- 10 Oct 2025
Türkiyə Respublikasının Çankırı Universiteti 2025/2026-ci tədris ilinin payız semestri üçün ERASMUS+ KA171 təqaüdü ilə akademik-inzibati heyət üçün mübadilə proqramına aşağıdakı şərtlərlə müsabiqə elan edir:
Müsabiqədə seçiləcək akademik heyət sayı: 1 (bir) yer
Müsabiqədə seçiləcək inzibati heyət sayı: 1 (bir) yer
Müddət: 7 gün
17-21 noyabr tarixlərində Beynəlxalq Həftə təşkil olunacaq.
Təqaüdə daxildir:
Səfər xərci: 309 avro
Qalmaq və yemək xərci: 1036 avro (bir gün 148 avro)
Tələb olunan sənədlər:
· Niyyət məktubu;
· CV (türk və ya ingilis dilində);
· Ümumvətəndaş pasportu.
Qeyd 1: Orta səviyyədə ingilis dili biliyi tələb olunur.
Müraciət üçün son tarix: 30 oktyabr 2025-ci il
Qeyd: Bütün sənədlər pdf formatında (namizədin adı ilə soyadını, həmçinin sənədin adını daxil etməklə) 30 oktyabr 2025-ci il tarixinə kimi təqdim olunan “[email protected]” elektron poçt ünvanına göndərilməlidir.