XƏBƏRLƏR

Universitetimizdə beynəlxalq münasibətlər üzrə ustad dərsləri keçirilib

Universitetimizdə beynəlxalq münasibətlər üzrə ustad dərsləri keçirilib
  • 22 Nov 2026

Orhun Mübadilə Proqramı çərçivəsində Bakı Avrasiya Universitetində (BAAU) beynəlxalq münasibətlər sahəsi üzrə ustad dərsləri təşkil olunub.

16–17 noyabr 2026-cı il tarixlərində universitetdə qonaq olan Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professoru, Kipr Siyasət Mərkəzinin direktoru Ahmet Sözen bakalavr tələbələri üçün mühazirələr keçib.

Mühazirələrdə siyasi elmlər və beynəlxalq münasibətlər sahəsində aktual məsələlər, regional və qlobal siyasi proseslər, eləcə də beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər müzakirə olunub. Professor mövzuları elmi-nəzəri aspektdən təhlil edib, tələbələrlə siyasi proseslərin mahiyyəti və müasir beynəlxalq sistemin xüsusiyyətləri ətrafında fikir mübadiləsi aparıb.

İnteraktiv formatda keçirilən mühazirələr tələbələrə suallarını ünvanlamaq, mövzularla bağlı fikirlərini bölüşmək və professorla müzakirələrdə iştirak etmək imkanı yaradıb.

Qeyd edək ki, Orhun Mübadilə Proqramı çərçivəsində həyata keçirilən akademik mübadilələr universitetlərarası beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, elmi-pedaqoji təcrübənin paylaşılmasına və tələbələrin beynəlxalq akademik mühitdə təcrübə qazanmasına töhfə verir.

DİGƏR XƏBƏRLƏR