- 28 Oct 2026
Bakı Avrasiya Universitetində (BAAU) “Peşəkar Karyera” layihəsi çərçivəsində “Şablondan kənara: ideyadan innovasiyaya” mövzusunda təlim keçirilib.
Təlimdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlimlərin təşkili və koordinasiyası şöbəsinin baş mütəxəssisi Zivər Məmmədova çıxış edib.
Zivər Məmmədova təlim çərçivəsində innovativ düşüncənin əhəmiyyəti, yeni ideyaların formalaşdırılması və onların praktik həllərə çevrilməsi yolları haqqında ətraflı məlumat verib.
O, yaradıcı yanaşmanın inkişaf etdirilməsi, mövcud qəliblərdən kənar düşünmək və dəyişən əmək bazarının tələblərinə uyğunlaşmaq məsələlərini izah edib.
Təlim zamanı iştirakçılar innovativ yanaşmaların peşəkar fəaliyyətdə tətbiqi, təşəbbüskarlığın əhəmiyyəti və yeni imkanların müəyyənləşdirilməsi barədə məlumat əldə ediblər.
BAAU-da həyata keçirilən “Peşəkar Karyera” layihəsi tələbələrin əmək bazarı haqqında məlumatlılığının artırılmasına, onların peşəkar bacarıqlarının inkişafına və gələcək karyera imkanlarına hazırlanmasına xidmət edir.




