- 06 Mar 2025
Müraciət və qeydiyyat prosesi
Konfransın təqvimi
• Xülasə təqdim etmək üçün son tarix: 19 mart 2025-ci il
• Xülasələrin qəbul elanı: 01 aprel 2025-ci il
• Konfransın keçirilməsi: 24 aprel 2025-ci il
• Tam mətnin göndərilməsi üçün son tarix: 15 aprel 2025-ci il
Konfransda iştirak
• Konfrans Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə BAAU-da üz-üzə keçiriləcəkdir.
Konfransın əhatə dairəsi və mövzuları
Respublika Konfransının məqsədi ədəbiyyatşünaslığın tarixinə nəzər salmaq və müasir vəziyyətini dəyərləndirmək, dünya ədəbiyyatşünaslığında müasir tendensiyalar və istiqamətlər zəminində Azərbaycan filologiyasının problemlərini gündəmə gətirmək, həll yolları üzərində düşünmək və sahə mütəxəssisləri ilə birlikdə dəyərləndirmələr aparmaqdır. Klassik və müasir ədəbiyyatın öyrənmə metodologiyalarında mövcud vəziyyət, çatışmazlıqlar, ədəbiyyatşünaslığın tədrislə bağlı problemləri, ölkə ədəbiyyatşünaslığının dünya ədəbi-nəzəri fikri ilə uyğunlaşması məsələsi, dünya ədəbiyyatşünaslığının izlənilməsi və tərcümə problemləri kimi məsələlərə diqqət yetiriləcək konfransda mütəxəssislər aşağıdakı mövzularla bağlı müzakirələr aparacaq və elmi məruzələrini təqdim edəcəklər.
Konfransın əhatə dairəsinə və məqsədinə uyğun olan, perspektiv təkliflərlə çıxış edilən xülasələr qəbul ediləcəkdir.
QAYDALAR VƏ TƏFƏRRÜATLAR ÜÇÜN KLİK EDİN