2009-cu ildə M.Rüstəmov adına 32 nömrəli orta məktəbində təhsil alıb.
Təhsili, elmi dərəcəsi və elmi adları, əmək fəaliyyəti
Ali təhsillidir. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr dərəcəsi, 2020-ci ildə isə Azərbaycan Kooperasiya Universitetində Maliyyə ixtisasının Bank işi ixtisaslaşması üzrə magistr dərəcəsi almışdır.
2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir.
Əmək fəaliyyətinə Bakı Avrasiya Universitetində başlamışdır. 2013-cü ildən Universitetin inzibati idarəetmə üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. 2016-cı ildən ümumi işlər üzrə prorektor vəzifəsində çalışır.
İctimai fəaliyyətinə və gənclər siyasəti sahəsindəki səmərəli işinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyasının fəxri fərmanları ilə təltif olunub.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2016-cı ildən isə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının Siyasi Şurasının üzvüdür.