı Avrasiya Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə Fəlsəfə doktoru Nigar Hüseynova Karaqanda İqtisad Universitetinin rektoru, QMEA-nın müxbir üzvü professor Aimaqambetov Erkara Balkarayeviçin və nümayəndə heyətinin Bakıya səfər etmələrindən məmunluğunu ifadə edib. N.Hüseynova əməkdaşlığın genişləndirilməsinin hər iki qardaş ölkənin təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.

Aimaqambetov Erkara Balkarayeviç öz növbəsində, səmimi qəbula, qonaqpərvərliyə görə Bakı Avrasiya Universitetinin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, bu yaxın münasibətlər hər iki ali təhsil ocağı üçün faydalı olacaq, eyni zamanda xalqlarımız arasındakı qardaşlıq körpüsünün möhkəmlənməsinə xidmət edəcək.

Məlumat  üçün qeyd edək ki, 1966-cı ildən etibarən Karaqanda Kooperativ İnstitutu adı altında fəaliyyət göstərən Karaqanda İqtisad Universiteti 1997-ci ildən “universitet” statusu alıb və hazırda ali təhsilin üç pilləsi (bakalavriat, magistratura və doktorantura), 23 ixtisas üzrə tələbə qəbulu həyata keçirir. Bu ali təhsil ocağı Qazaxıstanın Ali Təhsil üzrə milli reytinq cədvəlində 2-ci pillədə qərarlaşıb.

 

 

 

 

 


1111_762026867306939_1113521746_o.jpgAZ125
373Bakı Avrasiya Universitetində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bakı Avrasiya Universitetində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bakı Avrasiya Universitetində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ali təhsil ocağının tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru Nigar Hüseynova Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində aparılan dövlət siyasətindən danışıb. Qeyd edib ki, bu istiqamətdə xüsusilə gənclərin üzərinə mühüm vəzifələr düşür. Onlar bu dəhşətli faciəni beynəlxalq birliyə tanıtdırmaq üçün səylərini əsirgəməməlidirlər.

N.Hüseynova tarixən xalqımıza qarşı dəfələrlə soyqırımlarının törədildiyini diqqətə çatdıraraq Xocalı faciəsinin də bu proseslərin tərkib hissəsi olduğunu bildirib. O Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətini vurğulayıb.

BAAU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfayət Əliyev Xocalı faciəsinin tanıdılması yönündə təmsil etdiyi ali təhsil ocağının həyata keçirdiyi tədbirlərdən bəhs edib və tələbələri bu cür həssas mövzulara diqqətlə yanaşmağa, tariximizi dərindən öyrənməyə çağırıb.

 

 

photo_20956.jpgAZ126
376Bakı Avrasiya Universitetinin əməkdaşları Dənizlidə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər

Bakı Avrasiya Universitetinin əməkdaşları Dənizlidə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər

Bakı Avrasiya Universitetinin əməkdaşları - professor Ədalət Tahirzadə, görkəmli jurnalist və filoloq alim Seyfəddin Altaylı Türkiyənin Dənizli şəhərindəki Pamukkale Universitetində “Xocalı Çalışma Qrupu” tərəfindən keçirilən Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları bu şəhərdəki Qarabağ Parkında ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

Universitetdə davam edən tədbir çərçivəsində Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib.

Sərgidə bu ali təhsil ocağının tələbələri tərəfindən hazırlanmış maketlər, çoxlu sayda fotolar iştirakçılarda faciənin dəhşətləri haqqında əyani təsəvvür yaradıb.

Tədbiri açan “Xocalı Çalışma Qrupu”nun rəhbəri Sədat Sərdaroğlu və “TEV Anadolu” liseyinin müdiri Fevzi Yetik iştirakçılara minnətdarlıqlarını bildiriblər və soyqırımı haqqında məlumat veriblər.

Dənizli şəhər bələdiyyəsinin rəhbəri Osman Zolan Xocalı faciəsi haqqında düşüncələrini bölüşüb.

Sonra “Xocalı Çalışma Qrupu”nun ötən ildən etibarən gördüyü işlər haqqında hesabat təqdim edilib.

Tədbirin “Xocalı qətliamı” panelində Ədalət Tahirzadənin “Xocalı soyqırımında Rusiya faktoru” mövzusunda məruzəsi dinlənilib. Seyfəddin Altaylının Xocalı soyqırımı haqqında məruzəsi də tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Alim faciə zamanı ermənilər tərəfindən törədilmiş dəhşətləri təsvir edərkən zal sanki donub diqqətlə ona qulaq asırdı.

Sonda BAAU-nun əməkdaşlarına plaketlər təqdim olunub.

 


 

 

 

 

 

 

showpic_el100 (1).jpgAZ127
379Novruz bayramı münasibəti ilə Bakı Avrasiya Universitetində tədbir keçirilib

Novruz bayramı münasibəti ilə Bakı Avrasiya Universitetində tədbir keçirilib

Bakı Avrasiya Universitetində Novruz bayramı münasibəti ilə ədəbi-bədii tədbir keçirilib. Tədbirdə ali təhsil ocağının rəhbərliyi, professor-müəllim kollektivi, həmçinin universitetin adını daşıyan yaradıcılıq mərkəzinin nümayəndələri iştirak ediblər.

 İştirakçılara bayram təbriklərini çatdıran BAAU-nın tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru Nigar Hüseynova xalqımızın ən əziz bayramlarından biri olan Novruzun önəmli dəyər olduğunu qeyd edib. Bildirib ki, bu bayramın dövlət səviyyəsində qeyd edilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Novruz adət-ənənələrinin qorunub saxlanılması, baharın gəlişini təcəssüm etdirən bu bayramın təntənəli şəkildə qeyd edilməsi xalqımız üçün əhəmiyyətlidir.

Daha sonra  “Tərcümə və praktik” dillər kafedrasının baş müəllimi Ulucay Qiyasinin bədii rəhbəri olduğu “Avrasiya” Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan konsert proqramı nümayiş olunub.

Tədbirin sonunda istedadlı tələbələr universitet rəhbərliyi tərəfindən fəxri-fərmanlarla təltif ediliblər.

 

 

 



n32.jpgAZ128
382Tələbə Elmi Cəmiyyətinin “Avrasiya Oxucular Klubu” növbəti “dəyirmi masa”sını keçirib

Tələbə Elmi Cəmiyyətinin “Avrasiya Oxucular Klubu” növbəti “dəyirmi masa”sını keçirib

Bakı Avrasiya Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Avrasiya Oxucular Klubu”nun növbəti “dəyirmi masa”sı keçirilib. “Çağdaş Azərbaycan ədəbiyyatına xarici ədəbiyyatın təsiri” mövzusunda keçirilmiş tədbirdə müvafiq mövzu ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Tərcüməçi və yazıçı Nəriman Əbdürrəhmanlı, “Dünya Ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli və tarixçi alim, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə tələbələri maraqlandıran sualları cavablandırıblar. Onlar Azərbaycan ədəbiyyatının inkişafının tarixi mərhələləri, müasir dövrdə milli xüsusiyyətlərlə yeni elementlərin harmoniyasından meydana çıxan ədəbiyyat nümunələrinin təhlili, xarici ədəbiyyatın ölkəmizin zəngin mədəniyyətinə təsirlərinin araşdırılması, bu istiqamətdə BAAU tələbələrinin fəaliyyəti və digər məqamlarla bağlı fikirlərini bölüşüblər.


av o k 1.jpgAZ129
385Bakı Avrasiya Universitetinin “Tərcümə və praktik dillər” kafedrası 1918-ci il, mart hadisələrinə həsr olunmuş tədbir keçirib

Bakı Avrasiya Universitetinin “Tərcümə və praktik dillər” kafedrası 1918-ci il, mart hadisələrinə həsr olunmuş tədbir keçirib

Bakı Avrasiya Universitetinin “Tərcümə və praktik dillər” kafedrasının təşəbbüsü ilə 1918-ci il, mart hadisələrinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə BAAU-nın və Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Tələbələrin təqdimatında 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımını, həmçinin Qanlı Yanvar, Xocalı faciəsi və tarixin müxtəlif dövrlərində soydaşlarımızın məruz qaldığı dəhşətləri əks etdirən səhnələr və videoçarxlar nümayiş olunub.

Tədbirin “Bayrağımız qürurumuzdur” adlı hissəsində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

BAAU-nın tələbələrinin belə bir mövzuya həsr olunmuş tədbir keçirmək təşəbbüslərini yüksək qiymətləndirən müəllimlər onların vətənpərvərlik ruhunu və fəallıqlarını dəstəklədiklərini diqqətə çatdırıblar.

Tədbirdən sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət ediblər. 


IMG-20170330-WA0101.jpgAZ130
388Bakı Avrasiya Universitetində İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib

BAAU-da İordaniya Haşimilər Krallığının Azərbaycandakı 

səfirliyinin əməkdaşları ilə görüş keçirilib

Bakı Avrasiya Universitetində İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib. Səfirin müavini Saad Qazal tələbələrlə növbəti görüşdən məmnunluğunu dilə gətirib. O, Azərbaycan və İordaniya xalqları arasında tarixi dostluq əlaqələrindən və oxşar cəhətlərdən danışıb. Vurğulayıb ki, bu yaxınlıq bütün sahələrdə münasibətlərin inkişafına tövhə verir.

 BAAU-da keçirilən görüşün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ərəfəsinə təsadüf etməsinə diqqət çəkən S.Qazal bu günü tarixi gün kimi qiymətləndirib. Bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi bütün dünyaya həmrəylik mesajıdır.

Səfir müavini Azərbaycanın bu il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinin vacibliyini vurğulayaraq digər ölkələrin bu  təcrübədən yararlanacağına  ümidvar olduğunu bildirib.

Tədbirin sonunda tələbələrin çoxsaylı suallarını cavablandıran S.Qazal universitet rəhbərliyinə, eləcə də “Tərcümə və praktik dillər” kafedrasının professor-müəllim kollektivinə minnətdarlığını bildirib.



saat1.jpgAZ131
391Bakı Avrasiya Universitetində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib

Bakı Avrasiya Universitetində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib

Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamdan irəli gələn bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə atılan addımlardan biri kimi ali təhsil müəssisələrində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ərəfəsində yarışlarda təmsil olunacaq ölkələrin səfirləri ilə görüşlərin təşkilini vurğulamaq lazımdır. Tədbirlər çərçivəsində Bakı Avrasiya Universitetində “Tərcümə və praktik dillər” kafedrasının təşkilatçılığı ilə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşları ilə görüş keçirilib.

Tədbirdə çıxış edən BAAU-nın tədris işləri üzrə prorektoru f.ü.f.n., dos. Nigar Hüseynova Mərkəzin ali təhsil ocağı ilə bir çox sahələrdə davamlı əməkdaşlığından məmnun olduğunu bildirib. O, qurumun direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, azərbaycanşünas alim Əhməd Sami əl-Aydinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi xidmətləri olduğunu tələbələrin diqqətinə  çatdırıb.

Söhbət zamanı Əhməd Sami əl-Aydi bu yaxınlarda Azərbaycan ilə Misir arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd olunduğunu, keçən dövr ərzində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı məqamlara toxunan attaşe İslam ölkələrinin nümayəndələrinin bir araya toplanmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi bütün dünyaya sülh və həmrəylik mesajıdır.

Tələbələrin çoxsaylı suallarını cavablandıran Əhməd Sami əl-Aydi BAAU-nın 25 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərdə yaxından iştirak edəcəyini bildirib.

Tədbirin sonunda tələbələr Misir mədəniyyətini, incəsənətini, tarixini və intibahını özündə əks etdirən sərgi ilə tanış olublar.

 


 

 

m3.jpgAZ132
394BAAU-da dahi ingilis şairi Vilyam Şekspirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

BAAU-da dahi ingilis şairi Vilyam Şekspirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Bakı Avrasiya Universitetində dahi ingilis şairi və dramaturqu Vilyam Şekspirin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Filologiya fakültəsinin 3-cü kurs tələbələrinin təqdimatında təşkil edilən tədbirdə “Romeo və Cülyetta”, “Kral Lir” kimi əsərlərdən səhnələr nümayiş edilib.

Tədbirdə iştirak edən universitet rəhbərliyi, müəllimlər və tələbələr çıxışları maraqla izləyiblər və bu cür maraqlı ədəbi-bədii kompozisiyalara görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Sonda fəal tələbələr fəxri fərmanlarla təltif olunublar.

 


 

 

 

sek1.jpgAZ133
397Üçüncü nəslin təhsili: Şərq və Qərb təcrübəsi – beynəlxalq konfrans maraqlı müzakirələrlə yadda qaldı

Üçüncü nəslin təhsili: Şərq və Qərb təcrübəsi – beynəlxalq konfrans maraqlı müzakirələrlə yadda qaldı

Xəbər verdiyimiz kimi, aprelin 21-də Bakı Biznes Mərkəzində Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə “Üçüncü nəslin təhsili: Şərq və Qərb təcrübəsi” mövzusunda konfrans işə başlayıb. Tədbirin ilk günü maraqlı müzakirələrlə yadda qalıb.

Konfransda Avropanın nüfuzlu 15 universitetini təmsil edən alim və tədqiqatçılar iştirak ediblər. Əsas məqsəd üçüncü nəslin təhsilə cəlb edilməsi istiqamətində mövcud təcrübəni paylaşmaq və digər ali təhsil ocaqları üçün informasiya bazası hazırlamaqdır.

Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov ölkəmizdə üçüncü nəslin təhsilə cəlb edilməsinin vacibliyi ilə bağlı məqamlara toxunaraq vurğulayıb: “Biz bu prosesdə Avropa universitetlərinin təcrübəsindən faydalanır, eyni zamanda milli xüsusiyyətlərimizi nəzərə alaraq tədbirlər həyata keçiririk. Əsas hədəflərimizdən biri yaşlı nəslə müasir dövrün tələblərinə uyğun təhsil vermək, onların ixtisas və peşə hazırlığını təmin etmək və cəmiyyətə inteqrasiya prosesini həyata keçirməkdir”.

Təhsil Nazirliyinin, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin təmsilçilərinin, Milli Məclisin deputatlarının iştirak etdiyi tədbirdə müvafiq mövzunun müxtəlif aspektləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Həmin məruzələrin toplu halında dərc edilərək ali məktəblərə və kitabxanalara təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, BAAU artıq üç ildir Avropa İttifaqının maliyyələşdirdiyi və İtaliyanın Genuya Universitetinin həyata keçirdiyi “Üçüncü nəslin təhsil mərkəzi” Tempus layihəsinə tərəfdaş kimi qoşulub. Layihənin əsas məqsədi Azərbaycan, Rusiya və Ukraynada üçüncü nəslin təhsilə cəlb edilməsi, yaşlı və gənc nəsil arasında təcrübə mübadiləsinin aparılmasıdır. Eyni zamanda, yaşlı nəslin ictimai proseslərdə tam iştirakına şərait yaradacaq səviyyədə təhsilin verilməsi də əsas məqamlardandır.

İki gün davam edən tədbir üçüncü nəslin təhsili sahəsində yeni əməkdaşlıqların qurulması və birgə layihələrin reallaşdırılması üçün yaxşı imkan yaradacaq.

 



124382.jpgAZ134
400IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu işə başlayıb

IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu işə başlayıb

Türkiyənin Niğde şəhərində IV Türk Dünyası Araşdırmaları Simpoziumu işə başlayıb. Ömer Halisdemir, Qazax Dövlət Qızlar Pedaqoji, M.Akmulla Başkurt Dövlət Pedaqoji və Bakı Avrasiya Universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi bir sıra elm adamları təmsil edir.

Simpozimu giriş sözü ilə açan Ömer Halisdemir Universitetinin rektoru, professor Adnan Görür qonaqları salamlayaraq Niğde şəhərində belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib.

Tədbirdə BAAU-nın rektoru, professor Nazim Hüseynlinin təbrikləri video vasitəsilə iştirakçılara çatdırılıb. Rektor konfransın işinə uğurlar arzulayaraq Türkiyə ilə Azərbaycanın sadəcə strateji müttəfiq deyil, qardaş ölkələr olduğunu bir daha vurğulayıb: “Bu münasibət bütün Türk dünyasına örnək olmalıdır”.

Simpozium çərçivəsində keçirilən görüşlərdə, təşkil olunan sessiyalarda və digər tədbirlərdə əsasən  türkdilli xalqlar arasında əlaqələrin qədim tarixinə nəzər salınıb, ortaq dil, din, mədəni dəyərlər, adət-ənənələrin bu əlaqələri şərtləndirən amillər kimi əhəmiyyəti qeyd olunub.

Niğde valisi Ertan Peynircioğlu, bələdiyyə başqanı Faruk Akdoğan, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və digərləri iştirak edərək türk xalqlarının tarixin müxtəlif mərhələlərində, ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını məmnunluqla dilə gətiriblər.

Belə bir tədbirin təşkil olunmasında əsas məqsəd Türk Dünyası ilə bağlı araşdırmalar aparan elm adamlarını bir araya gətirərək fikir mübadiləsi aparmaq və yeni elmi araşdırmalar üçün zəmin yaratmaqdır. Bu il iştirakçıların sayında müşahidə olunan artım ənənə halını alan tədbirə marağın artmasını göstərir. Simpoziuma 15 ölkədən 500-dən artıq elmi məqalə təqdim olunub və redaksiya heyəti tərəfindən bəyənildikdən sonra 4 cildə çap edilib.

Açılış mərasimində möhtəşəm “Kökümüz Bir Türkük” festivalı da təşkil olunub. Festivalda müxtəlif türkdilli ölkələrdən gələn universitet tələbələri mədəniyyətlərinə məxsus elementləri əks etdirən səhnələr təqdim ediblər. Onlar arasında BAAU-nın tələbələrinin maraqlı çıxışı iştirakçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Tədbir aprelin 28-dək davam edəcək.

 


IMG_4151.JPGAZ135
403IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun açılış mərasimi böyük maraqla qarşılanıb

IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun açılış mərasimi böyük maraqla qarşılanıb

Xəbər verdiyimiz kimi, aprelin 26-da Türkiyənin Niğde şəhərində IV Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun açılış mərasimi keçirilib. “Şehit Ömer Halisdemir Kongre ve Kültür Merkezi”ndə təşkil olunan tədbir maraqlı məqamlarla yadda qalıb.

Mərasimdən əvvəl Niğde Belediyesi Mehter Takımı Mərkəzin önündə xüsusi proqramla çıxış edib. Sayğı duruşu və milli marşların oxunmasından sonra başlayan tədbir çıxışlarla və “TÜRKSOY Türk Dünyası Resim Sergisi”nin açılışı ilə davam edib.

Tədbirin ikinci hissəsində “Kökümüz Bir Türküz” festivalında Azərbaycan, Qazaxıstan və Türkiyədən olan gənclərin təqdimatında xalq rəqsləri nümayiş olunub. Konsert proqramı böyük coşqu ilə qarşılanıb.

Açılış mərasimi iştirakçıların birgə foto çəkdirməsi ilə başa çatıb.

 


b4.jpgAZ136
406Bakı Avrasiya Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı Avrasiya Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-da Bakı Avrasiya Universitetinin rəhbərliyi, professor-müəllim kollektivi və tələbələr Fəxri xiyabana gələrək müasir Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb.

 


 

 

u4.jpgAZ137
412Bilik Fondu istehsalat təcrübəsi keçirən tələbələrimizi mükafatlandırdı

Bilik Fondu istehsalat təcrübəsi keçirən tələbələrimizi mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsinə qatılan Bakı Avrasiya Universitetinin filologiya fakültəsinin, tərcümə (Alman dili) ixtisasında təhsil alan tələbələri - Əmirbəyova Nərmin, Abbasova Ofelya və Rzazadə Arzu qurum tərəfindən xüsusi sertifikata layiq görülüblər.

BAAU-nın tələbələri həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Bir günəşin zərrəsiyik” II Beynəlxalq şagird konfransında da Bilik Fondunun fəxri fərmanları ilə təltif olunublar.

bilfonesas.JPGAZ139
415Bakı Avrasiya Universitetinin rəhbərliyi valideynlərlə görüş keçirib

Bakı Avrasiya Universitetinin rəhbərliyi valideynlərlə görüş keçirib

Bakı Avrasiya Universitetində tədris  ilinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə ali təhsil ocağının rəhbərliyi ilə tələbələrin valideynləri bir araya gəlib.

BAAU-nın tədris işləri üzrə prorektoru f.ü.f.d., dos. Nigar Hüseynova, tədrisin təşkili departamentinin rəhbəri, prof. Mənsim Məmmədov, filologiya fakültəsinin dekanı f.ü.f.d., dos. Salman Süleymanov, eləcə də regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı f.ü.f.d., dos. Mütəllim Rəhimli tədbirdə iştirak edərək valideynləri maraqlandıran sualları cavablandırıblar. Çıxışında belə görüşlərin vacibliyini diqqətə çatdıran Nigar Hüseynova tədris ilinin sonuna yaxın universitetlə valideynlər arasında sıx əlaqələrin qurulmasının yaranan problemlərin  birgə müzakirəsi və həlli yollarının tapılmasına zəmin yaratdığını vurğulayıb. O bu cür görüşlərin  mütəmadi xarakter daşıyacağına ümidvar olduğunu bildirib. 

 


 

uv1.jpgAZ140
418Özbəkistanın Xalq Şairi Camal Kamala Bakı Avrasiya Universitetinin fəxri doktoru adı verilib

Özbəkistanın Xalq Şairi Camal Kamala Bakı Avrasiya Universitetinin fəxri doktoru adı verilib

Bakı Avrasiya Universitetində Özbəkistanın Xalq Şairi Camal Kamala ali təhsil ocağının fəxri doktoru adının verilməsi ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli  Özbəkistan  və  Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən mədəni və ədəbi sahələrdə əlaqələrin dərin köklərə malik olduğunu, bu münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb. Rektor  Camal Kamalı universitetdə görməsindən məmnunluğunu ifadə edərək, şairin Azərbaycan ədəbiyyatına verdiyi tövhələrə görə minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm xidmətləri olan millət vəkili Qənirə Paşayeva çıxış edərək şairin həyatı və yaradıcılığı barədə danışıb. Qeyd edib ki, Camal Kamal Azərbaycanın böyük şairi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilində tərcümə, eləcə də Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbəkdilli oxuculara təqdim edib.

Tədbirdə iştirak edən tədqiqatçı alim Şuhrat Salamov Özbəkistanın qardaş Azərbaycanın haqq işində hər zaman dəstək olacağını diqqətə çatdırıb. O, Əmir Teymurun Şuşa qalasına səfəri ilə bağlı tədqiqatlarından maraqlı məqamları tələbələrlə bölüşüb.

Tədbirin sonunda Özbəkistanın Xalq Şairinə “Fəxri doktor” diplomu təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Öz növbəsində Camal Kamal BAAU-nın rektoruna, eləcə də universitetin professor-müəllim kollektivinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.

 


 

q2.jpgAZ141
421Bakı Avrasiya Universitetində "Məzun günü"

Bakı Avrasiya Universitetində "Məzun günü"

Mayın 31-də Bakı Avrasiya Universitetində "Məzun günü" keçirilib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Universitetin rektoru, professor Nazim Hüseynli çıxış edərək bu əlamətdar gün münasibətilə məzunları təbrik edib və onlara uğurlar arzulayıb. Qeyd edib ki, yeni həyata addımlayarkən BAAU-da aldıqları təhsil, əldə etdikləri təcrübə onların yoluna işıq salacaq. Rektor çıxışında uzaq regionlarımızdan övladlarının şad günündə  iştirak etməyə gələn valideynlərə xüsusi təbriklərini çatdıraraq universitetin valideynlərlə sıx əməkdaşlıq etməsindən məmnunluğunu bildirib.

Tədbirdə iştirak edən millət vəkili Aydın Mirzəzadə və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev gənclərin bu sevincli günündə təbriklərini çatdıraraq ölkəmizin işıqlı gələcəyi naminə onların cəmiyyətin fəal üzvləri kimi daim inkişafa doğru irəliləyəcəklərinə əminliklərini ifadə ediblər.

Məzunlar bir ailəyə çevrildikləri Bakı Avrasiya Universitetinin adını hər zaman uca tutacaqlarını bildiriblər.

Tədbir konsert proqramı ilə davam edib.

 

IMG_4814.JPGAZ142
424İndoneziyanın səfiri Bakı Avrasiya Universitetində olub

İndoneziyanın səfiri Bakı Avrasiya Universitetində olub

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Bakı Avrasiya Universitetinin qonağı olub. Səfiri səmimiyyətlə salamlayan Universitetin rektoru, professor Nazim Hüseynli iki ölkə arasında mehriban əlaqələrin təhsil sferasına da transformasiya etdiyini böyük məmmuniyyətlə qeyd edib.

Hüsnan Bəy Fanani ölkəmizi yaxından tanıdığını və sevdiyini qeyd edərək iki dövlət arasında əlaqələrin daha da genişlənməsi üçün əlindən gələni əsirgəmədiyini vurğulayıb. Diqqətə çatdırıb ki, İndoneziya dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 20 ölkəsi arasında 15-ci yeri tutur. Ölkənin iqtisadi potensialının təhsil sahəsində də uğurlara zəmin yaratdığını vurğulayan səfir bu istiqamətdə təcrübəni dost Azərbaycanla paylaşmağa hər zaman hazır olduqlarını bildirib.

Azərbaycanda bir sıra universitetlərdə görüşlər keçirdiyini və tələbələr qarşısında mühazirələr oxuduğunu bildirən səfir elm və təhsil sahəsinə həssalıqla yanaşdığını deyib. Vurğulayıb ki, bunun  əsas səbəbi gənc nəslin hər bir ölkənin gələcəyində mühüm payı olması ilə bağlıdır.  

Professor Nazim Hüseynli səfirə rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verib. Universitetin beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirən rektor müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb.  

Tərəflər daha sonra təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi də aparıblar.

 

 

ind3.jpgAZ143
427Bakı Avrasiya Universitetinin tələbəsinin uğurlu nəticəsi

Bakı Avrasiya Universitetinin tələbəsinin uğurlu nəticəsi

Azərbaycan Respublikası Mərkəzi Bankının və Beynəlxalq Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş treyninqdə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Nemanoğlu İbrahim də iştirak edib. Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Sənaye Bankı (ASB), Bakı Ticarət Bankı ( BTB) və Atəşgah Sığorta şirkətində təcrübə proqramı keçən tələbəmiz yekunda uğurlu nəticə göstərərək 30 sualdan 27-nə düzgün cavab verib və I dərəcəli sertifikata layiq görülüb.

Tələbələrimizin uğurlarının davamını arzulayırıq. 

zz.jpgAZ144
430Beynəlxalq Sosial Elmlərin Tədqiqatı Konqresi bu il Bakıda keçiriləcək

Sosial Elmlərin Tədqiqatı Konqresi bu il Bakıda keçiriləcək 

Təməli 2015-ci ildə qoyulan Sosial Elmlərin Tədqiqatı Konqresi Sarayevodan sonra ikinci dəfə Bakı Avrasiya Universiteti, Pamukkale Universiteti və “Anadolu Mədəni Araşdırmalar” jurnalının birgə təşkilatçılığı ilə cari il, 19-21 oktyabr tarixlərində Bakıda baş tutacaq.

Tədbirin hər il zəngin Türk mədəniyyətini təcəssüm etdirən fərqli bir şəhərdə keçirilməsi nəzərdə tutulub.

Cari il təşkil olunacaq tədbirin əsas mövzusu xüsusilə Qafqaz bölgəsinin problemlərini və burada cərəyan edən prosesləri birgə müzakirə etməkdir. Konfransda arxeologiya, coğrafiya, dil, ədəbiyyat, iqtisadiyyat, fəlsəfə, incəsənət, hüquq, ilahiyyat, psixologiya, tarix, siyasət, sosial elmlər, turizm, türk mədəniyyəti, beynəlxalq əlaqələr və digər istiqamətlər üzrə aktual mövzular gündəmdə olacaq.

Konfrans fərqli ölkələrin  elm adamlarını bir araya gətirməklə yanaşı  beynəlxalq əməkdaşlığı təşviq etməyi və tədqiqatçılara yeni üfüqlər açmağı hədəfləyir.

afis_tr.jpgAZ145
451Sudanın Azərbaycandakı səfiri ilə görüş

Sudanın Azərbaycandakı səfiri ilə görüş

Bakı Avrasiya Universitetində Sudanın Azərbaycandakı səfiri Mohammed Elballa Osman Mohamed ilə görüş keçirilib. BAAU-nun tədris işləri üzrə prorektoru, f.ü.f.d. Nigar Hüseynova, o cümlədən beynəlxalq əlaqələr üzrə prorektor Səyavuş Qasımov və ali məktəbin rəhbər heyətinin iştirak etdiyi görüşdə bir sıra aktual məsələlər müzakirə olunub.

Qonağa səmimi salamlarını çatdıran prorektor Nigar Hüseynova BAAU-nın fəaliyyəti, son illərdə xarici əlaqələrin inkişafı barədə geniş məlumat verib.

Səfir öz növbəsində Universitetin fəaliyyətini izlədiyini, buradakı təhsilin səviyyəsindən məmnun qaldığını bildirib və rəhbərliyə dəvətə görə təşəkkürlərini çatdırıb.

Görüşdə Bakı Avrasiya Universiteti ilə Sudan Respublikasının ali məktəbləri arasında akademik mobillik sahəsində layihələrin həyata keçirilməsi, eləcə də birgə beynəlxalq konfransların təşkilinin vacibliyi də vurğulanıb və müvafiq istiqamətdə ilkin razılıq əldə olunub.

 

 

 

 

 


sudan6.JPGAZ152
436Azərbaycanlı diplomat Bakı Avrasiya Universitetinin tələbələri ilə təcrübələrini bölüşüb

Azərbaycanlı diplomat Bakı Avrasiya Universitetinin tələbələri ilə təcrübələrini bölüşüb


Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri, Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə sentyabrın 15-də Bakı Avrasiya Universitetinin tələbələri ilə görüşüb. Diplomatiya sahəsində təcrübələrini gənclərlə bölüşən diplomat BAAU-nın məzunu olmağı ilə bağlı fəxr etdiyini deyib.

S.Mirzəzadə burada çalışan təcrübəli professor, müəllim heyətinin zəngin biliyindən bəhrələnməyi tələbələrə tövsiyyə edib. Regionşünaslıq ixtisasında təhsil alan birinci kurs tələbələri qarşısında çıxış edən S.Mirzəzadə diplomatiyanın günümüzün önəmli sahələrindən biri kimi mahiyyəti, Azərbaycan Respublikasının diplomatlarının vəzifə və səlahiyyətləri, üzərinə düşən öhdəliklər və digər mövzularla bağlı ətraflı məlumatlar verib.

Sonda diplomat tələbələrin suallarını cavablandırıb.

 

20170915_120623.JPGAZ147
442Xorvatiya Respublikasının Pozeqa Politexnik İnstitutunun nümayəndələri Bakı Avrasiya Universitetində olublar

Xorvatiya Respublikasının Pozeqa Politexnik İnstitutunun nümayəndələri

Bakı Avrasiya Universitetində olublar

25-27 sentyabr tarixlərində Xorvatiya Respublikasının Pozeqa Politexnik İnstitutunun nümayəndələri Berislav Andrliç, Barbara Pisker və Bojan Radisiç Bakı Avrasiya Universitetində olublar. Qonaqları qəbul edən universitetin tədris işləri üzrə prorektoru Dos. N.N.Hüseynova görüş zamanı Bakı Avrasiya Universitetinin beynəlxalq əlaqələrini genişləndirməsi, yeni əməkdaşlıqların qurulması istiqamətində görülən işlər və ali təhsil ocağının fəaliyyətində prioritet istiqamətlər barədə məlumat verib.

Prorektor iki təhsil ocağı arasında inkişaf edən əlaqələr kontekstində həyata keçiriləcək tədbirlərin tərəflər üçün faydalı olacağına əminliyini bildirib.

Görüşün sonunda "Erasmus+" proqramı çərçivəsində akademik mobilliyə dair müqavilə imzalandı. Müqaviləyə əsasən növbəti üç il ərzində hər il Bakı Avrasiya Universitetinin 1 müəllimi mühazirə oxumaq üçün iki həftəlik Pozeqa Politexnik İnstitutuna ezam olunacaq. Eyni zamanda, hər il bir  tələbə orada bir semestr müddətində təhsil almaq imkanı qazanacaq. Pozeqa Politexnik İnstitutunun 2 müəllimi və 2 tələbəsi bu proqram çərçivəsində Bakı Avrasiya Universitetinə gələcəklər.


20170925_104135.JPGAZ149
445İraq Respublikasının ölkəmizdəki səfiri Raul Şuveyli Bakı Avrasiya Universitetinin qonağı olub

İraq Respublikasının ölkəmizdəki səfiri Raul Şuveyli 

Bakı Avrasiya Universitetinin qonağı olub

İraq Respublikasının ölkəmizdəki səfiri Raul Şuveyli və səfirliyin təhsil məsələləri üzrə katibi Seyidə Zinət Bakı Avrasiya Universitetinin qonağı olublar.

Səfiri səmimiyyətlə salamlayan Universitetin porektoru, f.ü.f.d.dos Nigar Hüseynli iki ölkə arasında mehriban əlaqələrin olduğunu və münasibətlərin təhsil sahəsində də sürətlə inkişaf etdiyini vurğulayıb.

Öz növbəsində səfir ölkəmizi yaxından tanıdığını və sevdiyini qeyd edərək iki dövlət arasında əlaqələrin daha da genişlənməsi üçün əlindən gələni əsirgəmədiyini vurğulayıb. Bildirib ki, bütün sahələrdə olduğu kimi təhsil sektorunda da təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı ola bilər.

Söhbət zamanı Raul Şuveyli gənclər, elm və təhsil sahələrinə həssalıqla yanaşdığını deyib. Vurğulayıb ki, bunun əsas səbəbi gənc nəslin hər bir ölkənin gələcəyində mühüm payı olması ilə bağlıdır. 

Görüşdə iştirak edən universitetin Beynəlxalq ələqələr üzrə prorektoru Səyavuş Qasımov səfirə təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verib. Universitetin beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirən prorektor müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, BAAU-da Tərcümə (ərəb dili), o cümlədən Regionşünaslıq (Yaxın və Orta Şərq) ixtisaslarının tədris olunması Ərəbşünaslıq Mərkəzinin yaradılmasına zəmin yaradır.

Tərəflər daha sonra təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

 

iraq-1.JPGAZ150
448“Dil və Ədəbiyyatda Müasirləşmə və Ənənə”- I Beynəlxalq Simpoziumu keçirilir

“Dil və Ədəbiyyatda Müasirləşmə və Ənənə”- I Beynəlxalq Simpoziumu keçirilir

Dünyada dil və ədəbiyyat sahələrində tədqiqat aparan elm və incəsənət xadimlərini bir araya gətirən “Dil və Ədəbiyyatda Müasirləşmə və Ənənə”- I Beynəlxalq Simpoziumun açılışı Türkiyənin Karabük Universitetində baş tutub. Karabük, Beynəlxalq Sarayevo, Beynəlxalq Balkan və Bakı Avrasiya Universitetlərinin, habelə Avrasiya Dünya Elmləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir oktyabrin 4-dən start götürüb və 3 gün davam edəcək. Belə bir Simpoziumun təşkili ənənəvi və müasir dil-ədəbiyyat anlayışları haqqında keçmişdən gələcəyə metod, üsul və fikirləri müzakirə etmək, bölüşmək, yeni nəzəriyyələr irəli sürmək, ədəbi və mədəni problemlərin həlli yollarını araşdırmaq, fəaliyyətləri koordinə etmək baxımından önəmlidir.

Hamit Çepni  konfrans zalında açılışı olan Simpoziumda Karabük Universitetinin rektoru prof., dok. Refik Polat, Beynəlxalq Balkan Universitetinin rektoru prof., dok. İsmayıl Kocayusufoğlu, Beynəlxalq Sarayevo Universitetinin prorektoru prof., dok. Metin Toprak, Avrasiya Dünya Elmləri İnstitutunun prorektoru prof., dok. Kadir Ahmetov, Bakı Avrasiya Universitetinin prorektoru prof., dok. Gülzar İbrahimova, o cümlədən Karabük Universitetinin prorektoru prof., dok. Ali Güneş, Ədəbiyyat fakültəsi dekanı prof., dok. Murat Ağarı, İlahiyyat fakültəsi dekanı prof., dok. Hür Mahmut Yücer, Simpoziumun təşkilat komitəsinin rəhbəri prof., dok. Zeki Tekin və çox sayda dəvət edilən məruzəçilər, rəhbərlər, alimlər və tələbələr iştirak edib.

Açılış mərasimində çıxış edən rektor prof., dok. Refik Polat tədbirin keçirilməsində əməyi olan  universitetlərin rektorlarına, prorektorlarına və akademik heyətə təşəkkür edib. O, deyib: “Dəyərli məsləkdaşlarımızın bizə çatdırdıqları salamları aldıq. Mən də bu konfrans vasitəsilə Sarayevoya, Üsküpə, Qazaxıstana, Azərbaycana və Balkanlara salamlarımı göndərirəm”.

Refik Polat çıxışının davamında hər bir akademik heyətin ildə ən az iki konfrans keçirməsini və bu ənənənin davam edərək, beynəlxalq səviyyədə tanınması ilə bağlı istəyini ifadə edib. O, Simpoziumun mövzusuna diqqət yönəldərək vurğulayıb: “Çox uğurlu bir mövzu seçilib. Ədəbiyyat sahəsində çox təcrübəm olmasa da, tədbirin mövzusu ilə bağlı bir neçə söz deyə bilərəm. 100 il bundan öncə yaşayan insanların danışıqlarını dinləsək, heç bir şey anlamarıq. 100 il sonra da gələcək nəsil bizim danışdıqlarımızı başa düşməyəcək. Ona görə də, bu mövzu heç vaxt aktuallığını itirməyəcək”.

Tədbirdə çıxış edən BAAU-nın prorektoru Gülzar İbrahimova fikirlərini bu sözlərlər ifadə edib: “Dil, millətin canıdır. Dünyada xalqların kimliyini müəyyən edən ən mühüm amillərdən biri onların dilidir”.

Çıxışlardan sonra Refik Polat iştirakçılara təşəkkür sertifikatı təqdim etdi.

 

 

 

 

 

 

 

sim1.jpgAZ151
454Sosial Elmlərin Tədqiqatı - II Beynəlxalq Konqresi keçirilir

Sosial Elmlərin Tədqiqatı - II Beynəlxalq Konqresi keçirilir

Xəbər verdiyimiz kimi, oktyabrın 19-da II Beynəlxalq Sosial Elmlərin Tədqiqatı Konqresi işə başlayıb. Bakıda keçirilən tədbir Bakı Avrasiya Universiteti, Pamukkale Universiteti və “Anadolu Mədəni Araşdırmalar” jurnalının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

BAAU-nun rektoru, professor Nazim Hüseynli bildirib ki, oktyabrın 21-dək davam edəcək konfransın keçirilməsinin məqsədi müasir dövrün çağırışlarına uyğun olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulması, ortaq layihələrin reallaşdırılmasıdır. Beynəlxalq tədbirin hər iki dövlətin elm və təhsil sahələrinin inteqrasiyasına səmərəli təsir edəcəyini deyən rektor konfransın işinə uğurlar arzulayıb.

Konfransın sədri, professor Həsən Kara ilk dəfə 2015-ci ildə Sarayevoda keçirilmiş tədbirin Şərq və Qərb istiqamətləri üzrə hər il bir ölkədə təşkil ediləcəyini deyib. Professor bir sıra ölkələrin elm adamlarını bir araya gətirən konfransın birgə elmi tədqiqat işlərinin aparılmasına xidmət edəcəyini bildirib. Mövzunun aktuallığını qeyd edən H.Kara konfransda arxeologiya, coğrafiya, dil, ədəbiyyat, metodik elmlər, fəlsəfə, incəsənət, hüquq, iqtisadiyyat, türk mədəniyyəti, beynəlxalq münasibətlər və digər sahələr üzrə müxtəlif mövzularda çıxışların dinləniləcəyini diqqətə çatdırıb.

Anadolu Mədəni Araşdırmalar jurnalının redaktoru, professor Turhan Çetin konfransın əlaqə və münasibətlərin genişləndirilməsi, bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva “Qarabağ problemi” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Türkiyə universitetləri ilə əməkdaşlıqdan danışıb, əlaqələrin ildən-ilə genişləndiyini qeyd ediblər. Bildirilib ki, belə konfransların ardıcıl təşkil olunması elm və təhsil sahəsinin inkişafında mühüm rol oynayır və gənclərin beynəlxalq səviyyədə inteqrasiyasına səbəb olur.

Tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib.

Qeyd edək ki, təməli 2015-ci ildə qoyulan Sosial Elmlərin Tədqiqatı Konqresi Sarayevodan sonra ikinci dəfə Bakıda keçirilir. Tədbirin hər il zəngin Türk mədəniyyətini təcəssüm etdirən fərqli bir şəhərdə keçirilməsi nəzərdə tutulub.

Cari il təşkil olunacaq tədbirin əsas mövzusu xüsusilə Qafqaz bölgəsinin problemlərini və burada cərəyan edən prosesləri birgə müzakirə etməkdir. Konfransda arxeologiya, coğrafiya, dil, ədəbiyyat, iqtisadiyyat, fəlsəfə, incəsənət, hüquq, ilahiyyat, psixologiya, tarix, siyasət, sosial elmlər, turizm, türk mədəniyyəti, beynəlxalq əlaqələr və digər istiqamətlər üzrə aktual mövzular gündəmdə olacaq.

Konfrans fərqli ölkələrin elmadamlarını bir araya gətirməklə yanaşı  beynəlxalq əməkdaşlığı təşviq etməyi və tədqiqatçılara yeni üfüqlər açmağı hədəfləyir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


 


IMG_5542.JPGAZ153
457Fələstin səfiri ilə görüş

Fələstin səfiri ilə görüş

Bakı Avrasiya Universitetində Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nassir A.Karrem  ilə görüş keçirilib.

Görüşdə BAAU-nun tədris işləri üzrə prorektoru, f.ü.f.d. Nigar Hüseynova, o cümlədən beynəlxalq əlaqələr üzrə prorektor Səyavuş Qasımov və ali məktəbin rəhbər heyəti iştirak edib.

Görüşdən sonra səfir tələbələr qarşısında "Müasir Fələstinə baxış" mövzusunda geniş mühazirə oxuyub. 


 

20171106_120458.JPGAZ154
460Bakı Avrasiya Universitetində Bayraq gününə həsr edilmiş tədbir keçirilib

Bakı Avrasiya Universitetində Bayraq gününə həsr edilmiş tədbir keçirilib

Bu gün Bakı Avrasiya Universitetinin və YAP Nərimanov rayon Gənclər Birliyinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı gününə həsr edilmiş tədbir keçirilib.  Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon Gənclər Birliyinin sədri, professor Yusif Babanlı Azərbaycanın dövlət bayrağının ilk dəfə dalğalanmasından bəhs edərək bu tarixi hadisədən 99 il ötdüyünü bildirib. Vurğulayıb ki, bu gün fəxrlə başımız  üzərində dalğalanan üçrəngli dövlət bayrağımız yenidən 70 il sonra, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənib, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılıb və nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilib.

BAAU-nın rektor köməkçisi Şəfahət Əliyev öz növbəsində Azərbaycanın dövlətçilik tarixində bayrağımıza, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasında ən böyük örnəyin ölkə başçısı, Prezident İlham Əliyev olduğunu vurğuladı. Sevindirici  haldır ki, Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Tədbirdə YAP Nərimanov Rayon Təşkilatının baş məsləhətçisi Nizami Babaşov, YAP Gənclər Birliyinin əməkdaşları Şəfəq Əhmədova, Elvin Hüseynov da Bayraq Günü münasibətilə tələbələr önündə fikirlərini bölüşüblər. 

 





20171108_120600.JPGAZ155
463“Ali təhsildən gözləntilər” mövzusunda seminar

“Ali təhsildən gözləntilər” mövzusunda seminar

Noyabrın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Ali təhsildən gözləntilər” mövzusunda seminar keçirilib. Seminarda Təhsil Nazirliyinin nümayəndələri, təhsil sahəsi üzrə mütəxəssislər, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri iştirak edib.

 Tədbirin keçirilməsində məqsəd son 4 ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində müşahidə olunan müsbət dinamika ilə bağlı məlumat vermək və ali təhsildə qarşıda duran vəzifələri müzakirə etmək olub.

 Seminarda “Tələbə qəbulunun nəticələrinin təhlili” mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev  son 4 tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı məlumat verib, qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb.

Bildirilib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub. Bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb.

 Seminarda qeyd olunub ki, bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib. Ali təhsil müəssisələrində Dövlət Proqramı ilə xaricdə təhsil almış 100-dən çox əməkdaş çalışır.

Cari tədris ilində ali təhsil müəssisələrində ingilis dilində tədris olunan ixtisaslara qəbul olunan tələbələrin sayı iki dəfə  artıb.

“Clarivate Analytics” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə qeyd edib ki, 2015-ci ilin dekabr ayından dünyanın aparıcı elmi platforması olan “Web of Science” ilə əməkdaşlıq nəticəsində Azərbaycanın təhsil müəssisələrinin müəllim və tələbələrinin  bu elmi bazada indekslənən məqalələrinin sayı 57 faiz artıb. Son 3 ildə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrinin impakt faktorlu jurnallarda çap olunan məqalələrinin sayı 950 olub.

Seminarda pedaqoji ixtisaslara qəbul olunanların, ali təhsil müəssisələrində Prezident təqaüdçülərinin tədris illəri üzrə sayı və artım dinamikası, eləcə də son 3 il ərzində 541 nəfərin fəlsəfə doktoru, 103 nəfərin elmlər doktoru elmi dərəcələrini alması barədə məlumat verilib.

 

 

 

medt3.jpgAZ156
466Bakı Avrasiya Universitetində “Fransız dili Mərkəzi”nin açılışı olub

Bakı Avrasiya Universitetində “Fransız dili Mərkəzi”nin açılışı olub

Bakı Avrasiya Universitetində “Fransız dili Mərkəzi”nin açılışı ilə bağlı tədbir keçirilib. Tədbir çərçivəsində  Fransanın Azərbaycandakı  səfirinin Əməkdaşlıq və Mədəniyyət, eləcə də Universitetlərarası əməkdaşlıq üzrə müşavirləri Yohan Şiterer və Morin Rabb BAAU-da olublar.

 Qonaqları salamlayan Tədris işləri üzrə prorektor Nigar Hüseynli bu cür görüşlərin əməkdaşlıq perspektivlərini müzakirə etmək baxımından səmərəli olduğunu diqqətə çatdırıb.

Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu qeyd edən müşavir Yohan Şiterer BAAU-da Tərcümə kafedrasının təşəbbüsü ilə “Fransız dili Mərkəzi”nin yaradılmasını yüksək qiymətləndirib. Vurğulayıb ki, bu addım həm hər iki ölkənin universitetləri arasında əməkdaşlığın genişləndirilməsinə, həm də ümumilikdə təhsil, mədəniyyət sahəsində əlaqələrin inkişafına zəmin yaradacaq.

 Görüşdən sonra  universitetin rəhbərliyi və Fransa  səfirliyinin nümayəndələri fransız dili müəllimlərinin və Tərcümə (fransız dili) fakültəsinin tələbələrinin təşkil etdiyi ədəbi-bədii kompozisiyaya baxıblar.

 

 

 

 

 

 


20171122_131044.JPGAZ157
475Bakı Avrasiya Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı Avrasiya Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı Avrasiya Universitetinin rəhbərliyi, professor-müəllim kollektivi və tələbələr Fəxri xiyabana gələrək müasir Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb.

 

 

 

 


12.JPGAZ160
478Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq

Ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana axışanlar arasında gənc müəllim və tələbələr də çoxluq təşkil edirdi. Onların arasında Bakı Avrasiya Universitetinin nümayəndələri də vardı. Bu ali məktəbin prorektoru Günhan Hüseynli AZƏRTAC-a deyib ki, Ümummilli Liderin hakimiyyətdə olduğu illərdə ölkəmizdə yüksək səviyyəli kadrların hazırlanmasına xüsusi diqqət göstərilib, gənclərin xaricdə təhsil almalarına şərait yaradılıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət Azərbaycanda yeni düşüncəli, müasir təfəkkürlü gənclərin yetişməsində mühüm rol oynayır.

G.Hüseynli bildirib ki, bu gün dünyanın hər yerində Ulu Öndərə böyük məhəbbət var. Azərbaycanı bütün dünyada tanıdan bu dahi şəxsiyyətin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

15130796573263043669_1000x669.jpgAZ161
481Xorvatiyada Erasmus+ Beynəlxalq Tədris Həftəsi çərçivəsində Bakı Avrasiya Universiteti haqqında təqdimat

Xorvatiyada Erasmus+ Beynəlxalq Tədris Həftəsi çərçivəsində Bakı Avrasiya Universiteti haqqında təqdimat

Xorvatiya Respublikasının Pozeqa şəhərində Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq Tədris Həftəsi keçirilib. Layihə çərçivəsində keçirilmiş tədbirdə Bakı Avrasiya Universiteti də təmsil olunub.

Müxtəlif ölkələrdən müəllimlərin və elm sahəsində çalışan mütəxəssislərin qatıldığı tədbirdə aktual mövzular üzrə seminarlar təşkil olunub.

BAAU-nın müəllimi Gülkən Hüseynova açılış mərasimində ölkəmiz və təmsil etdiyi ali təhsil müəssisəsi haqqında təqdimatla çıxış edib. O, həmçinin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı xarici tələbələrdə maraq doğuran bir sıra məqamları əks etdirən seminar keçirib.

Daha sonra Pozeqa şəhərinin meri tədbir iştirakçıları – Azərbaycan, Serbiya, Belarusiya, Ukrayna və Gürcüstandan olan nümayəndələrlə görüşüb. O, təhsil qurumları arasında əməkdaşlığın yaradılması baxımından bu cür tədbirlərin təşkilinin vacibliyini vurğulayıb. 

 

 

 

 


 


g2.jpgAZ162
484“Azərbaycan Respublikası–Qərb və Şərq çıxış imkanları və perspektivlər” mövzusunda konfrans

“Azərbaycan Respublikası–Qərb və Şərq çıxış imkanları və perspektivlər” mövzusunda konfrans

“Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin təşkilatçılığı ilə Bakı Avrasiya Universitetinin yaradılmasının 25 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbir “Azərbaycan Respublikası – Qərb və Şərq çıxış imkanları və perspektivlər” mövzusuna həsr olunub.

Konfransı giriş sözü ilə açan “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı dosent Mütəllim Rəhimov tələbələrin elmi araşdırmalara olan marağının rəğbət doğurduğunu bildirib. O deyib ki, “tələbələrimiz çıxış etdiyi hər bir kürsünü fəth etməlidir”. 

Universitetin tədris işlər üzrə prorektoru Nigar Hüseynova da öz növbəsində konfrans iştirakçılarına uğurlar arzulayıb. O, həmçinin gənclərin Azərbaycanın inkişafına töhvə verəcək tədqiqatlarının, həyata keçirəcəkləri layihələrin hər zaman dəstəklənəcəyini vurğuladı.

Daha sonra konfransın təşkilat komitəsi tərəfindən seçilən 17 tələbənin elmi məqaləsi dinlənilib. Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim olunub.

 

 

 

 

 


 


20171213_140527.JPGAZ163
487İndoneziya səfirinin mühazirəsini BAAU tələbələri böyük maraqla dinləyiblər

İndoneziya səfirinin mühazirəsini BAAU tələbələri böyük maraqla dinləyiblər

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani Bakı Avrasiya Universitetinin qonağı olub. Ali təhsil ocağının regionşünaslıq və tərcümə ixtisaslarında təhsil alan tələbələr qarşısında mühazirə oxuyan səfir belə bir tədbirin təşkilindən məmnun olduğunu dilə gətirib.

Hüsnan bəy Fanani İndoneziyanın tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri və digər mövzuları əhatə edən təqdimatı ilə, tələbələrə ətraflı məlumat verməklə yanaşı bir diplomatın vətəninə olan sevgisi, ölkəsini yüksək səviyyədə təmsil etmək bacarığı və sadəliyi ilə rəğbət qazanıb.

Səfir ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

Təqdimatının sonunda səfir özünün musiqi bacarığını da nümayiş etdirərək, tələbələri İndoneziya musiqisinin ecazkarlığı ilə tanış edib. Sintezatorda İndoneziya milli musiqilərini ifa edən səfir, daha sonra “Azərbaycan” mahnısını da çox ustalıqla səsləndirib.

Bakı Avrasiya Universitetinin tələbələri üçün yaddaqalan və maraqlı təqdimatla çıxış etdiyinə görə, sonda Universitetin prorektoru Nigar Hüseynova səfirə təşəkkürnamə təqdim edib. 

 

 

 

 

 

 

indon2.jpgAZ164
510Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi” keçiriləcək

Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi” keçiriləcək

Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi” keçiriləcək 2018-ci il 16-20 aprel tarixlərində baş tutacaq “Türkiyə Günləri Həftəsi”ndə Türkiyənin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, mətbəxinin, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçiriləcəkdir. Həftə çərçivəsində milli rəqslər, bəstəkar və xalq mahnıları, şeirlər ifa ediləcək, Rəşad Nuri Güntəkinin “Bir yudum su” hekayəsi əsasında tamaşa göstəriləcək. Tədbirin açılış mərasimi 16 aprel saat 11:00-da Bakı Avrasiya Universitetinin akt zalında (ünvan: Akademik Həsən Əliyev 135 A) baş tutacaqdır. Həftə içində digər günlər isə tədbir saat 12:00-da başlayacaq. Qeyd edək ki, tədbir Yunus Emre İnstitutunun Bakı Avrasiya Universiteti ilə birgə təşəbbüsü və təşkilatçılığı hazırlanmışdır.

30180674_994587210717569_870881478_n.jpgAZ172
513“Türkiyə günləri həftəsi”nin açılış mərasimi keçirilib

“Türkiyə günləri həftəsi”nin açılış mərasimi keçirilib

Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi”nin açılış mərasimi keçirilib. Tədbir Yunus Əmrə İnstitunun və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

"Açılış mərasimində çıxış edən Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov bildirib ki, indiyədək Yunus Əmrə İnstitutu ilə BAAU birlikdə çoxsaylı konfrans, simpozium və digər tədbirlər təşkil edib. Türkiyəli müəllimlərin BAAU-da dərs keçmələri təmin olunub. O, həmçinin vurğulayıb ki, bu gün öz işinə başlayan “Türkiyə Günləri Həftəsi” Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin daha da yaxşılaşdırılmasına və inkişafına hesablanıb. “Dili, mədəniyyəti, soy kökü, adət-ənənəsi, dini və s. bir olan xalqlarımızın uzun müddət ayrı düşməsi onların bir-birini unutmasına imkan verməyib. Biz, ziyalıların, elm adamlarının və gənc nəsl olan tələbələrin ümumi birliyə tövhə verəcəyinə böyük ümidlərlə yanaşırıq” – S.Qasımov bildirib.

Sonra Bakı Yunus Əmrə İnstitunun müdiri Cihan Özdəmir çıxıb edib. O, belə bir möhtəşəm tədbirin təşkilinə görə Bakı Avrasiya Universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Eyni zamanda, qeyd edib ki, “Türkiyə Günləri Həftəsi” Türkiyənin Azərbaycanlı elm adamlarına və tələbələrə tanıdılması baxımından faydalı olacaq. Bu məqsədə nail olmaq üçün ən müxtəlif tədbirlərin həftə boyu davam edəcəyini deyən C.Özdəmir Azərbaycanla Türkiyənin çıxsaylı ortaq dəyərlərindən danışıb.

Eyni zamanda “Türkiyə Günləri Həftəsi”ndə Türkiyənin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, mətbəxinin, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində müxtəlif tədbirlər keçiriləcək. Həftə çərçivəsində milli rəqslər, bəstəkar və xalq mahnıları, şeirlər ifa ediləcək, tamaşalar göstəriləcək.  Həftə çərçivəsində aprelin 19-da “Gəncliyin Baxış Bucağından Türkiyə” Respublika Simpoziumu keçiriləcək.

s33.jpgAZ173
507Fransa Geosiyasət Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində olublar

Fransa Geosiyasət Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində olublar

Fransanın Azərbaycandakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət üzrə müşaviri RAAB Maureen və Fransa Geosiyasət Universitetinin nümayəndə heyəti Bakı Avrasiya Universitetində olublar. Qonaqların universitetdə görməkdən məmnunluğunu ifadə edən  Tədris işləri üzrə prorektor  Dos. Nigar Hüseynova universitet haqqında ətraflı məlumat verdikdən sonra ikitərəfli əməkdaşlığın qurulmasında tərəf kimi maraqlı olduqlarını qeyd etdi. Eyni zamanda universitet rəhbərliyinə öz təşəkkürlərini bildirən Geosiyasət Universitetinin əməkdaşı Kevin Limoni təmsil etdiyi qurum haqqında məlumat verərək universitetin  beynəlxalq münasibətlər, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və geostrategiya sahəsində ixtisaslaşmasından və bu sahə üzrə kadr hazırlığında dünya universitetləri arasında  ön sıralarda yer aldığını qeyd etdi. Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru  s.ü.f.d Səyavuş Qasımov hər iki universitet arasında akademik mobilliyin həyata keçirilməsi, birgə beynəlxalq elmi tədbirlərin təşkili və layihələrin hazırlanması istiqamətində əməkşdaşlığın vacibliyini vurğulayıb və  gələcək perspektivləri yüksək  qiymətləndirib. 

 

 

 


20180405_113505.JPGAZ171
504Türkiyənin ilk qadın pilotuna "fəxri doktor" adı verildi

Türkiyənin ilk qadın pilotuna "fəxri doktor" adı verildi

Bu gün Bakı Avrasiya Universitetində  Türkiyənin ilk qadın pilotu  Madalet Grabbe Başustaya universitetin fəxri doktoru diplomunun təqdimetmə törəni keçirilmişdir.Tədbirdən öncə qonaqları qəbul edən universitetin rektoru, professor Nazim Hüseynli,  adını Türk dünyasının önəmli isimləri sırasına daxil edən Madalet Grabbe Başustaya səmimi salamlarını çatdıraraq, onu fəxri adın verilməsi münasibəilə təbrik edib.Tədbir iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Daha sonra Türkiyə Silahlı Qüvvələrinin Afrin əməliyyatları zamanı şəhid olmuş mehmetçiklərin xatirəsi bir dəqiqiəlik sükütla yad edilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək Türk dünyasının ilk qadın pilotunun gənc nəsillərə örnək olacaq  həyat və fəaliyyətindən danışıb. Daha sonra universitetin xarici əlaqələr üzrə prorektoru,dosent Səyavuş Qasımov fəxri doktor diplomunu Madalet Grabbe Başustaya təqdim edib.

n3.jpgAZ170
516“Gəncliyin baxış bucağından Türkiyə” Respublika Simpoziumunun rəsmi açılış mərasimi keçirilib.

“Gəncliyin baxış bucağından Türkiyə” Respublika Simpoziumunun rəsmi açılış mərasimi keçirilib. 

“Gəncliyin baxış bucağından Türkiyə” Respublika Simpoziumunun rəsmi açılış mərasimi keçirilib.

Bakı Avrasiya Universitetində “Türkiyə Günləri Həftəsi” çərçivəsində bu gün “Gəncliyin baxış bucağından Türkiyə” Respublika Simpoziumunun rəsmi açılış mərasimi keçirilib. Bu barədə məlumatı universitetin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, “Regionşünaslıq və iqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov və “Filologiya” fakultəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanlı açılış mərasimində çıxış ediblər. Hər iki natiq BAAU-da keçirilən  “Türkiyə Günləri Həftəsi” günlərinin əhəmiyyətindən danışıblar. Xüsusilə qeyd ediblər ki, “Gəncliyin baxış bucağından Türkiyə” Respublika Simpoziumu gənc tədqiqatçılara, tələbələrə imkan yaradıb ki, Türkiyə haqqında, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı araşdırmalar aparsınlar, özlərinin müstəqil fikirlərini və gəldikləri qənaətləri açıqlasınlar.

Açılış mərasimi Plenar iclasla davam etdirilib. Filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, "Bədii struktur və ifadə texnologiyası arasındakı əlaqənin psixoloji mahiyyəti (Türk nəsri əsasında)", dissertant - Təranə Məmmədova "Namiq Kamal yaradıcılığının Azərbaycan ədəbiyyatında təzahürü", magistr - İlahə Abbaslı "Xorxe Luis Borxesin Türk ədəbiyyatına təsiri: Hasan Ali Toptaş yaradıcılığı nümunəsində", bakalavr - Əmrah Sabirli "Türkiyə Azərbaycan münasibətlərinin Cənubi Qafqazda geosiyasi təsirləri", bakalavr - Pərvin Qafarzadə "Türkiyənin Suriya böhranı kontekstində Orta Şərqdəki rolu", bakalavr - Səidə Əhmədova "Türk və Azərbaycan dilindəki ictimai-siyasi abreviaturaların informasiyadakı rolu", bakalavr - İslam Məmmədov  "Türk ədəbiyatında ilk realist roman: Araba sevdası (R. M. Ekrem)" mövzularında məruzələrini təqdim ediblər.

Bundan sonra tədbir bədii hissə ilə davam etdirilib. BAAU-nun tələbələri Məleykə Tanrıverdiyeva  və Orxan Məmmədovun  ifalarında türk manhıları dinlənilib. Musiqili ifalardan sonra Bakı Yunus Əmrə İnstitunun təqdim etdiyi miniatür sərgiyə baxış keçirilib.

Simpozium bundan sonra öz işini bölümlər üzrə davam etdirib. Simpoziuma məqalə təqdim etmiş gənc tədqiqatçıların on bir bölümdə çıxış edəcəkləri planlaşdırılıb. Çıxışlar Türkiyənin tarixinin, mədəniyyətinin, incəsənətinin, siyasi əlaqələrinin, iqtisadiyyatının və s. ən müxtəlif sahələrinin araşdırılmasına həsr olunub.

Onu da qeyd edək ki, Simpoziuma ölkəmizdə fəaliyyət göstərən müxtəlif universitetlərdə təhsil alan gənc tədqiqatçılar tərəfindən 140-a qədər məqalə təqdim olunub.  Onların arasından 86 məqalə mütəxəssislər tərəfindən seçilərək Simpoziumun gündəliyinə daxil edilib.

 

 

 

 

 

 

 


30772058_998408207002136_1605537401_o.jpgAZ174
519Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçiriləcək

Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçiriləcək

“Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçiriləcək 08 may 2018-ci il tarixində Bakı Avrasiya Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Konfransın açılış mərasimində elm adamları ilə yanaşı millət vəkilləri,ictimai xadimlər və KİV nüayəndələri iştirak edəcək. Konfransda Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olduğunu, çətinliklə əldə edilən müstəqilliyin qorunub saxlanması yolunda apardığı siyasi irsi araşdırılacaq.

WhatsApp Image 2018-04-30 at 15.56.00.jpegAZ175
522“Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçirilib.

“Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans keçirilib.

Bu gün Bakı Avrasiya Universitetində “Heydər Əliyev irsi: multikulturalizm və müasir dövlət quruculuğu paradiqmaları” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdən öncə Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyan universitet rəhbərliyi və konfrans iştirakçıları, daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Konfransın açılış mərasimində elm adamları ilə,ictimai xadimlər,xarici qonaqlar  və KİV nüayəndələri iştirak etmişlər. Konfransda Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə sabitliyin bərqərar olunduğu, çətinliklə əldə edilən müstəqilliyin qorunub saxlanması yolunda Ulu Öndərin apardığı siyasi irs,eləcə müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə imzasını polad hərflərlə həkk etdirməsi ilə bağlı məruzələr dinlənilmişdir.

Türkiyə Respublikasının, Nigde Ömər Halis Demir Universitetindən Dr.Çidem Şahinin “Haydar Aliyev döneminde Azerbaycanın  dış politikası”,İtaliyanın Genuya Universitetindən Dr.prof.Alessandro Figusun “Azerbaijan İtaly relationnship end EU” ,eləcədə digər məruzələrdə  Dünya liderləri siyahısında ən mötəbər sırada yer alan şəxsiyyət, ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycanın dövləti quruluşu və ölkəmizin dünya məkanında öz layiqli yerini tutması bir daha vurğulanmış,Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanılması qeyd edilmişdir.

 

 

 

 

 

 

31947923_1008659255977031_959335719279525888_n.jpgAZ176
525Fransalı professor BAAU-da mühazirə oxudu

Fransalı professor BAAU-da mühazirə oxudu

Fransalı hüquq üzrə professor Me Sylvie Jasserand Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat  fakultəsinin tələbələrinə beynəlxalq əlaqələr və beynəlxaq təşkilatlar və onların fəaliyyət istiqamətləri barədə  geniş mühazirə oxumuşdur. Müasir dünyada beynəlxalq münasibətlərin qurulması, dövlətlərarası münasibətlərdə vacib olan işgüzar görüşlər barədə tələbələr bilgilər almışlar. Mühazirə zamanı  İtaliyan professor Alessandro Fiqus da öz fikilərini tələbələrlə bölüşmüş və müxtəlif səpkili sualları cavablandırmışlar.

 

frans20180507_123914.JPGAZ177
528“Türkcənin müasir vəziyyəti” adlı elmi seminar

“Türkcənin müasir vəziyyəti” adlı elmi seminar

Türkiyənin Hacəttəpə Universitetinin professoru Şükrü Haluk Akalın  Bakı Avrasiya Universitetində“Türkcənin müasir vəziyyəti” adlı elmi seminar keçirilmişdir. Seminarda  eyni zamanda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və universitetin Türk və xarici ölkə filologiyası kafedrasının professor müəllim heyəti də iştirak etmişdir.

Müasir dilçiliyin problemləri ilə bağlı geniş müzakirələrdən sonra, hər iki alim universitetin müəllim və tələbələrinin çoxsaylı sualları cavablandırmışlar.  Seminardan sonra qonaqlarla görüşən Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov, 2019-cu ildə  keçirilməsi nəzərdə tutulan türk dilinə həsr olunmuş beynəlxalq konfransın detalları  barədə   müzakirələr aparmışlar.  

 

 

 

 

 



esas 20180514_121546.jpgAZ178
531Universitetdə “Diaspor dərsi” keçirilib

Universitetində “Diaspor dərsi” keçirilib 

Diaspor Fəaliyyətinə Jurnalistləri Dəstəyi İctimai Birliyi tərəfindən könüllü olaraq növbəti “Diaspor dərsi” mayın 25-də Bakı Avrasiya Universitetində keçirilib. Bakı Avrasiya Universitetinin prorektoru Səyavuş Qasımov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, layihənin BAAU-da keçirilməsindən məmnunluğunu ifadə edib. S.Qasımov DFJD-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin tələbələrin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib. DFJD-nin sədri Fuad Hüseynzadə qeyd edib ki, bu “Diaspor dərsi” Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Fuad Hüseynzadə məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”ində Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı danışıb. Daha sonra Bakı Avrasiya Universitetinin məzunu, Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadə “Skype” vasitəsi ilə “Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb. Tədbirdə “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli xaricdə keçirdikləri tədbirlər, xüsusən ermənilərə qarşı mübarizədə gördükləri işlər haqqında məlumat verib. O, Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışaraq gəncləri informasiya müharibəsində aktiv olmağa səsləyib. Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, “Həmrəy” İctimai Birliyinin sədr müavini Elvin Babayev qeyd edib ki, müasir dövrdə hər bir gəncimiz istər ölkə daxilində, istərsə də xaricdə ictimai fəallıq göstərib özünü təsdiq edə bilər. Xatırladaq ki, Azərbaycanda ilk dəfə Diaspor Fəaliyyətinə Jurnalistləri Dəstəyi İctimai Birliyi tərəfindən könüllü şəkildə “Diaspor dərs”ləri layihəsi Təhsil Nazirliyinin müvafiq icazəsi ilə 2015-2016-cı dərs ilində orta məktəblərdə həyata keçirilib. Layihənin II və III mərhələlərinin davamı olaraq “Diaspor dərs”ləri kollec və universitetlərdə keçirilir.

 

 

 

 

 

 

 

 

 

20180525_121905 redakte.JPGAZ179
534“Bilik” Fondu Cümhuriyyətin 100 illiyi münasibətilə BAAU-da tədbir keçirib

“Bilik” Fondu Cümhuriyyətin 100 illiyi münasibətilə BAAU-da tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Bakı Avrasiya Universitetində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan “Regionşünaslıq və iqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov bildirdi ki, Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. “Ona görə də varislik prinsipinin qorunması məqsədilə bu şanlı tariximizi öyrənməliyik. Cümhuriyyət dövründə görülən işlər, həyata keçirilən islahatlar, dövlət xadimlərinin fəaliyyəti ilə bağlı geniş bilgilər cəmiyyətə çatdırılmalıdır” – M.Rəhimov çıxışında dedi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri hüquq elmləri doktoru, professor İsaxan Vəliyev çıxış etdi. O, dedi ki, “Bilik” Fondu Cümhuriyyətin 100 illiyinə həsr olunan yüz tədbir keçirməyi planlaşdırıb. İndiyədək 67 tədbir keçirildiyini deyən professor  İsaxan Vəliyev ilin sonunadək onların davam etdiriləcəyini bildirdi. O, həmçinin Azərbaycanda indi həyata keçirilən bir sıra işlərdən danışdı. “Multikulturalizm siyasətinin ölkəmizin dünya dövlətləri içərisində yüksək dəyərlərə sahib olduğunu və onu qoruduğunu göstərir” – deyən İ.Vəliyev Cümhuriyyət dövründə də bu aspektdə görülən işlər barədə müqayisəli şəkildə məlumat verdi.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsum Nağısoylunun “Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil siyasəti” mövzusunda çıxışı iştirakçılar tərəfindən maraqla qarşılandı. M.Nağısoylu Şərqdə ilk demokratik ölkə olan Cümhuriyyətin yaradılmasının Azərbaycan xalqının yüksək milli, mədəni keyfiyyətlərinin göstəricisi olduğunu bildirdi. O daha sonra Bakı Dövlət Universitetinin yaradılması və bununla bağlı qarşılaşılan çətinliklər, tələbələrin təhsil alması üçün xarici ölkələrə göndərilməsi, milli kadrların çatışmazlığı, elmi tədqiqatların aparılması ilə bağlı problemlər haqqında iştirakçılara ətraflı məlumat verdi.

 

 

 

 

 

 

 

 

 

bilikfon.JPGAZ180
537Bakı Avrasiya Universitetində möhtəşəm “Məzun törəni” qeyd edilib.

Bakı Avrasiya Universitetində möhtəşəm “Məzun törəni” qeyd edilib.

Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir, universitetin rektoru professor Nazim Hüseynlinin yeni həyata qədəm qoyan Azərbaycan gəncliyini,eyni zamanda universiteti müvəffəqiyyətlə bitirib məzun adına layiq görülən tələbələrə təbrik müraciəti ilə davam edib.

Tədbirə qatılan universitet rəhbərliyi ilə yanaşı ,icimaiyyət nümayəndələri,məzunların valideynləri  ən xoş arzularını bildiriblər,bundan sonrakı həyatlarında adlarının həmişə yüksəkdən gəlməsini arzu ediblər.

Universitetin hər iki fakültəsinin tələbələrinə ictmai fəallıqlarına,eyni zamanda təhsildə yüksək nəticələrinə görə fəxri-fərmanlar və diplomlar təqdim edilib.Daha sonra universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova  çıxış edərək valideynlərə “məzun törəni”ndə fəal iştiraklarına görə  təşəkkürünü bildirib və məzun adına layiq görülən bütün tələbələrə “Tələbə andı” na sadiq olmağı tövsiyyə edib.

Tədbir tələbələrin çıxışları, Azərbaycanın milli rəqsləri, dəvət olunmuş müğənnilərin ifaları ilə davam etdirilib.


IMG_6497.JPGAZ181
540Seyfullah Türksoya fəxri doktor adı verildi

Seyfullah Türksoya fəxri doktor adı verildi

Türk dünyasının tanınmış isimlərdən olan Seyfullah Türksoya Bakı Avrasiya Universitetinin fəxri doktoru adı verilib. Bu münasibətlə təşkil edilən, tədbirdə üniversitet rəhbərliyi ilə yanaşı,Qafqaz Universitetlər Birliyinin rəhbəri prof.dr.Ramazan Korkmaz, millət vəkili Hikmət Babayev,TUİB-in rəhbəri Hüseyn Böyükfırat, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, eyni zamanda Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ,QHT rəhbərləri və media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin xarici əlaqələr üzrə prorektoru Səyavuş Qasımov – Türk Dünyası ilə ürək körpüləri yaradan, Kanal 7, Ülker TV, Bengüturk TV, Kanal24 kanallarında “Türksoyun İpək Yolu” filminin istehsalçısı, xüsusilə də Türk Dünyası haqqında ən önəmli projelərə imza atmış Seyfullah Türksoyun Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi üçün gördüyü işlər və ümumiyyətlə, fəaliyyəti barədə geniş məlumat verdi.

Daha sonra Qafqaz Universitetlər Birliyinin rəhbəri prof.drRamazan Korkmaz Seyfullah Türksoyun fəaliyyətinə böyük dəyər verən Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi. Professor qeyd etdi ki, sovetlər birliyi dönəmində türk sözünü dilə gətirməyin suç olduğu bir zamanda Seyfullah Türksoyun Azərbaycan və Türkiyə üçün gördüyü işlərin qiyməti ölçüyəgəlməzdir.

Tədbirin ikinci hissəsində Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli Seyfullah Türksoya fəxri doktor diplomunu və medalını təqdim edib.

Görüşdə xatirə şəkilləri çəkilib.

35026588_1903432263012414_1111298937886605312_n.jpgAZ182
543Bakı Avrasiya Universitetində Cumhuriyyətin 100 illiyinə həsr olunmuş Sempozium keçiriləcək.

Bakı Avrasiya Universitetində Cumhuriyyətin 100 illiyinə həsr olunmuş Sempozium keçiriləcək.

 22-24 noyabr 2018-ci il tarixdə Bakı Avrasiya Universiteti,Hacettepe Universiteti və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə Dil və Mədəniyyət Əlaqələri” adlı Simpozium keçiriləcək. Bakı Avrasiya Universitetində reallaşdırılacaq sempoziumda Azərbaycan-Türkiyə əlaqələrinin dil, mədəniyyət məsələlərinə dair mövcud vəziyyət,eləcə də gələcək perespektivlərin qiymətləndirilməsi ilə bağlı, elmi məruzələrin təqdim edilməsi hədəflənmişdir. Təqdim ediləcək məqalələrdə dil, mədəniyyət, ədəbiyyat, tarix, incəsənət, musiqi, folklor, siyasət və s. sahələrdə əlaqələrin hansı istiqamətdə inkişaf etdirilməsində yeni və orijinal baxışların ortaya qoyulması nəzərdə tutulur. Sempoziumun elmi sessiyaları 22-23 noyabr tarixlərində Bakı Avrasiya Universitetinin əsas korpusunda keçiriləcək . Sempoziumda iştirak edəcək akademik heyət 28 Sentyabr 2018-ci ilə qədər 250 sözdən ibarət Türk və İngilis dillərində azturks2018@gmail.com ünvanına xülasə təqdim etməlidirlər.

 


Ətraflı

yt.jpgAZ183
546Bakı Avrasiya Universiteti yeni tədris ilinə başlayıb.

Bakı Avrasiya Universiteti yeni tədris ilinə başlayıb.

Bakı Avrasiya Universitetinin  ilk dərs günündə, tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynli tələbələr qarşısında çıxış edərək bu il tələbə adını qazanan tələbələrə uğurlar arzulayıb.. Daha sonra universitetin tədris departamentinin rəhbəri, fizika-riyzaiyyat elmləri namizədi, professor Mənsim Məmmədov çıxış edərək universitetin professor-müəllim heyətini təbrik edib. Mənsim Məmmədov  qeyd edib ki, Bakı Avrasiya Universitetində yetərincə maddi-texniki baza mövcuddur. Tələbələrin dərsdən sonrakı vaxtlarda kitabxanadan istifadə,  kompüter və digər biliklərini artırmaları üçün universitetdə hər cür şərait yaradılıb. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimli isə öz çıxışında “Tələbə müəllimin ən yaxın dostu olmalıdır” fikrini qeyd edib.  Hər hansı bir çətinliyi olduğu təqdirdə tələbə öz müəlliminə yaxınlaşmalı və ondan lazımi məsləhətlər almalıdır. 
Daha sonra çıxış nitqi ilə universitetin professor-müəllim heyəti tələbələrə yeni tədris ilində uğurlar arzu ediblər.

tedris.jpgAZ184
549BAAU-da yeni dərslik dərc edildi

BAAU-da yeni dərslik dərc edildi 

Hazırda ali məktəblərdə mükəmməl təhsillə yanaşı güclü elmi mühitin yaradılması, elmi tədqiqatlara daha geniş yer verilməsi aktual məsələyə çevrilmişdir. İnkişaf etmiş ölkələr elmlə təhsilin vəhdətini çoxdan gerçəkləşdirmiş, ali məktəblərdə güclü beyin mərkəzləri və intellekt mühit yarada bilmişlər.

Bakı Avrasiya Universitetində də bu istiqamətdə çoxsaylı işlər həyata keçirilməkdədir. Belə ki, Universitetin tərkibində tədqiqat və araşdırmalar mərkəzləri fəaliyyət göstərir, ortaya konkret nəticələr qoyulur. Bu günlərdə bu sahədə yeni bir uğura imza atılıb. Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli və Universitetin “Regionşünaslıq və iqtisadiyyat” fakultəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimovun müəllifliyi ilə “Fəlsəfə” kitabı çapdan çıxmışdır. Kitabda fəlsəfənin predmeti, elmlər sistemində yeri, inkişaf tarixi, müxtəlif fəlsəfi məktəblər, Şərq və Qərb fəlsəfəsi, sosial fəlsəfə və s. mövzulara geniş şəkildə yer verilib və şərh olunub. Kitab ali məktəb tələbələri, müəllimlər və fəlsəfəni müstəqil öyrənənlər üçün yaxşı dərs vəsaitidir.

 

4d196f48-b655-4146-a845-bf16f34b6d0c.JPGAZ185
552Bakı Avrasiya Universitetində müəllimlər günü ilə bağlı tədbir keçirildi

Bakı Avrasiya Universitetində müəllimlər günü ilə bağlı tədbir keçirildi

05 oktyabr Müəllimlər günü Bakı Avrasiya Universitetində təntənəli şəkildə qeyd olunub. Tədbirə giriş sözü ilə başlayan  universitetin Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova, professor və müəllim heyətini təbrik edərək, Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə üzrə elmlər doktoru Nazim Hüseynlinin təbrikini müəllimlərə çatdırdı. Tədbirdə çıxış edən professor və müəllim heyəti bu günün vacibliyindən danışdılar.

Daha sonra tədbir universitetin özfəaliyyət dərnəyinin çıxışı və tanınmış müğənnilərin ifası ilə davam etdirildi.

 


 

 

 


12.JPGAZ186
567

Bakı Avrasiya Universiteti Gürcüstanda keçirilən təhsil sərgisində təmsil olunub

Oktyabr ayının 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Təhsil sərgisi keçirilib. Tədbirdə Bakı Avrasiya Universitetinin nümayəndə heyəti də  yüksək səviyyədə iştirak edib. Universitetin Elm və Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımov və Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi İranə Məmmədovanın da iştirak etdiyi tədbirin əsas məqsədi Universiteti beynəlxalq səviyyədə təmsil etmək, fakültələr, ixtisaslar, təqaüd proqramları, həmçinin mübadilə proqramları barədə məlumatları iştirakçılara çatdırmaq olub.

Tədbirdə Amerikanın Miçiqan Universitetinin, Britaniyanın Sheffield Universitetinin, Avropada çox tanınmış Barselona Universitetinin, həmçinin müxtəlif səfirliklərin və digər təşkilatların nümayəndələri də iştirak ediblər.

Bakı Avrasiya Universitetinin nümayəndə tədbirdən gözəl təəssüratlarla qayıdıblar.

Tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirən Səyavuş Qasımov bu tədbirin əlaqələrin inkişafına yüksək töhfə verəcəyini xüsusi qeyd edib. Tədbirə eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlı tələbələr də qatılıblar.

 

 

 

 

 

3g.jpgAZ191
555Əcnəbi tələbələrimiz

Əcnəbi tələbələrimiz

 

 

 

 

 

 

 

 

Əcnəbi tələbələrimiz

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

Video

 

General
Complete name                  : C:UsersAdminDesktopaaufotoetAVRASIYA UNIVER insta.mp4
Format                         : MPEG-4
Codec ID                       : M4V  (M4V /mp42/isom)
File size                      : 81.3 MiB
Duration                       : 59 s 626 ms
Overall bit rate mode          : Variable
Overall bit rate               : 11.4 Mb/s
Encoded date                   : UTC 2018-10-03 10:00:23
Tagged date                    : UTC 2018-10-03 10:00:25
©TIM                           : 00;00;00;00
©TSC                           : 30000
©TSZ                           : 1001
Video
ID                             : 1
Format                         : AVC
Format/Info                    : Advanced Video Codec
Format profile                 : Baseline@L3.1
Format settings, CABAC         : No
Format settings, ReFrames      : 2 frames
Codec ID                       : avc1
Codec ID/Info                  : Advanced Video Coding
Duration                       : 59 s 626 ms
Bit rate mode                  : Constant
Bit rate                       : 11.6 Mb/s
Width                          : 1 280 pixels
Height                         : 720 pixels
Display aspect ratio           : 16:9
Frame rate mode                : Constant
Frame rate                     : 29.970 (30000/1001) FPS
Standard                       : NTSC
Color space                    : YUV
Chroma subsampling             : 4:2:0
Bit depth                      : 8 bits
Scan type                      : Progressive
Bits/(Pixel*Frame)             : 0.419
Stream size                    : 80.0 MiB (99%)
Language                       : English
Encoded date                   : UTC 2018-10-03 10:00:23
Tagged date                    : UTC 2018-10-03 10:00:23
Color range                    : Limited
Audio
ID                             : 2
Format                         : AAC
Format/Info                    : Advanced Audio Codec
Format profile                 : LC
Codec ID                       : 40
Duration                       : 59 s 626 ms
Source duration                : 59 s 691 ms
Bit rate mode                  : Variable
Bit rate                       : 157 kb/s
Maximum bit rate               : 241 kb/s
Channel(s)                     : 2 channels
Channel positions              : Front: L R
Sampling rate                  : 48.0 kHz
Frame rate                     : 46.875 FPS (1024 spf)
Compression mode               : Lossy
Stream size                    : 1.12 MiB (1%)
Source stream size             : 1.12 MiB (1%)
Language                       : English
Encoded date                   : UTC 2018-10-03 10:00:23
Tagged date                    : UTC 2018-10-03 10:00:23
Vi
5et.JPGAZ187
558V Türk Dünyası Araşdırmaları Simpoziumu keçirildi

V Türk Dünyası Araşdırmaları Simpoziumu keçirildi

 

Dünən Qazaxıstanın Almatı şəhərində V Türk Dünyası Araşdırmaları Simpoziumu işə başlayıb. Tədbirdə Azərbaycan, Türkiyə və Qazaxıstan nümayəndə heyətləri iştirak ediblər. Bakı Avrasiya Universitetinin rektoru,  fəlsəfə üzrə elmlər doktoru, prof. Nazim Ziyad oğlu Hüseynlinin başçılığı ilə universitetin professor-müəllim heyəti də tədbirdə iştirak edib.

Dövlət himnləri səsləndirildikdən sonra proqram Qazaxıstan Dövlət Qızlar Universitetində tanışlıqla başlayıb. Daha sonra Qazaxıstan Prezidentinin və Təhsil nazirinin təbrik məktubu oxunub.

Simpoziumda çıxış edən Bakı Avrasiya Universitetinin rektoru, prof. Nazim Hüseynli ortaq mədəniyyət və ortaq dil məsələlərinə də toxunub.

Tədbir iki gün davam edəcək.

 

 

 

 

3qazax.jpgAZ188
561Türk Dil Qurumunun sədri Prof. Dr. Gürər Gülsevin Bakı Avrasiya Universitetində olub

Türk Dil Qurumunun sədri Prof. Dr. Gürər Gülsevin Bakı Avrasiya Universitetində olub

Türk Dil Qurumunun sədri Prof. Dr. Gürər Gülsevin Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin dəvəti ilə Bakı Avrasiya Universitetində olub. Türk Dil Qurumunun fəaliyyəti haqqında qısa söhbətdən sonra Prof. Dr. Gürər Gülsevin öz hədiyyəsini Nazim Hüseynliyə təqdim etdi. Nazim Hüseynli də öz növbəsində müəllifi olduğu kitabı və təşəkkürnamə plaketini Prof. Dr. Gürər Gülsevinə təqdim etdi.

Daha sonra tədbir universitetin akt zalında professor-müəllim və tələbə heyəti qarşısında çıxışla davam etdi. Prof. Dr. Gürər Gülsevin Türk Dil Qurumunun təsis edilməsinin əsas məqsədlərindən, bu Qurumun fəaliyyətindən, görülən işlərdən danışdı. Prof. Dr. Gürər Gülsevin Qurumun 1932-ci ildə Mustafa Kamal Atatürk tərəfindən qurulduğunu və ilk toplantısının keçirildiyi tarixin - Dolmabağça Sarayındakı açılışın hər il 26 sentyabr tarixində ölkələrində “Dil bayramı” kimi qeyd edildiyini vurğuladı. Ortaq dil və ortaq mədəniyyət məsələsini önə çəkən Gürər Gülsevin onu da qeyd etdi ki, Türk Dil Qurumu bu məsələlərə çox həssaslıqla yanaşır.

Sonda Bakı Avrasiya Universiteti tələbələrinin suallarını cavablandıran Türk Dil Qurumunun sədri Prof. Dr. Gürər Gülsevin türk dilinin zənginliyindən və hər dilin mötəbər olduğundan bəhs etdi. Tədbirin sonunda professor-müəllim və tələbələrlə xatirə şəkli çəkdirildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


6g.JPGAZ189
564İtaliyanın nüfuzlu Genua Universitetinin professoru Bakı Avrasiya Universitetində

İtaliyanın nüfuzlu Genua Universitetinin professoru Bakı Avrasiya Universitetində

Bakı Avrasiya Universiteti və İtaliyanın Genua Universiteti arasında bağlanmış KA107 saylı Beynəlxalq Kredit Mobilliyi üzrə müqavilə çərçivəsində həmin Universitetin professoru Guido Amarotti,  Bakı Avrasiya Universitetinin  “Regionşünaslıq və İqtisadiyyat” fakültəsinin Beynəlxalq əlaqələr ixtisasında təhsil alan tələbələrə mühazirələr demişdir. “Ümumi psixologiya” istiqaməti üzrə keçirilmiş mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır. Ümumilikdə 8 saat keçən mühazirələrdə professor yalnız elmi məlumatla kifayətlənməmiş, eyni zamanda beynəlxalq təcrübəsini də dinləyicilərlə bölüşmüşdür.

Professor Guido Amarotti bu müddət ərzində Bakı Avrasiya Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirib, həmçinin, təkcə bu il deyil, növbəti tədris illərində də Bakı Avrasiya Universitetinin tələbələri ilə təcrübələrini bölüşmək istəyini dilə gətirib. Təhsil sahəsində İtaliya təcrübəsindən yararlanan tələbələr də öz növbəsində professor Guido Amarottinin tədris metodikasını çox bəyəndiklərini bildiriblər. İki günlük mühazirənin qarşılıqlı sual-cavab əsasında çox maraqlı keçdiyini bildirən professor, Bakı Avrasiya Universiteti tələbələrinin bu mövzuda çox aktiv olduqlarını xüsusi vurğulayıb.

Daha sonra  professor Guido Amarotti, Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli ilə görüşüb. Səmimi keçən söhbət əsnasında qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə olunub. Müzakirə olunan mövzulardan biri də tələbə mübadiləsi olub. Professor Guido Amarotti gələcəkdə Bakı Avrasiya Universitetində Turizm ixtisasının olmasına dair istəyini bildirib. Belə olan təqdirdə, İtaliyanın bir çox nüfuzlu Universitetlərindən Bakı Avrasiya Universitetinə, həmçinin  Bakı Avrasiya Universitetindən İtaliya Universitetlərinə tələbə göndərilməsinin mümkünlüyündən danışaraq, 2019-2020-ci illər ərəfəsində bu təklifin reallaşa biləcəyini bildirib. “Bu, eləcə də əlaqələrin inkişafına böyük töhfələr verəcək” deyə professor Guido Amarotti bildirib.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

5i.jpgAZ190
570Tələbələr arasında mini-futbol turniri keçirilib

Tələbələr arasında mini-futbol turniri keçirilib

23-30 oktyabr 2018-ci il tarixində Nərimanov rayonu, Q.Rəşid küçəsində yeni salınmış stadionda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə bu ali təhsil ocağının tələbələri arasında 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə mini-futbol üzrə rayon turniri keçirilib.

Turnirin əsas məqsədi 18 oktyabr – Dövlət Müstəqilliyi Gününün geniş şəkildə qeyd edilməsi, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmini, futbol idman növünün təbliği, gənclərimizin yüksək amallar uğrunda mübarizə əzminin artırılması olub. Turnirin mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Avrasiya Universitetinin rektorluğun mütəxəssisi Kamil Məhəmmədli, Azərbaycan Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov və 40 fəal tələbə iştirak edib.

Mərasimdə qalib komandaları təbrik edən Nəcəf Novruzov, Kamil Məhəmmədli və Tamerlan Əkbərov dövlətimizin başçısı İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışıblar. Turnirin nəticələrinə görə I yerə Bakı Avrasiya Universitetinin “Avrasiya” komandası, II yerə “Old Team” komandası, III yerə isə “Thor” komandası layiq görülüb.

Sonda qaliblər təşkilatçılar tərəfindən diplom, medal və kubok ilə təltif olunublar.

 

 

 

 

 

 

 

1f.jpgAZ192
573Bakı Avrasiya Universitetində bədii qiraət və şeir müsabiqəsi keçirilib

Bakı Avrasiya Universitetində bədii qiraət və şeir müsabiqəsi keçirilib

Noyabrın 6-da Bakı Avrasiya Universitetinin Tələbə-elmi Cəmiyyətinin təşkilatçılığı ilə bədii qiraət və şeir müsabiqəsi keçirilib. “Bayraq günü”nə həsr olunmuş tədbir, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru, dosent, tədris işləri üzrə prorektor Nigar Hüseynova tələbələrə uğurlar arzulayıb, tədbirin məqsədi haqqında qısa məlumat verib.

Münsiflər heyətinin təqdimatından sonra tələbələr ardıcıllıqla öz çıxışlarına başladılar. Bir çox tanınmış şairlərin şeirlərini səsləndirən tələbələr arasında öz şeirləri ilə də çıxış edənlər oldu. İyirmiyə yaxın tələbə vətənpərvərlik, bayraq və sevgi mövzusunda şeirlərini xüsusi məharətlə təqdim etdilər.

Sonda münsiflər heyətinin yekun qərarına əsasən birinci, ikinci və üçüncü yerə layiq görülən tələbələrin adları açıqlandı. Filologiya elmlər doktoru, dosent İslam Sadıqov çıxış edən tələbələrin səhnə danışığında, mövzu seçimində xırda nöqsanların olduğunu da qeyd edərək, gələcəkdə belə mövzularda diqqətli olmalarını xahiş etdi.

Nəhayət, münsiflər masasında əyləşən filologiya elmləri doktoru, dosent İslam Sadıqov, baş müəllimələr Zəminə Rüstəmbəyli və Çiçək Hüseynova, müəllimələrdən Natella Quliyeva və Sevinc Talıbovanın yekun rəylərinə əsasən, birinci yerə Filologiya fakültəsi, İngilis dili və ədəbiyyatı bölümündən Xudadanova Leyla, ikinci yerə Filologiya fakültəsi, Türk dili və ədəbiyyatı bölümündən Məhərrəmli Türkanə, üçüncü yerə isə Regionşünaslıq və İqtisadiyyat fakültəsi, Regionşünaslıq-Yaxın Orta Şərq bölümündən Xəlilli Mehriban layiq görüldü.

Qaliblərə sertifikat və hədiyyələri universitetin Tədris işləri üzrə prorektoru Nigar Hüseynova təqdim etdi.

 

 

 

 

 

 

 

 

 

1sh.jpgAZ193
576Avrasiya Liderlik Akademiyası II

Avrasiya Liderlik Akademiyası II

Bakı Avrasiya Universitetində “Avrasiya Liderlik Akademiyası II” adı ilə təşkil olunan tədbirin əsas məqsədi tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və yeni biliklərin əldə edilməsi olub. Qeyd edək ki, ənənə halını almış Akademiyanın ilk tədbiri, 2014-cü ilin noyabr ayında keçirilmişdir.

Akademiya iki mərhələdən - rəsmi açılış və təlimlər hissəsindən ibarət olub. Təlimlər peşəkar təlimçilər tərəfindən və aşağıdakı mövzular üzrə keçirilib:

-         İdarəetmə və təşkilatlanma;

-         Nitq və natiqlik;

-         Biznesin idarə edilməsi;

-         Kütlə psixologiyası;

-         Gənc diplomatlar.

Rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. İlk söz universitetin Elm və beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Səyavuş Qasımova verilib. Tədbiri giriş sözü ilə açan prorektor, universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin salamlarını tədbir iştirakçılarına çatdırıb və onlara uğurlar arzulayıb. Səyavuş Qasımov tədbirin mahiyyətindən və önəmli olmasından danışıb. Qeyd edib ki, tələbələr təkcə dərs saatlarında deyil, asudə vaxtlarında da bu cür tədbirlərdə fəal iştirak etməlidirlər.

Növbəti çıxış üçün söz Tədrisin təşkili Departamentinin rəhbəri, fizika-riyaziyyat elmlər namizədi, professor Mənsim Məmmədova verilib. O, tələbələri bu cür tədbirlərdə daha aktiv olmağa səsləyib. Mənsim müəllim qeyd edib ki, dərsdən sonrakı vaxtlarda tələbələrin bu cür akademiyalarda fəal iştirakı onların zehni inkişafına da müsbət təsir göstərir.

Daha sonra universitetin professor və müəllim heyəti çıxış edərək ayrı-ayrılıqda hər bir tələbəyə uğurlar arzulayıblar.

Noyabrın 17-si Milli Dirçəliş günü və  Beynəlxalq tələbələr gününə təsadüf edən tədbirin ikinci hissəsinə Filologiya fakültəsinin dekanı, filologiya elmlər namizədi, dosent Salman Süleymanov giriş sözü ilə başlayıb. Salman müəllim də öz çıxışında tədbirin mahiyyətindən, vacibliyindən danışaraq, iştirakçılara uğurlar arzulayıb. Tədbirin sonunda çıxış üçün söz, Akademiyanın təşkilatçısı, rektorluğun mütəxəssisi Kamil Məhəmmədliyə verilib.

Tədbiri yüksək səviyyədə başa çatdıran təlimçilər təşəkkürnamələr, iştirakçı tələbələr isə sertifikatlarla təltif olunub. Sonda xatirə şəkli çəkilib.

 

 

 

 

 

 

 

 

 

 

 

lid8.JPGAZ194
579“Azərbaycan-Türkiyə Dil və Mədəni Əlaqələri” Beynəlxalq Simpoziumu işə başlayıb

“Azərbaycan-Türkiyə Dil və Mədəni Əlaqələri” Beynəlxalq Simpoziumu işə başlayıb

Bakı Avrasiya Universiteti, Hacettepe Universiteti və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə müstəqilliyin 100-cü il dönümündə “Azərbaycan-Türkiyə” Dil və Mədəni Əlaqələri Beynəlxalq Simpoziumu işə başlayıb.

22-24 noyabr tarixləri arasında keçiriləcək tədbirin rəsmi açılışı Bakı Biznes Mərkəzində baş tutdu. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı.

Simpoziumda bir sıra dövlət və hökumət nümayəndələri, millət vəkilləri, elm adamları, o cümlədən, Hacettepe Universitetinin professor-müəllim heyəti, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri də iştirak edirdilər. İlk söz Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynliyə verildi. Professor qonaqları salamlayaraq Simpoziumun əsas məqsədini açıqladı və əməyi keçən hər kəsə təşəkkür edərək tədbiri açıq elan etdi.

Daha sonra çıxış edən millət vəkili Musa Qasımlı dəvət üçün Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynliyə təşəkkür edərək, belə bir Simpoziumun gözlənilən olduğunu vurğuladı və iştirakçılara uğurlar arzuladı.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva da öz növbəsində iştirakçıları salamlayaraq ortaq dil və ortaq mədəniyyət mövzusunda fikirlərini bölüşdü. Millət vəkili qeyd etdi ki, biz bir millət iki dövlətiksə, eyni ortaq dilimiz və mədəniyyətimiz olmalıdır. O, bu istiqamətdə bir çox məqamlara diqqət çəkərək gələcəkdə türk dilinin dünya dili olacağına əminliyini vurğuladı.

Sonra çıxış üçün söz Simpoziumun həmsədri və koordinatoru, Hacettepe Universitetinin professor-doktoru Gülay Mirzaoğluna verildi. Gülay xanım da öz növbəsində, tədbir iştirakçılarına öz ürək sözlərini çatdırıb, xoş və səmimi qonaqpərvərliyə görə  şəxsən Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynliyə təşəkkür etdi və çalışdığı Hacettepe Universitetinin rektorunun salamlarını da Simpozium iştirakçılarına çatdırdı.

Növbəti çıxış üçün söz AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, dəyərli alim, akademik Möhsün Nağısoyluya verildi. Akademik qeyd etdi ki, bu cür simpoziumlar daha çox zalda əyləşən tələbələr üçün vacibdir. Məhz tələbələr gələcək fəaliyyətlərində burda səsləndirilən fikirlərə əsaslanaraq uğur əldə edə bilərlər. Akademik onu da əlavə etdi ki, uzun müddət ölkə hüdudlarından kənarda, xarici ölkələrdə, o cümlədən, bir müddət Əfqanıstanda fəaliyyət göstərib. Bu müddət ərzində fars dili ilə yanaşı, Azərbaycan dilini də mükəmməl təbliğ edib. “Türk dili dünya dilləri arasında ən üstün dildir və bu dilin üstünlüyü onun ən qədim dillər sırasına daxil olmasındadır” deyən akademik türk dilinə yüksək dəyər verib.

Sonra söz Türkiyə Cümhuriyyətinin Azərbaycanda büyük elçiliyinin Bakü Kültür və Turizm müşaviri, doktor İrfan Çiftçiyə verildi. Qonaq çıxışında Simpoziumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, dəyərli elm adamlarının iştirakını yüksək qiymətləndirdi.

Tədbirin sonuna yaxın iştirakçılara və fəxri qonaqlara təşəkkürnamə və plaketlər təqdim olundu. Təşəkkür plaketlərini alanlar arasında millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı simpoziumun həmsədri və koordinatoru, professor doktor Gülay Mirzaoğlu, akademik Möhsün Nağısoylu, professor  doktor Şükrü Akalın, dosent doktor Seyfəddin Altaylı və bir çox elm adamları da var idi.

Sonda qonaqlar bir daha təşkilatçılığa görə Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynliyə, Ümumi işlər üzrə prorektor Günhan Hüseynliyə, Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru Nigar Hüseynovaya, Elm və Xarici Əlaqələr üzrə Prorektor, siyasi elmlər doktoru Səyavuş Qasımlıya təşəkkür etdilər. Tədbirin sonunda isə Simpoziumun həmsədri və koordinatoru, professor-doktor Gülay Mirzaoğlu, tədbirin təşkilində müstəsna xidməti olan siyasi elmlər doktoru, Səyavuş Qasımlıya  təşəkkür plaketi təqdim etdi. Bununla da, Bakı Biznes Mərkəzində təşkil olunan Azərbaycan-Türkiyə Dil və Mədəmi Əlaqələr Beynəlxalq Simpoziumunun rəsmi hissəsi başa çatdı.

Qısa fasilədən sonra isə simpoziumun bədii hissəsində tar və kamanın müşayiəti ilə Azərbaycan muğamı səsləndi. Qonaqların xüsusi zövqlə dinlədikləri muğam ifası alqışla qarşılandı.

Nahar fasiləsindən sonra simpoziumun ikinci hissəsi Bakı Avrasiya Universitetinin akt zalında davam etdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

sim18.JPGAZ195
582Səudiyyəli diplomat BAAU-da olub

Səudiyyəli diplomat BAAU-da olub

Bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı Müvəqqəti işlər vəkili cənab Mamduh Moafak Aljarboo Bakı Avrasiya Universitetində olub. Qonaq ilkin olaraq universitetin rektoru professor Nazim Hüseynli ilə görüşüb. Xoş qarşılanma və isti münasibət üçün təşəkkür edən cənab Mamduh Moafak Aljarboo universitetlərlə əlaqələrə hər zaman diqqət ayırdığını bildirib. O, ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyərək, ölkələrimiz arasındakı əlaqələrin sonradan ikitərəfli və çoxtərəfli müqavilələrlə daha da möhkəmləndirildiyini bildirib. Diplomat həmçinin Azərbaycanda ərəb dilinin öyrədilməsi istiqamətində də təhsil ocaqları ilə  əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib.

BAAU-nun rektoru diplomata universitetin fəaliyyəti, bakalavr, magistratura və doktorantura səviyyəsində kadr hazırlığı barədə məlumat verib. Eyni zamanda bildirib ki, universitetdə bəzi ixtisaslarda ərəb dili əhatəli şəkildə tədris olunur. N.Hüseynli ərəb dilinin tədrisinə rəhbərlik etdiyi təhsil ocağında 1994-cü ildən başlanıldığını və bu sahədə universitetin böyük təcrübəsi və kifayət qədər bacarıqlı kadrları olduğunu vurğulayıb və artıq bununla bağlı BAAU-nun özünəməxsus bir ənənə formalaşdırdığını bildirib. Rektor ərəb dilinin tədrisinə və səfirliklə BAAU arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə  Müvəqqəti işlər vəkili cənab Mamduh Moafak Aljarboonun təşəkkürnamə ilə təltif olunması barədə qərar qəbul olunduğunu deyib. O, sonra təşəkkürnaməni Müvəqqəti işlər vəkilinə təqdim edib.

Daha sonra tərəflər BAAU-nun tərkibində “Ərəb dili” mərkəzinin açılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Müvəqqəti işlər vəkili cənab Mamduh Moafak Aljarboo rektorla görüşdən sonra universitetlə yaxından tanış olub. Ərəb dilinin tədris olunduğu fənn kabinetinə baxıb, tələbələrin çıxışlarını dinləyib.

 

 

 

 

 

sau3.jpgAZ196
585BAAU-nun müəllimi İranda keçirilən Harakat festivalında iştirak edib

BAAU-nun müəllimi İranda keçirilən Harakat festivalında iştirak edib

25-28 noyabr 2018-ci il tarixlərində, İran İslam Respublikasının Elm, Tədqiqatlar və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə İsfahan Universitetində tədqiqatçıların beynəlxalq Harakat (hərəkət) festivalı baş tutub.

54 ölkədən 85 nümayəndənin təqdim etdiyi layihələr arasında Azərbaycanı təmsil edən nümayəndə heyətində Bakı Avrasiya Universitetinin ərəb dili müəllimi, sosial iş istiqamətində gənclər və uşaqlar üzrə çalışan Aynur Məmmədova da olub. Festival zamanı həm İranın yerli universitetləri, həm də xarici ölkələrin universitet nümayəndələri və tədqiqatçıları öz işlərini festivala gələnlərə təqdim ediblər.

 

 

 

 

 

 

 



fes2.jpgAZ197
588Bakı Avrasiya Universitetində Ulu Öndərin xatirəsi anılıb

Bakı Avrasiya Universitetində Ulu Öndərin xatirəsi anılıb

Bakı Avrasiya Universitetində görkəmli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib.

Əvvəlcə Universitetin professor və müəllim heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzərək onun xatirəsini yad ediblər. Universitetin Ümumi İşlər üzrə prorektoru Günhan Hüseynlinin rəhbərliyi ilə Fəxri Xiyabandakı ziyarətdən sonra tədbir universitetin akt zalında davam etdirilib. Bir dəqiqəlik sükutla başlayan tədbiri açıq elan edən universitetin Elm və Xarici Əlaqələr üzrə Prorektoru, siyasi elmlər doktoru Səyavuş Qasımlı ilk öncə universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin salamlarını qonaqlara çatdırdı və Ulu Öndər Heydər Əliyev haqqında xatirlələrini bölüşdü. Xatırladaq ki, tədbirdə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev də iştirak ediblər.

Prorektor Səyavuş Qasımlı Ulu Öndər haqqında çıxışını yekunlaşdırdıqdan sonra sözü Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini  İradə Mahmudovaya verdi. İradə xanım bildirdi ki, bugün xalqımız öz Liderini unutmayıb, onu yad edir və ürəklərdə yaşadır. Hələ 1994-cü ilin 20 sentyabrında Azərbaycan iqtisadiyyatına böyük tövhələr verən “Əsrin müqaviləsi”nin imzalanmasının səbəbkarı kimi Ümummilli Lider Heydər Əliyev hər zaman yaddaşlarda qalacaq.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri, Təmraz Tağıyev, Ulu Öndər haqqında fikirlərini səsləndirərək bildirdi ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü vətənimizin hər bir guşəsində, soydaşlarımızın yaşadıqları bütün ölkələrdə yad edilir. Azərbaycan tarixinin tale yüklü hadisələrlə zəngin 30 ildən artıq bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə də, Ulu Öndər Heydər Əliyev daim doğma vətəninə, xalqına, sonsuz məhəbbət hissi, qurub yaratmaq amalı ilə yaşadı və həmişə milli maraqların müdafiəçisi və təminatçısı oldu. Onun hər bir addımı vətənə, xalqa fədakar xidmətinin bariz nümunəsi idi. Hələ sərt sovet rejimi dövründə o, heç bir çətinliyə və maneəyə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərdi və fəaliyyəti sayəsində, müasir, müstəqil, çiçəklənən dövlətimizin təməlini qoydu. Xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqının tarixində və tale yüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanan, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi, bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu Öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz lider kimi təsdiq etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Milli Lider və xalq məhəbbətini qazanan Öndər kimi qaldı. Bu mənada o, xalqımızın milli iftixarı, güvənc yerimiz, qürur duyduğumuz böyük Azərbaycanlı idi.

Daha sonra söz Tədrisin Təşkili Departamentinin direktoru Mənsim Məmmədova verildi. Mənsim müəllim də öz növbəsində Ümummilli Lider Heydər Əliyev haqqında öz gözəl xatirələrini bölüşərək, hələ tələbə olduğu illərdə Ulu Öndərlə şəxsən görüşdüyünü dilə gətirərək böyük siyasi xadimin sadə və səmimi bir insan olduğunu vurğuladı.

 

 

 

 

 

 

 

 

 

 

 

ha5.JPGAZ198
591BAAU Media və təhsil dialoqu mövzusunda təlim-konfransda təmsil olunub

BAAU Media və təhsil dialoqu mövzusunda təlim-konfransda təmsil olunub

Bakı Avrasiya Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilmiş “Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfransında təmsil olunub.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev, tədris işləri üzrə prorektoru Eldar Aslanov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsil ekspertləri iştirak ediblər. BAAU-nu tədbirdə mətbuat xidmətinin rəhbəri İqrar Eyvazov təmsil edib.

Təlim-konfransdan əvvəl akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olmuş tələbələrlə görüş keçirilib və dərs prosesi izlənilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev konfransı açaraq belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov ADPU-da həyata keçirilən yeniliklər barədə məlumat verərək qeyd edib ki, son illər yüksək bal toplayan tələbələrin müəllimlik ixtisasına marağı da artıb.

Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyimi deyən nazirliyin sektor müdiri Cəsarət Valehov isə “Media və təhsil dialoqu” mövzusunda təlim-konfransın artıq altıncı dəfə keçirildiyini diqqətə çatdırıb. Sektor müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.

Daha sonra Qlazqo Universitetinin məzunu və Qərbi  Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri”, Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətovun “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzularında təqdimatları olub.

Tədbir təqdimatlar ətrafında  müzakirələrlə davam edib.

Tədbirdə həmçinin yeni məzmun, forma və tərtibatda çap olunan “Azərbaycan məktəbi” jurnalı konfrans iştirakçılarına təqdim edilib. Bildirib ki, 1924-cü ildən nəşr olunan jurnal beynəlxalq standartlara cavab verən elmi məqalələrin dərcinə nail olmağı qarşısına məqsəd qoyub.

 

 

 

 

 

 

 

adpu1.JPGAZ199
594“Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbələri uşaq evində olublar

“Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbələri uşaq evində olublar

Bakı Avrasiya Universitetinin “Regionşünaslıq və İqtisadiyyat” fakültəsinin 2-ci kurs regionşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Yeni il qabağı “Ümid yeri” uşaq evində sığınacaq tapmış uşaqlarla görüşə gediblər. Valideyn himayəsindən məhrum olmuş uşaqlara bayram sovqatı aparan tələbələr, həm də onlarla birlikdə Yeni il şənliyi keçiriblər. Müxtəlif musiqi proqramları ilə çıxış edən tələbələr uşaq evinin sakinlərinin az da olsa problemlərini unutmağa və əyləndirməyə nail olublar.

Onu da qeyd edək ki, bu xeyirxah addım tələbələrin təşəbbüsüdür və onlar öz həmkarları arasında topladıqları vəsait hesabına bu missiyanı həyata keçiriblər.

 

ushaq 1.jpegAZ200
597Könüllülük - sağlam inkişaf devizi altında tədbirlərin təşkili layihəsinin növbəti təlimi və idman yarışı keçirilib

Könüllülük - sağlam inkişaf devizi altında tədbirlərin təşkili layihəsinin növbəti təlimi və idman yarışı keçirilib

21 dekabr 2018-ci il tarixdə Bakı Avrasiya Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin növbəti təlimi və idman (dama və şahmat) yarışı keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz  Mustafayev, Bakı Avrasiya Universitetinin Rektorluq mütəxəssisi Kamil Məhəmmədli, layihənin təlimçisi Rəşad Bayramov və 30 nəfər gənc iştirak edib.

İlk öncə qonaqları salamlayan Kamil Məhəmmədli tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra Pərviz Mustafayev layihənin əhəmiyyətindən bəhs edərək bildirdi ki, məqsəd yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. O qeyd etdi ki, könüllülər hərəkatının genişləndiyi sektorlardan biri də ictimai sektordur. İctimai birliklərin ilk illərində  bu cür təsisatlar meydana çıxırdı, daha sonra isə  qanunların qəbulu zamanı aparılan təkmilləşdirmələr çərçivəsində QHT sektoru yalnız ictimai təsisat formasında qəbul edilməyə  başladı. Daha sonralar QHT‐lər qrant aldılar, layihələr yazdılar, bir sözlə, könüllüllər əmək haqqı, qonorar alan işçilərə çevrildilər.

Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə  Gənclərin Birinci Forumunun keçirilməsi Azərbaycanda könüllülük fəaliyyətinə böyük təkan verdi. Bu forumdan sonra gənclər ictimai işlərdə daha aktiv rol oynamağa başladılar. Forumdan sonra keçən müddət  ərzində könüllülüyün bir hərəkat kimi geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyevin adı ilə birbaşa bağlıdır. Uğurlu daxili siyasət nəticəsində  könüllülük fəaliyyəti ölkəmizdə  sürətlə  inkişaf etməyə  başlayıb. Azərbaycan dövləti bu fəaliyyətin stimullaşdırılmasını hərtərəfli dəstəkləyir. Bu dəstək könüllü fəaliyyəti tənzimləyən hüquqi bazanın yaradılması, onun həyata keçirilməsinə  maddi dəstəyin göstərilməsi, könüllülərin dövlət  əhəmiyyətli tədbirlərə  cəlb edilməsi və digər fəaliyyət müstəvilərində  təzahür edir. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu könüllülük hərəkatını istiqamətləndirən əsas sənəd olaraq, bu gün də ölkə  gənclərinə  gələcəyin yolunu göstərir.    

Daha sonra qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Rəşad Bayramov çıxış edərək bildirmişdir ki, könüllü fəaliyyət sahəsi yalnız biznеs və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı оn milyоnlarladır. Könüllü fəaliyyətin təşkilatçısı - könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır.

Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Rəsmi hissədən sonra “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin dama və şahmat idman növü üzrə yarışına start verildi. İdman yarışında qalib gəlmiş könüllülər “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olundular.

 

 


 

yaris 2.jpgAZ201
600Bakı Avrasiya Universitetində “Unudulmuş Sədalar” layihəsi çərçivəsində tədbir

Bakı Avrasiya Universitetində “Unudulmuş Sədalar” layihəsi çərçivəsində tədbir

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Milli Konservatoriyası və  Bakı Avrasiya Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə BAAU-da Azərbaycan Tələbə Kartı istifadəçiləri üçün “Unudulmuş Sədalar” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, retro musiqilərimizin gənclər arasında təbliğ olunmasından ibarətdir.

Bakı Avrasiya Universitetinin təşkilati məsələlər üzrə mütəxəssisi Kamil Məmmədli  çıxış edərək, bu tipli tədbirlərin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, klassik Azərbaycan musiqilərini yaşatmaq hər birimizin borcudur.

Daha sonra,  Azərbaycan musiqi tarixini, klassik estrada ifaçılarının ifalarını əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində ifaçıların, musiqiçilərin və rəqs qrupunun çıxışları maraqla qarşılanıb.

Sonda xüsusi guşədə tələbələrə elektron qeydiyyatdan keçərək, Azərbaycan Tələbə Kartına sahib olmaq  üçün xüsusi imkanı yaradılıb.

 

 

 

 


us1.JPGAZ202
603Bilik Fondu və Bakı Avrasiya Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

Bilik Fondu və Bakı Avrasiya Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Avrasiya Universiteti arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbir keçirilib.

Qonaqları və iştirakçıları salamlayan Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli imzalanmış Memorandumun hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İcraçı Direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurum haqqında, eyni zamanda Memorandumunun predmeti, əsas əməkdaşlıq sahələri, tərəflərin öhdəlikləri və yekun müddəalar barədə məlumat verdi. Oqtay Səmədov onu da qeyd etdi ki, Fondun əsas missiyası ölkə əhalisinin maarifləndirilməsi, Azərbaycançılıq məfkurəsinin təbliği, gənc nəslin sağlam ruhda formalaşmasına dəstək olmaqdır. 76 rayonda Fondun Nümayəndəliyinin olduğuna diqqət çəkən qonaq vurğuladı ki, bölgələrdə universitetlərimizin tanınması layihəsi öz müsbət nəticəsini verib. Sosial yönümlü video çarxların çəkilməsi istiqamətində də əməkdaşlığımızın fayda verəcəyini vurğulayan Oqtay Səmədov gələcəkdə bu sahədə əməkdaşlığın genişlənəcəyinə, layihənin səmərəli nəticələr verəcəyinə əmin olduğunu bildirdi.

Tədbir çərçivəsində müzakirə olunan önəmli məsələlərdən biri də Bakı Avrasiya Universitetində pulsuz dövlət qulluğuna hazırlıq kurslarının təşkil oluna biləcəyi məsələsi idi. Qeyd olundu ki, çox qısa zamanda Bakı Avrasiya Universitetində heç bir ödəniş olmadan, Bilik Fondunun dəstəyi ilə dövlət qulluğuna hazırlıq kurslarına start veriləcək.

Sonda tərəflər arasında həyata keçirilən tədbirlərin Fondun və Universitetin maliyyə, maddi-texniki və informasiya dəstəyi ilə baş tutacağına, əldə olunmuş elmi nəticələrin, yaradıcılıq məhsullarının və digər bu kimi vəsaitlərin qarşılıqlı razılaşma yolu ilə istifadə olunacağına dair razılıq əldə olunub.

Daha sonra professor Nazim Hüseynli qonağa öz hədiyyəsini təqdim etdi.

 

 

 

 

 

 

 

 

 

 

bf5.JPGAZ203
606Bakı Avrasiya Universitetinin Fransız dili tərcümə ixtisasının tələbələri Milad Bayramı ilə bağlı tədbir keçiriblər

Bakı Avrasiya Universitetinin Fransız dili tərcümə ixtisasının tələbələri Milad Bayramı ilə bağlı tədbir keçiriblər

25 dekabr tarixində Bakı Avrasiya Universitetinin Fransız dili tərcümə ixtisasının 4-cü kurs tələbələri Milad Bayramı ilə əlaqədar tədbir keçiriblər. Tələbələr Milad Bayramının adət ənənələrindən danışıblar. Eyni zamanda onların ifasında Milad mahnıları və tamaşası təqdim olunub. Miladla əlaqədar olaraq, dekorasiyalar, şam ağacı və çələnglər, eyni zamanda Milad süfrəsinə aid olan təamlar da tələbələr tərəfindən hazırlanaraq süfrələrə düzülüb. Tədbirdə iştirak edən Bakı Avrasiya Universitetinin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova, Tədrisinin Təşkili Departamentinin müdiri Mənsim Məmmədov tədbir üçün tələbələrə öz təşəkkürlərini və xoş arzularını bildirdilər.

 

 

 


milad1.jpgAZ204
609Bakı Avrasiya Universiteti nəcib təşəbbüsə imza atdı

Bakı Avrasiya Universiteti nəcib təşəbbüsə imza atdı

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində qanvermə aksiyası təşkil olunub. “Qan Ver, Yaşat” devizi altında keçirilən aksiyaya universitetinin professor, müəllim və tələbə heyəti qatılıb. Məqsəd, talassemiyalı xəstələrə qan verməklə, onların sağlam yaşamaları, eyni zamanda qana ehtiyacı olan bir çox xəstələrə yardım göstərməkdir.

 Əvvəlcə Mərkəzi Qan Bankının həkimi Günel Əliyeva, talassemiya xəstəliyi haqqında məlumat verdi. Qanvermənin könüllü olduğunu deyən həkim, istənilən müəllim və tələbələrin tibbi yoxlanışdan keçdikdən sonra bu aksiyada iştirak edə biləcəyini vurğuladı. Daha sonra Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul çıxış edərək, bu nəcib təşəbbüsdə zəhməti olan hər kəsə təşəkkür etdi, qanvermənin nə qədər vacib olduğunu və insan sağlamlığı üçün nə dərəcədə faydalı olduğunu diqqətə çatdırdı.

 Səhər saatlarında başlayan qanvermə prosesi saat 16:00-dək davam etdi. Bu vaxt ərzində müəllim və tələbə heyətindən ümumilikdə 100-dən artıq donor iştirak etdi. Mərkəzi Qan Bankının nümayəndəsinin verdiyi məlumata görə, nəzərdə tutulan qan toplandı və bu aksiyada iştiraka görə professor, müəllim və tələbə heyətinə təşəkkür edərək, toplanmış qanın aidiyyatı üzrə istifadə olunacağını bildirdi.

 

 

 

 

 

 

 

 

 

 


 


 


 

 

qan11.jpgAZ205
612Elmi Şuranın növbəti iclası keçirilib

Elmi Şuranın növbəti iclası keçirilib

Bakı Avrasiya Universitetində Elmi Şuranın 2017-2018-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib. Tədbiri açan Tədris işləri üzrə prorektor Nigar Hüseynova müzakirə olunacaq məsələlərdən danışıb.

Şuranın gündəliyində olan mövzulardan biri - payız imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında Tədrisin təşkili departamentinin rəhbəri Mənsim Məmmədov məlumat verib.

Digər cari məsələlərlə bağlı Elm və beynəlxalq əlaqələr üzrə prorektor Səyavuş Qasımovun və təhsilalanların təlim-tərbiyə işinin təşkili ilə əlaqədar məqamlara dair fakültə dekanlarının məruzələri dinlənilib.

 

 

 

 

 

 

 

 

 

 

es9.jpgAZ206
615İqtisadçı tələbələrin elmi konfransı keçirilib

İqtisadçı tələbələrin elmi konfransı keçirilib

Bakı Avrasiya Universitetinin “Regionşünaslıq və İqtisadiyyat” fakultəsində tələbələr arasında “Azərbaycanda qeyri-neft sektorunun inkişaf perspektivləri – gənc iqtisadçıların baxış bucağında” mövzusunda elmi konfrans keçirilib. “İqtisadiyyat və riyaziyyat” kafedrasının müdiri Musa Ağamalıyev Konfransı açaraq onun məqsəd və vəzifələri haqqında məlumat verib və bildirib ki, tələbələrin elmi araşdırmalara marağı rəğbət doğurur və yaxşı gələcəyə ümidləri artırır.

Konfransa tələbələr tərəfindən çoxsaylı məqalələr təqdim edilsə də, onların arasından yalnız 13 məqalə seçilərək bəyənilib. Məqalələrdə ölkəmizin qeyri-neft sektoruna dair ən müxtəlif sahələrin inkişaf perspektivləri təhlil olunub və müvafiq təklif və tövsiyələr verilib.

Tələbələrdən Cəlilova Rahilə Nazim qızı -  “Azərbaycanın qeyri-neft sektorunda rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətləri”, Əhədov Şəmistan Mübariz oğlu – “Daxili bazarın investisiya cəlbediciliyinin tədqiqi metodları”, Əsədova Gülşad Fuad qızı – “Daxili bazarın qorunmasının əsas prinsipləri”, Yusifova Gülnar Salman qızı – “Yerli istehsalın inkişaf etdirilməsinin nəzəri əsasları”, Bədəlov Anar Rüstəm oğlu – “Müasir mərhələdə ölkə iqtisadiyyatının inkişafında logistik sektorun rolu”, Xamıyeva Aysun Asif qızı – “Azərbaycanda alternativ və bərpa olunan enerji sahələrinin inkişaf perspektivləri”, Məhərrəmova Səkinə Adıgözəl – “Qeyri-neft sektorunun inkişafında gənclərin rolu”, İbrahimova Türkan Kamran – “Azərbaycanda turizmin mövcud vəziyyəti və perspektiv imkanları”, Əliyeva Aynur Seymur qızı – “İdarəetmə sistemi”, Qulizadə Əli Vəkil oğlu – “Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu”, Abdullayev İlkin Kamran oğlu – “Azərbaycanın Avropa Birliyi ölkələri ilə iqtisadi əməkdaşlığı”, Göyüşov Elgün Anar oğlu – “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının bəzi məsələləri”, Mürşüdova Elza Müzəffər qızı  –“ Dövlətin innovasiya siyasəti. İnnovasiyanın tənzimlənməsi istiqamətləri” mövzusunda məqalələrini konfrans iştirakçılarına slaydlarla təqdim ediblər.

İqtisadçı professor-müəllim heyətinin və Universitet rəhbərliyinin də qatıldığı Konfransda iştırakçıların məruzələri ətrafında çıxışlar olub, onlara çoxsaylı suallar verilib.

Onu da qeyd edək ki, Konfransda məruzə edən tələbələrin məqalələrinin hazırlanmasında i.ü.f.d., dosent İlqar Seyfullayev,  i.ü.f.d., dosent Elşad Yusifov, müəllim Vüsal Cəfərli, baş müəllim Rəcəb İsmayılov,  müəllim Nizami Məmmədov,  i.ü.f.d., dosent Elman İbişov,  i.ü.f.d., dosent Müslümat Allahverdiyeva elmi məsləhətçi kimi müvafiq köməkliklər göstəriblər.

 

 

 

 

 

 

 

 

 

 

 



itk1.jpgAZ207
618Bakı Avrasiya Universitetində “Açıq qapı” günü keçirildi

Bakı Avrasiya Universitetində “Açıq qapı” günü keçirildi

Bakı Avrasiya Universitetində qış imtahanı sessiyası ərəfəsində, yanvarın 22-də media mənsubları və valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

Görüş müxtəlif televiziya, qəzet, jurnal və sayt redaktorlarının iştirakı ilə baş tutub. “Media tur” çərçivəsində qonaqlar öncə universitetin rektoru,fəlsəfə elmləri doktoru,professor Nazim Hüseynli ilə görüşüblər. Dəyirmi masada qonaqlara universitet haqqında-fakültələr,kafedralar,dekanlıqlar və professor-müəllim heyəti haqqında məlumat verilib. Qonaqlar arasında "İki sahil" qəzetinin baş redaktoru,mətbuat şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə,təhsil eksperti Kamran Əsədov,mətbuat şurasının idarə heyətinin üzvü Azər Həsrət, "Modern.az" xəbər portalının baş redaktoru Elşad Eyvazlı,tanınmış jurnalist Ceyhun Musaoğlu, jurnalist Vüsalə Qələndərqızı və digər mətbu orqanların nümayəndələri iştirak ediblər.İmtahanların izlənməsi prosesi ərəfəsində  Tədris Departamentinin rəhbəri professor, Mənsim Məmmədov qonaqlara imtahan gedişi haqqında geniş məlumat verib.Daha sonra professor Mənsim Məmmədov qonaqları universitetin fakültə dekanları və kafedraları ilə tanış edib. Qonaqlar qarşısında çıxış edən professor Mənsim Məmmədov yazılı və şifahi  imtahanların gedişi, o cümlədən imtahan qaydalarını əyani formada qonaqlarla izah etmişdir.

 İmtahanın şəffaflığını yüksək qiymətləndirən qonaqlar universitetdən böyük təəssüratla ayrılıblar. 

 

 

 

 

 


ap4.JPGAZ208
621Bakı Avrasiya Universitetində Ərəbşünaslıq mərkəzi təsis edildi

Bakı Avrasiya Universitetində Ərəbşünaslıq mərkəzi təsis edildi

06 fevral tarixində Bakı Avrasiya Universiteti və Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəz arasında Azərbaycanda Ərəbşünaslıq Mərkəzinin təsis edilməsi haqqında müqavilə imzalanıb. Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdullah bin Xudeyrin başçılığı ilə bir qrup nümayəndə heyəti Bakı Avrasiya Universitetində olub. Tədbirdə Ərəb dilinə Xidmət Mərkəzinin baş katibi doktor Abdullah əl-Vəşmi, Ərəb dilinə Xidmət Mərkəzinin nümayəndəsi doktor İbrahim Əbanmi, Məhəmməd əl-Mübarək, Abdullah bin Dirman da iştirak ediblər.

Əvvəlcə universitetin rektoru, professor Nazim Hüseynli qonaqları dəyirmi masaya dəvət edib. Səmimi söhbət əsnasında keçən diskussiya zamanı professor Nazim Hüseynli qonaqlara universitet haqqında məlumat verib. Daha sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr universitetdə yaradılan xoş və səmimi münasibətə görə professor Nazim Hüseynliyə təşəkkürünü bildirib.

Sonra tədbirin əsas hissəsi akt zalında davam edib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Nazim Hüseynli öncə qonaqlara, cənab səfirə və onun nümayəndə heyətinə salamlarını çatdırıb. Qısa məlumatdan sonra Ərəbşünaslıq Mərkəzinin fəaliyyət istiqaməti və görüləcək işlər qonaqların diqqətinə çatdırılıb.

Növbəti çıxış üçün söz səfir Həməd bin Abdullah Xudeyrə verilib. Səfir universitetdə yaradılan belə bir Mərkəzə görə cənab rektora, professor və müəllim heyətinə təşəkkür edərək bildirib ki, gələcək fəaliyyətin uğurlu olması üçün lazımi tədbirlər görüləcək. Təhsil sahəsindəki əməkdaşlığın gələcək işlərin uğurlu olması üçün mühüm rol oynadığını bildirən cənab səfir bu gündən etibarən əlaqələrin rəsmi status aldığını qeyd edib. Cənab səfir onu da qeyd edib ki, Ərəb Dilinə Xidmət Mərkəzinin açılması daha çox iş görməyimizə şərait yaradacaq.

Daha sonra çıxış üçün söz Ərəb Dilinə Xidmət Mərkəzinin baş katibi Abdullah əl-Vəşmiyə verilib. O, Azərbaycanda olduğundan məmnunluğunu bildirərək, Bakı Avrasiya Universitetində belə bir Mərkəzin təsis edilməsini yüksək dəyərləndirib.

Nəhayət, hər iki tərəfin iştirakı ilə Ərəbşünaslıq Mərkəzinin təsis edilməsi haqqında müqavilənin imzalanması mərasimi baş tutub. Bu Mərkəzin təsis edilməsində əsas məqsəd ərəb dilinin tədrisi, eyni zamanda, beynəlxalq konfransların təşkili, ərəbdilli müəllim və professor heyətini Mərkəzə cəlb etməkdir. Həmçinin elmi-mədəni sahədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, ölkəmizdə və Orta Asiyada ərəb dilinin tədrisini inkişaf etdirmək, Ərəb-Azərbaycan, Azərbaycan-Ərəb dillərinə tərcümə çərçivəsini genişləndirmək, elmi araşdırma, ərəbdilli kitabların nəşri və bu sahədə yaradıcılıq fəaliyyətinə dəstək göstərməkdir.

Mərkəzin açılışından sonra professor Nazim Hüseynli öz hədiyyəsini qonaqlara təqdim etdi. Qonaqlar da öz növbəsində xüsusi ornamentlərlə bəzədilmiş hədiyyələrini universitetin rektoruna təqdim etdilər.

Tədbirin sonunda çıxış edən Universitetin Elm və Xarici Əlaqələr üzrə prorektoru, siyasi elmlər doktoru Səyavuş Qasımov bir daha tədbirin iştirakçılarına təşəkkür edərək Mərkəzin təsis edilməsində iştirak edən hər kəsə minnətdarlığını bildirdi və bu istiqamətdə mühüm addımlardan biri kimi xaricdə təhsil alan tələbələrə də xüsusi təqaüdlərin verilməsi məsələsini gündəmə gətirdi. O, digər mühüm məsələlərdən biri kimi Azərbaycan dilindən Ərəb dilinə kitabların tərcümə olunmasında ölkəmizdəki ərəb dili üzrə professorların da bu işə cəlb olunmasını vacibliyini vurğuladı.

Tədbir tələbələrin ərəb dilində mahnı və şeir təqdimatı ilə sona çatdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ərəb15.JPGAZ209
624Bakı Avrasiya Universitetinin ərəb dili üzrə təhsil alan tələbələri üçün təlim təşkil olunub

Bakı Avrasiya Universitetinin ərəb dili üzrə təhsil alan tələbələri üçün təlim təşkil olunub

Fevralın 22-də Bakı Avrasiya Universitetində Tərcüməçinin peşə  etikası mövzusunda təlim keçirilmişdir. Universitetin ərəb dili üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulan təlim Ərəbdilli tərcüməçilərin tərcümə məktəbi layihəsi çərçivəsində təşkil olunmuşdur.

Təlimi universitetinin ərəb dili müəlliməsi, Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin təsisçisi Aynur Məmmədova və layihənin müəllifi, gənc ərəbşünas  Gülarə Əliyeva aparmışdır. Təlim prosesində iştirakçı olan 17 tələbəyə müasir tərcümə peşəsinin xüsusiyyətlərindən, peşəkar tərcüməçinin tərcümə prosesində qarşılaşdığı çətinliklərdən danışılmış, onlara peşəkar tərcümənin riayət etməli olduğu etik kodekslər və tərcüməçinin hüquq və vəzifələri izah edilmişdir.

Daha sonra tələbələr qruplara bölünərək Peşəkar tərcüməçi necə olmalıdır mövzusu ətrafında müzakirələr aparmışlar. Təlimin sonunda müzakirələrin nəticəsi qrup üzvləri tərəfindən səsləndirilmişdir.

Azərbaycan  Respublikasının Prezidenti yanında Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş layihə fondun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

ARAB TALİM 1.JPGAZ210
627Bakı Avrasiya Universitetində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı Avrasiya Universitetində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Fevralın 26-da səhər saatlarında paytaxtın Sahil metro stansiyası yaxınlığından Xətai metro stansiyası qarşısındakı Ana harayı abidəsinə qədər olan məsafəyə yürüş təşkil olunub. Bakı Avrasiya Universitetinin kollektivi də, Universitetin Ümumi İşlər üzrə prorektoru Günhan Hüseynlinin rəhbərliyi ilə həmin yürüşdə iştirak edib. Universitetin professor, müəllim və tələbə heyəti Ana harayı abidəsinin önünə gül dəstəsi düzüb, abidə qarşısında sayğı duruşu edərək, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Yürüşdən sonra tədbir Universitetin akt zalında davam edib.

Xocalı əsrin faciəsidir mövzusunda təşkil olunan tədbiri giriş sözü ilə açıq elan edən universitetin Tədris İşləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova 27 il öncə xalqımıza qarşı törədilən faciədən danışıb. O, mənfur düşmənin, erməni silahlılarının əliyalın, silahsız olan Xocalı sakinlərinə qarşı törədilən bu faciəni əsrin faciəsi adlandırıb. Törədilən bu soyqırımı zamanı qadın, uşaq, qoca demədən hər kəsi qətlə yetirən erməni silahlı birləşmələri, təkcə insanları deyil, eləcə də, elm ocaqlarını, mədəni abidələri, məktəbləri və məscidləri məhv ediblər. Baş verən hadisədən ürək ağrısı ilə danışan Nigar Hüseynova dünyasını dəyişən bütün şəhidlərə Allahdan rəhmət diləyib, eləcə də, Xocalıda törədilmiş qətliam zamanı ailəsini və yaxınlarını itirən şəxslərə Allahdan səbir diləyib.

Növbəti çıxış üçün söz, universitetin Elm və Beynəlxalq Əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımova verilib. Xocalıda baş vermiş qətliamı XX əsrin faciəsi adlandıran prorektor qeyd edib ki, hadisə zamanı lentə alınan görüntülərdən erməni vandallarının vəhşiliyi açıq aydın hiss olunur. Belə bir hadisədən təsirləndiyini dilə gətirən Səyavuş Qasımov, erməni hərbi birləşmələrinin qısa zamanda layiqli cavab alacaqlarına əminliyini bildirib.

Daha sonra çıxış üçün söz, Xocalı faciəsinin canlı şahidi olan pilot Bayram Muxtarova verilib. O da, 27 il bundan əvvəl baş vermiş hadisənin canlı şahidi kimi, həmin anları xatırlayıb və eyni zamanda, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Həmin anları xatırlamağın nə dərəcədə çətin olduğunu bildirən Bayram Muxtarov canlı şahid kimi hadisədən ürək ağrısı ilə danışıb.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı  Erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə məlumat verib. O, diqqətə çatdırıb ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Tədbir Xocalı əsrin faciəsidir adlı esse yarışması qaliblərinin elan edilməsi və qaliblərin esselərinin dinləməsi ilə davam etdirilib. Tələbələr arasında esse yarışmasında birinci yerə Cabbarova Gülnar, ikinci yerə Əhmədli Ləman, üçüncü yerə isə Məhəmmədova Ləman layiq görülüblər. Qaliblərə mükafat və təltifnamələri universitetin Tədris İşləri üzrə prorektoru Nigar Hüseynova, Elm və Beynəlxalq Əlaqələr üzrə prorektor Səyavuş Qasımov təqdim ediblər.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

 

 

 

 

 

 

 


XOJALİ--1.JPGAZ211
630Bakı Avrasiya Universitetində elm və təhsil mövzusunda seminar təşkil olunub

Bakı Avrasiya Universitetində Elm və təhsil mövzusunda seminar təşkil olunub

 

Bakı Avrasiya Universitetində Elm və təhsil mövzusunda seminar təşkil olunub.

Tədbirdə  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, professor Sayalı Sadıqova, dosent Qətibə Quliyeva, universitetin Elm və Beynəlxalq Əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov və Ümumi Filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Məmmədova- Kekeç və başqaları iştirak ediblər.

Seminarda milli terminologiya, tələbələrin kiril əlifbasını bilməmələri problemi, lüğətşünaslıq, elmdə və təhsildə qadınların mövqeyinin artması kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

 

 

 

 

ELM VE TEHSİL - 5.jpgAZ212
645Bakı Avrasiya Universitetində Novruz təntənəsi

Bakı Avrasiya Universitetində Novruz təntənəsi

Bakı Avrasiya Universitetində Novruz bayramı ilə bağlı tədbir keçirilib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə universitetin professor-müəllim heyəti, o cümlədən universitetin Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova da iştirak edib. Tədbiri giriş sözü ilə açan Nigar Hüseynova, universitetin rektoru, professor Nazim Hüseynlinin salam və təbriklərini tədbir iştirakçılarına çatdırdı.

Yurdumuza bahar gəlir - adlı tədbirdə bir-birindən maraqlı anlar yaşandı. Öncə Novruzun simvolu olan səməni, daha sonra isə Dədə Qorqud və Bahar qız zala daxil olublar. Tədbirin ən maraqlı və yadda qalan hissəsi isə Novruzun atributlarından sayılan keçəl və kosanın iştirakları oldu. Kosa-kosa, Qodu-qodu rəqsləri, yumurta döyüşməsi səhnəsi isə tədbiri daha da maraqlı edib. Milli geyimlərdə xüsusi ornamentlərlə bəzədilmiş xonçalarla rəqs edən qızlar isə Hakışta səhnəciyi ilə tədbirə rəng qatıblar.

Daha sonra şeirlər səsləndirilib, Novruza aid mahnılar oxunulub. Universitetin Filologiya fakültəsinin tələbələrinin hazırladıqları Novruz səhnəciyi isə tədbirə qatılanların üzündə təbəssüm yaratdı. Tələbələrdən ibarət rəqs kollektivi yallı gedərək, keçəl və kosanın xurcununu doldurublar. Tələbələr Novruza aid mahnıları da xüsusi məharətlə ifa ediblər. Sonda ifa edilən Qarabağ şikəstəsi zalda böyük coşqu ilə qarşılanıb. Tədbirin sonunda iştirakçıları Novruz şirniyyatları olan paxlava, şəkərbura paylandı. Tədbir maraqlı görüntülərlə yadda qaldı.

 

         

 

 

 

 

 

 

novruz-2.JPGAZ217
639Bakı Avrasiya Universitetində Nəsiminin şeiriyyatı mövzusunda dəyirmi masa keçirilib

Bakı Avrasiya Universitetində Nəsiminin şeiriyyatı mövzusunda dəyirmi masa keçirilib

Bakı Avrasiya Universitetində ümumi filologiya kafedrasının təşkilatçılığı ilə Nəsiminin şeiriyyatı mövzusunda dəyirmi masa keçirilib.

Nəsimişünas alim Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent  Seyfəddin Altaylı, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, kafedra əməkdaşlarının və tələbələrin iştirakı ilə keçirilən tədbirdə Nəsimi yaradıcılığının özünəməxsus üslubi özəllikləri, poetikası izah edilib.

Tədbirdə, həmçinin İslam irfan ənənəsinin inkişafında İmadəddin Nəsiminin rolu barədə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Eləcə də Nəsimi ilə bağlı orta və ali təhsil ocaqlarında yanlış informasiyaların verilməsi probleminə diqqət çəkilib.

 

 

 

 

NESİMİ-2.jpgAZ215
642Bakı Avrasiya Universitetində şəhidlərin xatirəsi anılıb

Bakı Avrasiya Universitetində şəhidlərin xatirəsi anılıb

Universitetin akt zalında baş tutan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Professor, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbirdə universitetin bir qrup tələbələri 20 yanvar, Xocalı, aprel şəhidləri, ümumilikdə Qarabağ uğrunda canlarını fəda edən şəhidlərimiz haqqında səhnəcik hazırlayıblar. Yüksək aktyorluq bacarığını nümayiş etdirən tələbələr, şəhidlər haqqında şeirlər, ağılar söyləyərək, həmin anların ağrı acısını zalda oturanlara çatdırıb, bu tarixin heç vaxt unudulmaması üçün çağırışlar ediblər. Universitetə dəvət olunan müğənnilərin ifasında vətənə, Qarabağa, şəhidlərə aid olan ifaları ilə tədbir iştirakçılarını kövrəldiblər. Həzin notlara toxunan ifaçılar öz musiqilərində ”Şəhidlər ölməz – vətən bölünməz” deyərək çağırışlar ediblər. Səhnəciklər arasında ən təsirli məqam isə Xocalıda törədilən qətliamın səhnələşdirilməsi fraqmenti olub.

Daha sonra tədbir Qarabağ uğrunda döyüşlərdə fədakarlıq göstərərək şəhid olan Milli qəhrəman Koroğlu Rəhimovun abidəsi önünə gül dəstələrinin düzülməsi ilə davam edib. Sonra bir qrup müəllim və tələbə heyəti Şəhidlər Xiyabanına yollanıb. Burada şəhidlərin məzarı qarşısına gül çiçək dəstələri düzülüb, ruhlarına dualar oxuyublar. Sonra isə səhnəciyin qurulmasında və tədbirin keçirilməsində iştirak edən bir qrup tələbə təşəkkürnamə ilə təltif ediliblər.

 

 

 

 

 

 

 

 

shahid-5.JPGAZ216
648Bakı Avrasiya Universitetində elm günü ilə bağlı dəyirmi masa keçirilib.

Bakı Avrasiya Universitetində elm günü ilə bağlı dəyirmi masa keçirilib.

Bakı Avrasiya Universitetinin “Regionşünaslıq və iqtisadiyyat” fakültəsində “Elm günü” ilə bağlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada  universitetin Elm və beynəlxalq əlaqələr üzrə prorektoru, S.e.ü.f.d, dos.S.K.Qasımov Tədrisin təşkili departamentinin rəhbəri prof. M.Z.Məmmədov, “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanı dos. M.Q.Rəhimov, “Humanitar fənlər və regionşünaslıq” kafedrasının müdiri, baş müəllim A.V.Rüstəmova ,  kafedranın professor-müəllim heyəti və tələbələri iştirak etdilər. 

Tədrisin təşkili departamentinin rəhbəri prof. M.Z.Məmmədov çıxış edərək hər il martın 27-nin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi haqqında Prezident İ.Əliyevin 9 aprel 2018-ci il sərəncamı barədə tədbir iştirakçılarına məlumat verdi. Qeyd edildi ki, 27 mart 1945-ci ildə  Azərbaycan Milli Elmlər Akademiayası təsis edilməsi rəsmiləşdirilmiş və Akademiyanın ilk Nizamnaməsi təsdiq olunmuşdur. AMEA-nın fəaliyyəti dövründə Azərbaycan elminin inkişafında müstəsna rol oynaması və dünya elminə töhfələr verməsi xüsusi olaraq qeyd edildi.

Daha sonra “Humanitar fənlər və regionşünaslıq” kafedrasının dosenti, t.ü.f.d. S.Ə.Talıblı “Azərbaycanda tarix elminin aktual problemləri” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə ətrafında müəllim və tələbələr geniş və maraqlı müzakirələr apardılar.

 

fffff1.jpgAZ218
657Yunus Əmrə İnstitutunun nümayəndələri Bakı Avrasiya Universitetinin qonağı olub

Yunus Əmrə İnstitutunun nümayəndələri Bakı Avrasiya Universitetinin qonağı olub

Bakı Avrasiya Universitetində Yunus Əmrə İnstitutunun Bakı təmsilçiliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Universitetin Filologiya fakültəsi-Türk dili və Ədəbiyyatı bölümünün tələbələri və müəllimləri iştirak ediblər. Əvvəlcə filologiya fakültəsinin müəllimi, Zəminə Rüstəmbəyli Universitetin rektoru, Professor Nazim Hüseynlinin adından qonaqları salamlayaraq sözü onlara verdi.

Yunus Əmrə İnstitutunun əməkdaşları, təhsil işləri üzrə koordinator, Ali İhsan Çevik və təhsil işçisi Fatima Büşra Öge dəvət üçün təşəkkürlərini bildirdilər. Tədbirin əhəmiyyətini vurğulayan Ali İhsan Çevik bildirdi ki, əsas məqsəd institutun yay ayları üçün həyata keçirilməsi nəzərdə tutulan böyük layihələrini tələbələrə təqdim etmək, bu barədə müzakirələr aparmaqdır. Tematik Yaz Okulu adlanan layihə isə geniş marağa səbəb oldu.

Daha sonra bildirildi ki, bu cür layihələrə 22 iyul-4 avqust tarixləri arasında start veriləcək. Sonda hərkəsə uğurlar arzulayan Ali İhsan Çevik, BAAU-da keçirilən görüşdən məmnunluğunu dilə gətirdi.

 

 

 

 

 

ye2.JPGAZ221
654"Diksiya Akademiyası" BAAU-da seminara qatıldı

"Diksiya Akademiyası" BAAU-da seminara qatıldı

Bakı Avrasiya Universitetinin növbəti qonağı "Diksiya Akademiyası"nın təsisçisi və rəhbəri, Cəlalə Nəzəroğlu oldu.Universitetin konfrans zalında keçirilən dəyirmi masada müəllim və tələbələr də iştirak etdi.İki saata yaxın davam edən tədbirdə, Cəlalə Nəzəroğlunun mühazirələrini dinləyən tələbələr,nitq mədəniyyəti,sərbəst və səlis nitq, toplu qarşısında çıxış zamanı həyacanın dəf edilməsi,orfoqrafik və orfoepik danışıq,sözlərin düzgün tələffüzü, diafraqmanın düzgün istifadə olunması, iş görüşməsi zamanı düzgün davranış, "C" və "Ç" səslərinin tələffüzü  barədə geniş məlumat əldə etdilər. Sual-cavab formatında keçirilən seminarda müəllimlər də öz suallarını ünvanladılar. Sonada xatirə şəkli çəkdirildi.

 

 

 

 

 

 

 


diksu6.JPGAZ220
660Qaranlığın Fotosu kitabı Bakı Avrasiya Universitetində oxuculara təqdim edilib

Qaranlığın Fotosu kitabı Bakı Avrasiya Universitetində oxuculara təqdim edilib

Bakı Avrasiya Universitetinin təşkilatçılığı ilə AYB-nin üzvü, gənc şair Ümid Nəccarinin Qaranlığın fotosu adlı şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimatda universitetin müəllim və tələbə heyəti ilə birgə bir sıra ədəbiyyat nümayəndələri də iştirak ediblər.

Öncə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin kafedra müdiri Elmira Məmmədova tədbiri açıq elan edərək qonaqları və iştirakçıları salamlayıb, müəllif yaradıcılığı haqqında məlumat verib. Elmira Məmmədova bildirib ki, Ümid Nəccari Universitetin istedadlı, böyük nüfuza malik tələbələrindəndir. Onun yaradıcılığı, müəllim və tələbələrin daim diqqət mərkəzindədir. Ümid Nəccarinin fərqli poetik yanaşması var və peşəkar tərcüməçi kimi tanınır. Sonra söz qonaqlara verildi. Ədəbiyyat qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova, professor Rüstəm Kamal çıxış edərək Ümid Nəccarinin poeziyasının özəlliklərindən bəhs etdilər.

Tədbirdə Cənub ədəbiyyatı və oradakı əsas təmayüllər, dünya mədəniyyətini sarmış dekadans çalarlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Ümidin dünya mədəniyyətinin əsas təzahürlərini özündə daşıması kimi xüsusiyyətlər, şairin şeirlərindəki poetik baxışın rakurs mütəhərrikliyi, ritm və intonasiya yeknəsəkliyindən, şablonlardan qaçınma bu poeziyanın məziyyəti kimi vurğulandı.

Tədbir Universitet müəllimlərinin çıxışı və tələbələrin ifasında Ümid Nəccarinin şeirlərinin səsləndirilməsi ilə başa çatdı.

 

 

 

 

 


un1.jpgAZ222
663Heydər Əliyev və Azərbaycan tarixi

Heydər Əliyev və Azərbaycan tarixi

Nərimanov rayonunda Heydər Əliyev və Azərbaycan tarixi mövzusunda orta məktəb şagirdləri arasında referat müsabiqənin nəticələrinə həsr olunmuş konfrans keçirilib. Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və həmin şöbənin məsləhətçisi Fərhad Əsgərov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, eləcə də Bakı Avrasiya Universitetinin müəllim kollektivi və tələbələri iştirak ediblər.

İradə Mahmudova konfransı açıq elan edərək Ulu Öndərin gərgin əməyi, qətiyyəti və uzaqgörən siyasəti sayəsində ölkəmizin dünya məkanında öz layiqli yerini tutduğunu vurğulayıb.

Daha sonra Təmraz Tağıyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycan gənclərini daim diqqət mərkəzində saxladığını və gənclərin potensialının reallaşdırılması üçün hər cür şəraitin yaradıldığını bildirib.

Qonaqlar müsabiqənin təqdim etdiyi beş mövzu üzrə məktəblilərin hazırladıqları referatlar ilə yaxından tanış olublar. Tədbirdə layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verilib. Komissiya tərəfindən ümumilikdə məktəblilərin hazırladığı 70-dən çox elmi iş arasında seçilən 19 ən yaxşı referat təqdim edilib.

Xatırladaq ki, müsabiqənin nəticələrinin müəyyənləşdirilməsində Bakı Avrasiya Universitetinin müəllim heyəti yaxından iştirak edib.

Sonda Bakı şəhəri üzrə keçiriləcək elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilər fəxri fərmanla təltif olunublar, müsabiqədə fəal iştirak edən məktəblilərə isə hədiyyələr təqdim edilib.

 

 

 

 

 

 

he22.jpgAZ223
666Bakı Avrasiya Universitetində növbəti maarifləndirici təlim

Bakı Avrasiya Universitetində növbəti maarifləndirici təlim

2019-cu ilin 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qanlı terror hadisəsindən 10 il keçdi. Bu münasibətlə Bakı Avrasiya Universitetində növbəti tədbir təşkil olunub. Toplantında təlimçi Ənvər Yavəroğlu çıxış edərək tələbələrin davranış qaydaları haqqında məlumat verib. Son vaxtlar təhsil ocaqlarındakı intihara cəhd hadisələrini xatırladan təlimçi tələbə  və şagirdlərin psixo-emosional durumu ilə bağlı bəzi məsləhətlərini də verib. Tələbələrin suallarını cavablandıran Ənvər Yavəroğlu belə halların baş verməməsi üçün tələbələrin davranış qaydalarına riayət etmələrini diqqətə çatdırıb. Tədbirin sonunda Ənvər Yavəroğluna təşəkkür plaketi təqdim olunub. 

 

 

 

 

 


ey2.JPGAZ224
669Bakı Avrasiya Universitetinin müəllimi Berlində təşkil olunan konfransa qatılıb

Bakı Avrasiya Universitetinin müəllimi Berlində təşkil olunan konfransa qatılıb

Bakı Avrasiya Universitetinin Tərcümə kafedrasının müəllimi Aynur Məmmədova Taz mətbuat mərkəzinin Berlində təşkil etdiyi konfransda iştirak edib.

Tədbirdə Şərqi Avropa ölkələrindən olan gənclərin Avropa haqqında düşüncələri, fikirləri və bir sıra sosial məsələlər səsləndirilib, açıq ictimaiyyətin sualları cavablandırılıb.

Müxtəlif panellər şəklində keçirilən tədbirdə siyasətçilər, jurnalistlər çıxış ediblər.

Konfransın işçi dili alman və rus dilləri olub.

20190406_220102 (1).jpgAZ225
672Bakı Avrasiya Universitetində ingilis dili gecəsi keçirilib

Bakı Avrasiya Universitetində ingilis dili gecəsi keçirilib

Bakı Avrasiya Universitetində növbəti ingilis dili həftəsi çərçivəsində ingilis dili gecəsi keçirilib.

Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı, bu ali təhsil ocağının tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova da iştirak edib.

Tədbirdə bir qrup tələbə ingilis dilində səhnəciklər hazırlayıb, şerlər səsləndirib, mahnılar oxuyublar. Universitetin ingilis dili fakültəsinin xüsusi istedadlı tələbələri çıxışlarını bu dildə edərək iştirakçıların alqışlarını qazanıblar. Onlar ingilis dilini necə mənimsədiklərini bir daha nümayiş etdiriblər. Daha çox qızların xüsusi fəallıq göstərdikləri səhnəciklər və rəqslər də rəğbətlə qarşılanıb.

Sonda universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova çıxış edərək tədbirin ərsəyə gəlməsində əziyyəti olan və tələbələrlə xüsusi məşğul olan universitetin ingilis dili müəllimi Rəfiqə Əliyevaya minnətdarlığını bildirib və ona təşəkkür plaketi təqdim edib.

 

 

 

 

NG 5.JPGAZ226
675Bakı Avrasiya Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı Avrasiya Universitetində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

 

Bakı Avrasiya Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Heydər Əliyev və Dövlətçilik” mövzusunda tədbir keçirilib.

Tədbirdə universitetin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, bu ali təhsil ocağının ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, xarici əlaqələr üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov, professor-müəllim heyəti iştirak edib.

Universitetin konfrans zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli tarixə bir qədər nəzər salaraq bildirdi ki, tarixin tale yüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür. Bu tarixi şəxsiyyətlər bütün varlıqları ilə doğma vətənə bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Dünyanın ən qüdrətli simaları sırasına yüksələn Ulu Öndərimiz ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşayır.

          Ötən əsrin 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi qarşısında qaldığı bir vaxtda xalq ümid yeri kimi üzünü Ulu Öndərə tutdu və dahi şəxsiyyətin bilik və bacarığı, uzaqğörən siyasəti nəticəsində vətənimiz xilas olundu.

          Daha sonra söz Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev bildirdi ki, bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan Ümummilli Lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşib, onun gələcək müstəqilliyi naminə çalışıb. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməzdir”-, deyən ulu öndər Heydət Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr edib.

          Universitetin xarici əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov qeyd edib ki, Ulu Öndər 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısını alıb, inkişafa nail olubdursa, 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dünyəvi dövlətə çevirib. Ulu öndərimizin müdrikliyi, qətiyyəti, iradəsi sayəsində dövlət müstəqilliyimiz sarsılmaz və dönməz olub.

          Sonda ulu öndər haqqında fikirlərini paylaşmaq üçün universitetin Tədris Departamentinin rəhbəri Mənsim Məmmədov və filologiya fakültəsinin dekanı Salman Süleymanov da çıxış ediblər.

 

 

 

 

 

ULU_2.JPGAZ227
678Bakı Avrasiya Universitetində Mənim Ulu Öndərim adlı inşa yarışması keçirilib

Bakı Avrasiya Universitetində Mənim Ulu Öndərim adlı inşa yarışması keçirilib

Bakı Avrasiya Universitetində Nərimanov rayonu ərazisində yerləşən orta ixtisas təhsil müəssisələri şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Mənim Ulu Öndərim adlı inşa yarışması keçirilib. Tədbirdə universitetin ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, universitetin Tədris İşləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova da iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor Nigar Hüseynova qonaqları və məktəbliləri salamlayaraq onlara uğurlar arzuladı.

Daha sonra çıxış üçün söz Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzova verildi. Nəcəf müəllim də öz növbəsində iştirakçı tələbələrə uğur arzulayaraq, onlara gələcək fəaliyyətlərində, ixtisas seçimlərində, həmçinin ali təhsil aldıqları zaman öz bilik və bacarıqlarını nümayiş etdirməkdən çəkinməməyi tövsiyə etdi.

Daha sonra Nəcəf Novruzova Bakı Avrasiya Universiteti adından şagirdlərə göstərilən diqqətə görə Tələbələrin dostu mükafatı təqdim olundu. Tədbirin davamında iştirak edən bütün şagirdlərə xüsusi sertifikat və təşəkkürnamə verildi.

Nəhayət tədbirin sonunda birinci, ikinci və üçüncü yerlərin qaliblərinin adları açıqlandı. Beləliklə 1-ci yerin qalibi 178 saylı məktəbin şagirdi Nəvai Babazadə, 2-ci yerin qalibi 45 saylı məktəbin şagirdi Türkan Nəcəfova və 3-cü yerin qalibi isə 304 saylı məktəbin şagirdi Ələsgər Ələsgərov müəyyən edildi. Qaliblərə medallar və hədiyyələr təqdim olundu. Xüsusi hədiyyələri isə universitetin Ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov və universitetin Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova təqdim etdilər.

 

 

 

 

 

 

 

uo3.jpgAZ228
681Şuşanın işğalından 27 il keçir

Şuşanın işğalından 27 il keçir

Bakı Avrasiya Universitetində Şuşanın işğalının 27-ci ildönümü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə universitetin tədris İşləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova, tədrisin təşkili departamentinin rəhbəri Mənsim Məmmədov, tərcümə kafedrasının müdiri Sevda Rzayeva və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən ingilis dili fakültəsinin tələbələrinin ingilis dilində məruzələri dinlənilib, Şuşanın tarixi, oradakı dağıdılmış mədəniyyət və incəsənət nümunələri barədə məlumat verilib. Bildirilib ki, mənfur erməni hərbi birləşmələri 1992-ci ilin 8 may tarixində Şuşaya amansız hücum edərək şəhəri artilleriya atəşinə məruz qoyub, yerli əhalini öldürüb, oradakı tarixi abidələri yerlə yeksan ediblər.

Şuşanı musiqinin beşiyi adlandıran tədbir iştirakçıları bildiriblər ki, erməni daşnakları həmin gecə musiqimizlə, incəsənətimizlə bağlı olan bir çox təhsil müəssisələrini, musiqi məktəblərini, məscidləri, kitabxanaları, elm ocaqlarını talan edərək yer üzündən siliblər.

Sonda Şuşa ilə bağlı görüntülər nümayiş olunub.

 

 

 

 

 

 

SHUSHA2.jpgAZ229
687Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir

Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində (BAAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və vətəndaş cəmiyyəti" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BAAU-nun  tədris departamentinin müdiri Mənsim Məmmədov ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar universitetdə keçirilən silsilə tədbirlər barədə məlumat verib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan xalqının görkəmli oğlu, böyük dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında və formalaşmasında müstəsna xidmətlərindən bəhs edib. R. Zeyni Ulu Öndərin ölkədə sabitliyin əldə olunmasında, gənclərin xaricdə təhsil almasında, müasir Azərbaycan dilinin inkişafında, Azərbaycan Respublikasının aqrar ölkədən sənaye ölkəsinə çevrilməsində və digər sahələrdə göstərdiyi tarixi xidmətlərindən danışıb. O, ulu öndər Heydər Əliyev fenomeninin araşdırılmasına böyük ehtiyac olduğunu bildirib.

Tədbirdə digər çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.

 

HA3.jpgAZ231
690Bakı Avrasiya Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib

Bakı Avrasiya Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib

Azərbaycanın görkəmli siyasi xadimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 ili tamam olur. Bu münasibətlə Bakı Avrasiya Universitetinin ümumi işlər üzrə prorektoru Günhan Hüseynli, tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova, elm və beynəlxalq əlaqələr üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov, tədrisin təşkili departamentinin rəhbəri Mənsim Məmmədov, eləcə də universitetin bir qrup professor və müəllim heyəti Fəxri xiyabanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafına göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşüb. Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.

 

 

HYDR6.jpgAZ232
693Bakı Avrasiya Universitetinin tələbəsi karate üzrə beynəlxalq yarışın qalibi olub

Bakı Avrasiya Universitetinin tələbəsi karate üzrə beynəlxalq yarışın qalibi olub 

Ukraynanın Odessa şəhərində karatenin şotakan növü üzrə təşkil olunmuş beynəlxalq yarışda Bakı Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi İlyas Nağıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışda 75 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn İlyas Nağıyev qızıl medala layiq görülüb. Yarışın çox gərgin mübarizə şəraitində keçdiyini vurğulayan İlyas Nağıyev bildirib ki, o, həmçinin özünü 60 kiloqram çəki dərəcəsində də sınayıb. Bu dəfə isə yarışın üçüncüsü olub.

Bakı Avrasiya Universiteti olaraq idmançımıza yeni nailiyyətlər və daha böyük uğurlar arzu edirik.

Ukraynanın Odessa şəhərində karatenin şotakan növü üzrə təşkil olunmuş beynəlxalq yarışda Bakı Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi İlyas Nağıyev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Yarışda 75 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn İlyas Nağıyev qızıl medala layiq görülüb. Yarışın çox gərgin mübarizə şəraitində keçdiyini vurğulayan İlyas Nağıyev bildirib ki, o, həmçinin özünü 60 kiloqram çəki dərəcəsində də sınayıb. Bu dəfə isə yarışın üçüncüsü olub.

Bakı Avrasiya Universiteti olaraq idmançımıza yeni nailiyyətlər və daha böyük uğurlar arzu edirik.

SHOT1.jpgAZ233
696İsa Həbibbəyli: İsmayıl Şıxlının bütün əsərlərində Azərbaycanın milli maraqları əsas götürülüb

İsa Həbibbəyli: İsmayıl Şıxlının bütün əsərlərində Azərbaycanın milli maraqları əsas götürülüb 

Mayın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Xalq yazıçısı İsmayıl Şıxlı” mövzusunda elmi konfrans keçirilib. Konfrans yazıçının 100 illik yubileyinə həsr edilib.

 Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanda ədəbiyyatın inkişafı ilə bağlı görülən işlərdən danışıb. Akademik bildirib ki, bu istiqamətdə ulu öndər Heydər Əliyevin apardığı siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının 2019-cu ili “Nəsimi ili” elan etməsi, cari ildə akademik Həmid Araslının 110, Cəlil Məmmədquluzadənin 150, İsmayıl Şıxlının 100 illik yubileylərinin qeyd edilməsi haqqında sərəncamlar imzalaması dövlətin ədəbiyyata, ədəbiyyat nümayəndələrinə münasibətini əks etdirir.

 Xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, zəngin bədii yaradıcılığından danışan akademik İsa Həbibbəyli vurğulayıb ki, yazıçı sovet dövründə yaşayıb-yaratsa da, azərbaycançılıq məfkurəsini təbliğ edən əsərlər yazıb. İsmayıl Şıxlının bütün əsərlərində Azərbaycanın milli maraqları əsas götürülüb.

 Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Bakı Avrasiya Universitetinin (BAU) ümumi filologiya kafedrasının dosenti Maral Yaqubova çıxışında İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatına töhfələrini qeyd edib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Rüstəmzadə “İsmayıl Şıxlının yaradıcılığında milli xarakter”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmanov “İsmayıl Şıxlının “Nə böyük dərd imiş şair yaranmaq” əsəri memuar ədəbiyyatın nümunəsi kimi” mövzularında məruzə ediblər.

Elmi konfransda İsmayıl Şıxlının həyatı, yaradıcılıq yolu, hekayələri, “Ayrılan yollar”, “Dəli Kür”, “Namərd gülləsi”, “Ölən dünyam” əsərləri, yazıçının yaradıcılığında xəlqilik və milli kolorit mövzularında çıxışlar dinlənilib.

Xatırladaq ki, tədbir institutda təcrübə keçən BAU-nun filologiya ixtisası üzrə IV kurs tələbələri ilə birlikdə hazırlanıb.

 

 

ih1.jpgAZ234
699Bakı Avrasiya Universitetində 28 may – Respublika Günü qeyd olunub

Bakı Avrasiya Universitetində 28 may – Respublika Günü qeyd olunub

Bakı Avrasiya Universitetində 28 may – Respublika Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Bakı Avrasiya Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Hüseynova da iştirak edib.

Tədbirdə bu günün tarixindən danışan Nigar Hüseynova dövrün ictimai xadimləri haqqında məlumat verib, şanlı tariximizin dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.

Daha sonra tədbir universitetin tələbələrinin hazırladıqları səhnəciklərlə davam etdirilib. Tələbələr o dövrü əks etdirən şerlər səsləndirib, mahnı oxuyub, rəqs nümayiş etdiriblər.

Tədbir 28 may – Respublika Gününə həsr olunmuş videoçarxla yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

MAY4.jpgAZ235
702Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihəsinin açılışı olub

Nərimanov rayonunda "Yaradıcılıq zirvəsini fəth edək!" adlı yaradıcılıq müsabiqəsinin təşkili layihəsinin açılışı olub

Bakı Avrasiya Universitetində Yaradıcılıq zirvəsini fəth edək! yaradıcılıq müsabiqəsinin təşkili layihəsinin açılış mərasimi və ilk seçim turu keçirilib.

Müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Yeni Gələcək Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində Yeni Gələcək Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Bakı Avrasiya Universitetinin rektorluğunun mütəxəssisi Kamil Məhəmmədli, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri Səbinə İsmayılova, Nəbi Quliyev və 45 fəal gənc iştirak ediblər.

 Əvvəlcə qonaqları salamlayan Bakı Avrasiya Universitetinin rektorluğun mütəxəssisi Kamil Məhəmmədli tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb. Qeyd edilib ki, ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Cəmiyyətimiz gənclərə ehtiyac duyur, buna görə onlar üçün hər bir şərait yaradılır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu var.

Sonra Yeni Gələcək Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirib ki, layihənin əsas məqsədi milli musiqi tariximizi yaşatmaq, milli mədəniyyəti və incəsənəti təbliğ etmək, gənclərin istedadların üzə çıxarılması üçün əlverişli şəraitin yaradılması və onların yaradıcılığına diqqətin artırılmasıdır. Qeyd edilib ki, yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli ictimai məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. Hər bir gəncin kiçik yaşlarından əldə etmək istədiyi, dəyər verdiyi və onun reallaşmasına can atdığı arzuları, eləcə dəı xüsusi qabiliyyət və bacarıqları vardır ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar.

Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov vurğulayıb ki, gənclərin vətənpərvər ruhlu yetişməsində, dövlətə qayğı göstərməsində, yaradıcı kimi formalaşıb cəmiyyət içərisində yararlana bilməsində ən böyük dəstəkçisi xalqın özüdür. Bu o xalqdır ki, keçmişdən bəri Vətən uğrunda döyüşüb, öz var gücünü əsirgəməyib. Bu o xalqdır ki, sadəcə qəhrəman titulu vermək yetməz. Gənclər də xalqın, vətənin gələcəyinin göstəriciləridir.

Çıxışlardan sonra layihənin seçim turuna start verilib. Seçim turunda gənclər bir neçə nominasiyalar üzrə öz istedadlarını nümayiş etdiriblər. Layihəyə 14-29 yaşlı ali, orta ixtisas və orta təhsil müəssisələrinin gəncləri qatılıblar.

Qeyd edək ki, layihə çərçivəsində 5 seçim turu və nəticələrə uyğun olaraq qala konserti təşkil ediləcək.

 

 

 

MUSABİQA2.jpgAZ236
705Bakı Avrasiya Universiteti növbəti məzunlarını yola saldı

Bakı Avrasiya Universiteti növbəti məzunlarını yola saldı

İyirmi yeddi ildir ki, fəaliyyət göstərən Bakı Avrasiya Universiteti 23-cü məzun buraxılışını uğurla yekunlaşdırdı.

Avrasiya Universitetindən gələcəyə-Məzun 2019 adlı tədbirdə bu ali təhsil ocağının rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli, universitetin prorektorları, eləcə də professor və müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli məzunlara gələcəkdə iş karyeralarında nailiyyətlər arzu edib.

Sonra məzunlar səhnəyə dəvət olunublar. Bir-birindən maraqlı səhnəciklər, solo ifalar hazırlayan məzunlar gecəyə daha da rəng qatıblar.

Xatırladaq ki, filologiya və iqtisadiyyat fakültəsi olmaqla, ümumilikdə 235 tələbə bu il Bakı Avrasiya Universitetindən məzun adını qazanaraq, universiteti müvəffəqiyyətlə başa vurdular.

Sonda fərqlənən məzunlara xüsusi plaketlər və sertifikatlar təqdim olunub.

Tədbir musiqi sədaları ilə yekunlaşıb.

mezun11.jpgAZ237
7086-cı Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu işə başlayıb

6-cı Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu işə başlayıb

Bu gün Bakıda 6-cı Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu öz işinə başlayıb.

Caspian Biznes Otelin konfrans zalında start verilən tədbiri giriş sözü ilə Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli açıq elan etdi. Bakı Avrasiya Universitetinin ev sahibliyi etdiyi Simpoziumda çıxış edən professor Nazim Hüseynli qonaqları salamlayaraq tədbirin əsas məqsədini açıqladı.

Qeyd edək ki, tədbirdə Niğdə Ömər Halisdəmir Universitetinin rektoru Muhsin Kar, Qazax Qızlar Pedaqoji Milli Universitetinin rektoru Professor Gauhar Aldambergenova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Hikmət Babaoğlu, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu və digər tanınmış elm xadimləri də iştirak edir.

Çıxış edən qonaqlar Bakıda təşkil olunan sayca altıncısı olan Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda iştirakdan məmnunluqlarını dilə gətiriblər. Onlar tədbirin təşkil olunmasına görə Bakı Avrasiya Universitetinin professor- müəllim heyətinə və şəxsən universitetin rektoru professor Nazim Hüseynliyə öz təşəkkürlərini bildiriblər.

İki saat davam edən Simpoziumun ardından qonaqlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Türk Dünyasının dili, ədəbiyyatı, tarixi, incəsənəti, maddi və mənəvi dəyərləri kimi humanitar elmlərin hər bir sahəsi ilə bağlı elmi tədqiqatlarda ortaq bir iş aparmaq məqsədilə təşkil edilən Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun Bakıda keçirilməsi çox əlamətdar bir hadisə kimi qiymətləndirilib.

Tədbir axşam saatlarında "Kökümüz bir-Türkük" Qala Festivalı ilə davam edəcək. Simpozium 3 gün davam edəcək (13-15 iyun).

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

simp2019-10.jpgAZ238
711Azərbaycan və Orta Asiyada ərəb dili - beynəlxalq konfransı öz işinə başlayıb

Azərbaycan və Orta Asiyada ərəb dili - beynəlxalq konfransı öz işinə başlayıb

İyulun 11-də Bakı Avrasiya Universitetində “Azərbaycan və Orta Asiyada ərəb dili” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

 Konfransda azərbaycanlı ərəbşünas alimlərlə yanaşı Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistandan gəlmiş tanınmış ərəbşünas alimlər də iştirak edirlər. Konfransa Səudiyyə Ərəbistanından da nümayəndə heyəti qatılıb.

 İki gün davam edəcək tədbirdə çoxsaylı çıxışlar nəzərdə tutulub. Əsas məqsəd Azərbaycanda və Orta Asiya Respublikalarında ərəb dilinin müasir vəziyyəti, inkişaf perspektivləri, ona mane olan amillər, qarşıda duran vəzifələri müzakirə etmək, eyni zamanda iştirakçı ölkələrin ziyalıları arasında mədəni körpülər qurmaqdır.

 Konfransın ilk günü Bakı Avrasiya Universiteti ilə Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzi arasında 6 fevral 2019-cu il tarixində imzalanmış müqaviləyə əsasən yaradılmış “Ərəbşünaslıq Mərkəzi”nin rəsmi açılışı həyata keçirilib.

 Konfransın və Mərkəzin rəsmi açılış mərasiminə Səudiyyə Ərəbistanının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Dr.Hamad bin Abdulla bin Səud bin Xudeyr də qatılıb. 

Bakı Avrasiya Universitetinin prorektoru Nigar Hüseynova çıxış edərkən bildirib: “Ölkəmizdə müxtəlif adlar altında çoxsaylı Mərkəzlər fəaliyyət göstərməkdədir. Ancaq düşünürəm ki, bizim birgə səylərimizlə təsis edilən “Ərəbşünaslıq Mərkəzi”nin analoqu yoxdur. Onun az müddət içərisində təhsil müəssisələri və tələbələr arasında yaratdığı rəğbət, həvəs, motivasiya və maraq meylləri, xüsusilə qarşısına qoyduğu məqsəd və vəzifələr bunu deməyə əsas verir və gələcəyə böyük ümidlər yaradır. Çox sevindirici haldır ki, ərəb dili kurslarına 80 nəfər tələbənin qatılması nəzərdə tutulsa da, qısa müddət ərzində 200-dən çox müraciət daxil olub”.

 Daha sonra səfir Dr.Hamad bin Abdulla bin Səud bin Xudeyr çıxış edib. O, “Ərəbşünaslıq Mərkəzi”nin açılışını iki ölkənin elm, təhsil və mədəni əlaqələrinin genişləndirilməsi baxımından müsbət addım kimi xarakterizə edib.

 

 

 

 

 


arab4444.jpgAZ239
714Bakı Avrasiya Kollecində 2019-2020–ci tədris ilinin açılış mərasimi keçirilib

Bakı Avrasiya Kollecində 2019-2020–ci tədris ilinin açılış mərasimi keçirilib

Bakı Avrasiya Kollecində (BAAK) 2019-2020–ci tədris ilinin açılış mərasimi və Bilik günü keçirilib. Tədbirdə kollecin kollektivi ilə yanaşı, Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli, ali məktəbin professor və müəllim heyəti, tələbələr, valideynlər iştirak ediblər.

BAAU-nun rektoru, professor Nazim Hüseynli yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb və tələbələri kollecin və universitetin yüksək təhsil potensialdan istifadə etməyə, mütəxəssis kimi yetişərək ölkəmizin inkişafına töhfə verməyə səsləyib. Sonra Bakı Avrasiya Kollecinin direktoru Aytən Hüseynova birinci kurs tələbələrini Bakı Avrasiya Kollecinə daxil olmaları münasibətilə təbrik edib. Direktor, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilən səmərəli islahatlardan, o cümlədən, elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Açılış mərasimində Bakı Avrasiya Universitetinin professor-müəllim heyəti də iştirak edərək eyniadlı kollecin yeni tədris ilinə başlaması münasibətilə təbriklərini çatdırıblar. Sonda, rektor Bakı Avrasiya Kollecinin açılış lentini kəsib.

 

 

 


avrasiya.jpgAZ240
717Bakı Avrasiya Universiteti (BAAU) İtaliyanın Genuya Universiteti ilə ikili diplom proqramına başladı

Bakı Avrasiya Universiteti (BAAU) İtaliyanın Genuya Universiteti ilə ikili
diplom proqramına başladı

BAAU beynəlxalq reytinqinin yüksəldilməsi və rəqabətliliyinin artırılmasına,yetişdirdiyi kadrların müasir standartlar səviyyəsində hazırlanmasına xüsusi əhəmiyyət verir. Bu məqsədlə beynəlxalq əlaqələrini genişləndirməyi, o cümlədənikili diplom proqramlarının tətbiqini əsas prioritetlərdən biri hesab edir. BAAU 2019/2020-ci tədris ilində bu istiqamətdə ilk uğuruna imza atıb. İtaliyaRespublikasının Genuya Universiteti ilə bağladığı müqaviləyə əsasən cari tədrisilindən ali təhsilin magistratura səviyyəsində “Turizmin iqtisadiyyatı” ixtisası üzrəkadr hazırlığı ikili diplom proqramı ilə aparılmağa başlayıb. Bu proqrama əsasənmagistrantlar üç semestr BAAU-da, bir semestr isə Genuya Universitetində təhsilalmaqla, hər iki ali məktəbin diplomunu əldə edirlər. Əsası XVI əsrdə qoyulmuşGenuya Universiteti dünya universitetləri reytinqində ilk beşyüzlükdə, ölkədə isə ilk onluqdadır.

University-of-Genoa (1).jpgAZ241
720Bakı Avrasiya Universitetində “Türk dilinin inkişaf mərhələləri” adlı seminar keçirilib

Bakı Avrasiya Universitetində “Türk dilinin inkişaf mərhələləri” adlı seminar keçirilib

Qazi Universitetinin professoru  Necati  Demir  Bakı  Avrasiya Universitetinin qonağı olub. Qonaq ilk öncə filologiya fakültəsinin türk dili və ədəbiyyatı ixtisasında təhsil alan I kurs tələbələrilə görüşüb. Daha sonra professor türk dilinin formalaşma tarixi, Türk-Şumer əlaqələri, eləcə də Altay dil nəzəriyyəsi ilə bağlı tələbələr qarşısında mühazirə oxuyub.

Mühazirənin sonunda  Türk dillərinin diferensiallaşması məsələsinə, türkcənin müasir vəziyyəti, ortaq türkcə problemi kimi məsələlər haqqında da disskusiya aparılıb.

 

 

 

 

 


cum1.jpgAZ242
723Bakı Avrasiya Universitetində Müəllimlər Günü ilə bağlı tədbir keçirilib

Bakı Avrasiya Universitetində Müəllimlər Günü ilə bağlı tədbir keçirilib

Hər il olduğu kimi, bu il də Bakı Avrasiya Universiteti öz ənənəsinə sadiq olaraq Müəllimlər Gününü təntənəli şəkildə qeyd edib.

Tədbiri giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent  Nigar Hüseynova professor - müəllim heyətini, o cümlədən tələbələri bu əziz gün münasibətilə təbrik edib və rektor, professor Nazim Hüseynlinin təbriklərini çatdırıb.

Daha sonra çıxış edənlər - prorektor Gülzar İbrahimova, eyni zamanda Bakı Avrasiya Kollecinin direktoru Aytən Hüseynova və universitetin tədris departamentinin rəhbəri Mənsim Məmmədov tədbir iştirakçılarını Müəllim Günü  münasibəti ilə təbrik edərək onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıblar.

 

 

 

 

muel-g2.jpgAZ243
726Bakı Avrasiya Universitetində "Ulu Öndər" sənədli filmi nümayiş etdirilib

Bakı Avrasiya Universitetində "Ulu Öndər"ı sənədli filmi nümayiş etdirilib

Bu gün Bakı Avrasiya Universitetinin konfrans zalında Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "Ulu Öndər" sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra Gənclər və İdman Nazirliyinin nümayəndəsi Hüseyn Babayev çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan danışıb.

Tədbirdə Bakı Avrasiya Universitetinin əməkdaşı Kamil Məhəmmədli qeyd edib ki, bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın bu böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. O deyib: “Ulu Öndər müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında tanıtdı, Azərbaycanı nüfuzlu və mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasını təmin etmək üçün onu möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırdı. Ulu Öndərin müdrik siyasi məktəbinin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev də Ümummilli Liderin xalqımız və dövlətimizlə bağlı ideallarına sadiqlik nümayiş etdirərək müstəqil dövlətimizi daha da gücləndirdi və inkişaf etdirdi. Biz bugünkü müstəqil, sürətlə inkişaf edən, dünya siyasətində və beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan Azərbaycana görə ulu öndər Heydər Əliyevə borcluyuq".

Sonda tələbələrlə müzakirələr aparılıb.

60c2318f-42e7-4784-8af5-dd026ad43cd2.JPGAZ244
729Bakı Avrasiya Universitetinin tələbəsindən nümunəvi addım

Bakı Avrasiya Universitetinin tələbəsindən nümunəvi addım

Bakı Avrasiya Universitetinin üçüncü kurs tələbəsi Kənan Şahmarlı Xətai rayonu, UPO qəsəbəsi, N.Şükürov qəsəbəsində böyük bir yanğının qarşısını alıb. Belə ki, o, ərazidə baş vermiş yanğınla bağlı əvvəlcə “112” qaynar xətt mərkəzinə məlumat vermiş və əraziyə yanğın söndürənlərin gəlmələrinə qədər yanğının digər ərazilərə yayılmasının qarşısını almışdır.

Beləliklə, geniş miqyaslı fövqaladə hadisənin qarşısının alınmasında göstərmiş olduğu vətəndaş mövqeyinə görə Fövqəladə Hallar Nazirliyindən universitetin rəhbərliyinə  təşəkkür məktubu daxil olmuşdur. Eyni zamanda, universitet rəhbərliyi Kənan Şahmarlının göstərdiyi nümunəvi addımını yüksək dəyərləndirmiş və ona təşəkkürnamə təqdim etmişdir.

 

YAN 1.jpgAZ245
738Bakı Avrasiya Universitetində professor Buludxan Xəlilovla görüş

Bakı Avrasiya Universitetində professor Buludxan Xəlilovla görüş

Noyabrın 8-də Bakı Avrasiya Universitetində (BAAU) çağdaş Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, professor Buludxan Xəlilovla görüş keçirilib.

Universitetin filologiya fakültəsinin tələbələri ilə görüşdə Buludxan Xəlilov Azərbaycan dilçiliyinin aktual problemlərindən bəhs etməklə yanaşı, gənclərə alim olmağın sirlərini, elmi zəhmətlə yarandığını açıqlayıb.

Görüşdə, həmçinin BAUU-nun filologiya kafedrasının müdiri və əməkdaşları iştirak ediblər.

BULUD1.JPGAZ248
741Bakı Avrasiya Universitetinin binası bayraqla bəzədilib

Bakı Avrasiya Universitetinin binası bayraqla bəzədilib

9 noyabr- Dövlət Bayrağı Günü münasibətilə Bakı Avrasiya Universitetinin binasının bütün pəncərələrinə bayraqlar asılıb.

Universitet rəhbərliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi bu aksiya iki gün davam edəcək. Maraqlı məqamlarla yadda qalan aksiyaya Bakı Avrasiya Universiteti ilə yanaşı Bakı Avrasiya Kollecinin tələbələri də qatılıb.

Aksiya zamanı yaddaşlardan silinməyəcək fotosessiyalar təşkil ediləcək.

BAYR1.pngAZ249
744“İnvestAZ” şirkətinin nümayəndəsi Bakı Avrasiya Universitetinin tələbələrinə mühazirə oxuyub

“İnvestAZ” şirkətinin nümayəndəsi Bakı Avrasiya Universitetinin tələbələrinə mühazirə oxuyub

"İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin əməkdaşları Bakı Avrasiya Universitetinin (BAAU) iqtisadiyyat üzrə təhsil alan tələbələr ilə görüşüblər.

Universitetdə təşkil olunan tədbirdə BAAU-nun dosenti, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Seyfullayev gələcəyin iqtisadçıları olacaq hər bir tələbənin dünyanın maliyyə bazarlarında cərəyan edən proseslər və ona təsir edən amillər haqqında bilikli olmasının zəruriliyini vurğulayıb. O deyib: “Bu dayanıqlı inkişaf və maliyyə sabitliyinin qorunması üçün vacib sahədir”.

Sonra “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin təhsil üzrə meneceri Rövşən Məmmədov “Maliyyə bazarlarında praktiki vəziyyət” mövzusunda geniş mühazirə oxuyub. O, mühazirəsində müvafiq sahədə tələbələrə ətraflı və mövzunun mahiyyətini açıqlayan məlumat verib. R.Məmmədov çıxışı zamanı birjalar, birjaların növləri, birjaların iştirakçıları, birjada ticarətin növləri, maliyyə aktivlərinin alış və satışından mənfəət əldə etmək imkanları, marjinal ticarət, kredit çiyni, “Meta Trader 4” ticarət proqramı, “Best İnvestor”  və s. məsələləri geniş şərh edib. O, nəzəri fikirlərini praktik misallarla izah edərək maliyyə bazarlarının idarə edilməsi və orada baş verən silkələnmələrə təsir edən amillərin qiymətləndirilməsi ilə bağlı indikatorları da açıqlayıb.

Sonda tələbələrin suallarına cavab verilib.

INV1.JPGAZ250
747ABŞ-ın Beynəlxalq TEFL Təlim İnstitutunun nümayəndəsi Bakı Avrasiya Universitetində olub

ABŞ-ın  Beynəlxalq TEFL Təlim İnstitutunun nümayəndəsi Bakı Avrasiya Universitetində olub

Amerika Birləşmiş Ştatları Beynəlxalq TEFL Təlim İnstitutunun (İTTİ-İnternational TEFL Training İnstitute) Azərbaycan üzrə rəsmi nümayəndəsi, Beynəlxalq TEFL və Təhsil Qrupunun direktoru Afər İbrahimov noyabrın 18-də Bakı Avrasiya Universitetinin qonağı olub.

Universitetdə təlim və tədrisin idarə olunması ilə yaxından tanış olan qonaq, eyni zamanda, ingilis dili müəllimləri üçün Beynəlxalq Müəllim Hazırlığı təlimininə qatılmışdır.  “Sinifin idarəedilməsi; yeni sözlərin tədrisində yaradıcı metodlar” üzrə təlimdə qarşılıqlı diskusiyalara da yer verilib. İngilis dilində keçirilən təlim bu kimi tədbirlərin davamlı olmasına zəmin yaradıb.

 

TEFL 1.JPGAZ251
750Bakı Avrasiya Universitetinin tələbələri “Audiokitab" layihəsinin nümayəndələri ilə görüşüb

Bakı Avrasiya Universitetinin tələbələri “Audiokitab" layihəsinin nümayəndələri ilə görüşüb

Noyabrın 20-də Bakı Avrasiya Universitetinin tələbələri ilə “Audiokitab” layihəsinin nümayəndələri arasında görüş keçirilib.

Universitetin tərcümə kafedrasının təşəbbüsü ilə təşkil olunan görüşdə layihə rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov layihənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, layihənin həyata keçirilməsində məqsəd yeni texnologiyalar vasitəsilə tələbələri  klassik,  müasir Azərbaycan, dünya yazıçıları və onların əsərləri haqqında məlumatlandırmaq, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətini inkişaf etdirməkdir. 2015-ci ildən etibarən Azərbaycanda bu formatda ilk dəfə həyata keçirilən layihənin uğurlarından danışan H.Həsənov bildirib ki, layihədə ədəbiyyatın bütün sahələrinə aid 1000-dək kitab peşəkar aktyorların ifasında səsləndirilib. Səsləndirilən kitablar bədii ədəbiyyat, şifahi xalq ədəbiyyatı nümunələri, klassik və müasir Azərbaycan yazıçılarının, dünya klassikləri tərəfindən dilimizə tərcümə edilmiş əsərlər, eləcə də dərs vəsaitlərindən ibarətdir.

Bakı Avrasiya Universitetinin tərcümə kafedrasının müdiri Sevda Rzayeva “Audiokitab” layihəsinin dərs vəsaitlərinin tədrisi zamanı səsləndirilməsində maraqlı olduqlarını və tələbələrin bu layihədən yüksək bilik və geniş dünyagörüşü əldə edəcəklərinə əminliyinin bildirib.

AUDIO1.jpgAZ252
753Bakı Avrasiya Universitetinin tələbələrindən nümunəvi addım

Bakı Avrasiya Universitetinin tələbələrindən nümunəvi addım

Bakı Avrasiya Universitetinin tələbələri Tasty Ella və Leyla Hasan Hand-made tərəfindən təşkil olunan Bakı görüşləri əl-işləri sərgisinin Gülçinə dəstək olaq marafonunda  iştirak ediblər.

Qeyd edək ki, maddi dəstəyə ehtiyacı olan 21 yaşlı İbrahimli Gülçin - idiopatik skolioz-coob diaqnozundan əziyyət çəkir. Atası Qarabağ əlili olan Gulçin dekabr ayının 7 əməliyyat olunmalıdır.

 

 

 

 


na1.jpgAZ253
756Bakı Avrasiya Universitetində yeni layihəyə start verilib

Bakı Avrasiya Universitetində yeni layihəyə start verilib

Bakı Avrasiya Universitetində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Avrasiya Liderlik Akademiyası IV” adlı yeni layihəyə start verilib.

Tələbələrin asudə vaxtlarını səmərəli keçirilmələri və yeni bilik, bacarıqlara sahib olmalarına xidmət edən bu layihə çərçivəsində ilk tədbir 2014-cü ildə keçirilmişdir. Layihə rəhbəri, eyni zamanda universitetin rektorluğunun əməkdaşı Kamil Məhəmmədli tədbirdə çıxış edərək layihənin əsas məqsədlərindən bəhs edib. O, tələbələri bu cür tədbirlərdə daha aktiv olmağa səsləyib.

Tədbir rəsmi açılış və təlimlər (idarəetmə və təşkilatlanma, nitq və natiqlik, kütlə psixologiyası) olmaqla iki hissədən ibarət olub.

Sonda uğurla keçən tədbirin təlimçilərinə təşəkkürnamələr, iştirakçı tələbələrə isə sertifikatlar təqdim edilib.

 

 

 

 

 

 

 


yl1.jpgAZ254
759BAAU-nun əcnəbi tələbələri ilə görüş

BAAU-nun əcnəbi tələbələri ilə görüş

Bakı Avrasiya Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.

Beynəlxalq Əlaqələr üzrə prorektor Səyavuş Qasımov son illərdə ölkəmizin xarici əlaqələrinin sürətlə genişlənməsi fonunda təhsil sahəsində münasibətlərin xüsusi dinamika ilə inkişaf etdiyini, müxtəlif xarici təhsil ocaqları ilə qarşılıqlı maraq kəsb edən layihələrin sayının artdığını diqqətə çatdırıb.

Daha sonra Tədrisin təşkili departamentinin rəhbəri Məmmədov Mənsim BAAU-da təhsil alan əcnəbi tələbələrin sayının ildən-ilə artmasından və təhsil aldıqları müddətdə uğurlu nəticələr göstərmələrindən danışıb.

Sonda uğurlu göstəricilərinə görə fərqlənən əcnəbi tələbələr sertifikatlara layiq görülüblər.

 

 

 

 

 

 

 


nasimi1.JPGAZ255
762Bakı Avrasiya Universitetində ustad dərsi: “Məmməd Cəfər Cəfərov romantizminin tədqiqatçısı kimi”

Bakı Avrasiya Universitetində ustad dərsi: “Məmməd Cəfər Cəfərov romantizminin tədqiqatçısı kimi”

Noyabrın 27-də Bakı Avrasiya Universitetinin ümumi filologiya kafedrasının təşkilatçılığı ilə “Məmməd Cəfər Cəfərov romantizminin tədqiqatçısı kimi” mövzusunda ustad dərsi təşkil olunub.

 Universitetdə filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyev tərəfindən keçirilən ustad dərsdə filologiya üzrə elmlər doktoru, professor Məmməd Cəfərin elmi yaradıcılığından və müəllimlik fəaliyyətindən bəhs edilib. Universitet illərində, aspirantura dövründəki xatirələrini bölüşən Kamran Əliyev Məmməd Cəfərin müəllim və tədqiqatçı kimi portretini canlandırıb. Həmçinin Romantizm cərəyanı ilə bağlı araşdıran ilk müəlliflərdən olan Məmməd Cəfərin bu sahədə gördüyü əhəmiyyətli işlərdən danışılıb.

 

 

 

 

 

BA1.jpgAZ256
765BAAU-nun nümayəndələri Azərbaycanın diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunan konfransda iştirak ediblər

BAAU-nun nümayəndələri Azərbaycanın diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunan konfransda iştirak ediblər

Noyabrın 22-də Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunan “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçirilib.

Konfransın işini “Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, “Yeni dünya nizamı: XXI əsrin çağırışları”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi – Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələri üzrə davam etdirib. Azərbaycan Milli Elmlər Akademiyasından və 25 ali təhsil müəssisəsindən, o cümədən Bakı Avrasiya Universitetinin tələbələrinin yaxından iştirak etdikləri konfransda Çexiya, Rusiya, Türkmənistan, Çindən 208 tezis qəbul edilib.

Konfransda Bakı Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat, filologiya fakültələrindən 20-dən çox tələbə “Humanitar fənlər və regionşünaslıq” kafedrasının  müəllimləri A.V.Rüstəmova və C.X.Cahangirlinin rəhbərliyi altında yazdıqları tezisləri təqdim ediblər.

 

 

 

 

AA2.jpgAZ257
768Bakı Avrasiya Universitetində İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş beynəlxalq konfransın açılışı olub

Bakı Avrasiya Universitetində İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş beynəlxalq konfrans işinə başlayıb

Noyabrın 3-də Bakı Avrasiya Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işinə başlayıb.

Tədbirin açılışında çıxış edən universitetin rektoru, professor Nazim Hüseynli konfransın işinə uğurlar arzulayıb.

Sonra İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı belə bir konfransın təşkilinə görə universitet rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürünü bildirib.

Akademiklər Muxtar İmanov, Möhsün Nağısoylu konfransın işinə uğurlar arzulayaraq İsmayıl Şıxlı yaradıcılığını Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.

Daha sonra qonaqlara konfransda iştiraklarına görə təşkilat komitəsi adından universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova öz təşəkkürünü bildirib.

Tədbirə qardaş Türkiyə respublikasından da elm və bilim adamları qatılıblar.

Konfrans iki gün davam edəcək.

 

 

 

 

 

BAB 1.jpgAZ258
771BAAU-nın kollektivi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak edib

BAAU-nın kollektivi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak edib

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamı çərçivəsində bir sıra tədbirlər həyata keçirilməkdədir. Bu sırada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş ağacəkmə kampaniyasını qeyd etmək olar. Aksiya çərçivəsində bir gündə 650 min ağac əkilib.

Bakı Avrasiya Universitetinin rəhbərliyi, müəllim və tələbə heyətindən ibarət kollektivi də bu geniş miqyaslı tədbirə qoşularaq ağacəkmə kampaniyasında fəal iştirak etmişdir.

İmadəddin Nəsimi Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi qüdrətli söz ustalarındandır. Onun yubileyi ölkəmizdə ədəbi-mədəni fikir tarixinin əlamətdar hadisəsi kimi dövlət səviyyəsində qeyd edilir.  

 

 

 

 

agac1.JPGAZ259
774Bakı Avrasiya Universitetinin tələbələri 3 yaşlı leykoz xəstəsi olan Məhəmmədə dəstək aksiyasına qoşulublar

Bakı Avrasiya Universitetinin tələbələri 3 yaşlı leykoz xəstəsi olan Məhəmmədə dəstək aksiyasına qoşulublar

Tanınmış Tasty Ella və Leyla Həsən Handmade sərgi təşkilatçılarına dəstək üçün Bakı Avrasiya Universitetinin tələbələri bir araya gəlib. Təşkilatçılar tərəfindən başlanılan xeyriyyə aksiyasında əl işlərinin satışını təşkil edən BAAU-nun tələbələri Bakı görüşləri tədbiqi-incəsənət sərgisində Məhəmmədə dəstək olaq xeyriyyə aksiyasına qoşulublar.

Məlumat üçün qeyd edək ki, aksiya hər həftə təşkil olunur və təşkilatçılar tərəfində xəstə və imkansız uşaqlara yardımlar edilir.  

 

xeyr2.jpgAZ260
777Beynəlxalq TEFL Tədris İnstitutu BAAU-nun müəllimlərini sertifikatlarla təltif edib

Beynəlxalq TEFL Tədris İnstitutu BAAU-nun müəllimlərini sertifikatlarla təltif edib

Beynəlxalq TEFL Tədris İnstitutu Bakı Avrasiya Universitetinin 23 müəlliminə sertifikatlar təqdim edib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, keyfiyyətli treyninqlər və təcrübə paylaşımı müəllimlərin peşəkar həyatlarında önəmli məqamlardır. Diqqətə çatdırılıb ki, müəllimlərin gələcək inkişafına dəstək olunarsa, onlar da öz növbəsində tələbələrin uğurlarına töhvə verə bilərlər. Beynəlxalq TEFL Tədris İnstitutu hər zaman müəllimlərin ehtiyaclarını yaxşı anlayaraq onlara treyninqlərdə iştirak üçün imkan yaratmağa çalışır.

 

 

 

 

 

teacher2.jpgAZ261
780Bakı Avrasiya Universitetində Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib

Bakı Avrasiya Universitetində Ulu Öndərin xatirəsinə həsr olunan tədbir keçirilib

Bakı Avrasiya Universitetində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev və milli tariximiz” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova Ulu Öndərin şərəfli ömür yolundan, Vətən qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev keçmiş sovetlər və müstəqilliyimiz dövründə ölkəmizdə digər sahələrlə yanaşı, elmin və təhsilin inkişafına daim xüsusi diqqət göstərib.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzunun  artmasından, eyni zamanda respublikamızın  hərtərəfli inkişafından, Ulu Öndərin dövlətçilik, azərbaycançılıq idealogiyasından, diaspor quruculuğuna verdiyi misilsiz töhfələrdən bəhs edib.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev diqqətə çatdırıb ki, müstəqilliyimizin dönməzliyinin təminatçısı ümummilli lider Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq. Ulu Öndərin əsasını qoyduğu strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Bakı Avrasiya Universitetinin ümumi işlər üzrə prorektoru, YAP  Nərimanov rayon Siyasi Şurasının üzvü Günhan Hüseynli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və başqaları iştirak ediblər.

 

 

 

 

 

 

 

 

 

MAM1.JPGAZ262
783BAAU-da “Azərbaycanda gender bərabərliyi və insan inkişafı” möv­zusunda mühazirə oxunmuşdur

BAAU-da Azərbaycanda gender bərabərliyi və insan inkişafı” möv­zusunda mühazirə oxunmuşdur

Bakı Avrasiya Universitetinin konfrans zalında  s.e.d., professor, genderşünas alim Gülzar İbrahimova tərəfindənAzərbaycanda gender bərabərliyi və insan inkişafı” möv­zusunda mühazirə oxunmuşdur.

G.İbrahimova mühazirəsində müasir Azərbaycan Respublikasının dövlətçilik strategiyasında gender problemlərinin həlli ilə bağlı Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətini işıqlandırmış, gender bərabərliyinə nail olma yolunda ölkədə aparılan çeşidli siyasəti təhlil etmişdir. Bu istiqamətdə işlərin artan dinamika ilə həyata keçirildiyini qeyd edən universitetin elmi işlər üzrə prorektoru eyni zamanda cəmiyyətdə mövcud subyektiv maneələri (erkən nigah, təhsildən yayınma və s.) də qeyd etmiş, reproduktiv sağlamlıq, səlahiyyətlərin genişləndirilməsi, əmək bazarını əhatə edən və qadınlarla kişilərin nailiyyətləri arasında olan uyğunsuzluqların statistik göstəriciləri əsasında hesablanan Gender Bərabərsizliyi İndeksinin dünya qlobal indeksinə çatması üçün səylərin artırılmasının zəruriliyini vurğulamışdır.

Tədbirin sonunda professor tələbələri maraqlandıran sualları cavablandırmışdır.

 

 


 

 

gender2.JPGAZ263
786BAAU-da nəsimişünas alim, professor Fatih Usluerlə görüş

BAAU-da nəsimişünas alim, professor Fatih Usluerlə görüş

Bakı Avrasiya Universitetində “Ümumi filologiya” kafedrasının təşkilatçılığı ilə 12 dekabr tarixində “Nəsimi ili”nə həsr olunmuş tədbirlər silsiləsinin davamı olaraq,  görkəmli mətnşünas, hürufiliyin fədakar və ardıcıl tədqiqatçısı, nəsimişünas alim, professor Fatih Usluerlə görüş keçirilib. İllərdən bəri hürufilik sahəsində çalışan, məhsuldarlığı ilə seçilən bu alimi tələbələrə nəsimişünas Səadət Şıxıyeva təqdim etdi və xüsusi dəvətlə gəlmiş qonaq haqqında tədbir iştirakçılarına məlumat verdi. S.Şıxıyeva eləcə də tədqiqatçı alim tərəfindən ardıcıl olaraq hürufilik mətnlərinin əlyazmalar əsasında nəşrini bu sahəyə misilsiz xidmət kimi dəyərləndirdi.  Söhbəti boyunca tələbələrə hürufilik, Fəzlullahın şəxsiyyəti və hürufilik təliminin təbliğində Nəsiminin yeri barədə ilkin qaynaqlar əsasında məlumat verən Fatih bəy gənclərdə bu sahəyə maraq oyatmağa müvəffəq oldu.

Sonda Fatih Usluer tədbirdə iştirak edən “Ümumi filologiya” kafedrasının müdiri, dosent Elmira Məmmədova-Kekeçin,  tanınmış ədəbiyyatşünas, professor Rəhim Əliyevin, tədqiqatçı, dosent Maral Yaqubovanın, gənc müəllim Günel Şıxəliyevanın, həmçinin bir sıra tələbələrin mövzu ilə bağlı suallarını cavablandırdı.

 

 

 


nas1.jpgAZ264
789Bakı Avrasiya Universitetində “Sabahımız naminə narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Bakı Avrasiya Universitetində “Sabahımız naminə narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

Dekabrın 16-da Bakı Avrasiya Universitetində (BAAU) “Sabahımız naminə narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Tədbir Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində təşkil olunub.

Tədbirdə BAAU rektorunun köməkçisi  Şəfayət Əliyev bildirib ki, hər birimiz  bir fərd olaraq əsrimizin bəlasına çevrilmiş narkomaniyaya qarşı düşüncəli şəkildə mübarizə aparmalı və tələbələrə zərərli  vərdişlərdən uzaq durmağa səsləməliyik. O, eyni zamanda, müasir gəncliyin bu kimi xətalara yol verməsindən narahatçılığını ifadə edib.

Sonra Nərimanov Rayon İcra Hakimiyyətinin Narkotiklərlə Mübarizə Komissiyasının məsul katibi Nicat Məmmədov müvafiq istiqamətdə rayon üzrə mütəmadi olaraq görülən işlərdən danışıb , illik hesabatdan vacib məqamları tələbələrin diqqətinə çatdırıb.

Daha sonra Nərimanov rayon Polis İdarəsinin inspektoru, polis kapitanı İsmayıl Nəsibzadə gündəlik təcrübəsində rast gəldiyi hadisələrdən bəhs edib, narkomaniyanın həyatımıza vurduğu acı həyat lövhələrindən danışıb.

Tədbirdə iştirak edən Nərimanov rayon Polis İdarəsinin sahə inspektoru, polis kapitanı Nicat Məhərrəmov  işgüzar fəaliyyətində, eyni zamanda, rayon ərazisində yerləşən ali və orta ixtisas tələbələri ilə daim təmasda olduğunu, problemlərin də məhz  məişət hadisələrindən yarandığını diqqətə çatdırıb, müvafiq istiqamətdə maarifləndirici işlərin daha çox sayda aparılmasının vacibliyini vurğulayıb.

Tədbir tələbələrin çoxsaylı sualları ilə yekunlaşıb.

 

SAB 1.JPGAZ265
792Ərəb ölkələrinin səfirləri Bakı Avrasiya Universitetində olub

Ərəb ölkələrinin səfirləri Bakı Avrasiya Universitetində olub

Ötən il Bakı Avrasiya Universitetində rəsmi açılışı olan Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzdə “Ərəb Dili” günü münasibətilə ərəb ölkələrinin səfirləri, eləcə də diplomatik nümayəndə heyətləri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nazim Hüseynli diplomatik nümayəndə heyətini növbəti dəfə Bakı Avrasiya Universitetində görməkdən məmnunluğunu ifadə edib. Rektor, o cümlədən Bakı Avrasiya Universitetində fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin 1 illik fəaliyyətinə nəzər yetirərək, mərkəzin ölkələrimiz arasındakı elm, təhsil, mədəni əlaqələrin inkişafına böyük tövhə verəcəyinə əminliyini vurğulayıb.

Daha sonra tədbirdə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Həməd bin Abdullah bin Xudeyr çıxış edib. Səfir mərkəzin ərəb dilinin tədris və tədqiqatı sahəsində uğurlu fəaliyyət göstərdiyi haqqında məlumatlı olduğunu bildirib. O, Ərəb Dili gününün məhz BAAU-dakı Mərkəzdə qeyd edilməsindən sevinc hissi duyduğunu qeyd edib. Küveyt və Azərbaycanın dost ölkələr olduğu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi vurğulanıb.

Ərəb dili günü münasibətilə tədbirə qatılan Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim, İraqın ölkəmizdəki səfiri Fadil Al-Şuveyli, İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Sami Asem Abdullah Goşe, Sudan Respublikasının ölkəmizdəki səfirinin birinci müavini, Əlcəzair Xalq Demokratik Respublikasının müvəqqəti işlər vəkili Ridha Nebais, Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Abdalla əl-Şəmsi, Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed və digər ölkələrin diplomatik nümayəndə heyəti əvvəlcə Bakı Avrasiya Universitetinin tələbələri tərəfindən hazırlanan möhtəşəm konsert proqramını izləyiblər. Daha sonra isə Mərkəzdə ərəb ölkələrinin  milli mətbəxinə aid təamlar təqdim olunub, adət-ənənələri nümayiş etdirilib.

Tədbirdə Litvanın Azərbaycandakı səfiri cənab Egidiyus Naviskas da qonaq qismində iştirak edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ar2.JPGAZ266
795BAAU-nun dosenti Türkiyədə mühazirə oxuyub

BAAU-nun dosenti Türkiyədə mühazirə oxuyub

Bakı Avrasiya Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Mütəllim Rəhimov dekabrın 5-dən 24-dək Türkiyənin Ordu Universitetində “Fəlsəfə” fənnindən mühazirə oxuyub.  “Mövlanə”  Mübadilə Proqramı çərçivəsində baş tutan bu fəaliyyət təcrübə mübadiləsinin aparılmasına, elm və təhsil adamlarının ünsiyyətinin daha da yaxşılaşmasına xidmət edir. İki həftə davam edən səfərdə BAAU-nun dosenti Ordu Universitetinin “Fənn Ədəbiyyat Fakultəsi”nin Sosiologiya Bölümündə türkiyəli tələbələrə dərs keçib.

Bu barədə məlumat verən M.Rəhimov bildirib ki, biliklərin bölüşdürülməsi və yeni təcrübələrin qazanılması baxımından bu cür səfərlər çox yaxşı düşünülmüş addım hesab olunmalıdır. “Bu cəmiyyətlərimiz arasında da anlaşmanı dərinləşdirməyə xidmət edir. Üstəlik, Türkiyənin təhsil sahəsində əldə etdiyi  nailiyyətlərin öyrənilməsi və Azərbaycanda tətbiqi baxımından da bunu uğurlu saymaq olar”  - M.Rəhimov deyib.

img.jpgAZ267
798Bakı Avrasiya Universitetində BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərində Gender bərabərliyi mövzusunda tədbir keçirilib

Bakı Avrasiya Universitetində BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərində Gender bərabərliyi mövzusunda tədbir keçirilib

Bakı Avrasiya Universitetində BMT-nin Dayanaqlı İnkişaf  Məqsədlərində  Gender bərabərliyi  mövzusunda  tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin elmi  işlər üzrə prorektoru, professor  Gülzar İbrahimova çıxışında qeyd edib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərimizdən biridir və Azərbaycan qadınlarına qarşı hər bir vətəndaşımızın diqqətli olması məhz  bu dəyərlərdən irəli gəlməlidir. O cümlədən, məişət zorakılığının cəmiyyətimiz tərəfindən hər zaman mənfi qarşılandığını, bütün zorakılıq hallarının aradan qaldırılması üçün birgə çıxış yollarının axtarılmasının vacibliyini qeyd edib.

Tədbirdə Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə də iştirak edib. Rəna  xanım  qeyd edib ki, ölkəmizdə müvafiq istiqamətdə görülən işlər bir çox dünya ölkələrinə nümunə olacaq səviyyədədir. Lakin gənc nəsil arasında gender bərabərliyi təfəkkürünün zəif olması da günümüzün reallığıdır. Belə hallar isə öz növbəsində cəmiyyətimizin inkişafına mane olur.

Daha sonra Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədr müavini Zərifə Quliyeva tədbirdə geniş məruzə ilə çıxış edib və tələbələrin suallarını cavablandırıb.

 

 

 

 


bmt1.jpgAZ268
801Təhsil naziri BAAU-nın rektorunu yubiley medalı ilə təltif edib

Təhsil naziri BAAU-nın rektorunu yubiley medalı ilə təltif edib

Təhsil naziri Ceyhun Bayramov Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynlinin “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən  Azərbaycan Respublikasının yubiley medalı elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə edilməsinə, bu sahələrin inkişafına xüsusi töhfələrinə görə verilib.

Məlumat üçün qeyd edək ki, bir çox elm adamları Təhsil naziri Ceyhun Bayramov tərəfindən “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə mükafatlandırılıb. 

 

 

medal1.jpgAZ269
804Bakı Avrasiya Universitetində 20 Yanvar şəhidləri anılıb

Bakı Avrasiya Universitetində 20 Yanvar şəhidləri anılıb

Yanvarın 16-da Bakı Avrasiya Universitetində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri bir daha anılmış və xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu qanlı faciə qəhrəmanlıq tariximiz kimi vurğulanıb.

Azərbaycanın müstəqillik yollarında uzun və məşəqqətli bir tarix keçdiyini vurğulayan Bakı Avrasiya Universitetinin prorektoru, dosent Səyavuş Qasımov  bildirib ki, 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakı küçələrinə və meydanlarına axışan geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Lakin bu faciəli günlər ölkəmizin, xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar və bugünkü müstəqil Azərbaycanı bizə nəsib etdilər. İllər keçəcək, ancaq 20 Yanvar azadlığımızın şanlı tarixi olaraq qalacaq.

Tədbirdə Bakı Avrasiya Universitetinin kollektivi ilə yanaşı, bu şanlı tarixi birgə anan Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun əməkdaşları da şanlı tariximizin mərd oğullarını yad ediblər. Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni də çıxışında  böyük itkilərlə, eləcə də  günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar tarixi azadlığımızın, müstəqilliyimizin xalqımızın mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun parlaq və silinməz  nümayişi olduğunu qeyd edib.

Sonda 20 Yanvar şəhidlərinə həsr olunan Rafiq Səməndərin “Şəhidlər” kitabı tələbələrə təqdim edilib və 20 Yanvar tarixi səlnaməsi haqqında geniş məlumat verilib.

 

 

 

 

YAN1.JPGAZ270
807BAAU-da narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

BAAU-da narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Bakı Avrasiya Universitetində “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin nümayəndəsi Şəfayət Avılbəyli bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir: “Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniyası xarakterli deyil, davamlı siyasətdir. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir”.

Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi  Nicat Məmmədov narkomaniyaya qarşı ölkəmizdə davamlı işlər görüldüyünü, əməli işlər aparıldığını bildirib.

Tədbirdə çıxış edən Bakı Avrasiya Universitetinin əməkdaşı Kamil Məhəmmədli vurğulayıb ki, ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən qəbul edilmiş qanunlara uyğun olaraq dini radikalizmə və erkən nikahlara qarşı geniş tədbirlər həyata keçirilir. Xüsusi olaraq gənclər arasında aparılan təbliğat işləri, bu işlərdə istifadə olunan elmi-kütləvi vasitələr görülən işin effektivliyini daha da artırır. Gənclərə nümayiş etdirilən ədəbiyyatlar, sənədli filmlər maarifləndirmə işində öz sözünü deyir.

Tədbirin sonunda geniş auditoriya diskusiyasına yer verilib. Tələbələr sərbəst olaraq mövzu ətrafında açıq debat aparıblar. Mövzunun aktuallığı baxımından tələbələr bir çox vacib detallara aydınlıq gətirməyə çalışıblar. Belə ki, onlar cəmiyyətin bu bəla ilə mübarizəsində bəzi neqativ halların aradan qaldırılmasını vacib sayıblar. O cümlədən küçə ticarətində olan özbaşınalıq, azyaşlı uşaqlara qadağan olunmuş, ziyanlı qidaların satılması və cəmiyyətin buna göz yumması kimi  ağrılı məsələlər müzakirə edilib. Tədbirin sonunda çoxsaylı sualların bir qismi cavablandırılıb və hər ay bu cür tədbirin keçirilməsi qərara alınıb.

 

 

 

nark1.jpgAZ271
810BAAU-nın kollektivi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar yürüşdə iştirak edib

BAAU-nın kollektivi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar yürüşdə iştirak edib

Fevralın 26-da Bakı Avrasiya Universitetinin kollektivi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən minlərlə insana qoşularaq faciə qurbanlarının xatirəsini yad ediblər.

Daha sonra BAAU-nın Tələbə Gənclər Təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərə qatılıblar.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın idi. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Həmin vaxt girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.

 

 

 

 

xodjali2.jpgAZ272
813Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanında "Ərəb dilinin tədrisində yeni metodlar" adlı təlimlərdə iştirak edib

Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanında "Ərəb dilinin tədrisində yeni metodlar" adlı təlimlərdə iştirak edib

Keçən il  Səudiyyə Ərəbistanı Krallığında yerləşən Kral Abdulla ibn Əbdüləziz  ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzin və Bakı Avrasiya Universitetinin birlikdə təsis etdiyi  Səudiyyə Ərəbistanı mərkəzi - Ərəbşünaslıq Mərkəzinin təşkilatçılığı və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) media dəstəyi ilə Azərbaycanın müxtəlif müəssisələrində fəaliyyət göstərən ərəb dili müəllimləri, elm adamları və jurnalistlərdən ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib.

Səfər çərçivəsində Azərbaycanlı mütəxəssislər Kral Əbdüləziz Universitetinin təşkil etdiyi "Ərəb dilinin tədrisində yeni metodlar" mövzusunda təlimlərdə iştirak edib və yerli mütəxəssislərlə öz təcrübələrini bölüşüblər. 

Bundan əlavə Azərbaycanı təmsil edən nümayəndə heyəti Kral Əbdüləziz Universiteti ilə yaxından tanış olub, kitabxana, bəzi institut və fakultələri ziyarət edib.

Nümayəndə heyəti asudə vaxtlarda Ciddə şəhəri, xüsusi ilə tarixi əhəmiyyət kəsb edən abidə və ərazilərlə tanış olub.

Təlimlərin sonunda isə Azərbaycan nümayəndə heyəti Kral Əbdüləziz Universitetinin rektoru ilə görüşüb və gələcəkdə iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Görüşün sonunda Kral Əbdüləziz Universitetinin rektoru azərbaycanlı mütəxəssisləri sertifikatla təltif edib.

Ciddə şəhərində təlim və rəsmi görüşlər bitdikdən sonra nümayəndə heyəti Məkkə və Mədinə şəhərində müqəddəs məkanları ziyarət edib.

Qeyd edək ki, təlimdə Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin ərəb dili mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru, Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru  Ülviyyə Hüseynova, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Eurasia Diary saytının ərəb dili redaksiyasının əməkdaşı ərəbşünas tərcüməçi jurnalist Həşim Məmmədov, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov, Bakı Avrasiya Universiteti, Filologiya fakültəsinin dekanı Filologiya üzrə fəlsəfə doktoru dosent Salman Süleymanov, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının əməkdaşı Dəmir Süleymanov, Bakı İslam Universitetinin ərəb dili müəllimi Cəlil Məmmədov, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi isçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məcidova Fatma, Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun dosenti Lalə Əliquliyeva, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı Aygün Mirzəyeva, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi ərəb filologiyası kafedrasının dosenti Gülnur Mahmud, Milli Elmlər Akademiyası, Şərqşünaslıq İnstitutunun elmi işçisi, Bakı Avrasiya Universitetinin Ərəb dili müəllimi Elnur Mustafayev, Şəms Tərcümə Xidmətləri Mərkəzinin direktoru, dissertant Nəsimi Həsənov və Bakı Avrasiya universitetinin ərəb dili müəlliməsi və Ərəbşünaslıq mərkəzinin mütəxəssisi Günay Xalıqova iştirak ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

saud11.jpgAZ273
816Bakı Avrasiya Universitetində dezinfeksiya işlərinə start verildi

Bakı Avrasiya Universitetində dezinfeksiya işlərinə start verildi

Bakı Avrasiya Universitetində Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə əsaslı dezinfeksiya işləri aparılıb.

BAAU-nın mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli məlumat verib ki, koronavirusla əlaqədar universitetdə dezinfeksiya işlərinə nəzarət daha da gücləndirilib, eyni zamanda bundan öncə də  tələbələr arasında tibbi profilaktik tədbirlər aparılıb, virusla bağlı qabaqlayıcı tədbir olaraq bütün mərtəbələr dezinfeksiyaedici məhlullarla təmin edilib.

 

 

 

korona1.jpgAZ274
819Təhsil naziri rektorlarla videokonfrans keçirib

Təhsil naziri rektorlarla videokonfrans keçirib

Aprelin 24-də Təhsil naziri Ceyhun Bayramov nazirliyin aparatının rəhbər şəxsləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans keçirib.

Videokonfransı giriş sözü ilə açan Təhsil naziri koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verib, həmçinin ölkə ərazisində təlim-tərbiyə prosesinin martın əvvəlindən dayandırılması ilə əlaqədar bir sıra məsələləri müzakirəyə çıxarıb.

Qeyd edilib ki, mart ayından başlayaraq ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən Microsoft Teams və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub və hazırda bu prosesin əhatəliyi genişlənir. Tövsiyəyə uyğun olaraq, məsafədən tədris zamanı qazanılmış müsbət təcrübələr ali təhsil müəssisələri arasında paylaşılır, qarşılıqlı əməkdaşlıq şəraitində müzakirələr davam etdirilir.

Təhsil naziri qeyd edib ki, 19 mart tarixində ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, bir sıra istiqamətlərlə yanaşı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib. Bu məqsədlə Təhsil Nazirliyi ali təhsil müəssisələrinə bu kateqoriyaya aid olan tələbələrdən müvafiq müraciətlərin toplanmasını tapşırıb. Həmin müraciətlərin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə yaradılmış alt-sisteminə növbəti həftədən başlayaraq daxil edilməsi nəzərdə tutulur. Hazırda aidiyyəti dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyası işləri davam etdirilir.

Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib və hər bir ali təhsil müəssisəsi tərəfindən bu məqsədlə görüləcək konkret tədbirlər barədə təkliflərin qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Videokonfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

 


tn1.jpgAZ275
822Tələbələrimiz qürur mənbəyimizdir!

Tələbələrimiz qürur mənbəyimizdir!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən ən mötəbər yarışlardan biri olan “Tələbə Baharı” Tələbə Yaradıcılıq Festivalında iştirak edən Bakı Avrasiya Universitetinin tələbələri böyük bir uğur qazanaraq qalib olmuş və Festivalın Qala Gecəsində iştirak üçün haqq qazanıblar.

Tələbələrimiz Nərgiz Əbilova - Dünya Xalqlarının Rəqsləri nominasiyasında 1-ci yerə, Aydan Rüstəmova isə Estrada Musiqisi nominasiyasında 3-cü yerə layiq görülüblər.

Tələbələrimizi bu uğurları münasibətilə ürəkdən təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Qeyd edək ki, “ Tələbə Baharı” Tələbə Yaradıcılıq Festivalı 13 ildir keçirilir. Bakı Avrasiya Universiteti isə festival tarixində ilk dəfədir bu tədbirə qatılır.

 


PHOTO-2020-04-29-14-25-32.jpgAZ276
825Avrasiya Zirvəsinin onlayn formatda 6-cı Elmi Araşdırmalar və Aktual Problemlər Konfransı

Avrasiya Zirvəsinin onlayn formatda 6-cı Elmi Araşdırmalar və Aktual Problemlər Konfransı

18-20 may tarixlərində Avrasiya Zirvəsinin onlayn formatda 6-cı Elmi Araşdırmalar və Aktual Problemlər Konfransı işə başlayıb. 3 gün davam edəcək tədbirə 7 ölkədən 190 məqalə qəbul edilib. Onlayn konfransın ilk günündə müzakirələrə 300-dən çox izləyici qatılıb.

Türkiyə tədbirdə 63 Universitet ilə təmsil olunur.

Genişmiqyaslı konfrans 20 bölümdən ibarətdir.

zirva.jpgAZ277
831Azərbaycanda ərəb dili günü qeyd olunub

Azərbaycanda ərəb dili günü qeyd olunub

Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru,  Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin ərəb dili üzrə mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynovanın təşəbbüsü və təşkilatçılığı ilə "Beynəlxalq Ərəb Dili Günü" münasibəti ilə onlayn tədbir keçirilib.Onlayn formatda keçirilən tədbirdə 80-ə yaxın dinləyici iştirak edib.

Tədbirin ikinci hissəsində müxtəlif universitetlərdə ərəb dili ixtisasında və eyni zamanda Səudiyyə Ərəbistanı mərkəzində təhsil alan tələbələr iştirak edərək ərəb dilində xütbə, hekayə, şeir, mahnı və Qurani-Kərimdən surələr səsləndiriblər. Tədbirdə Mərkəzin 5-9 yaşlı ən kiçik tələbələri də iştirak edərək öz ərəb dili bilikləri ilə hər kəsi təəccübləndiriblər.

Tədbirdə Misirdən və Rusiyadan olan qonaqlar da iştirak edərək, təbrik və ürək sözlərini ifadə ediblər.

Misirdən tədbirə qoşulan tədqiqatçı alim Ahmed Abdo Tarabik, Misirin Ayn Şəms universitetinin müəllimi, Misir mədəniyyəti mərkəzinin sabiq müdiri Ahmed Sami Elaydi, Bakı Avrasiya Universiteti, Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Salman Süleymanov, Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Mütəllim Rəhimov, Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun dosenti Lalə Əliquliyeva, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı Aygün Mirzəyeva, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, Bakı Avrasiya Universitetinin ərəb dili müəlliməsi və Ərəbşünaslıq mərkəzinin mütəxəssisi Günay Xalıqova, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının əməkdaşı Dəmir Süleymanov və  Rusiyanın Sankt Peterburq şəhərindən qoşulan Elvira Əliyeva cıxış edərək bütün ərəbşünasları Beynəlxalq ərəb dili günü münasibətilə təbrik ediblər.

modern.az_20201224063033-82715-17_799.jpgAZ279