- 27 May 2022
Bakı Avrasiya Universitetində 28 May Müstəqillik gününə həsr olunmuş musiqili tədbir keçirilib
Bakı Avrasiya Universitetində 28 May Müstəqillik gününə həsr olunmuş musiqili tədbir keçirilib. Dörd ölkənin – Azərbaycan, Nigeriya, Pakistan və Zimbabvenin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri “Tərcümə” kafedrasının ingilis dili müəllimi Günel Bayramova açaraq iştirakçıları salamlamış, tədbirin mövzusu və həsr olunduğu tarix barədə qısa məlumat vermişdir.
Daha sonra tələbələr çıxış etdilər.
Nigeriya, Pakistan və Zimbabvedən olan tələbələr öz musiqi alətləri, milli rəqsləri və geyimləri haqqında qonaqlara qısa təqdimat etdilər.
Tədbirdə Azərbaycanlı və əcnəbi tələbələrin ifasında yerli və xarici mahnılar səsləndirilmiş, rəqslər nümayiş etdirilmişdir.
İrqindən, dinindən və dilindən asılı olmadan ölkələrin birliyi və həmrəyliyini nümayiş etdirmək məqsədilə dörd ölkənin tələbələrinin qoşulduğu “Yallı” rəqsi ilə tədbiri yekunlaşdıran qrupların ingilis dili müəllimi Günel Bayramova sonda sözü qonaqlara vermişdir.
Nigeriyalı və Pakistanlı tələbələr ölkəmiz və universitetimizlə bağlı fikirlərini və təcrübələrini bölüşmüş, göstərdikləri nəzakət və səmimi münasibətə görə universitetin müəllim və tələbə kollektivinə təşəkkür etmişdir.
Qeyd edək ki, “Beynəlxalq münasibətlər” ixtisası üzrə hazırlıq qrupundan əcnəbi tələbələr, eləcə də “Filologiya” və “Regionşünaslıq” fakültələrindən Azərbaycanlı tələbələr tədbirin təşkili və hazırlanmasında yaxından iştirak etmişdir.