Xəbərlər

“Regionun kompleks sosial-iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans

“Regionun kompleks sosial-iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans
  • 08 May 2023

Özbəkistanın Urgənc şəhərində “Regionun kompleks sosial-iqtisadi inkişafının prioritet istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir (həmtəşkilatçılar: Urgənc Dövlət Universiteti, Özbəkistan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Urgənc Regional Bölməsi, Padova Universiteti, Surrey Universiteti, Monaş Universiteti, Santyaqo de Kompostela Universiteti, Venesiya Ka Foskari Universiteti, Novosibirsk Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Meşə Texniki Universiteti, Plexanov adına Rusiya İqtisadiyyat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Avrasiya Universitet, Kuban Dövlət Aqrar Universiteti və Kazan Federal Universitetinin Elabuqa İnstitutu).

Onlayn şəkildə təşkil olunan tədbirə Özbəkistan, Azərbaycan, İtaliya, Böyük Britaniya, Malayziya, İspaniya, Almaniya, Rusiya və digər tərəfdaşlardan aparıcı alimlər qatılıb.

Tədbirdə aşağıdakı mövzular üzrə müzakirələr aparılıb:

 Regionun kompleks sosial-iqtisadi inkişafının metodologiyası;

  • Regionun inteqrasiyalı sosial-iqtisadi inkişafının xarici təcrübəsi;
  • Regionun davamlı sosial-iqtisadi inkişafı;
  • Region iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasında innovasiya və investisiya potensialından səmərəli istifadə;
  • Regional iqtisadiyyatın davamlı inkişafının ekonometrik modelləşdirilməsi;
  • Regionun təbii ehtiyatlarının idarə edilməsi;
  • Regionun sosial-iqtisadi inkişafında innovativ, elmi və təhsil alt sistemləri;
  • Regionun ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün sosial-iqtisadi ilkin şərtlər və şərtlər;
  • Kənd təsərrüfatının rəqəmsallaşması kontekstində aqrar iqtisadiyyatın inkişafı.

Digər Xəbərlər