Xəbərlər

BAAU-da “Xarici keyfiyyət təminatı-akkreditasiya prosesi” üzrə məlumatlandırma sessiyası keçirildi

BAAU-da “Xarici keyfiyyət təminatı-akkreditasiya prosesi” üzrə məlumatlandırma sessiyası keçirildi
  • 01 Jul 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Keyfiyyət təminatı sektoru tərəfindən universitet əməkdaşları üçün “Xarici keyfiyyət təminatı-Akkreditasiya Prosesi” mövzusunda məlumatlandırma sessiyası keçirildi.

Sessiyanın əsas məqsədi əməkdaşları institusional və proqram akkreditasiyası üzrə cari tələblər və meyarlarla tanış etmək, həmçinin akkreditasiya proseslərinə daha sistemli və effektiv hazırlıq məqsədilə onları məlumatlandırmaq idi.

Tədbir çərçivəsində iştirakçılara aşağıdakı mövzularda ətraflı məlumat təqdim olundu:

• İnstitusional və proqram akkreditasiyası: Əsas anlayışlar, məqsədlər və qiymətləndirmə meyarları

• Akkreditasiya prosesinin mərhələləri: Hazırlıq, qiymətləndirmə, qərarvermə və qərarsonrası fəaliyyətlər

• Özünütəhlil hesabatının hazırlanması: Struktur, məzmun və praktiki tövsiyələr

• Daxili keyfiyyət təminatı sisteminin rolu

• Əməkdaşların akkreditasiya prosesində iştirakı və məsuliyyətləri

Sessiya interaktiv şəkildə aparıldı və iştirakçılar onları maraqlandıran sualları səsləndirərək geniş müzakirələrdə iştirak etdilər.

Keyfiyyət təminatı sektorunun müdiri, eyni zamanda akkreditasiya qiymətləndirməsi üzrə ekspert Esmira Talıbova çıxış edərək qeyd etdi ki, “Universitetimizdə akkreditasiya mədəniyyətinin inkişafı, sistemli hazırlıq və davamlı daxili keyfiyyət təminatı mexanizmlərinin qurulması bizim əsas prioritetlərimizdəndir. Bu sessiya da əməkdaşlarımızın proseslə bağlı biliklərini artırmaq və onları fəal şəkildə cəlb etmək məqsədi daşıyır.”

Tədbir fakültələr və bütün struktur bölmələri təmsil edən əməkdaşlar tərəfindən böyük maraqla qarşılandı.

Digər Xəbərlər