- 10 Mar 2026
Bakı Avrasiya Universiteti (BAAU) tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yolda həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində “İqlimə uyğunlaşan şəhərlərdə dayanıqlı mənzil sistemləri: iqtisadi, sosial və texnoloji yanaşmalar” mövzusunda praktiki seminar keçiriləcək.
Tədbir çərçivəsində dayanıqlı mənzil siyasətləri, sosial inklüzivlik və rəqəmsal urban idarəetmə mövzularına dair fikir mübadiləsi aparılacaq.
Seminarda tələbələr, sahə üzrə ekspertlər və universitetin akademik heyəti iştirak edərək tematik müzakirələrdə və ideya mübadiləsində iştirak edəcəklər. İnteraktiv format qlobal urban çağırışlara dair praktiki yanaşmaların müzakirəsinə imkan yaradacaq.
Tarix: 12 mart 2026, saat 11:00
Məkan: Bakı Avrasiya Universiteti (BAAU), konfrans zalı
Müddət: 90 dəqiqə
Format: praktiki seminar




