Elanlar

Türkiyə Beynəlxalq Mübadilə Təqaüd Proqramı üzrə təqaüdlü mübadilə proqramında iştirak etmək üçün müraciətlər qəbul olunur.

Türkiyə Beynəlxalq Mübadilə Təqaüd Proqramı üzrə təqaüdlü mübadilə proqramında iştirak etmək üçün müraciətlər qəbul olunur.
  • 21 Apr 2026

Türkiyə Respublikasının Niğde Ömer Halisdemir Universiteti, Türkiyə Bursları çərçivəsində həyata keçirilən Türkiyə Beynəlxalq Mübadilə Təqaüd Proqramı (Türkiye International Exchange Scholarship Program - TIES) üzrə pilot universitet olaraq müəyyən edilmişdir. Bu çərçivədə Bakı Avrasiya Universitetinin (BAAU) uyğun tələbələri də TIES proqramı üzrə təqaüdlü mübadilə proqramında iştirak etmək üçün müraciət edə bilərlər.

Müsabiqədə seçiləcək tələbə sayı: 1 (bir) nəfər

Son müraciət tarixi: 10 may 2026-cı il

Müraciət üçün tələblər:

- Bakalavriat səviyyəsində təhsil alan tələbələr: Minimum ÜOMG 65/100;

- Magistratura səviyyəsində təhsil alan tələbələr: Minimum ÜOMG 76/100;

- Dil biliyi: Ən azı B1 səviyyəsində ingilis və ya türk dili biliyi (müvafiq dil sertifikatı və ya göndərən universitet tərəfindən təsdiqlənmiş arayış tələb olunur);

- Müraciət edənlərin yaşı maksimum 29 olmalıdır. 29 yaşdan yuxarı tələbələr üçün yaşayış (yerləşdirmə) təmin olunmur.

Tələb olunan sənədlər:

- Ümumvətəndaş pasportun surəti;

- Akademik Transkript (ingilis dilində);

- 3x4-ə ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında).

Təqaüd nələri əhatə edir?

- Aylıq təqaüd (Bakalavr tələbələri üçün aylıq 5,000 TL, Magistr tələbələri üçün aylıq 7,000 TL); 

- Ödənişsiz yaşayış (yataqxana) dəstəyi; 

- Bir dəfəlik gediş-gəliş (təyyarə bileti) xərcinin qarşılanması;

- Qəbul edən universitetdə təhsil haqqından azadolma.

Qeyd-1: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.

Qeyd-2: 2026-2027-ci tədris ilinin payız semestri üçün bir tələbə seçiləcək. Seçilmiş tələbənin razılığı və proqramın şərtlərinə uyğun olaraq təhsilini həm payız, həm də yaz semestrlərini əhatə edəcək şəkildə davam etdirməsi mümkündür. 

Müraciət və ətraflı məlumat üçün BAAU-nun Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:

Mob./Votsap: (+994) 50 357 51 78 

E-poçt: [email protected]

Türkiyə Beynəlxalq Mübadilə Təqaüd Proqramı üzrə təqaüdlü mübadilə proqramında iştirak etmək üçün müraciətlər qəbul olunur.

Digər Elanlar