Xəbərlər

20 yanvar faciəsi qurbanlarının anım günü keçirilib

20 yanvar faciəsi qurbanlarının anım günü keçirilib
  • 17 Jan 2024

17 yanvar 2024-cü il tarixində Bakı Avrasiya Universitetinin Regionşünaslıq və İqtisadiyyat fakültəsində “Humanitar fənlər və regionşünaslıq” kafedrasının təşkilatçılığı ilə 20 yanvar faciəsi qurbanlarının anım günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə fakültə dekanı dosent Mütəllim Rəhimov açıb. Tədbirdə 20 yanvar Şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla anılıb. Daha sonra kafedranın əməkdaşlarından professor Məmməd Cəfərli, dosent Jalə İsmayılova, dosent Günay Hüseyn, dosent Elnur Kəlbizadə, Aygün İsmayılova çıxış edərək 1990-cı ilin yanvar ayında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlər haqqında məruzə ilə çıxış ediblər. Çıxışçılar bildiriblər ki, müstəqillik uğrunda mübarizəyə qarşı törədilən qanlı cinayətdən 33 il keçməsinə baxmayaraq Azərbaycan xalqı öz Şəhdilərini heç vaxt unutmayıb. 1990-cı ilin 20 yanvar tarixi Azərbaycan xalqının müstəqillik tarixinin qanlı, həm də şanlı səhifəsi olaraq qalacaq. Müstəqillik və bütövlük uğrunda qarşısıalınmaz istəyin nəticəsində 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edən Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyuldu. Bu Zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi Şəhidlərinin qisası alındı. Dosent J. İsmayılova öz çıxışında həm də onu vurğulayıb ki, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət 1994-cü ildə məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verilib.

Digər Xəbərlər