Elanlar

Türkiyə Respublikasının Niğde Ömer Halisdemir Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün ERASMUS+ mübadilə proqramına qəbul elan edir

Türkiyə Respublikasının Niğde Ömer Halisdemir Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün ERASMUS+ mübadilə proqramına qəbul elan edir
  • 10 Oct 2025

Türkiyə Respublikasının Niğde Ömer Halisdemir Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün ERASMUS+ mübadilə proqramına qəbul elan edir.

Aşağıdakı yerlər üzrə müsabiqə keçirilir.

Təhsilalanların mobilliyi – 2 (iki) yer

Təhsil müddəti 1 (bir) semester

Təhsilalanların Erasmus+ proqramı çərçivəsində mobillik proqramında iştirakı üçün tələb olunan şərtlər:

 

  • Tələbələrin ümumi orta balı (ÜOMG) – 71 baldan yuxarı olmalı;
  • Magistrantların ümumi orta balı (ÜOMG) – 81 baldan yuxarı olmalı;
  • Türk dili C1 səviyyəsində olmalı;

Sənədlər:

  • Akademik transkript
  • Niyyət məktubu
  • CV (türk və ya ingilis dilində)
  • Xarici pasportun surəti
  • 3x4-ə ölçüdə rəqəmsal fotoşəkil (JPG və ya PDF formatında)
  • Sertifikatlar (əgər varsa)

 Müraciət üçün son tarix: 7 noyabr 2025-ci il

 Təqaüd nələri əhatə edir?

- Aylıq təqaüd: 900 (səkkiz yüz) avro;

- Qəbul edən universitetdə təhsil haqqından azadolma.

Qeyd 1: Yaşayış xərcləri tələbənin özü tərəfindən qarşılanmalıdır.

Qeyd 2: Tələbənin öz universitetində yaranan hər hansı ödəniş və ya akademik öhdəliklər tələbənin öz məsuliyyətindədir.

Qeyd 3: Erasmus+ proqramında heç iştirak etməyən tələbələrə üstünlük veriləcək.

Müraciət və ətraflı məlumat üçün Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinə müraciət edə bilərsiniz:

Mob./Votsap: (+994) 50 357 51 78 (müraciət üçün hər gün saat 09:00-dan 20:00-a kimi)

E-poçt: [email protected]

Türkiyə Respublikasının Niğde Ömer Halisdemir Universiteti 2025/2026-cı tədris ilinin yaz semestri üçün ERASMUS+ mübadilə proqramına qəbul elan edir

Digər Elanlar