- 13 Mar 2025
Türkiyə Respublikasının Uşak Universiteti 2024/2025-ci tədris ilinin yaz semestri üçün ERASMUS+ KA171 təqaüdü ilə Filologiya ixtisası (Türk dili və ədəbiyyatı) akademik-inzibati heyət üçün mübadilə proqramına aşağıdakı şərtlərlə müsabiqə elan edir:
Müsabiqədə seçiləcək akademik heyət sayı: 1 (bir) yer
Müsabiqədə seçiləcək inzibati heyət sayı: 1 (bir) yer
Təqaüdə daxildir: Səfər və qalmaq xərcləri qarşılanır.
Tələb olunan sənədlər:
· Niyyət məktubu;
· CV (türk və ya ingilis dilində)
· Ümumvətəndaş pasportu;
Müraciət üçün son tarix: 10 aprel 2025-ci il
Qeyd: Bütün sənədlər pdf formatında (namizədin adı ilə soyadını, həmçinin sənədin adını daxil etməklə) 10 aprel 2025-ci il tarixinə kimi təqdim olunan “[email protected]” elektron poçt ünvanına göndərilməlidir.