- 24 Nov 2026
20 noyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X Ümumrespublika Bilik Yarışı keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan yarışda ölkənin 50 ali təhsil müəssisəsinin komandası iştirak edib. İştirakçılar Azərbaycanın siyasi və ictimai-mədəni tarixi, eləcə də Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı biliklərini nümayiş etdiriblər.
Bakı Avrasiya Universitetini (BAAU) təmsil edən komanda yarışda iştirak edib və sertifikatla təltif olunub.
Universitet komandasının yarışa hazırlıq prosesi bir aydan artıq davam edib. Hazırlıq mərhələsində BAAU-nun Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova, kafedranın müəllimi, dosent Jalə İsmayılova, baş müəllim Məleykə Adıgözəlova və laborant Yaqut Seyidova tələbələrə mentor dəstəyi göstəriblər. Bu müddətdə tələbələrin Azərbaycan tarixinin mühüm mərhələləri üzrə bilikləri sistemləşdirilib, analitik düşünmə və məhdud vaxt çərçivəsində çevik qərarvermə bacarıqları inkişaf etdirilib.
Yarışda universiteti müxtəlif ixtisas və tədris qruplarından olan səkkiz tələbədən ibarət komanda təmsil edib. Komandaya Yusif Kazımov kapitanlıq edib.
Bakı Avrasiya Universiteti tələbələrin intellektual inkişafına və ölkə miqyaslı akademik yarışlarda fəal iştirakına dəstək göstərir.




