Xəbərlər

BAAU ilə Anadolu Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

BAAU ilə Anadolu Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
  • 08 Aug 2025

2025-ci il avqustun 7-də Bakı Avrasiya Universiteti (BAAU) və Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Anadolu Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənəd BAAU-nun rektoru dosent Səyavuş Qasımov və Anadolu Universitetinin rektoru professor Dr. Yusuf Adıgüzel tərəfindən imzalanıb.

Memorandumun əsas məqsədi tədris, elmi tədqiqat və innovasiya sahələrində qarşılıqlı faydalı əməkdaşlığın qurulmasıdır. Sənədə əsasən, tərəflər arasında professor-müəllim heyətinin və elmi işçilərin qarşılıqlı mübadiləsi, birgə elmi araşdırmaların aparılması və nəticələrin ortaq şəkildə nəşri, habelə akademik əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

Əməkdaşlığın digər əsas istiqamətləri sırasına tələbə mübadiləsi, tədris materiallarının mübadiləsi, birgə seminar və konfransların təşkili daxildir.

Bu əməkdaşlıq çərçivəsində hər iki universitetin müəllim və tələbələrinin qarşılıqlı səfərləri, akademik tədbirlərdə iştirakı və tədris imkanlarından faydalanması planlaşdırılır.

Memorandum iki ali təhsil müəssisəsi arasında uzunmüddətli, dayanıqlı və səmərəli tərəfdaşlığın başlanğıcı kimi qiymətləndirilir.

Digər Xəbərlər