XƏBƏRLƏR

Bakı Avrasiya Universiteti ilə Çanaqqala Onsekiz Mart Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Avrasiya Universiteti ilə Çanaqqala Onsekiz Mart Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
  • 19 Nov 2026

Bakı Avrasiya Universiteti (BAAU) ilə Türkiyə Respublikasının Çanaqqala Onsekiz Mart Universiteti arasında akademik və elmi əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Bakı Avrasiya Universitetinin rektoru, dosent Səyavuş Qasımov və Çanaqqala Onsekiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu imzalayıblar.

Sənəd iki ali təhsil müəssisəsi arasında təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsini, akademik mobilliyin təşviqini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Memorandum çərçivəsində professor-müəllim heyətinin və tələbələrin qarşılıqlı mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin reallaşdırılması, əyani və distant formatda dərslərin təşkili, seminar və akademik tədbirlərdə iştirak, qısamüddətli təlim proqramlarının həyata keçirilməsi, elmi nəşrlərin və akademik materialların mübadiləsi istiqamətlərində əməkdaşlıq planlaşdırılır.

Sənədə əsasən, tələbələr tərəfdaş universitetdə bir semestrdən iki semestrədək təhsil almaq, fərqli akademik mühitdə bilik və bacarıqlarını inkişaf etdirmək, beynəlxalq təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Əməkdaşlıq çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin əlaqələndirilməsi və icrasının təmin edilməsi məqsədilə hər iki universitetin nümayəndələrindən ibarət koordinasiya komissiyasının yaradılması da planlaşdırılır.

Anlaşma Memorandumu Bakı Avrasiya Universitetinin beynəlxalq akademik əlaqələrinin genişləndirilməsi, təhsilalanlar və akademik heyət üçün yeni mübadilə imkanlarının yaradılması, elmi-tədqiqat fəaliyyətinin təşviqi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, sənəd Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Bakı Avrasiya Universiteti ilə Çanaqqala Onsekiz Mart Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

DİGƏR XƏBƏRLƏR