Xəbərlər

BAAU ilə Yozqot Bozok Universiteti arasında əməkdaşlıq protokolu imzalandı

BAAU ilə Yozqot Bozok Universiteti arasında əməkdaşlıq protokolu imzalandı
  • 08 Aug 2022

Bakıya səfəri çərçivəsində Türkiyənin Yozqot Bozok Universitetinin rektoru  prof.dr. Ahmet Karadağ Bakı Avrasiya Universitetini ziyarət edib.

BAAU-nın Tədris işləri üzrə prorektoru Nigar Hüseynova və Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov ilə görüşən Ahmet Karadağ iki təhsil müəssisəsi arasında əlaqələrin inkişafı və tədris prosesinə dair müzakirələr aparıb.

Prorektor Nigar Hüseynova görüş zamanı BAAU-nın rektoru, professor Nazim Hüseynlinin salamlarını qonağa çatdırıb və öz növbəsində Ahmet Karadağ BAAU-nın rəhbərliyini Yozqat Bozok Universitetini ziyarətə dəvət edib.

Görüş çərçivəsində əməkdaşlığa dair protokol imzalanıb. Protokol tələbə və müəllim mübadiləsi, eyni zamanda dil və mədəniyyət sahəsində birgə layihələr və elm-təhsil əməkdaşlığının digər istiqamətlərini əhatə edir. 

Digər Xəbərlər