- 02 Mar 2026
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlər” mövzusunda Respublika Konfransı
14 aprel 2026-cı il, Bakı
Bakı Avrasiya Universiteti
Müraciət və qeydiyyat prosesi
Konfransın təqvimi
§ Tezis təqdim etmək üçün son tarix: 19 mart 2026-cı il
§ Tezislərin qəbul elanı: 03 aprel 2026-cı il
§ Konfransın keçirilməsi: 14 aprel 2026-cı il
Konfransda iştirak
Konfrans Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində üz-üzə keçiriləcəkdir.
Konfransın əhatə dairəsi və mövzuları
“Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlər” mövzusunda Respublika Konfransının məqsədi 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın elmi və mədəni əhəmiyyətini yenidən dəyərləndirmək, Qurultayın türkoloji fikrin inkişafında oynadığı rolu müasir kontekstdə təhlil etmək, Azərbaycan alimlərinin həmin qurultaydakı fəaliyyətini və töhfəsini işıqlandırmaqla yanaşı, Türk dünyasının ortaq ədəbi yaddaşını elmi müzakirə predmetinə çevirməkdir. Bununla əlaqədar olaraq Azərbaycan ədəbiyyatşünaslığında türkoloji istiqamətlərin inkişaf mərhələlərini sistemləşdirmək, klassik türkoloji məktəbin ideyalarını çağdaş metodologiya ilə müqayisə etmək, türk xalqları ədəbiyyatlarının müqayisəli tədqiqinə yenidən nəzər salmaq, türk xalqlarının ədəbiyyatşünaslıq terminlərinin ortaqlığı probleminə toxunmaq və türkoloji araşdırmalarda terminoloji və metodoloji problemləri müzakirə etmək əsas hədəflərdəndir. Qloballaşma şəraitində türk kimliyi və mədəni yaddaşın qorunması məsələlərinin bədii mətnlərdə yer alması problemlərini araşdırmaq, rəqəmsal humanitar elmlərin türkoloji istiqamətdə imkanlarını, türk xalqlarının klassik və çağdaş ədəbiyyatlarının mətnşünaslıq, folklorşünaslıq və poetika sahəsində yeni metodlarla tədqiqi məsələlərini aktuallaşdırmaq, türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı tərcümə problemlərini təhlil etmək, türk dövlətləri və elmi mərkəzləri arasında akademik əməkdaşlığı gücləndirmək və ortaq ədəbi-mədəni irsin sistemli şəkildə öyrənilməsi üçün yeni hədəflər müəyyənləşdirmək, qlobal və populyar ədəbiyyat kontekstində milli-mənəvi dəyərlərin qorunmasında ortaq ədəbi irsin rolunu üzə çıxarmaq konfransda nəzər salınacaq əsas məsələlərdir.
Konfransın əhatə dairəsinə və məqsədinə uyğun olan, perspektiv təkliflərlə çıxış edilən xülasələr qəbul ediləcəkdir.
Tədqiqat sahələri / Konfransın mövzuları:
§ Azərbaycan ədəbiyyatşünaslığında türkoloji düşüncənin formalaşma mərhələləri;
§ XIX-XX əsr Azərbaycan türkoloji məktəbi: nümayəndələr və elmi irs;
§ Sovet dövründə türkoloji tədqiqatların ideoloji çərçivələri;
§ Müstəqillik dövründə türkoloji istiqamətlər və yeni vəzifələr;
§ Türk xalqları ədəbiyyatının müqayisəli tədqiqi;
§ Sovet dövrü türk xalqları ədəbiyyatı: tipoloji çərçivə və coğrafi müxtəliflik;
§ Azərbaycan və Türküstan ədəbiyyatları: tipoloji paralellər;
§ Anadolu-Azərbaycan ədəbi əlaqələri;
§ Türk dünyasında ortaq motiv və süjetlər;
§ Türk epos ənənəsi və Azərbaycan ədəbiyyatşünaslığında onun tədqiqi;
§ “Kitabi-Dədə Qorqud”un türkoloji kontekstdə araşdırılması;
§ Oğuz mədəniyyət kodları və müasir yozumlar;
§ Türk mifologiyası və ədəbi mətn;
§ Türk dillərinin poetik sistemi və Azərbaycan ədəbiyyatında təzahürü;
§ Türkoloji kontekstdə poetika: janr və forma məsələləri;
§ Türkdilli əlyazmalar və mətnşünaslıq;
§ Arxiv materiallarında türkoloji məsələlər;
§ Transliterasiya və terminoloji standartlaşdırma məsələləri;
§ Türk xalqlarının ədəbiyyatları və tərcümə problemləri;
§ Postkolonial yanaşma və türk xalqları ədəbiyyatı;
§ Mədəniyyətlərarası kommunikasiya və türk dünyası;
§ Rəqəmsal humanitar elmlər və türkoloji tədqiqatlar;
§ Türk xalqlarının mühacir ədəbiyyatının öyrənilməsi;
§ Qloballaşma və ədəbiyyatda milli kimlik problemi;
§ Türk dünyasında ortaq ədəbi kanonun formalaşması;
§ Türkoloji araşdırmalarda interdisiplinar yanaşmalar;
§ Azərbaycan ədəbiyyatşünaslığının türk dünyasında mövqeyi;
§ Türk dünyası mətbuatı və ədəbi mətnlər;
§ Turan ideologiyası və bədii ədəbiyyat.
Tezislərin yazı qaydaları:
Tezis 1000-1500 söz arası 12 şrift 1 aralıqla göndərilməli və əvvəlində açar sözlər göstərilməlidir.
Müraciət forması:
Word formatında yazılmış tezis 19 mart 2026-cı il tarixinədək [email protected] ünvanına göndərilməlidir. Tezis qəbul edildikdən sonra dəvət məktubu göndəriləcək.
Məruzə mətnləri aşağıdakı qaydada tərtib edilməlidir:
• MS Word redaktoru
• A4 formatı
• 12 ölçülü Times New Roman şrifti
• Sətirlərarası interval – 1
• Mətnin kənar boşluqları – 2 sm
• Mətnin əvvəlində müəllifin ORCİD nömrəsi, adı və soyadı, iş yeri, elmi dərəcəsi, elmi adı, elektron ünvanı göstərilməlidir.
• İstinadlar və ədəbiyyatlar APA Stilində olmalıdır.
Qeyd: Tərtibata və mövzuya uyğun olmayan məruzələr qəbul edilməyəcək, sertifikatlar sadəcə əyani şəkildə konfransda iştirak etmiş məruzəçilərə veriləcəkdir. Eləcə də konfransda iştirak etməyən müəlliflərin məruzə mətnləri çap edilməyəcəkdir.
Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı şəhəri, Ak. Həsən Əliyev küçəsi, 135 A
Tel: (+994 12) 564-63-67
E-mail: [email protected]
Təşkilat Komitəsi
F.ü.e.d., prof. Nazim HÜSEYNLİ (Sədr)
S.ü.f.d., dos. Səyavuş QASIMOV
S.ü.e.d., prof. Gülzar İBRAHİMOVA
Fil.ü.f.d., dos. Nigar HÜSEYNOVA
Fil.ü.f.d., dos. Sevda RZAYEVA
Günhan HÜSEYNLİ
Fil.ü.f.d. Şəfahət ƏLİYEV
Fil.ü.f.d., dos. Natella QULİYEVA
Fil.ü.f.d., dos. Salman SÜLEYMANOV
Fəl.ü.f.d., dos. Mütəllim RƏHİMOV
Fil.ü.f.d., prof. Elmira MƏMMƏDOVA-KEKEÇ
Fil.ü.f.d., prof. Səadət ŞIXIYEVA
Fil.ü.f.d., dos. Seyfəddin ALTAYLI
Fil.ü.f.d., dos. Maral YAQUBOVA
Fil.ü.f.d. Aytən ABBASOVA (Məsul katib)
Nərmin NURULLAYEVA
Aysu QƏDİROVA
Sitarə VÜSAL
Elmi Heyət
Fil.ü.f.d., prof. Elmira MƏMMƏDOVA-KEKEÇ
Fil.ü.f.d., prof. Mahmud ALLAHMANOV
Fil.ü.f.d., prof. Səadət ŞIXIYEVA
Fil.ü.f.d., prof. Mətanət ABBASOVA
Fil.ü.f.d., dos. Seyfəddin ALTAYLI
Fil.ü.f.d., dos. Maral YAQUBOVA
Fil.ü.f.d., dos. Əfsanə NAĞIYEVA
Fil.ü.f.d. dos. Günel ŞIXALİYEVA
Fil.ü.f.d. Aytən ABBASOVA
Çiçək Hüseynova




